Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

Sürətlər qutusu 

 

Sürətlər qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının 



dişli çarxlardan ibarət avadanlığı. Nəqliyyatda tətbiq olunan sürətlər qutusu 

mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi 

üçün tətbiq olunur. Bunlar çox da çevik olmayan daxili yanma mühərrikidirlər. 

Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürətlər qutusuz hazırlanırlar. Ona 

görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük 

həddə tənzim edə bilirlər. Bundan əlavə sürətlər qutusu nəqliyyatın arxaya 

hərəkətini mümkün edir. Metalkəsən və başqa dəzgahlarda sürətlər qutusu optimal 



kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin 

fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur. 

Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar. 

Güc ötürmə üsuluna görə: 

Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur. 

Sadə ötürmələr, burada silindrik və konik dişli çarx tətbiq olunur. 

Planetar, burada planetar ilişmə tətbiq olunur. 

Hidromexaniki sürətlər qutusu, burada dişli çarx ötürməsi hidromexaniki ötürmə 

ilə kombinasiya olunur (hidromuftalar, hidrotransformatorlar). 

 

Sadə sürətlər qutusu valların sayın görə də bölünürlər(bir vallı, iki vallı, üç vallı, 



eyni oxlu). Burada ötrmənin növündən asılı olaraq da fərq mövcuddur (hərkətli 

çarxlı, daimi iliş mədə olan, sinxronizatorların köməyi ilə ilişmə, friksion ilişmə). 

Planetar sürətlər qutusunun aşağıdakı növləri mövcuddur: 

İki sərbəstlik dərəcəsi malik olan, 

Üç sərbəstlik dərəcəsi malik olan, 

Dörd sərbəstlik dərəcəsi malik olan. 

İdarəetmə üsuluna görə sürətlər qutusunun aşağıdakı növləri vardır: 

Əl ilə sürəti dəyişmə 

Mexaniki ötürmə, burada operatorun müdaxiləsi ilə dəyişmə baş verir. 

Servoötürmə, burada operatorun müdaxiləsi ilə servoqurğu əsas işi yerinə yetirir. 

Enerjinin çevrilmə üsulundan asılı olaraq servoötüremələr hidravlik, mexaniki, 

elektrik, vakuum və s. olurlar. Avtomobillərdə hidravlik sistemlər geniş tətbiq 

olunurlar. 

Avtomatk sürətlər qutusu operatorun müdaxiləsi olmadan düşən yükün təsirindən 

özü dövrlər sayını tənzimləyir. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə