MəLƏKLƏRƏ İman



Yüklə 0,5 Mb.
səhifə2/6
tarix21.10.2017
ölçüsü0,5 Mb.
#6180
1   2   3   4   5   6

MƏLƏKLƏRƏ İMAN


Mələk – Ələkə - sözündən törənmişdir. Malaka – Maluk - göndərilən mesaj, məktub deməkdir. Çünki mələklər Allahın adından mesaj gətirənlərdir. Cəmi – Mələikə - deməkdir. Bəzi tədqiqatçılar deyirlər ki: Mələk – Mulk (hakimiyyət) sözündən törənmişdir. Mələklər içərisində hər hansısa bir mülkə sahib olanı Mələk, insanlar içərisində isə Məlik (padşah) deyə çağırırlar5. Çünki onlar Allahın göndərdiyi elçilərdir.

Mələklər aləmi bir qeyb aləmidir. Allah tərəfindən yaradılmış və Allaha ibadət edən varlılıqlardır. Yaradılışları İnsan və Cinlərdən fərqlidir. Allah onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini yerinə yetirmək gücünü vermişdir. Onlar Allahın əmirlərini yerinə yetirir və heç bir zaman Ona asi olmazlar. Mələklərin varlılıqlarını inkar edən hər hansı bir şəxs kafir olur. «Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.

Mələklərə iman özündə bir neçə xüsusiyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın bilib iman gətirməsi vacibdir. Quran və Sünnəyə əsaslanaraq onların bir neçə xüsusiyyətləri ilə tanış olacağıq.

Mələklər Nə Zaman Və Nədən Yaradılmışlar?

Mələklər nurdan yaradılmışlar. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu nurun hansı nur olduğunu, keyfiyyətini bizlərə açıqlamamışdır. Buna görə də bizlərdə bu barədə müzakirələrə baş vurmamalıyıq. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən (yaratdı)»6. «Möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmazlar və yalnız onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).

Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» söylədilər. Allah (onlara): «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).

Mələkləri Görmək Olarmı?

Allah, Adəm övladlarına mələkləri görmək qüdrətini verməməmişdir. Allah bizim onları görməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış şəkildə görə bilmərik. İslam ümməti içərisində Mələyi öz surətində İki dəfə görən Muhəmməd – sallallahu aleyhi və səlləm – olmuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı öz qiyafəsində görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul­muntəhanın yanında». (ən-Nəcm 6-14). “O, Cəbraili aydın üfüqdə gördü”. (ət-Təkvir 23).

Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17). İbrahim və Lut – əleyhimussəlam - ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman…». (Hud 77). Lakin Sünnədən məlum olduğu kimi insanlar mələkləri insan qiyafəsində görmüşlər. Cəbrail – əleyhissəlam – ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi7. Cəbrail – əleyhissəlam – əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətil əl-Kəlbi – radıyallahu anhu – nun qiyafəsində gələrdi8.

Mələklərin – Cəbrail – Əleyhissəlam – In Böyük­lüyü

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır”. (ət-Təhrim 6). “Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır”. (ət-Təkvir 19-21). Möhtərəm Elçi – Cəbrail – əleyhissəlam –, Ərşin Sahibi isə - Uca və Böyük olan Allahdır.



Məsruk – radıyallahu anhu – deyir ki, Aişənin – radıyallahu anhə – yanında dayanmışdım: «Ya Aişə! Üç şey vardır ki, hər kim onlardan birini söyləyərsə Allaha qarşı böyük iftira atmış olur. Nədir onlar?» dedim. Aişə: «Hər kim Muhəmməd Rəbbini gördü deyə söyləyərsə Allaha qarşı böyük iftira etmiş olur» dedi. Mən dayanmışdım. Həmən oturdum və: «Ey möminlərin anası! Bir dəqiqə. Tələsmə» dedim. Allah: «And olsun ki. Onu açıq üfüqdə görmüşdü» (ət-Təkvir 23) «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul-Muntəhanın yanında». (ən-Nəcm 6-14) deyə buyurmadımı? dedim. Aişə – radıyallahu anhə – mənə belə cavab verdi: “Peyğəmbərdən bu ümmətdən bu haqda soruşan ən birincisi mənəm. O mənə belə cavab verdi: “Həqiqətən O, Cəbraildir. Onu xəlq olunduğu şəklində iki dəfədən savayı, başqa vaxtda görməmişəm. Onu səmadan enərkən gördüm, əzəmətli varlılığı ilə yerlə səmanı örtmüşdü”9. Məsruk – radıyallahu anhu – rəvayət edir ki, Aişə – radıyallahu anhə – dən soruşdum: Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi”. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi”. (ən-Nəcm 8). Ayələri nə haqdadır? Deyə soruşdum. Bu Cəbrail – əleyhissəlam – dır. Cəbrail – əleyhissəlam – onun yanına insan surətində gəlirdi. Bu dəfə idə öz surətində gəlmiş və səmanını üfüqünü örtmüşdür” dedi10. Abdullah İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı gördüyü vaxt onun altı yüz qanadı vardı”11. Abdullah İbn Abbas – radıyallahu anhu – buyurdu: “Qəlb gördüyünü yalan saymaz. Siz onun Cəbrail – əleyhissəlam – ı gördüyü barəsində mübahisəmi edirsiniz? And olsun ki, görmüşdü.” Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı. İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? Onu bir daha öz sürətində enərkən gördü”. (ən-Nəcm 11-13). O, qəlbi ilə iki dəfə görmüşdür”12. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – üfüqü örtmüş yaşıl xalça gördü”13. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı yaşıl xalça üzərində yerlə səmanı örtmüş halda gördüm”14. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı öz surətində altı yüz qanadlı olaraq gördü. Qanadlardan hər biri üfüqün qabağını tutmuşdu. Qanadlarından rəngbərəng inci və yaqut düşürdü”15.

Ərşi Daşıyan Mələklər

«Həmin gün sənin Rəbbinin ərşini onların başı üstündə səkkiz mələk daşıyacaqdır». (əl-Həqq 17). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Allah) mənə Allahın Ərşi daşıyan mələklərindən biri haqqında danışmağa icazə vermişdi. Onun qulağının ucu ilə çiyni arasındakı məsafə yeddi yüz (Başqa rəvayətdə: Quş uçuşu16) ilə bərabərdir»17. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Allah) mənə Ərşi daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun ayaqları yerin üzərində, (ən yüksəkdə) buynuzu üzərində Ərş, qulağının ucu ilə çiyni arasında olan məsafə quş uçuşu ilə yeddi yüz ilə bərabərdir və bu mələk daima: “Harada olursansa ol, Sən pak və nöqsansızsan” deyir.18.

Mələklərin Qanadları

Allah Qurani Kərimdə mələklərin qanadlı olmaları barəsində xəbər vermişdir. Kimisinin iki, kimisinin üç, kimisinin dörd, kimisinin də daha çox olduğunu buyurmuşdur. «Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı mələkləri elçi edən Allaha həmd olsun». (Fatir 1). Yuxarıda qeyd etdiyimiz kimi: Cəbrail – əleyhissəlam – ın altı yüz qanadlı olması.



Mələklərin Gözəlliyi

Uca və Böyük olan Allah mələkləri möhtərəm və gözəlliklə zinətləndirmişdir. Bunu ona çox qüvvətli olan öyrətdi gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü”. (ən-Nəcm 5-6). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Zu Mirra – gözəl xarici görkəmli deməkdir”. Qatada – rahmətullahi aleyhi - deyir ki: “Gözəl qəd-qamətli deməkdir”. Həqiqətən Cəbrail – əleyhissəlam – Möhtərəm və Gözəl mələkdir.

Fitri olaraq insanlar daima mələkləri gözəl, şeytanı isə çirkin, eybəcər sayırlar. Buna görə də gözəl görnüşlü insanı mələk ilə müqayisə edirlər. Bax, gör qadınlar Yusuf – əleyhissəlam – ı gördükləri zaman nə dedilər: “Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: "Onların qarşısına çıx!"– dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: "Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!". (Yusuf 31).

İnsan Və Mələk Arasında Zahiri Oxşarlıq Var­mı?

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsra gecəsində Musa – əleyhissəlam – ilə qarşılaşdım. O, uzun boylu və düz saçlı olduğunu gördüm. Şerve qəbiləsinin adamlarına bənzəyirdi. İsa – əleyhissəlam – ilə də qarşılaşdım (Başqa rəvayətdə: «Mən yuxumda Kəbənin yanında bir adam göstərildi. Bir də baxdım ki, gördüyüm əsmər (qarabuğdayı) kimsələr içərisində ən gözəlidir. Saçları dümdüz (telləri) çiyinlərinə qədər uzanmışdı. Başından su damcılayırdı. Əllərini iki kişinin çiyinlərinə dayamış halda beyti təvaf edirdi. Kim bu? Deyə soruşdum Mənə: «Məryəm oğlu Məsihdir (Başqa rəvayətdə: «İsa – əleyhissəlam – ı da gördüm. Ona ən çox bənzəyən Urva b. Məsud idi. İbrahim – əleyhissəlam – ı də gördüm. Ona ən çox bənzəyən qardaşınızdır (özünü qəsd edir). Cəbrail – əleyhissəlam – ı da gördüm Ona ən çox bənzəyən Dihyə b. Xəlifətil əl-Kəlbidir») dedilər. Onun arxa tərəfində saçı qısa, qıvrım, sağ gözü kor birini də gördüm. Gözü su üzərindəki üzüm dənəsi kimi pırtlağdı. İbn Katana bənzəyirdi. Əllərinin birinin (iki nəfərin) çiyninə dayamış halda beyti təvaf edirdi. Kim bu? Deyə soruşdum. Mən: «Məsih Dəccəldir» deyə cavab verdilər)19. Cəbrail – əleyhissəlam – bu səhabənin surətində olduğu zaman ona oxşayırdı.



Mələklərin Bir-Birindən Görünüşdə Və Dərəcə Baxımından Fərqlənməsi

Mələklərin hər biri eyni görünüşdə deyildir. Artıq yuxarıda qeyd oluna ayələrdən də aydın oldu ki, onlar zahiri görünüşlərinə görə bir-birindən fərqlənirlər. Həmçinin - Rəbləri yanında müəyən yerləri və dərəcələri vardır: “Mələklər dedi: "Bizlərdən hər kəsin müəyyən bir yeri vardır”. (əs-Saffat 164). Rifa b. Rafi əz-Zurani - radıyallahu anhu – rəvayət edir ki, Cəbrail – əleyhissəlam – Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız». (Peyğəmbər) buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail – əleyhissəlam – dedi: «Mələklərdən də Bədr mələkləri belədir»20.

Mələklərin Allahın əmrlərini yernə yetirdiklərinə və hər birinin müəyyən vəzifəsi olduğuna iman gətirməliyik. Cəbrail – əleyhissəlam – Allahın vəhyinin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail – əleyhissəlam – yağış və bitkilərlə, İsrafil – əleyhissəlam – Qiyamətin qopacağı və insanların diriləcəgi vaxt sura üfürəcək, Ölüm mələyi ölüm anında ruhları almaqla əmr olunur. De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır». (əs-Səcdə 11). O, yaradılmış olaraq mələklərin ən əzəmətlisidir. Onun haqqında Quran və Sünnədə bəlli bir ad yoxdur. Bəziləri Əzrail deyə adlandırırlar. Lakin bu haqda heç bir yerdə məlumat yoxdur.

Mələklərin Cinsiyyəti Olmaz

Mələklər Allaha yaxınlaşdırılmış varlılıqlardır. Kişi və qadın vəsfləri yoxdur. Ərəb müşrikləri mələkləri qadın cinsində olan məxluqlar adlandırdılar. Hətta bəziləri həddi aşara onları Allahın qızları saydılar. Çox təəccüblüdür ki, ərəb müşrikləri qız uşaqlarına nifrət etdikləri halda (onlardan birinə qız uşağının doğulması müjdəsini, xəbərini verdikdə rəngi dəyişər, gəmiləri batardı, insanlardan gizlənər, üzə çıxmazdı) və onları diri-diri dəfn etdikləri halda Allaha nisbət edirdilər. Lakin Allah Qurani Kərimdə onların bu iddiasını altüst edərək buyurur: «Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar mələklərin yaradılışına şahidmi olmuşlar. Onları bu şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər Rahmən övlad götürdü dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər möhtərəm qullardır». (əl-Ənbiya 26). Kafirlərdən soruş: "Nəyə görə qızlar sənin əbbinin, oğlanlar isə onların olmalıdır?" Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar? Həqiqətən, onlar yalan uydurub deyirlər: "Allah doğmuşdur". Şübhəsiz ki, onlar yalançıdırlar. Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur? Sizə nə olub, bu necə mühakimə-dir yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!”. (əs-Saffat 149-157).



Mələklər Yeməz Və İçməzlər

«Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də: «Salam!» deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi. İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70). “İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: "Sənə salam olsun!"– dedilər. İbrahim: "Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!"– dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: "Yemək yeməyəcək-sinizmi?"– dedi. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: "Qorxma!"– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər. (əz-Zariyat 25-28).

Mələklər Usanmaz Və Yorğunluq Bilməzlər

Onların qidaları Allahı zikr etməkdir. Onlar Rəbblərinə ibadət və itaət edərlər. Bundan da əsla usanmaz və buna ara verməzlər, yorulmazlar. «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar». (əl-Əraf 206). “Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər”. (Fussilət 38).



Mələklərin Məkanı

Mələklər səmada məskunlaşmışlar. “Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (əş-Şura 5). “Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər”. (Fussilət 38). “Mələklər dedi: "Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik...”. (Məryəm 64). “O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər”. (əl-Qadr 4).



Mələklərin Sayı

Mələklərin sayı çoxdur. Sayını Allahdan başqa heç kimsə bilməz. “Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır”. (əl-Mudəssi 31). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Meraca gedərkən ona səmadakı Beytul-Məmur göstərilmiş və orada hər gün yetmiş min mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirilmişdi21. Həkim İbn Hizamə – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrin ətrafında oturduğu zaman buyurdu: «Mənim eşitdiklərimi eşidirsinizmi? (Səmada olan səsləri eşidirsinizmi?)» Səhabələr: «Biz heç nə eşitmirik?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də Mən səmanın qıcırdamasını eşidirəm. Qıcırdama ona xas olan bir şey deyildir. Göydə elə bir qarış yer yoxdur ki, orada Qiyamda və Səcdədə olan mələk olmasın»22. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, gün Cəhənnəm gətrilir. Cəhənnəmin yetmiş min yuları olacaqdır və hər bir yularından yetmiş min mələk tutacaqdır. Mələklər (bu yulardan) tutub Cəhənnəmi çəkib gətirəcəklər»23. Beləcə Qiyamət günü Cəhənnəmi 4 900 000 000 mələk gətirəcəkdir.



Mələklərin Adları

Mələklərin adları vardır. Lakin bizə bu adların çox az bir hissəsi məlumdur. Cəbrail və Mikail – əleyhimussəlam – -De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir". Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”.(əl-Bəqərə 97-98). Həmçinin - Cəbrail – əleyhissəlam – a “Ruhul Əmin” – də deyirlər. Onu sadiq Ruh (Cəbrail) endirdi”. (əş-Şuəra 193). “Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik”. (Məryəm 17).



İsrafil və Mikail – əleyhimussəlam – Peyğəmbər gecə durduğu zaman namazı bu dua ilə açardı: “Allahummə Rabbə Cibraiylə Və Mikaiylə Və Israfiylə Fatiras Səməvati Vəl Ard, Aliməl Ğaybi Vəş Şəhadəti Əntə Təhkumu Bəynə Ibadikə Fiymə Kənu Fiyhi Yəxtəlifun, Ihdiniy Liməxtulifə Fiyhi Minəl Həqqi Bi Iznikə Innəkə Təhdi Mən Təşau Ilə Siratin Mustəqim - Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! İxtilafda olduqları şeylər barəsində bəndələrin arasında Sən hökm verirsən. Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən»24.

Məlik Və Zəbanilər - Cəhənnəmin atəşini qoruyan Məlik və Cəhənnəmin mələkləri Zəbanilər: «Onlar müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O, isə (min ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77). «Biz də Zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq». (əl-Ələq 18).

Rıdvan – İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Cənnətin gözətçisi – Rıdvan. Bu haqda bir çox hədislərdə keçmişdir”25.

Harut Və Marut “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!”. (əl-Bəqərə 102).

Munkər Və Nəkir qəbirdə sorğu-sual aparan: Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin Kimdir? – deyə soruşan mələklər. Bəra İbn Azib - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh)26, Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi (ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən gözəl adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaq­dan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Rəbbim - Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs, sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».

Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətrilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən pis adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu:
Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə