Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

Sonsuzvint ötürməsi

 oxları çarpaz yerləşmiş sonsuzvint və ona uyğun olan dişli 

çarxdan ibarətdir. Sonsuzvintin profili boltun həndəsəsinə oxşayır. Çox vaxt 

sonsuzvint aparan, sonsuzvint dişli çarxı isə aparılan olur. İlişmə zamanı güc 

sonsuzvint çarxın dişlərini qismən əhatə etməklə ötürülür. Sonsuzvint və çarx 

arasında toxunma xətt üzrə baş verdiyindən böyük güc ötürmək mümkün olur. Bu 

ötürmə adilərə nisbətən daha dəqiq, səlis və titrəyişsiz işləyir. Dişlərin ilişməsində 

yaranan yüksək sürtünməsəthi aşağı faydalı iş əmsalına səbəb olur. Sonsuzvintin 

yoxuş bucağı artdıqaca bu əmsal 65-95 % arasında yerləşir. Sonsuzvint 

ötürməsində bir pillədə 1...1000 arasında ötürmə nisbəti almaq olur. Praktikada isə 

əlverişli ötümə nisbəti 10.....80 arasında götürülür. Sonsuzvint formasına görə 

silindrik və holoboid olur. Dişlərin profilinə görə trapesiya və arximed spiralına 

uyğun hazırlanırlar. Standarta görə Arximed sonsuzvintli ötürmələr ZA, evolvent 

Z1, konvolyut sonsuzvintlər isə ZN1 və ZN2 ilə işarə edilir. 

Sonsuzvint ötürməsinin çatışmayan cəhətləri ondan ibarətdir ki, ilişmə zamanı 

yüksək sürtünmə yaranır, əlvan materialların tətbiqi tələb olunur, oxboyu yaranan 

yüksək qüvvə yastıqların sərt oturdulmasını tələb edir, istismar xərcləri böyükdür. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə