Quran əxlaqi



Yüklə 0,49 Mb.
səhifə1/14
tarix15.04.2018
ölçüsü0,49 Mb.
#38539
  1   2   3   4   5   6   7   8   9   ...   14


QURAN ƏXLAQI



Bu kitabda istifadə edilən ayələr Ə. Musayevin tərcümə etdiyi Qurani-kərim kitabından götürülmüşdür.

www.harunyahya.org - www.harunyahya.net - www.harunyahya.az

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.



İÇİNDƏKİLƏR

Giriş

Allah`ı haqqı ilə təqdir etmək

Gücünün yetdiyi qədər Allah`dan qorxmaq

Qədər

Təvəkkül


Təfəkkür

Diqqətli olmaq

Hər işdə bir xeyirin olması

Yanımızdakı ölüm

Şeytanın fəaliyyəti

Daim pisliyi əmr edən nəfs

Seçilmiş olmaq

Dua və edilmə şəkli

Bağışlanma və tövbə

Ölənə qədər səbir

Allah`ın möminlərə dəstəyi

Ümidsizliyə qapılmamaq və şeytanın təbliğinə fürsət verməmək

Hər hadisənin quran əxlaqına uyğun şəkildə qiymətləndirilməsi

Qəlbdəki niyyəti Allah`ın bilməsi

Dünya həyatının müvəqqəti olması

Mülkün əsl sahibi

Şükür

Hər an davam edən imtahan

Allah heç kimə qaldıra bilməyəcəyi yükü yükləməz

İnkarçılara sevgi göstərməmək

Heç bir şeyi Allah`dan, elçisindən və Allah yolunda cəhd etməkdən vacib bilməmək

Acizlik göstərməmək, kədərlənməmək, hüznə qapılmamaq

Namazda huşu

Allah`ı çox zikr etmək

Bir dəstə ilə qarşılaşanda Allah`ı çox zikr etmək

Ayələri və hikməti yadda saxlamaq

Boş və faydasız işlərdən üz çevirmək

Orta yolda olmaq

İnsanın mələk şahidləri

Verilən borcun yazılması

Etməyəcəyi şeyi söyləməmək

Vicdan və ruh

Qardaşlıq və birlik

Mübahisə etməmək

Quran oxunarkən şeytandan Allah`a sığınmaq

İncə düşüncəli olmaq

Cahillərdən üz çevirmək

Bilmədiyi mövzuda mübahisə etməmək


Lağ etməmək

Möminləri xoşagəlməz ləqəblə çağırmamaq

Əmanəti sahibinə vermək və əmanətə xəyanət etməmək

Dayanıqlılıq


GİRİŞ


Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və həvəslərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, lağlağı, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.

Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allah`ın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:



İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

Müsəlmanın vəzifəsi, şübhəsiz ki, Allah`ın vəhy etdiyi bu üstün əxlaqı ən incə məqamına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk etmiş və yuxarıda bəhs etdiyimiz qüsurlu əxlaq anlayışını mənimsəmiş azğın və primitiv mədəniyyətin təsirindən xilas olmaq üçün olduqca həssas və diqqətli olmaq lazımdır. Bu səbəbdən, insan daim düşünməli və cahiliyyə əxlaqından uzaqlaşıb Quran əxlaqını mənimsəmək üçün böyük səy göstərməlidir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə