MəLƏKLƏRƏ İman


Bulud, Yağış, Təbiət Mələyi



Yüklə 0,5 Mb.
səhifə4/6
tarix21.10.2017
ölçüsü0,5 Mb.
#6180
1   2   3   4   5   6
Bulud, Yağış, Təbiət Mələyi

And olsun buyruqları yerinə yetirənlərə!”. (ən-Nəziət 5). “And olsun işləri paylaşdıranlara!”. (əz-Zəriət 4). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Yəhudilər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ey Əbul Qasım! Bizə ildırım haqqında xəbər ver, nədir o?”. Peyğəmbər: «Bu Allahın buludları idarə etmək üçün müvəkkəl etdiyi bir mələkdir ki, əlindəki oddan olan Mixraqla (qamçı) – buludları dağıdaraq Allahın əmr etdiyi yerə aparır» deyə buyurdu. Onlar: «Bəs eşidilən gurultu nədir?» dedilər. Peyğəmbər: «Əmr edildiyi yerə apardığı zaman buluddan çıxan səsidir» deyə buyurdu. Yəhudilər: “Doğru dedin” dedilər49. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «(Bir gün) bir nəfər geniş və susuz bir səhrada gedərkən (qəflətən) buluddan: «Filankəsin bağçasını sula!» deyə bir səs eşitdi. Sonra bulud dərhal bağçaya tərəf yönələrək suyunu qara, daşlı bir sahəyə boşaltdı. Su isə bir yerə toplanaraq böyük kanal meydana gətirdi. O, kimsə suyu təqib edərək (suyun) axarı ilə getməyə başladı. Nəhayət (bir müddətdən sonra) öz bağçasının içərsində dayanmış bir kimsənin yanına çatdı. O, kimsə axan suyu kanallar vasitəsilə (istədiyi yerə) yönəldirdi. Ona: «Ey Allahın qulu! Adın nədir?» deyə soruşdu. O, da: «Filankəsdir!» dedi və buluddan eşitmiş olduğu adı (ona) söylədi. (Bağ sahibi): «Ey Allaın qulu! Nədən mənim adımı soruşursan?» dedi. O, da: «Mən bu suyu axıdan buludun içərisindən sənin adını verərək: «Filankəsin bağçasını sula!» deyə bir səs eşitdim. (Mənim üçün maraqlıdır) sən bu bağçada nə edirsən ki, (Allah sənə bu cür kəramət verib) dedi. (Bağ sahibi): «Madam ki, soruşursan onda mən sənə cavab verərəm» dedi. «Mən bu bağçadan çıxan məhsula baxır və (hesabat aparıram). Sonra çıxan məhsulun üçdə birini heç bir imkanı olmayan fəqirlərə, kasıblara verirəm. Üçdə birini özümə və ailəmə saxlayıram. Qalan üçdə birini isə torpağa (məhsul üçün) qaytarıram»50. “And olsun göylərdə və yerdə səf-səf duranlara, imansızları qətiyyətlə qovanlara. və Zikri oxuyanlara!”. (əs-Saffət 1-3). “And olsun xeyirlə göndərilənlərə. və şiddətlə əsənlərə!And olsun Allahın əmrini yaydıqca yayanlara, haqqı nahaqdan ayırdıqca ayıranlara. və zikri çatdıranlara – üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!”. (əl-Mursələt 1-6).



Adəm Və Mələklər

Allah mələklərə Adəmi yaratdıqdan sonra onun qarşısında səcdə etmələrini əmr etdi. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!". (Sad 71-72). “Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu”. (Sad 73-74).



Mələklərin Öyüd-Nəsihəti

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Allah, Adəmi öz surətində boyu altmış dirsək uzunluğunda yaratdı. Sonra dedi: “Get orada oturan mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki bu həm sənin salamın, həm də sənin zürriyyətinin salamıdır”. Adəm - əleyhissəlam - onlara: “Əs-Səlamu aleykum (sizə salam olsun)!”- dedi. Onlar da: “Əs-Səlamu aleykə və rahmətullah (sənə salam olsun və Allahın rəhməti yetişsin)!”- deyib buna: “və rahmətullah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs (oraya) Adəm - əleyhissəlam - ın surətində girəcəkdir. İndiyə qədər də insanların xilqəti naqisləşməkdədir”51.



Mələklərin Adəm - Əleyhissəlam - ı Yumaları

Adəm - əleyhissəlam - öldüyü zaman övladları onun cəsədi ilə nə etmələrini bilmirdilər. Mələklər onu yumağı öyrətdilər. Ubeyy – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Adəm - əleyhissəlam - öldüyü zaman mələklər onun cəsədini tək sayda su ilə yudular və onu dəfn etdilər. Bu da Adəm - əleyhissəlam - ın övladlarına olan sünnətidir”52. Həmçinin – mələklər Uhud günü şəhid olmuş Hənzələ İbn Amir – radıyallahu anhu – nun cəsədini də yumuşdular (qüsul) etmişdilər. Uhud günü döyüş çağırışını eşidən Hənzələ – radıyallahu anhu – evindən cünub olduğu halda qüsul etmədən çıxır və döyüşə gedir. Bu döyüşdə şəhid olur. Peyğəmbər: “Sizin yoldaşınızın cəsədini mələklər qüsul edirlər” deyə buyurdu53.



Mələklərin İnsanın Yaradılışında İştirakı

Əbu AbdurRahmən Abdulla b. Məsud - radıyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının bətnində qırx gün nütfə54 şəklində olaraq bir yerə gətrilir. Sonra bu müddət ərzində aləqa55 şəklində olur. Sonra yenə bu müddət ərzində mudğa56 şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını...»57. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah ana bətninə bir mələk (göndərər) və mələk: "Ya Rəbbim! Nütfə, Ya Rəbbim! Aləqa, Ya Rəbbim! Mudğa". Allah onu xəlq etmək istədikdə (Mələk): "Oğlan yoxsa qız, xoşbəxt yoxsa bədbəxt, Ruzisi nədir? Əcəli Nədir?". Bütün bunlar ana bətində ikən yazılır"58. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nütfənin (Ana bətinə) düşməsindən 42 gecə keçdikdən sonra Allah bir mələk göndərər. Mələk ona şəkil verərək: eşitmə, görmə, dəri və sümük (şəkilini) verər. Sonra: "Ya Rəbbim! Oğlan, yoxsa qız?" deyə soruşar. Bu zaman Allah öz iradəsini (qədərini) əmr edər və mələk də yazar"59.



Mələklər Adəm Övladını Qoruyurlar

«İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). İbn Abbas - radıyallahu anhu – deyir ki: “Bu ayədə insanları öndən və arxadan qorumaq ilə mükəlləf olan mələklərdən danışılır. Lakin Allahın Qədəri ilə baş verəcək hadisə zamanı onu tərk edərlər”. Mücahid – rahmətullahi aleyhi - deyir ki: “Hər bir qulun onu insanlardan, cinlərdən və həşəratlarda gecə və gündüz qorumaq üçün mükəlləf olan mələyi vardır. Onlardan biri ona yaxınlaşdığı zaman mələk deyər: “Özünü qoru”. Yalnız Allahın Qədəri ilə hadisə baş verəcəksə bu hallardan başqa”. “O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alırlar və heç bir səhvə yol vermirlər”. (əl-Ənam 61).

Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Vəhyi Necə Alırdı

«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, insana qələmlə (yazmağı) öyrətdi. O rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5). Vəhy Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bir neçə şəkildə gəlirdi. Aişə - radıyallahu anhə – rəvayət edir ki, bir gün Xaris b. Hişam - radıyallahu anhu Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «Ya Rəsulullah! Vəhy sənə necə gəlir?» deyə soruşdu. Peyğəmbər: «Hərdən vəhy zınqırov səsi kimi gəlir. Bu da mənim üçün (vəhyin) ən ağır gəliş şəklidir. Deyilənləri öyrəndikdən sonra o, məni tərk edir. Hərdən də mələk mənim qarşıma insan qiyafəsində gəlir və vəhyi mənə çatdırır. Mən də onun dediklərini yadda saxlayıram. Aişə - radıyallahu anhə – deyir ki, mən görürdüm necə ki, soyuq bir havada vəhyin gəlişindən sonra onun alnından tər axardı»60. Cabir İbn Abdullah əl-Ənsari - radıyallahu anhu – vəhyin (müvəqqəti olaraq) kəsilməsindən danışarkən rəvayətində bunu da söyləmişdir. Peyğəmbər: “(Bir dəfə) mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan kürsünün üzərində əyləşmişdir. Mən ondan qorxdum. (Evə) qayıdıb “Üstümü örtün, üstümü örtün!”– dedim. Uca Allah da: “Ey əbasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!”. (əl-Mudəssir 1-5). Ayələrini nazil etdi. Sonra vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı61.

Cəbrail - Əleyhissəlam – Vəhyi Nazil Edəndir

Uca və Böyük olan Allah bu vəzifənin icrasını Cəbrail - əleyhissəlam - ın üzərinə qoymuşdur. “De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir". (əl-Bəqərə 97). “Onu sadiq Ruh (Cəbrail) endirdi. Sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan”. (əş-Şuəra 193-194).

Lakin bəzən digər mələklər də bu vəzifəni icra edirdilər. Abdullah İbn Abbas - radıyallahu anhu – rəvayət edir: “Cəbrail - əleyhissəlam - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında oturan zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – yuxarıdan qapı səsinə oxşar bir səs eşitdi və başını qaldırdı. (Cəbrail) dedi: “Bu, göydə olan bir qapıdır. Bundan əvvəl heç vaxt açılmayıb, yalnız bu gün açıldı. Oradan bir mələk endi. (Cəbrail) dedi: “Bu Yer üzünə enən bir mələkdir. Bu günə qədər Yer üzərinə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə verilən iki nur ilə müjdələn! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilmədi. Bu iki nur, Kitabı açan “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər bir hərfə görə sənə (savab, istədiyin) veriləcəkdir!”62. Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Mənim yanıma mələk nazil olub məni salamladı. Mələk mənə mühüm bir xəbəri çatdırmaq üçün səmadan ilk dəfə idi (yer üzünə) nazil olurdu və o: “Həsən və Hüseyn - radıyallahu anhum – Cənnət cavanlarının seyyidi, Fatimə - radıyallahu anhə – isə Cənnət qadınlarının seyyididir”63.

Cəbrail - Əleyhissəlam – In Vəzifəsi Tək Vəhyi Çatdırmaqla Bitmirdi

İbn Abbas - radıyallahu anhu – rəvayət edir: “Allahın elçisi – sallallahu aleyhi və səlləm – insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail - əleyhissəlam - ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail - əleyhissəlam - Ramazan ayının hər gecəsində Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın elçisi – sallallahu aleyhi və səlləm – xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı”64.



Cəbrail - Əleyhissəlam - Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Ə Namazı Öyrədir

Məlumdur ki, Cəbrail - əleyhissəlam - Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Allahın buyurduğu şəkidə namaz qılmağı öyrədir. Rəvayət edilir ki, bir gün Muğira ibn Şobə - radıyallahu anhu – İraqda ikən (əsr) namazını (başlanğıc vaxtından bir qədər) gec qıldı. (Bunu görən Əbu Məsud əl-Ənsari - radıyallahu anhu – onun yanına gəlib) dedi: ”Bu nədir, ey Muğira? Məgər sən bilmirsən ki, Cəbrail - əleyhissəlam - yerə enib namaz qıldı65, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də o namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də o namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də o namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də o namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də o namazı qıldı66 və dedi: “Mənə belə əmr edildi”. 67



Cəbrail - Əleyhissəlam – In Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Ə Ruqyə Oxuması

Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Cəbrail - əleyhissəlam - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: “Ey Muhəmməd! Xəstələndinmi?”. O: “Bəli” dyə buyurdu: “Cəbrail: “Allahın adı ilə, sənə əziyyət verən hə bir şeydən sənə oxuyuram (dua edirəm), hər bir (şərli) nəfsdən, hər bir həsəd aparanın nəzərindən, Allah sənə şəfa versin! Allahın adı ilə sənə Ruqyə oxuyram”68. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – xəstələndiyi zaman Cəbrail - əleyhissəlam - ruqyə oxuyaraq deyərdi: “Hər bir xəstəlikdən sənə şəfa verən, həsəd aparanın həsədinin şərrindən və hər bir (gözü) nəzəri dəyənin şərrindən əmin (qoruyan) Allahın İsmi ilə”69. Həmçinin – Cəbrail - əleyhissəlam - Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər Bədr və Xəndək döyüşündə də iştirak etmiş, Peyğəmbər – sallallahu aleyhi və səlləm – İsra və Merac gecəsi müşayiət etmişdir.



Mələyin Nazil Olduğu Hər Bir Kəs Peyğəmbər Sayılırmı?

Düşünmək ki, mələyin nazil olduğu hər bir kəs Peyğəmbərdir, bu düzgün deyildir. Məlumdur ki, Allah mələkləri bir çox insanlara göndərmişdir. Kimisinə Allahın vəhyini çatdırmaq, kimisini imtahan etmək üçün göndərmişdir. Məs: Allah Cəbrail - əleyhissəlam – ı Məryəmin yanına göndərmiş, Həcər və İsmail - əleyhissəlam – ın yanına yemək və içməkləri qurtardığı zaman göndərmiş, həmçinin - səhabələr də Cəbrail - əleyhissəlam – ı insan surətində Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə vəhyi nazil edərkən görmüşlər, həmçinin -hədilərdən məlumdur ki, Allah İsrail övladlarından olan üç insanı imtahan etmək üçün – Keçəl, kor və cüzəm xəstəsini – mələk göndərmiş, həmçinin - öz xəstə qardaşını Allah üçün ziyarət etməyə gedən kimsəni imtahan üçün mələk göndərmişdir. Bütün bunlar irəlidə hədislərlə qeyd ediləcəkdir.



Nə Üçün Peyğəmbərlər Mələklərdən Olmayıb?

Uca və Böyük olan Allah bəşəriyətə mələklərdən elçilər göndərməyib. Çünki onların yaradılış xilqəti insanların yaradılışından fərqlidir və insanlara mələkləri öz surətində görmək çox ağır olardı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbail - əleyhissəlam – ı öz yaradılış xilqətində gördükdə bu ona çox ağır olmuşdur. İlk vəhy olunan ayələrdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəlbində bir qorxu (titrəmə) olaraq evə Xədicə b. Xuveylid - radıyallahu anhə – nin yanına qayıtdı. Dərhal: «Məni örtüb bürüyün! Məni örtüb bürüyün!» deyə buyurdu. Onu örtdülər. Qorxu ondan gedənə qədər o, bu vəziyyətdə qaldı. (Qorxu ondan getdikdən sonra) Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xədicə - radıyallahu anhə – ə: «Ey Xədicə! Mənə nə olur?» deyə buyurdu və baş vermiş şeyləri ona xəbər verdi. Peyğəmbər: «Özüm-özümdən (nəfsimdən) qorxdum!» deyə buyurdu70. Buna görə də Allah Adəm övladlarının özlərindən elçi göndərdi. “De: "Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik". (əl-İsra 95). Hətta Uca və Böyük olan Allah bəşəriyətə mələk göndərsəydi onu insan surətində göndərərdi. Onlar: "Nə üçün ona mələk endirilməyib?"– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi. Əgər biz onu mələk etsəydik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq”. (əl-Ənam 8-9). Lakin kafir elə kafirdir. Hətta onlara mələklər də elçi olaraq gəlsəydi Allah istəmədikcə onlar iman etməzdilər. Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir”. (əl-Ənam 111). Allah daha doğru bilir!



Mələklər Adəm Övladının Yaxşı Və Pis Əməllə­rini Qeyd Edirlər

Kiramə və Kətibin mələkləri - Allah onları üzərimizə əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. Bizi ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar». (Yunus 21). «Yoxsa onlar elə güman edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Çılpaq olmaqdan çəkinin. Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara ikramınız olsun»71. “Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın”. (Qaf 18). Ayə açıq-aydın dəlildir ki, mələklər insanın söylədiyi və etdiyi heç bir söz və əməli nəzərdən qaçırmadan qeyd edirlər. Buna görə də insan Qiyamət günü əməl kitabında bütün etdikləri əməlləri gördükdə: “Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!”. (əl-Kəhf 49). İbn Kəsir – rahmətullahi aleyhi - ayənin təfsirində Həsənul Bəsri – rahmətullahi aleyhi – nin belə dediyini rəvayət edir: “Ey Adəm övladı! Sənin qarşında kitabındır. Sağ və Sol tərəfində iki möhtərəm mələk vardır. Sağ tərəfində olan mələk yaxşı əməllərini, sol tərəfində olan isə pis əməllərini yazmaqla mükəlləfdir. Nə istəyirsənsə - az və ya çox et! Öldüyün zaman kitabın bükülüb boynundan asılacaqdır. Boynunda Qiyamət günü qəbrindən həşr olana kimi qalacaqdır. “Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər”. (əl-İsra 13-14). Allaha and olsun! Ədalətli qərar vermişdir səni özün-özünü hesaba çəkməyə izin verən”. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “İmam Əhməd – rahmətullahi aleyhi - xəstəlyi zamanı ah çəkirdi. Ona Tavusun – rahmətullahi aleyhi - sözlərini deyirlər: “Allahın (mələkləri) hətta “Ah” çəkməyi belə qeyd edirlər” dedilər. Bundan sonar ölən günə kimi bir daha Ah çəkmədi”. “Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın”. (Qaf 18). İbn Abbas - radıyallahu anhu – ayənin təfsirində deyir ki: “Söylədiyi bütün yaxşı və pis əməllər qeyd edilir, hətta: “Mən içdim” – “Mən yedim” – “Mən getdim” – “Mən gördüm” – sözləridə. Hər (həftənin) dördüncü günü onun əməlləri Allaha ərz olunar. Yaxşı və pis əməllərdən başqa bütün əməl və (sözləri) atılar. “Allah bu yazıdan istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası da Onun yanındadır”. (ər-Rəd 39). Əbu Umamə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sol kitab sahibi öz qələmini günah etmiş müsəlmandan altı saat müddətinə qaldırar. Əgər o, tövbə edib bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah olaraq qeyd edər»72.

Mələklər Adəm Övladlarını Yaxşı İşlər Görməyə Yönəldirlər

Allah hər bir insanın üzərinə bir mələk və bir şeytan qoymuşdur. Onlar ölənə kimi onunla bərabərdirlər. Onlardan biri daima onu pis işlər görməyi vəsvəsə edər və ona yönəldər, digəri isə yaxşı işləri əmr edər və ona həvəsləndirər. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən hər birinizin üzərində cinlərdən və mələklərdən bir nəzarətçi vardır”. İnsanlar: “Hətta sənində Ya Rəsulullah!” dedilər. O: “Bəli, hətta mənimdə. Lakin Allah mənə ona qalib gəlməkdə yardım etmişdir. Artıq (cinn) mənə xeyirdən başqa bir şey əmr etməz”73. Cabir - radıyallahu anhu – deyir ki: “İnsan evinə və ya yatağına girdiyi zaman bir mələk və bir şeytan tələsik ona tərəf gələr. Mələk deyər: “(Gününü) xeyir ilə bitir!” Şeytan deyər: “(Gününü) şər ilə bitir!” Əgər Allaha həmd edib onu yad etsə, şeytanı qovar və bütün gecəni mələk onu qoruyar. Yuxudan oyandıqda da bir mələk və bir şeytan tələsik ona tərəf gəlib həmin sözləri deyər. Əgər Allahı yad edib: “Canımı aldıqdan sonra özümə qaytaran, yuxuda ikən onu öldürməyən Allaha həmd olsun!”, Həmd olsun Allaha! O Allah ki: “Göyləri və yeri öz oxundan çıxmasınlar deyə, tutub saxlayır. Əgər öz oxundan çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, Bağışlayandır!”. (Fatir 41). Həmd olsun Allaha! O Allah ki: “Onun izni olmadan yerə düşməsin deyə göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir!”. (əl-Həcc 65). desə, sonra da ölsə şəhid kimi ölər və əgər bunu deyib namaz qılsa, fəzilətlər içində namaz qılmış olar”74. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsan oğluna şeytanın Ləmməsi (vəsvəsə) və mələyin Ləmməsi (ilham) etməyi vardır. Şeytanın vəsvəsəsi pisliklərə aparmaq və haqqı yalanlamaqdır, Mələyin ilham etməsi xeyirlərə yönəltmək və haqqı doğrulamaqdır. Kim xeyirlərə yönəlməyi və haqqı doğrulamağı köksündə taparsa Allahdan olduğunu bilsin və Allaha həmd etsin, kim də könlündə şeytanın vəsvəsəsini taparsa lənətlənmiş şeytandan Allaha sığınsın. Sonra Peyğəmbər: Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə 268) ayəsini oxudu75. Sələflər deyirlər ki: «İnsan sabahladıqda ona tərəf şeytan və mələk tələsərək gələr. Əgər bəndə Allahı zikr edər, Təsbih, Təhlil edərsə mələk şeytanı qovar və bəndəni özünə dost tutar. Əgər insan başqa şeylərlə sabahlayarsa mələk ondan uzaqlaşar və şeytan onu özünə dost tutar».

Mələklər Qəlbdə Olanı Da Qeyd Edirlərmi?

İmam ət-Tahavi – rahmətullahi aleyhi - “Şərh Əqidətul Təhaviyyə” səh: 388 deyir ki: “Mələklər insanın qəlbində baş verənləri də qeyd edirlər. “Onlar sizin nə etdiklərinizi bilirlər”. (əl-İnfitar 12). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mələklər: “Ya Rəbb! Filan qulun bir pislik etmək istər” deyərlər. Allah: “Hər bir şeyi gözəl bildiyi (gördüyü) halda (mələklərə): “Onu bir izləyin, əgər edərsə misli qədər (günah) qeyd edin. Etməzsə bunu ona bir həsənə olaraq qeyd edin. Çünki qulum o, pisliyi yalnız Mənim rızam üçün tərk etmişdir” deyə buyurdu76. Əbu Hureyra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qulum günah iş görmək istəsə, o günahı edənədək bunu onun əleyhinə yazmayın. Əgər o günah etsə, ancaq onun mislində günah yazın, yox, əgər Məndən qorxaraq bu işdən əl çəkərsə, ona bir savab yazın. Və əgər bir yaxşılıq etmək istəsə və onu yerinə yetirməsə, buna görə ona bir savab yazın, əgər onu yeri­nə yetirərsə, ona bunun on mislindən yeddi yüz qatınadək savab yazın”77.

Kimdəsə sual yarana bilər ki: Necə ola bilər mələklər insanın qəlbini və niyyətini bilirlər. Məgər bu Allaha xas olan bir şey deyil? Bəli, insanlar arasında bu belədir. Məşər övladından heç kəs qardaşının qəlbində olanları bilə bilməz. Lakin bu o, demək deyil ki, Allah bu biliyi mələklərinə verməyib. Yuxarıda qeyd etdiyimiz dəlillər buna açıq-aydın sübutdur. Demək olar ki, mələklər insanların niyyət və arzularını bilirlər. Lakin insanın etiqadını və digər qəlbində olan şeyləri bilməsi barəsində bizdə heç bir dəlil yoxdur. Allah daha doğru bilir!


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə