Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   ...   27   28   29   30   31   32   33   34   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

İstilik mühərrikləri 

 

 



İstilik mühərriki- yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur. 

Üç hissədən ibarətdir. Qızdırıcı, işçi cisim, soyuducu. Mühərrikin gördüyü faydalı 

işin onun qızdırıcıdan aldığı istilik miqdarına olan nisbəti istilik mühərrikinin 

faydalı iş əmsalı adlanır. İstilik mühərrikinin üç növü var: Buxar turbini, daxili 

yanma mühərriki, reaktiv mühərrik. 

İstilik akkumulyatoru-günəş buxar-güc qurğusu



 

 

Buxar-güc qurğularında yüksək temperatur olduğu kimi, yüksək də təzyiq yaranır. 



Ona görə də istilik akkumulyatorunda enerji toplayıcı mühitin bərk cismi ilə istilik 

tutumu artırılmalıdır. Bu növ istilik akkumulyatoru, hətta əsas enerji mənbəyi 

olmadıqda belə, qısa müddətə işlədiciləri enerji ilə təmin edə bilər. Günəş 

radiasiyasının iqlim Şəraiti ilə əlaqədar zəiflədiyi, yaxud enerji işlədicilərinin az 

güc ilə işlədici müddətə, istilik akkumulyatoru yük qrafikini nizamlayır. Əgər 

Günəş buxar qazanının temperaturu çox yüksək olarsa, birinci kontura istilik 

akkumulyasiya olunur. Belə birinci istilik toplayıcı mühit yağ, bir sıra ərintilər, 

maye qələvi metal (məsələn, natrium) və s. ola bilər. Bu cisimlər çox yüksək 

temperaturu akkumulyasiya edir. ikinci kontur isə buxar turbini və generator daxil 

olur. Şəkildə bir konturlu Günəş buxar qurğusu və birbaşa doldurulan istilik 

akkumulyatorunun sxemi göstərilmişdir. Kollektorun və yüksək temperaturlu 

buxarın daşıyıcı borusu istilik akkumulyatoru ilə birləşibdir. Bu hissədə yüksək 




təzyiqli buxar turbini işləyir (2). Alçaq təzyiqli buxar turbini (3) elektrik 

generatorunu işlədir, həm də onun dövrəsinə qarışdırıcı kondensator (5) və 

soyuducu (6) daxildir. Akkumulyatorun əsas qidalandırıcı su mənbəyi suyun ana 

xətti ilə əlaqələnibdir, bu istilik prosesinin fasiləsiz işləməsini təmin edir. 

Göstərilən bir konturlu günəş buxar generatoru-akkumulyatoru və buxar 

turbinindən ibarət sistem halında bir-biri ilə texniki uyğunluq yaratmalıdır. 

 

 

Şəkildə qülləli Günəş buxar qazanı və onun Şüa sistemi göstərilmişdir. Günəş 



elektrik stansiyasında, əks etdirici müstəvi güzgülərin böyük ərazi tutmaması üçün, 

bir qayda olaraq qülləli buxar qazanı 200-300 m hündür qüllədə yerləşdirilir. 

Nəzəri olaraq qülləli günəş buxar qazanlarında 100 MVt – a qədər elektrik gücü 

istehsal etmək mümkündür. Stansiyanın əhatə edəcəyi güzgünün sahəsi onun 

təyinatından asılıdır. Əgər Günəş elektrik stansiyası qısa müddətdə digər istilik, 

yaxud atom elektrik stansiyalarını əvəz edəcəksə, həmin güclə 12 saat işləyəcək 

Günəş elektrik stansiyası üçün güzgü sahəsi 2 dəfə çox tələb olunur. Digər texniki 

çətinlik ondan ibarətdir ki, güzgülərdən Şüalar buxar qazanına çatana qədər 300 

m– dən çox hava məsafəsindən keçir, ona görə də böyük istilik itkiləri olur. Əgər 

perpendikulyar düşən radiasiya enerjisini 100 % qəbul etsək, müxtəlif növ istilik 

itkilərini çıxdıqdan sonra qülləli buxar-güc qurğusunun f.i.ə. təxminən 17 % olur. 

Amerikanın Arizon ştatında tikilib, fəaliyyət göstərən günəş elektrik stansiyasında 

1 MVt gücün istehsalına təxminən 1000 dollar xərclənmişdir. Stansiyanın əhatə 



etdiyi sahə 1,5 kvadrat kilometrdir, bazis gücünü akkumulyasiya etmək üçün sutka 

ərzində 12, orta gücü 6, ən çox tələb olunan gücünə 3 saat vaxt tələb olunur. Bir 

çox ölkələrdə əkinə yararsız torpaq sahələri çox azdır. Müqayisə üçün 

Azərbaycanın əkinə yararsız torpaq sahələrini və bu ərazilərin Kür çayına yaxın 

yerləşdiyini yadasalsaq, günəş elektrik stansiyasınıniqtisadieffektinibaşadüşərik. 

Radiasiya enerji ehtiyatı və iqlim şəraiti o qədər də əlverişli olmayan Krım ya 

rımadasının Kerç Şəhərii yaxınlığında tikilmiş ilk günəş elektrik stansiyasının bəzi 

texniki göstəricilərini qeyd edək. Buxar generatoru təxminən 100 m hündürlükdə 

yerləşir. Ümumi sayı 1600 dənə, hər birinin sahəsi 25 m2 olan müstəvi güzgülər, 

diametri təxminən 1km olan dairəvi sahəyə, çevrələr üzrə düzülmüşdür. 

Güzgülərin hər biri avtomatik qurğu ilə günəşin arxasına dönür ki, şüa onun 

səthinə perpendikulyar düşsün, qayıdan şüa isə onun qüllədəki buxar qazanının 

səthinə istiqamətlənsin. Beləliklə, buxar qazanında 250° temperaturlu buxar 

istehsal olunur və buxar turbinini elektrik generatorunu fırladır. Qüllənin oturacağı 

altında yerləşən istilik akkumulyatoru isə buludlu və gecə fasilələrində günəş 

radiasiyasını əvəz edir, stansiya fasıləsiz enerji verir. İşlənmiş qaynar su xüsusi 

saxlama istilik akkumulyasiya ―çökəkliyinə yığılır və lazımi vaxtlarda istifadə 

edilir. Adi çəkilən təcrübə Krım-Günəş elektrik stansiyasının gücü cəmi 5000 kVt–

dır. Yaddan çıxarmaq lazım deyil ki, dünyada ilk atom elektrik stansiyasının da 

gücü 5000 kVt olmuşdur, necə deyərlər, təcrübə ilk addımdan başlayır, çaylar isə 

xırda bulaqların suyundan yığılır. Təcrübələrdə elektrik stansiyasında texniki 

çatışmayan cəhətləri üzə çıxır. 

Bir çox layihələrdə, qüllədə yerləşdirilmiş buxar qazanın, həm də təbii qaz ilə 

işləməsi nəzərdə tutulmuşdur, belə paralel işləyən Günəş-qaz yanma sistemi tam 

iqtisadi effektlidir. Buxar generatoru istilik sisteminin maksimum gücünə 

hesablanmışdır. Gecə növbəsində alçaq təzyiqli buxar elektrik generatorunun 

enerjisi, yüksək temperaturlu və təzyiqli akkumulyator ilə təmin edilir. Günəş 

radiasiyası gücləndikdə isə (gündüz) yüksək təzyiqli buxar turbini işə düşür və 

akkumulyator yenidən dolmağa başlayır, xüsusi qurğu ilə alçaq təzyiqli buxar 

turbinin dövrlər sayını artırır. Beləliklə, saat 6…18 arasında akkumulyator yüksək 

təzyiqli turbinin, dövrəsi hesabına dolan, 0 və 18-24 saat arasında isə işlədicilərin 

enerji yükünü tam ödəyən istilik akkumulyatorudur. Günəş buxar-güc qurğuları 

sistemində bir sıra müxtəlif istilik akkumulyatordan istifadə edilir. Onlardan 

doymuş və əlavə qızdırılmiş buxar ilə akkumulyasiya olunan enerji dünyanın bir 

çox ölkələrində günəş elektrik stansiyalarında istifadə edilir. Buxara əlavə olaraq 

yüksək temperatura qədər qızdırmaq üçün əlavə, yəni, dolayısı ilə enerji toplayan 




akkumulyatordan istifadə edilir. Məsələn, Kaliforniyanın Barstau Günəş elektrik 

stansiyasında (10 MVt Ressiverdən sonra 510°C temperaturlu və 10 MPa təzyiqli 

buxar aşağıdakı etaplardan keçir: əvvəlcə 348°C– dək soyudulur və enerjinin bir 

hissəsi akkumulyasiya olunur, soyuma hesabına 226°C–li kondensator alınır, istilik 

akkumulyatorunun qızdırıcı elementi öz növbəsində yağ və çay daşı olan mühitə 

(dolayısı akkumulyatora) enerji toplayır, yer altında yerləşdirilmiş dolayı 

akkumulyator buxar generatorunun 277°C temperaturlu və 2,7 MPa təzyiqli buxar 

enerjisi ilə qidalandırır, buxar generatorundan çıxan kondensatın 127°C 

temperaturu olur. Texniki maraq üçün adı çəkilən elektrik stansiyasında istifadə 

edilən, dolayı istilik akkumulyatorunun bəzi göstəricilərini qeyd edək; bu qurğu 

6000 ton çay daşı və 712 m3 yağ olan yeraltı tikilidir. Bu akkumulyator 10 MPa 

təzyiqli 510°C temperaturlu buxar ilə doldurulur, sonra isə 348°C–dək soyudulur, 

alınan 226°C–li kondensat buxar qazanın işçi suyu kimi dövrəyə qayıdır. Əlbəttə, 

bizim məqsədimiz, buxar-güc qurğularının müxtəlif ölkələrdə istifadə edilən 

elektrik stansiyaların da layihələndirilmiş çoxsaylı və istilik sxemlərini təhlil etmək 

deyil, biz bu sxemlər ilə tanış olduqdan sonra nəticəyə gəlirik ki, Günəş elektrik 

stansiyaları Azərbaycan ərazisi üçün böyük iqtisadi əhəmiyyətli ola bilər. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə