Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
53 
 
bitirir. MətnĢünas isə son variantla birlikdə mətnin yaradıcılıq pro-
sesində hansı mərhələlər keçdiyini, onun hansı qaralamaları, plan-
ları, əlavə və silinmiĢ yerləri olduğunu da öyrənir. Bəzən mətnĢü-
nas hər hansı bir əsəri nəĢrə hazırlayarkən həmin əsərin qaralama 
variantı  ilə  üzü  ağardılmıĢ  variantını  kontaminasiya
*
  yolu  ilə  bir-
ləĢdirib, vahid, mükəmməl mətn yaratmıĢ olur.   
Qədim  abidələrin  mətni  öyrənilərkən  təkcə  onların  müəllif 
tərəfindən necə, nə zaman, hansı Ģəraitdə yaradıldığı deyil, həmçi-
nin  sonralar  hansı  dəyiĢikliklərə  məruz  qaldığı  da  tədqiq  edilib 
müəyyənləĢdirilməlidir. Bir çox hallarda mətnĢünas qədim abidə-
nin bir neçə əlyazmasının müqayisəsi yolu ilə elmi-tənqidi mətnini 
tərtib edir. 
MətnĢünaslıq  nəzəriyyəsinə  nəzər  salsaq  görərik  ki,  bu  sa-
hədə  Rusiya  alimlərinin  (S.Reyser,  L.Superanskaya,  E.Proxorov) 
gördükləri  iĢlər  diqqətəlayiqdir.  MətnĢünaslığın  elmi-nəzəri  və 
əməli  problemlərinin  həlli  akademik  D.Lixaçovun  fəaliyyəti  və 
əsərləri ilə bağlıdır. D.Lixaçov digər xarici ölkələrdə mətnĢünaslıq 
elminin acınacaqlı vəziyyətinin bir sıra ümumi səbəbləri olduğunu 
yazır.  Belə  ki,  mətnĢünaslıq,  mətn  nəĢrinin  praktiki  məsələlərilə 
boğulmuĢdur. Bu da nəzəriyyənin inkiĢafına mənfi təsir etmiĢdir
67

Türkiyədə  isə  dəyərli  layihə  həyata  keçirilmiĢdir.  Belə  ki, 
Mədəniyyət Nazirliyi tərəfindən “Türkiye yazmaları” adlı sayt ha-
zırlanmıĢdır. Burada əlyazma kitablar haqqında dəyərli tədqiqatlar 
yer almıĢ və Türkiyə kitabxanalarında mühafizə olunan əlyazma-
ların böyük bir qisminin mətni verilmiĢdir
68

                                                           
*
 Bir ədəbi əsərin süjetinə və surətlər sisteminə aid müəyyən ünsürün, ya ünsür-
lərin baĢqa əsərə nüfuz etməsi.   
67
 Bax: ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s.6. 
68
 Bax: Ünver N., Kaya D. Yazma kitaplar. 
http://www.yazmalar.gov.tr/elyazmaciligimiz_tr.php 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
54 
 
Azərbaycan  alimləri  mətnĢünaslığın  bu  və  ya  digər  məsələ-
ləri  ilə  bağlı  müxtəlif  elmi  və  elmi-kütləvi  nəĢrlərdə  çıxıĢ  et-
miĢlər
69
.    
MətnĢünaslığın  tarixini  qədim  dövr,  orta  çağlar,  XIX  əsr  - 
XX  əsrin  əvvəlləri  və  nəhayət  XX  əsrin  ortalarından  günümüzə-
dək  olan  mərhələlərə  görə  Ģərh  etmək  olar.  Məhz  bu  bölgülərin 
ümumi  kontekstində  Azərbaycan  mətnĢünaslarından  Xətib  Təbri-
zi,  Əbdülqəni  Nuxəvi  Xalisəqarızadə,  Mirzə  Kazım  bəy,  Salman 
Mümtaz, Əziz Mirəhmədov, Cahangir Qəhrəmanov, ġamil CəmĢi-
dov, Azadə Musabəyli, Kamandar ġərifli və b. xatırlanmalıdır
70
.  
Uzun əsrlərdən bəri zəngin elmi ənənələr yaratmıĢ Azərbay-
can  mətnĢünaslığı  haqqında  yalnız  Azərbaycanda  deyil,  eyni  za-
manda  dünya  ĢərqĢünaslığında  da  indiyədək  heç  bir  monoqrafik 
tədqiqat  aparılmamıĢdır.  Prof.  K.ġəriflinin  “Azərbaycan  mətnĢü-
naslığının təĢəkkülü  və  inkiĢafı”, “MətnĢünaslıq” və “MətnĢünas-
lığın nəzəri əsasları” adlı əsərləri iĢıq üzü gördükdən sonra bu el-
min tarixi köklərinə, inkiĢaf yollarına, metod və prinsiplərinə ay-
dınlıq  gətirilmiĢdir.  Prof.  A.Musayevanın  “MətnĢünaslığın  nəzəri 
və təcrübi əsasları” adlı dərs vəsaiti də bu baxımdan dəyərlidir. 
Azərbaycan əlyazma kitabı elmi və tərtibat baxımından rən-
garəng olduğu kimi, paleoqrafik xüsusiyyətləri baxımından da çox 
zəngindir. Əlyazmaların paleoqrafik xüsusiyyətlərinin araĢdırılma-
sı  bir  tərəfdən  Azərbaycan  kitab  və  yazı  mədəniyyətinin  inkiĢaf 
mərhələlərini  öyrənmək  baxımdan,  digər  tərəfdən  isə  klassik 
Azərbaycan mətnĢünaslığının qaynaqlarını iĢıqlandırmaq baxımın-
                                                           
69
  Əlizadə  Ə.  Azərbaycan  mətnĢünaslığının  inkiĢafı  tarixindən  //  Azərbaycan 
SSR  Elmlər  Akademiyasının  Xəbərləri  (Ədəbiyyat,  dil  və  incəsənət  seriyası), 
1970, N 2, s. 8; Məhərrəmov T. Tənqidi mətn tərtibində vahid üsul yaradılması 
// Azərbaycan SSR EA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1974, N 
2;  Mirəhmədov  Ə.  Azərbaycan  mətnĢünaslığının  vəziyyəti  və  inkiĢaf  perspek-
tivləri // Azərbaycan mətnĢünaslığı məsələləri. - Bakı: 1979, s. 4-32; 
70
 Musayeva A. MətnĢünaslığn nəzəri və təcrübi əsasları. - Bakı: 2007, s. 4. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
55 
 
dan  böyük  elmi  əhəmiyyət  kəsb  edir
71
.  MətnĢünaslıq  tədqiqatları 
baĢlıca olaraq paleoqrafiyanın yardımı ilə aparılır.  
Azərbaycan  paleoqrafiyasının  bu  və  ya  digər  məsələlərini 
mərhum  əlyazmaĢünas alim  Prof. Məmməd Adilov araĢdırmıĢ  və 
onun bu sahədəki tədqiqatları dörd kitabda öz əksini tapmıĢdır. Bu 
monoqrafik tədqiqatlarda Azərbaycan yazıları, əlyazma kitabı, ya-
zı materialları, filiqranlar  və digər problemlər araĢdırılmıĢdır
72
.  
 
Klassik əsərlər üzərində mətnşünaslıq tədqiqatı 
 
 Orta əsrlərin bir çox ədəbi əsərləri dövrümüzə əlyazma Ģək-
lində  çatmıĢdır.  Əlyazma  adətən  əsər  müəllifinin  özü,  yaxud  hə-
min əsərin üzünü köçürən xəttat, katib tərəfindən yazılırdı. Köçü-
rülmüĢ əsər nüsxə adlanır. Müəllifin öz xətti ilə yazılmıĢ mətninə 
avtoqraf  deyilir.  Avtoqrafın  bir  növü  də  orta  əsrlərdə  müsvəddə 
adlanan qaralama nüsxəsidir. Əsərin yazılma tarixini öyrənməkdə 
bunun da  ciddi  əhəmiyyəti var
73
. Əlyazmanın orijinalından köçü-
rülmüĢ və tamamilə onun mətnini əks etdirən mətn əlyazma surəti-
dir. Mətnin redaksiyası – müəllifə və ya hər hansı baĢqa Ģəxsə aid 
mətnin  müəyyən  məqsədlə  yenidən  iĢlənməsidir.  Yenidən  iĢlən-
mənin  məqsədi  məzmun,  bədii  forma  və  üslubun  dolğunlaĢdırıl-
ması, hansısa faktların əsərdən çıxarılması, dəyiĢdirilməsi və s. ola 
bilər
74

                                                           
71
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 83. 
72
  Adilov  M.,  Məmmədbağıroğlu  Ə.  Azərbaycan  əlyazmalarında  filiqranlar.  - 
Bakı:  2001,  56  s.;  Adilov  M.  Azərbaycan  paleoqrafiyası  və  tarixi  orfoqrafiya 
məsələləri.  -  Bakı:  2002,  199  s.;  Adilov  M.  Türk  mətninin  transfoneliterasiya 
problemləri. - Bakı: 2003, 118.; Adilov M. Azərbaycan paleoqrafiyası.  - Bakı: 
2010, 223 s.  
73
 Mirəhmədov Ə. ƏdəbiyyatĢünaslıq. Ensiklopedik lüğət. - Bakı: 1998, s. 10. 
74
 Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964, с. 13. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə