Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə14/96
tarix18.05.2022
ölçüsü2,47 Mb.
#87285
1   ...   10   11   12   13   14   15   16   17   ...   96
nəşriyyat pdf

Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
34 
yeni biçimdə verilməsi, məzmun və motivlərin yeni bədii anlamla 
ifadəsi orijinaldan zəifdirsə, bu, uyğunsuzluq sayılır. BaĢqalarının 
iĢlətdiyi məzmun və motivləri, təzad, təcnis, təĢbih və eyhamları 
birbaĢa iĢlətmək 
plagiat
adlanır. Hər hansı motivi nəqletmə yolu 
ilə öz adına iĢlətmək, müxtəlif motivləri bir-birinə calamaqla oriji-
nal söz kimi qələmə vermək cəhdi də yolverilməzdir”
37
.
Əsas plagiat növləri bunlardır:

baĢqasının sözünə sahib çıxmaq; 

baĢqasından alınan məna və sözün yerdəyiĢməsi, mənanın 
geniĢlənməsi; 

nəsr və ya nəzmin məzmununu baĢqasından alıb, yeni iba-
rələrlə, yeni qəlibdə vermək və s
38

Türkiyədə 2011-ci ildə iĢıq üzü görmüĢ “Akademik yazım 
ihlalleri” adlı çox dəyərli monoqrafiyada hər hansı bir əsərə doğru 
istinad vermə, plagiat məsələsi üzərində ciddi durulmuĢ və təhlil-
lər aparılmıĢdır
39

Elmi nəĢrlərdə demək olar ki, bütün növ biblioqrafik istinad 
növlərindən istifadə olunur (Əlavə 8, 10). Elmi iĢ tamamlanan za-
man və onun nəticələri tərtib edilərkən mənbələrin, ədəbiyyatın si-
yahısı tutulur. Bu zaman biblioqrafik təsvir qaydalarına riayət 
olunması vacib Ģərtlərdəndir. Təsvir zamanı diqqətsizlik, laqeyid-
lik, qeyri-dəqiqlik yanlıĢlıqlara və natamam informasiyaya gətirib 
çıxarır. Bu cür istinadlarla və siyahılarla redaktor da iĢləyə bilməz.
37
GöyüĢov N. Milli sənətin nəzəri təhlilinə giriĢ. Bakı: Nurlan, 2006, s. 237-
238. 
38
Yenə orada. s. 238. 
39
Demirel Ġ. H., Erol B., Saraç C. Akademik yazım ihlalleri. – Ankara: 
TÜBĠTAK, ULAKBĠM, 2011, s. 58. 
Daha ətraflı bax: Hexham Ġ. Academic Plagiarism Defined. Department of 
Religious Studies University of Calgary, 2005, 12 s. 
http://people.ucalgary.ca/~hexham/content/articles/plague-of-plagiarism. 
html; The Chicago Manual of Style. Chicago, Chicago University Press, 2003, 
(first edition 1949). 


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
35 
Biblioqrafik siyahıların müəllif variantı qiymətləndirilərkən 
oxucunun istinad verilən mənbəni dəqiq müəyyən edə biləcəyi və 
onun haqqında lazımi məlumatları ala biləcəyi nəzərə alınmalıdır. 
Biblioqrafik istinad və ya siyahı kitabda elə yerləĢdirilməlidir ki, 
oxucu onu asan və rahat görsün, mütaliə prosesini kəsməsin və ax-
tarıĢa vaxt sərf etməsin. Eləcə də, istinadların texniki tərtibat qay-
daları nəzərə alınmalıdır. Texniki tərtibat qaydalarını nəzərə al-
saq, istinadların kodla verilməsi – yəni ədəbiyyatın mətnin sonun-
dakı biblioqrafik siyahıya uyğun nömrəsinin və ya müəllifin soya-
dının və istinad olunan səhifənin nömrəsinin göstərilməsi məqsə-
dəuyğundur. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu variant 
texniki tərtibat baxımından uğurlu olsa da, mütaliə prosesində 
oxucuya böyük çətinlik yaradır. Bu zaman oxucu mənbəni axtar-
maq üçün mütaliə prosesini dayandırır
40
.
Elmi kitablarda ayrı-ayrı nəĢrlərə tətbiq edilən 
mətnin sonu
biblioqrafik siyahılar da verilə bilər. Bu xarakterli biblioqrafik isti-
nadlara elmi əsərlər toplusunda, monoqrafiyaların ayrı-ayrı fəsillə-
rinin sonunda rast gəlmək mümkündür. Biblioqrafiyanın bu Ģəkil-
də verilməsi hallarına az-az təsadüf olunur.
Mətn sonunda verilən biblioqrafiyalardan biri də mono nəĢr-
lərin sonunda verilən biblioqrafik siyahılardır və onlar “kitab sonu 
siyahı” adlandırılır.
Fəslin sonunda və nəĢrin sonunda verilən biblioqrafik siyahı-
lar 
informativ, tövsiyə edici, şəxsi, əlavə
xarakteri daĢıya bilər və 
müvafiq baĢlıqlar altında tərtib olunurlar: «Ġstifadə olunmuĢ ədə-
biyyatın biblioqrafik siyahısı», «Tövsiyə olunan ədəbiyyatın bib-
lioqrafik siyahısı», «Əlavə mənbələrin biblioqrafik siyahısı», 
«Akademik B.Nəbiyevin elmi əsərlərinin siyahısı» və s. 
40
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. – Мос-
ква: 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 



Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə