MəLƏKLƏRƏ İman


Mələklər Allah Yolunda Sərf Edənlər Üçün Dua Edirlər



Yüklə 0,5 Mb.
səhifə5/6
tarix21.10.2017
ölçüsü0,5 Mb.
#6180
1   2   3   4   5   6
Mələklər Allah Yolunda Sərf Edənlər Üçün Dua Edirlər

Peyğəmbər– sallallahu aleyhi və səlləm – buyurdu: «Hər səhər yer üzünə iki mələk enir və Allaha dua edərək deyirlər: “Allahummə Əatı Munfiqan - Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini ver!”– deyir. Digəri isə: “Allahım, (malını xərcləməkdə) xəsislik edən hər kəsin (malını) tələf et!”– deyir78.



Mələklər Adəm Övladını İmtahan Edirlər

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah İsrail oğullarından cüzəm xəstəliyinə tutulanı, keçəli və koru imtahan etmək üçün yanlarına bir mələk göndərir. Mələk cüzəm xəstəliyinə tutulanınn yanına gələrək: «Ən çox nəyi arzu edirsən?» deyə soruşur. Cüzəm: «Gözəl rəng, gözəl dəri və insanları məndən iyrəndirərək uzaqlaşdıran bu xəstəliyin getməsini arzu edirəm!» dedi. Mələk cüzəmin vücuduna əl sürtdü. Dərhal ondan bu xəstəlik getdi və ona gözəl rənglə, gözəl dəri verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Cüzəm: «Dəvə və ya inək!» deyə cavab verdi. Ona on aylıq bir dəvə verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk keçəlin yanına gələrək: «Ən çox nəyi arzu edirsən?» deyə soruşur. Keçəl: «Gözəl saç və insanları diksindirərək məndən uzaqlaşdıran bu keçəlliyin getməsini arzu edirəm!» deyə cavab verdi. Mələk onun da vücuduna əl sürtdü. Dərhal keçəllik ondan gedərək yerinə gözəl saç verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Keçəl: «İnək!» deyə cavab verdi. Ona da balalı bir inək verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk korun yanına gələrək: «Sən ən çox nəyi arzulayırsan?» deyə soruşur. Kor: «Allahdan gözlərimi geri qaytarmasını və insanları görməyimi arzu edirəm!» deyə cavab verdi. Mələk ona da əl sürtdü və Allah ona görmə qabiliyyətini verdi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Kor: «Qoyun!» deyə cavab verdi. Ona da balalı qoyun verildi.



Bir müddətdən sonra dəvə və mal-qara sahiblərinin heyvanları bala verdilər. Qoyun sahibinin də qoyunu quzuladı. O, qədər ki, dəvə sahiblə-rinin bir vadi dəvəsi, mal-qara sahibinin bir vadi mal-qarası, qoyun sahibinin də bir vadi dolusu qoyunları oldu. Günlərin birində mələk bu üç kimsə ilə görüşmək üçün ilk görüşdüyü surətdə cüzəmin yanına gəldi və ona: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra da səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözəl rəng, gözəl dəri və gözəl mal verən Allah xatirinə səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün dəvə istəyirəm. Cüzəm: «Borcum çoxdur və (sənə verəcəyim malım da yoxdur)» dedi. Mələk: «Mən səni tanıyıram. Sən insanların iyrənərək çəkindiyi və Allahın var-dövlət verdiyi kasıb deyilsən?» dedi. Cüzəm: «Xeyr, mənə bu mal-qara ata babamdan mülk qalıb!» deyə cavab verdi. Mələk: «Əgər sən yalan deyirsənsə qoy Allah səni əvvəlki vəziyyətinə qaytarsın!» dedi. Sonra mələk keçəlin yanına gəldiyi ilk görkəmdə gələrək ona da cüzəmə dediyi sözlərin eynisini dedi. Keçəl də cüzəmin verdiyi cavabın eynisini vedi. Mələk ona da bəd dua edərək: «Qoy Allah səni də əvvəlki vəziyyətinə qaytarsın?» dedi. Mələk bundan əvvəlki surətdə gəldiyi kimi korun da yanına gələrək ona da: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözünü qaytaran Allah and verirəm səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün qoyun istəyirəm». Kor: «İstədiyin qədər götür və istədiyin qədər də saxla. Həqiqətən mən kor bir kimsə idim. Allah mənə gözlərimin nurunu verdi. Vallahi bu gün Allah üçün alacağın (götürəcəyin) heç bir şeydə sənə əngəl olmayacağam və götürdüklərini geri qaytarılmasını da istəmirəm!» deyə cavab verdi. Mələk: «Malını saxla özünə. Allah sizləri imtahan etdi və səndən də razı qaldı. O, iki yoldaşına isə qəzəb etdi» deyə cavab verdi79. Əbu Hureyra – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kişi (başqa) bir kənddə olan qardaşını ziyarət etdi. Allah onun keçəcəyi yolunun üstünə bir mələyi gözətçi göndərdi. Mələk (ona) dedi: “Hara getmək istəyirsən?” O dedi: “Bu kənddə olan qardaşımı ziyarət etmək istəyirəm”. (Mələk) dedi: “Onun sənə verəcəyi bir mənfəət varmı?” O dedi: “Xeyr! Mən onu (mənfəətə görə deyil) Allah xatirinə sevirəm”. (Mələk) dedi: “Mən Allahın sənə göndərdiyi elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevdi”80.

Mələklər Adəm Övladının Canını Alırlar

De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!". (əs-Səcdə 11).O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alırlar və heç bir səhvə yol vermirlər. Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir”. (əl-Ənam 61-62). Davud - əleyhissəlam - şiddətli bir həyacan içində idi. Çıxdığı zaman (evin) bütün qapılarını bağlayardı. O, gəlincə evinə heç kimsə girməzdi. Bir gün yenə də evindən çıxar qayıtdığı zaman evində bir nəfəri görür. Davud: “Sən kimsən?” dedi. O: “Mən elə bir kimsəyəm ki, padşahlardan qorxmaram, manelər girməyimə mane olmaz”. Davud: “Elə isə sən Ölüm mələyisən. Allahın əmri ilə gəlmisən. Libasına büründü və həmən ruhu alındı”81. Hüseyn - radıyallahu anhurəvayət edir ki: “Cəbrail - əleyhissəlam - Peyğəmbər – sallallahu aleyhi və səlləm – ın vəfat etdiyi günü yanına gəlir. Ona: “Özünü necə hiss edirsən?” dedi. Peyğəmbər: “Ey Cəbrail! Çox sıxıntı və qəmdəyəm” deyə buyurdu. Bu an ölüm mələyi qapıda girmək üçün izn istədi”. Cəbrail: “Ey Muhəmməd! Bu ölüm mələyidir. Yanına girmək üçün izn istəyir. Səndən öncə heç bir Adəm oğlundan izn istəmədiyi kimi səndən sonra da heç kimsədən izn istəməyəcəkdir”. Peyğəmbər: “Ona izn ver” dedi. O, da izn verdi. Ölüm mələyi onun önündə ehtiramnan oturdu və: “Allah məni sənə göndərdi, sənə itaət etməyimi əmr etdi. Əgər buyursan ruhunu alacağam, yox – tərk edəcəyəm” dedi. Peyğəmbər: “(Əmr olunduğunu edəcəksən) Ey ölüm mələyi?” deyə soruşdu. O: “Bəli” dedi. Peyğəmbər: “Elə isə əmr olunduğunu et!” deyə buyurdu. Cəbrail: “Allah səni öz yanına almaq istəyir” dedi. Peyğəmbər: “Əmr olunduğunu et, ey Mələk” deyə buyurdu82. Rəvayətlərdə gəlir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – dan soruşur ki: «Nə olub ki, mən Mikail – əleyhissəlam – ı heç vaxt gülən görmürəm». O: «Cəhənnəm yaradılandan bəri o, heç vaxt gülməyib»83. Ölüm mələyi İbrahim - əleyhissəlam - ın ruhunu almaq üçün gəlmişdir. İbrahim: “Ey Mələkul Movt! Heç dost dostun canını alarmı?”. Ölüm mələyi Rəbbinə dönərək Allah ona buyurdu: İbrahim - əleyhissəlam - de: Heç dost dosta qovuşmaqdan çəkinərmi?”. Mələk bunu İbrahim - əleyhissəlam - xəbər verincə İbrahim: “Canımı al!” dedi84.

Mələklər Adəm Övladının Cənnətə Düşməsi Üçün Səyy Göstərərlər

Əbu Səid Sad b. Məlik b. Sinan əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən əvvəlki ümmətlərdə doxsan doqquz insan oldürmüş bir kimsə var idi. Bu kimsə (öldürdükdən) sonra yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona (İsrail oğullarından) bir rahibi göstərirlər. O, rahibin yanına gələrək: «Mən doxsan doqquz insan öldürmüşəm və tövbə etməyin mənə faydası olacaqmı?» deyə soruşdu. Rahib: «Xeyr!» deyə cavab verincə onu da öldürür. Beləcə (öldürdüyü insanların sayını) yüzə çatdırır. Sonra yenə də yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona bir nəfər elmli insanı göstərirlər. Alimin yanına gələrək yüz nəfər öldürdüyünü və tövbə etməyin ona fayda verəcəyi haqqında soruşur. Alim: «Bəli! Tövbə edən insana kim mane ola bilər! Sən filan yerə get! Çünkü orada Allaha ibadət edən bir tayfa vardır. Onlarla birlikdə Allaha ibadət et və bir daha bu məmləkətə qayıtma. Çünkü bura çox pis yerdir! Bu (söhbətdən) sonra adam alimin dediyi yerə yollanır. Lakin yolun yarsına çatdıqda ölüm onu yaxalayır. Bu kimsəyə görə Rəhmət mələkləri ilə əzab mələkləri bir-birləri ilə mübahisəyə başlayırlar. Rəhmət mələkləri: «Bu adam tövbə edərək və qəlbini Allaha yönəldərək gəldi!» deyirlər. Əzab mələkləri: «Bu adam bu günə qədər heç bir xeyir işləməmişdir!» deyirlər. Bu an insan qiyafəsində bir mələk onların yanına gəlir və hər iki tərəf onu öz aralarında hakim təyin edirlər. O, deyir: «Gəldiyi yer ilə gedəcəyi yeri ölçün! Hansı tərəf daha yaxın olarsa ora aiddir!» Mələklər hər iki tərəfi ölçürlər və adamın getdiyi yerə yaxın olduğunu görürlər və Rəhmət mələkləri onun ruhunu alıb gedirlər (aparırlar)». Başqa rəvayətdə: «Uca Allah günahkarların yaşadığı yerə uzaqlaş! Tövbə edib getdiyi yerə yaxınlaş!» deyə vəhy etdi. Və mələklərə: «Hər iki tərəfin məsafəsini ölçün!» deyə buyurdu. Mələklər də hər iki tərəfi ölçdülər. Tövbəkarın gedəcəyi yerə bir qarış yaxın olduğunu gördülər. Bundan ötrü də (Allah) onun günahlarını bağışladı»85.



Mələklər Möminlərin Canlarını Rahatlıqla Alar Və Onları Müjdələyərlər

«And olsun (möminlərin canını) rahatlıqla alanlara». (ən-Nəziat 2). Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır». (Fussilət 30-31).

Mələklərin Möminləri Sevmələri

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail - əleyhissəlam - da onu sevər. Sonra Cəbrail - əleyhissəlam - da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar»86.



Mələklərin Möminləri Doğru Yola Yönəltmələri

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz bu gecə yetmiş (Bəzi rəvayətlərdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı olan mələk: «İnşəallah de!» dedi. Lakin o, İnşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər İnşəallah demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər İnşəallah demiş olsaydı vədini yerinə yetirmiş olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümüdü olardı)»87.



Mələklərin Möminlər Üçün Xeyir-Dua Diləmələ­ri

Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab 56). “Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir”. (əl-Əhzab 43). Uca və Böyük Allahın xeyir-duası - tərif və rəhmətdir, mələklərin xeyir-duası – bağışlanma diləməkdir.



Mələklərin İnsanlara Xeyri Öyrədənə Xeyir-Dua Etmələri

Əbu Uməmə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən Allah, mələkləri, göydə və yerdə olanlar, qarışqa öz yuvasında hətta balıqlarda xeyir və faydalı (elm) öyrədənə dua edirlər»88.



Mələklərin Birinci Səfdə Duranlara Və Cəmaat Namazını Gözləyənlərə Xeyir-Dua Etmələri

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazın girmə vaxtını gözləyən insanlar üçün mələklər Allaha dua edərək, Ya Rəbbimiz onu bağışla, ona rəhm et! – (dəstnamazı) pozlana qədər»89. Bəra İbn Azib - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən Allah və mələkləri birinci səff üçün dua edərlər (Başqa rəvayətdə: Birinci səfdə duaranlar üçün)»90. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz Allah və Mələkləri səflərin sağında olanlara rəhmət və istiğfar diləyərlər»91.



Mələklər səfləri dolduranlar üçün xeyir-dua edirlər

Aişə - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: Şübhəsiz ki, (namazda) səffləri dolduranlara Allah rəhmət diliyər və mələklər də dua edərək günahlarının bağışlanmasını diləyərlər (xeyir-dua). Kim səffdə olan bir boşluğu doldurarsa Allah da onu bir dərə yüksəldər”92.



Mələklər Səxur Edənlərə Xeyir-Dua Edirlər

İbn Ömər - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən Allah və mələkləri səxur edənlər üçün bağışlanma diləyirlər”93.



Mələklərin Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Ə Salavat Gətirən Üçün Xeyir-Dua Etmələri

Amr İbn Rabia - radıyallahu anhu - rəvayət edir ki: «Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə salavat edən elə bir bəndə yoxdur ki, salavat etdiyi müddətdə mələklər onun üçün dua etməsin. Bəndə bunu istər az etsin, istərsə də çox etsin»94.



Mələklər Möminlərin Salamını Peyğəmbərə Çatdırırlar

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Doğrudan da, Allahın yer üzünü gəzib-dolaşan mələkləri vardır ki, ümmətimin salamını mənə çatdırırlar!»95



Mələklərin Xəstəni Ziyarət Edən Üçün Xeyir-Dua Etmələri

Əli İbn Əbu Talib - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kəs öz xəstə qardaşını səhər ziyarət etməyə getsə onunla bərabər yetmiş min mələk çıxar ki, onun üçün axşamadək bağışlanma diləyər və o Cənnətdə bir baxça qazanar, əgər xəstəni axşam ziyarət etsə onunla yetmiş min mələk çıxar ki, səhərə qədər onun üçün bağışlanma diliyər və o Cənnətdə bir baxça qazanar»96.



Mələklər Möminlərin Duasından Sonra Amin – Deyirlər

Əbu Dərda - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən, müsəlman bəndənin yanında olmayan qardaşı üçün etdiyi dua qəbuldur. Dua edənin başı üstə təyin olunmuş bir mələk vardır. Qardaşı üçün dua edib hər dəfə xeyir dilədikdə mələk: “Amin! Sənə də onun misli qədər çatsın”- deyər. Sonra mən bazarda Əbu Dərda - radıyallahu anhu - ilə rastlaşdım. O da bunu mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eynilə rəvayət etdi97. Ummu Sələmə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Sələmə - radıyallahu anhu - nun yanına daxil oldu. Gözləri açıq qalmışdı onları bağladı sonra buyurdu: “Həqiqətən ruh çıxdığı zaman gözlər onu təqib edər”. Bu sözlərdən sonra ev əhlindən bəziləri fəryad etməyə başladılar. Peyğəmbər: “Xeyirdən başqa dua etməyin. Çünki mələklər söylədiyiniz (hər bir) sözə amin deyirlər...”98.



Mələklərin Cümə Günü İnsanları Qeyd Etmələri

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cümə günü oldu mu məscidin hər bir qapısı üzərində mələklər durub sıra ilə (tez) gələnləri qeyd edərlər. İmam xütbə vermək üçün çıxdımı onlar səhifələri bağlayıb xütbəni dinləyərlər»99.



Mələklərin qula savabı yazmaq üçün yarışma­ları

Rifə İbn Rafi - radıyallahu anhu - rəvayət edir ki, bir gün biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in arxasında namaz qıldıq. Nə zaman ki, Rukudan başını qaldırdıqa buyurdu: “Səmiallahu Limən Həmidəh”. Arxada olan bir kişi: “Rabbənə və ləkəl Həmd, Həmdən kəsiran tayyibən mubarəkən fih” dedi. Namaz bitdikdən sonra Peyğəmbər: “Bu sözləri kim söylədi?” deyə soruşdu. Adam: “Mən” dedi. Peyğəmbər: “Mən otuzdan çox mələk gördüm ki, bu əcri sənin üçün hansı biri daha tez yazacaq deyə (birinci yazmaqdan) ötrü bir-birilə yarışa girmişdi”100.



Mələklər Bir-Birilərini Əvəz Edərlər

Əbu Hureyra - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni101 sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”– deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar”102. “Çünki sübh çağı oxunan Quranın şahidləri olur”. (əl-İsra 78).



Mələklər Gözəl Quran Oxuyan Möminin Yanına Enərlər

Bəra b. Azim - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Kəhf surəsini oxuyurdu. Yanında isə iplə bağlı atı da var idi. Bu vaxt bir bulud kölgə salaraq ona yaxınlaşmağa başladı. At isə hürkdü. Səhəri bu kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına gələrək olanları ona başa saldı. Peyğəmbər: «Bu bir səkinət olub Quran üçün enmişdir”103. Useyd İbn Xudeyr - radıyallahu anhu – deyir ki, xurma qurudmaq üçün düzəldilmiş anbarda idim. Bəqərə surəsini oxuyurdum. Birdəm atım hürkdü. Mən Quran oxumağa davam etdim, atım yenə də hürkdü. Mən yenə də oxumağa davam etdim. Atım yenə də hürkdü. Qorxdum ki, at (oğlum) Yəhyanı ayaqlayar. Uşağa yaxınlaşıb (qucağıma götürdükdə) başımın üzərində (səmada) havada sallanaraq çıraq kimi nur saçan buluda oxşar bir şeylər gördüm. Sonra səmaya yüksələrək yox oldular. Səhəri Peyğəmbər in yanına gələrək dedim: Ya Rəsulullah! Dünən gecə anbarda Quran oxuyurdum, bu zaman atım hürkdü”. Peyğəmbər: “Oxu! Əbu Xudeyr” deyə buyurdu. Mən: “Yenə oxumağa başladı, atım hürkdü” dedim. Peyğəmbər: “Oxu! Əbu Xudeyr” deyə buyurdu. Mən: “Yenə oxumağa başladı, atım hürkdü” dedim. Peyğəmbər: “Oxu! Əbu Xudeyr” deyə buyurdu. Sonra oxumağı dayandırdım. Çünki oğlum Yəhya atın yanında uzanmışdı. Qorxdum ki, onu tapdalıyar. İçində çıraq kimi nur saçan buluda oxşar bir şeylər grdüm. Lakin sonra yox oldular. Peyğəmbər: «Bilirsənmi bu nə idi?». Mən: «Xeyr» deyə cavab verdim. Peyğəmbər: «Bunlar Mələklər idi. Sənin səsinə (qulaq asmaq üçün) gəlmişlər. Əgər (səhərə qədər) oxumağa davam etsəydin bu mənzərəni insanlar da seyr edərdilər və onlar heç kəsə də gizli qalmazdırlar»104.



Mələklərin Möminlər Üçün Bağışlanma Diləmə­ləri

«Mələklər də (ondan) bağışlanmağınızı dilərlər. Allah möminlərə rəhm edəndir». (əl-Əhzab 43). “Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: "Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et! Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən. Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur". (əl-Mumin 7-9). “Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (əş-Şura 5).

Mələklər Elm Məclislərini Əhatəyə Alarlar

Əbu Dərda - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə açarlar. Göylərdə və yerdə olan hər bir şey onun üçün bağışlanma (istiğfar) diləyər»105. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asantlaşdırar. Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyar və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən sakitlik enər, Allahın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar, Allah onları öz dərgahında olanların yanında yad edər. Hər kim bu əməlləri gecikdirərsə, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»106. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allahın yer üzündə yolları dolaşıb zikr əhlini (məclislərini) axtaran bir qrup mələkləri vardır. Bu mələklər İzzət və Qüdrət sahibi olan Allahı zikr edən bir topluluğu tapdıqda bir-birlərinə: «Gəlin, axtardıqlarınız buradadır!» deyə səsləyirlər və zikr əhlini (məclisini) dünya səmasına qədər qanadlarıyla əhatəyə alırlar. (Zikr əhli Allahı yad edib qurtardıqdan sonra mələklər səmaya qalxarlar) Hər bir şeydən xəbərdar olan Allah onlara: «Qullarım nə haqda danışırdılar?» deyə buyurar. Mələklər: «Onlar Səni Təsbih107 edirdilər, Səni Təkbir108 edirdilər, Səni Tahmid109 edirdilər və Sənə təzim edirdilər!» deyərlər. Allah: «Məgər onlar Məni görüblərmi?» deyə buyurar. Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Səni görməyiblər!». Allah: «Əgər onlar Məni görsəydilər necə?». Mələklər: «Əgər onlar Səni görmüş olsalardı Sənə daha çox ibadət edər, Sənə daha çox təzim edər və Səni daha çox təsbih edərdilər». Allah: «Onlar Məndən nə istəyirlər?». Mələklər: «Onlar Səndən Sənin Cənnətini istəyirlər!». Allah: «Onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cənnətini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cənnətimi görsəydilər necə?». Mələklər: «Əgər onlar Sənin Cənnətini görsəydilər onu qazanmaq üçün daha həris, daha istəkli və daha rəğbətli olardılar! (ora düşmək üçün)». Allah: «Onlar nədən sığınmağa çalışırdılar?». Mələklər: «Cəhənnəm atəşindən!». Allah: «Məgər onlar Mənim Cəhənnəmimi görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cəhənnəmini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cəhənnəmimi görsəydilər necə?». Mələklər: «Əgər onlar Sənin Cəhənnəmini görsəydilər ondan daha çox (sənə) sığınar (qaçar) və daha çox qorxardılar!». Allah: «O, halda sizlər şahid olun ki, mən onları bağışladım!» deyə buyurdu. Bu an mələklərdən biri: «Onların arasında bir kimsə var ki, onlardan deyildir. Yalnız bir ehtiyac (bir iş) üçün onların yanına gəlmişdir!» dedi. Allah: «Onlar elə bir kimsələrdir ki, onlarla oturan kimsə bədbəxt olmaz!» deyə buyurdu110. Başqa rəvayətdə - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allahın yer üzündə dolaşan bir qrup mələkləri vardır. Bu mələklər zikr məclislərini axtararlar. Nəhayət onlar Allahı zikr edən bir məclisi tapdıqda onlarla birlikdə oturar və bir-birlərini qanadları ilə əhatəyə alarlar. O, vaxta qədər ki, dünya ilə səma arasını doldurarlar. Zikr əhli dağıldıqdan sonra (mələklər) səmaya yüksələrlər. Hər şeydən xəbərdar olan Allah qullarının halını mələklərdən daha yaxşı bildiyi halda mələklərə: «Siz haradan gəlirsiniz?» deyə buyurar. Mələklər: «Biz yer üzündə Sənin bir qrup qullarının yanından gəlirik ki, onlar Səni Təsbih edir, Səni Təkbir edir və Səndən başqa haqq ilah olmaığını Təhlil edir, Səni Təhmid edir və Səndən istəyirlər!». Allah: «Onlar Məndən nə istəyirlər?». Mələklər: «Onlar Səndən Sənin Cənnətini istəyirlər!». Allah: «Məgər onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, ey Rəbbimiz! Onlar Sənin Cənnətini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cənnətimi görsələrdi necə olardı?». Mələklər: «Onlar Səndən aman istəyirlər?». Allah: «Nəyə qarşı Məndən aman (sığınacaq) istəyirlər?». Mələklər: «Cəhənnəm atəşinə qarşı!». Allah: «Onlar Mənim atəşimi görüblərmi?». Mələklər: «Xeyr, onlar Sənin atəşini görməyiblər». Allah: «Əgər onlar Mənim atəşimi görsələrdi necə olardı?». Mələklər: «Onlar Səndən məğfirət diləyirlər?». Allah: «(Siz şahid olun ki) Mən onları bağışladım, istədiklərini onlara verdim və onları aman (sığınacaq) istədikləri şeydən qorudum!». Mələklər: «Ey Rəbbimiz! Onların arasında çox günahkar bir qulun da vardır. Sadəcə onların yanından keçərkən onlarla oturdu!». Allah: «Mən onu da bağışladım. Onlar elə bir topluluqdur ki, onlarla oturub-duran kimsə bədbəxt olmaz!» deyə buyurdu111. Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi – radıyallahu anhu –, Əbu Bəkr – radıyallahu anhu – ilə birlikdə Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik etdi, ya Rəsulallah!». Rəsulallah: «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam etsəniz şübhəsiz mələklər sizinlə döşəklərnizdə və yollarnızda toqquşar-dılar». Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərnizdə ziyarət edərdilər»112.

Mələklərin Möminləri Müjdələmələri

Mələklərin İbrahim – əleyhissəlam – ı oğlu İshaqın olması ilə - “İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: "Sənə salam olsun!"– dedilər. İbrahim: "Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!"– dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: "Yemək yeməyəcək-sinizmi?"– dedi. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: "Qorxma!"– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər”. (əz-Zəryat 24-28). “Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik. O dedi: "Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir". (Hud 71-72). Məryəmı İsa – əleyhissəlam – ın olması ilə - “Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma". Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm". Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?" Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir"». Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi”. (Məryəm 18-22). Zəkəriyya – əleyhissəlam – oğlu Yəhya – əleyhissəlam – ın olması ilə - “Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir". (Ali İmran 38-39). Xədicə - radıyallahu anhə – ni Cənnətdə onun üçün hazırlanmış daş-qaşlı saray və Allahın salamı ilə - Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hira mağarasında ikən yanına Cəbrail – əleyhissəlam - gəldi və dedi: «Ya Rəsulallah! Bu Xədicədir. Sənə doğru gəlir. Yanında bir qab da vardır. Xədicə sənin yanına çatdıqda ona Allahdan və məndən salam de və ona söylə ki, Cənnətdə onu səsdən, gurultudan və məşəqqətdən uzaq daş-qaşlı bir saray gözləyir»113.



Mələklər Və Yuxu

Aişə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya Aişə! Sən 3 gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: «Bu rəsmin sahibi sənin zövcəndir!» dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o surət sənsən»114. Əbu Uməmə əl-Bəhili - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yatdığım zaman yanıma iki nəfər (mələk) gəldi. Məni qollarımdan tutub, çıxılması olduqca çətin olan bir dağın yanına gətirdilər və çıx dedilər». Mən bunu bacarmaram, dedikdə: «Biz onu sənin üçün asanlaşdırarıq» dedilər. Mən də dağa çıxdıqda dağın təpəsindən olduqca dəhşətli səslər eşitməyə başladım. «Bu səslər kimin səsləridir?» dedim: «Bunlar Cəhənnəmliklərin ulaşmalarıdır» dedilər. Sonra məni götürüb, topuqlarından asılmış bir topluluğun yanına gətirdilər. Ağızları parça-parça olmuş, ağızlarından qan axırdı. Mən dedim: «Bunlar kimlərdir?» Bunlar oruc açmaları halal olmadan qabaq oruclarını yeyənlərdir115.



Mələklərin Döyüşlərdə Müsəlmanlara Kömək Etməsi

«Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz. O vaxt sən möminlərə demişdin: Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi. Bəli əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər». (Ali-İmran 123-125). “O, vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: "Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm"– deyə duanızı qəbul etmişdi”. (əl-Ənfal 9). Rifa İbn Rafi əz-Zurani - radıyallahu anhu – rəvayət edir ki, Cəbrail – əleyhissəlam – Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız». (Peyğəmbər) buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail – əleyhissəlam – dedi: «Mələklərdən də Bədr mələkləri belədir»116. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Bədr döyüşündə demişdir: “Budur, Cəbrail – əleyhissəlam – atının başından tutub, üstü-başı da yaraqlı-yasaqlı (gəlir)”117. “O zaman Rəbbin mələklərə: "Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!"– deyə vəhy etmişdi”. (əl-Ənfal 12). “Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır. Bu ona görə idi ki, Allah bununla kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər”. (Ali İmran 126-127). Əbu Zumeyl belə rəvayət edir: “İbn Abbas - radıyallahu anhu – mənə belə danışdı: “Müsəlman bir kişi önündə olan müşriki qovarkən qamçı zərbəsi eşitdi. Atın üzərindəki süvarı: “Haydı irəli, Heyzum!” deyə qışqırırdı. Önündəki müşriki kürəyi üstə yerə sərildiyini gördü. Ona baxdığı vaxt, burnunun əzilmiş, üzünün isə sanki qamçı zərbəsi ilə yarılmış olduğunu gördü. Hər yeri gömgöy olmuşdu. Ənsardan olan kişi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək ona bunu xəbər verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurdu: “Doğru söylədin. Bu üçüncü səmadan gələn imdaddır. O gün yetmiş nəfər öldürdülər və yetmiş nəfər isə əsir aldılar118. Peyğəmbər Xəndək döyüşündən qayıtdıqdan sonra silahını yerə qoyub çimdi. Cəbrail - əleyhissəlam - başındakı tozu çırparaq onun yanına gəldi və: “Sən silahını yerə qoymusan? Allaha and olsun ki, biz hələ silahımızı yerə qoymamışıq. (Silahını götür) Onlara qarşı çıx” dedi. Peyğəmbər: “Kimə qarşı” dedim. O Bəni Qureyzə istiqamətinə işarə etdi”119. Sad İbn Əbu Vaqqas - radıyallahu anhu – belə rəvayət edir: “Uhud günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sağında və solunda ağ paltarda iki kişi gördüm. Onları nə bundan əvvəl, nə də sonra görmüşəm.” Bu sözü ilə Cəbrail və Mikaili - əleyhimussəlam – ı qəsd edirdi. Başqa rəvayətdə isə belə deyilir: “Onun naminə şiddətlə vuruşurdular”120.

Mələklər Peyğəmbərlərə Və Möminlərə Kömək Edirlər

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Əbu Cəhl: «Muhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?» Ona: «Bəli, sürtür» - dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər onun belə etdiyini görsəm boynundan tutub torpağa sürtəcəyəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – namaz qılmağa başladığı vaxt Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi. Bu vaxt sanki əlləri ilə özünü qoruyaraq geri çəkildi. Ona: «Sənə nə oldu?» deyə soruşduqda o dedi: «Mənimlə onun arasında içi odla dolu xəndək var idi və mənim ona yaxınlaşmağıma mane olurdu». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı mələklər onu parça-parça edərdilər»121. Həcər son dəfə Mərva təpəsinə çıxdıqda bir səs eşitdi. Öz-özünə: «Sus!» deyərək diqqətlə qulaq asmağa başladı və eyni səsi yenə də eşitdi. (Həcər): «Sən (səsini) mənə eşitdirdin. (Bəs) mənə yardım edə bilərsənmi?» dedi və bir də baxdı ki, (indiki) Zəm-Zəm quyusunun yerində bir mələk (Cəbrail) topuğu (və ya qanadı) ilə yeri qazır. Nəhayət oradan su fəvvarə ilə fışqırmağa başladı. (Həcər) dərhal suyun ətrafını hovuz kimi düzəltməyə başladı. Bir tərəfdən əli ilə düzəldir, digər tərəfdən isə tuluğu doldururdu. O, suyu doldurduqca su oradan fəvvarə ilə fışqırırdı. Başqa rəvayətdə: Peyğəmbər: «(Həcər) suyu oradan ovuc-ovuc aldıqca su oradan ovucladığı miqdarda fışqırırdı». Başqa rəvayətdə: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah İsmail – əleyhissəlam – ın anasına rəhmət etsin! Əgər o, Zəm-Zəm quyusunu başlı-başına buraxsaydı və ya onu ovuclamasaydı o, (yer üzündə) axar bir su olardı» dedi və (sözünə davam edərək Həcər) sudan içdi və uşağı əmizdirdi. Mələk onlara: «Həlak olmaqdan qorxmayın. Çünkü burada bu oğlan uşağının və atasının tikəcəkləri Allahın evi olacaqdır. Allah ona (ibadət edənləri) tək buraxmaz» deyə cavab verdi…”122.

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir?...”. (ən-Nəml 62). İbn Kəsir – rahmətullahi aleyhi - ayənin təfsirində rəvayət edir ki, əd-Daki əs-Sufi kimi tanınan Əbu Bakr Muhəmməd İbn Davud əd-Dinavari deyir ki: “Ulağım vardı. Onunla insanları Dəməşqdən Zabdan şəhərinə aparırdım. Bir gün yenə də bir nəfəri aparmalı oldum. Yolda köhnə bir cığıra rast gəldik. Mənə: “Bu cığırla gedək. Qısa yoldur” dedi. Mən: “Yaxşı yol deyil” dedim. O: “Qısa yoldur” dedi. Bu yolla gedəsi olduq. Cığırın çoxlu ölülər olan keçilməz (dar) hissəsinə gəlib çatdırda adam: “Ulağı saxla mən düşüm” dedi. Yerə düşdükdə qollarını çırmalayaraq üstümə bıçaq çıxardı. Mən qaçmağa başladım. O, da dalımca düşdü. Mən: “Allah xatirini ulağı və üstündə olanları götür. Lakin mənə toxunma” dedi. O: “Ulağ onunsuzda mənimdir. Lakin mən səni öldürməsəm sağ buraxmaram” dedi. Mən onu Allahın əzabı ilə qorxuddum. Lakinəhəmiyyət vermədi. Sonda təslim oldum. Ondan xaiş etdim ki, iki rükət namaz qılmağıma icazə versin. O: “Tələs” dedi. Namazda Quran oxuya bilmədim. Özümü o, qədər itirmişdim ki, bir ayədə olsun belə yadıma düşmürdü. O, isə: “Tez elə, qurtar görək” deyirdi. Bu vaxt Allah mənim dilimə: “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir?...”. (ən-Nəml 62). Bu ayələri zikr etməyi ilham etdi. Bu an cığırın başında əlində nizə olan bir atlı peyda oldu və həmən adamı düz ürəyindən vuraraq öldürdü. Mən dəhşət içərisində: “Allah xatirinə de görüm sən kimsən?” dedi. O: “Məln darda qalanın yalvardığı zaman imadadına çatan, şəri sovuşduranın Elçisiyəm” dedi. Hər bir şeyimi götürüb sağ-salamat qayıtdım”.

Mələklər Möminlərin Cənazəsində İştirak Edər­lər

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sad İbn Muaz - radıyallahu anhu – barəsində buyurdu: “Onun ölümü ilə (Rahmənin) Ərşi titrədi, səma qapıları açıldı və yetmiş min mələk onun cənazəsində iştirak etmişdir…”123.



Mələklər Şəhidləri Qanadları İlə Örtərlər

Cabir İbn Abdullah - radıyallahu anhu – demişdir: “Atam (Uhud döyüşündə) şəhid olduqda mən onun üzündəki örtüyü götürüb ağlamağa başladım. Əshabələr mənə (örtüyü onun üzündən götürməyə) qoymurdular. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə bunu mənə qadağan etmədi. Bibim Fatimə də ağlamağa başladı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – (ona) dedi: “Nə üçün ağlayırsan və ya ağlama). Siz onu (döyüş meydanından) götürüb aparanadək mələklər öz qanadları ilə onun üstünə kölgə salmışdılar (Mələklər hələ də qanadları ilə onu örtüblər)”124.



Mələklər Məsih Dəccəlin Məkkə Və Mədinəyə Girməsinin Qarşısını Alacaqlar

«...Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar...»125. Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məsih Dəccəl Mədinəyə girməz. O, zaman Mədinənin 7 qapısı vardır və hər qapıda iki mələk vardır”126. Abdullah İbn Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Dəccəl) Kəbəyə və Beytul Məqdisə girməz (Başqa rəvayətdə: Dörd yerə girməz: Kəbə, Məscidul Nəbəviyyə, Məscidul Aqsa və Tur (dağı)127)”128.



İsa - Əleyhissəlam - İki Mələyin Qanadında Enəcəkdir

“...Dəccəl öz fitnə-fəsadını yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. O, da iki paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər...”129.



Mələklər Öz Qanadlarını Şam Diyarının Üzərinə Sərirlər

Zeyd İbn Sabit əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Tubə (xoşbəxt) Şam, Tubə (xoşbəxt) Şam”. Ondan: “Nəyə görə Ya Rəsulullah” dedilər. O: “Mələklər öz qanadlarını Şam diyarının üzərinə sərərlər” deyə buyurdu130.



Mələklərlə Bərabər Amin Deyənin Mükafatı

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İmam – Ğeyril Məğdubi Aleyhim Vələddallin deyincə siz də: Amin” deyin. Kimi (Amin) sözü mələklərin (Amin) sözü ilə üst-üstə düşərsə onun keçmiş günahları bağışlanar”131. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən biriniz Amin – dediyi zaman mələklər də səmada Amin deyərlər. Əgər hər ikisi də bir-birinə müvafiq olarsa küçmiş günahları bağışlanar”132. Əbu Hureyra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İmam: “Səmi Allahu limən həmidəh” deyəndə siz: “Allahummə, Rabbənə ləkəl həmd” deyin. Bilin ki, kimin sözü mələklərin sözü ilə üst-üstə düşsə, onun keçmiş günahları bağışlanar”133.



Musa - Əleyhissəlam – In Ölüm Mələyinin Gözünü Çıxarması

Əbu Hureyra - radıyallahu anhu – rəvayət edir ki: “Ölüm mələyi Musa - əleyhissəlam - ın yanına göndərildi. Mələk Musa - əleyhissəlam - ın yanına gəldikdə Musa - əleyhissəlam - onu vurdu və onun gözü çıxdı. Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin.” Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qayıt ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər – hər bir tükün müqabilində bir il ömrü artacaq.” Musa: “Ey Rəbbim! Sonra nə olacaq?” Allah buyurdu: “Sonra öləcəksən!” Musa: “Elə isə indi (ölmək istəyirəm).” Sonra da Allahdan onu atılmış bir daşın uçub düşdüyü məsafə qədər müqəddəs torpağa yaxınlaşdırmasını dilədi”. Əbu Hureyra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Əgər orada olsaydım, sizə onun yolun kənarında, qırmızı qum təpəsinin yanında (yerləşən) qəbrini göstərərdim”134. Bəzi bidət əhli bu hədisin səhihliyini inkar edirlər. İbn Həcər – rahmətullahi aleyhi - onlara cavab verərək deyir ki: “Musa - əleyhissəlam - onun mələk olduğunu bilmirdi, çünki mələk onun yanına insan qiyafəsində gəlmiş və icazəsiz onun yanına daxil olmuşdu. Çünki Mələklər İbrahim və Lut - əleyhimussəlam - ın yanına gəldikləri zaman da Peyğəmbərlər onlar mələk olduqlarını ilk öncə bilmədilər. Çünki İbrahim - əleyhissəlam - onların mələk olduğunu bilsəydi onlara yemək ikram etməzdi, Lut - əleyhissəlam - onları mələk olduğunu bilsəydi onlara görə narahat olmazdı”135. İman Əhli isə belə deyər: “...Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”. (Ali İmran 7).



Adəm Oğullarına Əziyət Verən Şey Onlara Da Əziyyət Verir

Mömin hər bir an insanlara əziyyət verməkdən qaçdığı kimi mələklərə də əziyyət verməməlidir. Əziyyət vermək isə bir çox şəkildə olur. Allah, Onun Elçisi və dinə aid olan məsələlərlə istehza edib, zarafatlaşmaq – Allah Qorusun – dindən çıxaran böyük küfürdü. “Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De: "Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır". Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik”. (ət-Tövbə 64-66). Ona görə Allahın qulu dilini onu Allahın əzabına düçar edəcək şeylərdən qorumalıdır.



Həmçinin - Mələklər heykəl, surət və it olan heç bir evə girməzlər. Əbu Təlhə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mələklər it və şəkil olan evə girməzlər»136. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Soğan və sarımsağ yeyən hər bir kəs bizim məscidə yaxın durmasın. Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir»137. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz»138. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər»139. Ammar İbn Yəsir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç sinif insana mələklər yaxınlaşmaz: Kafir bir kimsənin leşinə, bədəninə qadınlara aid Xaluq qoxusunu sürtənə və cünub ikən dəstəmaz almadan yatan kimsəyə (Başqa rəvayətdə: Cünub halında olana, içki içənə və zəfəran yağından çox çəkənə)»140.

Namaz Vaxtı Qiblə Və Sağ Tərəfə Tüpürməyin Qadağan Edilməsi

Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri namaza durduğu vaxt Rəbbinə müraciət edər. Rəbbi onunla qiblə arasındadır. O, halda sizdən biri nə badə qiblə tərəfinə tüpürməsin»141. Huzeyfə İbn Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiblə istiqamətinə tüpürən kimsə qiyamət günü tüpürdüyü iki gözünün arasında (Başqa rəvayətdə: Üzündə) olduğu halda gələcəkdir»142. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: «İstər namaz vaxtı, istər namazdan kənarda, istər məsciddə, istərsə də məsciddən kənarda bu əməl qadağan edilmişdir»143. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qoy sidən heç kimsə namaz vaxtı qarşısına (önünə) tüpürməsin. Çünki o, namazda olduğu müddətdə Rəbbi ilə müraciətdədir. Sağ tərəfə də tüpürməsin. Çünki ondan sağda mələk vardır. Lakin sol tərəfə və ya ayağının altına tüpürərək onu basdırsın”144.



Mələklərin Möminləri Salamlamaları

«Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73).

Mələkləri Sevmək

Mömin bəndə mələklərin varlığına iman etdiyi kimi həmçinin onları sevməlidir. Çünki Kitab əhli olan bəzi Yəhudilər mələklərin bir qismini özlərinə düşmən, digərlərini isə dost sayırlar. Onlar deyirlər ki: “Cəbrail - əleyhissəlam - Yəhudilərin düşməmnidir, Mikail - əleyhissəlam - isə onların dostudur. Lakin Allah onların bu iddiasını rədd edərək: De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir". Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”.(əl-Bəqərə 97-98). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Yəhudi alimlərindən biri Rəsulullah - səllallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Ey Əbul Qasım! Yalnız Peyğəmbərlərə məlum olan xüsusiyyətlər haqqında soruşacaq-larımız barəsində bizə xəbər ver!». Peyğəmbər: «İstədiyiniz şey barəsində soruşun, lakin Yaqub – əleyhissəlam – övladlarından vəd aldığı kimi siz də Allah qarşısında vəd verin ki, əgər görsəniz dediklərim doğrudur mənə tabe olub İslam dinini qəbul edəcəksiniz!» deyə buyurdu. Onlar: «Qoy sən deyən olsun» dedilər. Peyğəmbər: «İstədiyinizi soruşun!» deyə buyurdu. Onlar: «Dörd xüsusiyyət barəsində bizə xəbər ver: Tövrat nazil olmamışdan əvvəl İsrail (Yəqub – əleyhissəlam – ) özünə nəyi haram etmişdir? Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq oğlan olur? Yazıb oxumağı bacarmayan peyğəmbər necə yatır və hansı mələk onun sevimli dostudur?» dedilər. Peyğəmbər: «Dediklərinizə doğru cavab versəm Allah qarşısında verdiyiniz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır» deyə buyurdu. Onlar bir daha öz vədlərini təsdiqlədilər. Peyğəmbər: «Tövratı Musa – əleyhissəlam – nazil edən Allaha and verirəm ki, Yəqub – əleyhissəlam – çox şiddətli xəstəliyə tutulmuş (oturaq sinirindən şikayət edirdi) və xəstəliyi uzun müddət davam etdiyinə görə Allaha nəzir etmişdir ki, əgər ona şəfa versə ən sevimli yeməyini və ən sevimli içkisini özünə haram edəcəkdir. Onun ən sevimli yeməyi dəvə əti və onun südüdür» deyə buyurdu. Onlar: «Allaha and olsun ki, bu belədir!» dedilər. Peyğəmbər: «Allahım sən onların dediklərinə şahid ol! Sonra Tövratı Musa – əleyhissəlam – nazil edən, heç bir şəriki olmayan Allaha and verirəm ki, kişinin belindən gələn su ağ rəngli qatı maye qadının köksündən gələn su isə sarı rəngli duru mayedir. Bunlardan hansı üstünlük təşkil etsə uşaq Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar. Kişinin belindən gələn su üstünlük təşkil etsə Allahın izni ilə oğlan uşağı, qadının köksündən gələn üstünlük təşkil etsə Allahın izni ilə qız uşağı doğular» deyə buyurdu. Onlar: «Allaha and olsun ki, bu belədir» dedilər. Peyğəmbər: «Allahım sən onların dediklərinə şahid ol! Sonra Tövratı Musa – əleyhissəlam – nazil edən Allaha and verirəm ki, yazıb-oxumağı bacarmayan Peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır» deyə buyurdu. Onlar: «Allaha and olsun ki, bu belədir» dedilər. Onlar: «İndi isə mələklərdən hansının sənin sevimli dostun olduğu barədə bizə xəbər ver, bununla da səni biz ya sənə tabe olaq, ya da səni tərk edək» dedilər. Peyğəmbər: «Həqiqətən də mənim sevimli dostum Cəbrail – əleyhissəlam – dır. Allah elə bir Peyğəmbər göndərməyib ki, Cəbrail – əleyhissəlam – onun dostu olmasın» deyə buyurdu. Onlar: «Bu yerdə səni tərk etməli olacağıq. Əgər sənin dostun o, yox başqa mələk olsaydı dediyini təsdiq edərdik və sənə tabe olardıq» dedilər. Peyğəmbər: «Sizə dediyimi təsdiq etməyə mane olan nədir?» deyə buyurdu. Onlar: «O, bizim düşmənimizdir (Başqa rəvayətdə: Bizim düşmənimiz olan. Əzab, ölüm və müharibə gətirən Cəbrail: Əgər rəhmət, bitki və yağış gətirən Mikail desəydin doğru olardı) dedilər. Bu zaman ayə nazil oldu: «(Ya Muhəmməd!) De: «Kim Cəbrailə düşməndirsə (onu yaxşı bilsin ki) həqiqətən o, özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən, (onlara) müjdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır». (əl-Bəqərə 97)145.

Mələklər Və Kafirlər

Həqiqətən də Allahın mələkləri kafirləri, zalımları, günahkarları sevmirlər. Onlarla vuruşar və qəlblərinə qorxu salarlar.



Mələklərin Kafirləri, Müşrikləri, Münafiqləri Sevməmələri Və Onlara Nifrət Etmələri

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Allah bir qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən də onu sevmə!» deyə nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevmir, siz də onu sevməyin!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan insanların qəlbində (Allah tərəfindən) o, kimsə haqqında nifrət və kin qoyular»146.



Mələklər Kafirlərin Canlarını Zorla Alar Və Onları Müjdələyərlər

And olsun (kafirlərin canını) zorla alanlara». (ən-Nəziat 1). «Kaş ki, sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: «Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbürlük göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız» dediyini görəydin. (əl-Ənam 93). “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: "Dadın yandırıcı odun əzabını!”. (əl-Ənfal 50). “Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq?”. (Muhəmməd 27).



Mələklərin Kafirləri Cəzalandırması

Nə vaxt ki, insanlar Allahın nazil etdiyi kitablara iman gətirməyib Peyğəmbərini yalanlamışlar Allah bu qövmləri cəzalandırmışdır. Bu cəzanə isə əksər hallarda mələklər icra etmişlər. Məs: Lut – əleyhissəlam - ın qövmünün başına gələnlər bizə Qurani kərimdə məlumdur. İbn Kəsir – rahmətullahi aleyhi - qeyd edir ki, Mucahid – rahmətullahi aleyhi - rəvayət edir ki: “Cəbrail – əleyhissəlam - sağ qanadı ilə Lut – əleyhissəlam - qövmünü mələklərin itlərin səslərini belə eşidəcək qədər göyə qaldırılaraq altının üstünə çevirir. Sonra başlarına daşlar yağdıran, beləcə heç bir millətə verilməyən əzabın onlara verilməsinə yol açan nə idi? Belə ki, bu əzab onların etdiklərini edənlərə də gələcəkdir147. “Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: "Əzabımı və təhdidlərimi dadın!". (əl-Qəmər 37). “Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür"– dedi. Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: "Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?". Onlar dedilər: "Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən". O dedi: "Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!". Mələklər dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?". «Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 71-82). Səmud qövmünə tük ürpədici səsin göndərilməsi ilə ən son fərdinə qədər hamısını məhv edən nə idi? «Biz onlara bircə dəhşətli, tükürpədici səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər». (əl-Qəmər 31).



Mələklərin Kafirləri Lənətləməsi

İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir”. (Ali İmran 86-87). “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (əl-Bəqərə 161).



Mələklər Ərinə İtaət Etməyən Qadını Lənətləyir-lər

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri qəzəbli yatarsa mələklər səhərə qədər o qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər)»148.



Mələklər Qardaşının Üstünə İti Bir Şey Uzadanı Lənətliyirlər

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir müsəlman qardaşını (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı olasa da belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər»149.



Mələklər Səhabələri Təhqir Edənləri Lənətləyirlər

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar»150.



Mələklər Bidət Əhlinə Sığınacaq Verəni Lənətə­yirlər

Əli - radıyallahu anhu rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğu yazılmışdır: «Mədinənin Ayr və Sevr dağları ərazisindəki sahəsi haramdır. Hər kim Mədinənin bu haram daxilində Kitab və Sünnətə müxalif olan (günah151) edərsə və ya bir bidətçiyə yardım edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar152.



Mələklər Özünü Atasından Başqasına Nisbət Edənləri Lənətləyirlər

Əli - radıyallahu anhu – rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurduğu yazılmışdır: Müsəlmanlar tərəfindən verilən (qorunmaq) zəmanəti birdir və hər kim bu işdə müsəlmanları badə verərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Hər kim atasından başqasına nisbət edərsə özünü artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»153.



Mələklər Allahın Hökmünün Həyata Keçməsinə Maneçilik Edənləri Lənətliyirlər

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər insan təsadüf nəticəsində atılan bir daşdan, taxtadan öldürülərsə onun kəffarəsi təsadufi ölüm kimi olur (Başqa rəvayətdə: Belə bir kimsənin kəffarəsi 100 dəvə və bu dəvələrdən qırxı qarnı balalı olmalıdır154) Əgər bir kimsə bilə-bilə, qəsdli şəkildə öldürülərsə onda qisas almaq lazımdır. Kimsə bu işə maneçilik törətməyə çalışarsa onun üzərinə Allahın lənəti nazil olar (Başqa rəvayətdə: Mələklərin və bütün insanların lənəti olar)»155. Əbu Burza - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəlifəlik Qureyşdən olmalıdır. Onlardan rəhm istənildikdə onlar mərhəmətli olmalıdırlar. Vəd verdikləri zaman vədlərini yerinə yetirməlidirlər. Hökm oxuduqda ədalətli olmalıdırlar. Əgər kimsə bu cür hərəkət etməzsə onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti yağar»156.



Mələklər Və Kafirlər

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: "Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?" Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər. Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: "Cənnətə girməyiniz qadağandır, qadağan!". (əl-Furqan 21-22).



Mələklər Və İnsanlar – Kim Üstündür?

İbn Kəsir – rahmətullahi aleyhi - qeyd edir ki: “Bu barədə müsəlmanlar arasında fikir ayrılığı vardır. Ömər İbn AbdulƏziz – rahmətullahi aleyhi - deyir ki: “Heç bir məxluq Allah dərgahında Adəm övladı kimi hörmətə layiq deyildir: “Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar”. (əl-Bəyyinə 7). Umayya İbn Amr İbn Səid deyir ki: “Mən bununla razıyam”. Lakin Arrak İbn Məlik – rahmətullahi aleyhi - deyir ki: “Allah yanında mələklər qədər heç kəs hörmətli deyidir: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız". (əl-Əraf 20). Bu zaman Ömər İbn AbdulƏziz, Muhəmməd İbn Kəb əl-Qurayzidən soruşur: “Ey Əbu Həmzə! Sən nə deyirsən?”. O: “Allah Adəmi ucaldaraq onu öz əlləri ilə xəlq etdi, ona öz ruhundan üfürdü, Mələklərə də ona səcdə etməyi əmr etdi, onun nəslindən mələklərin nazil olduğu peyğəmbərlər və elçilər göndərdi” dedi157. Qeyd edilir ki, Kəlamçılar çıxmamışdan qabaq Sələflər bu cür sualları müzakirə etməzdilər. Abdullah İbn Salam – radıyallahu anhu - deyir ki: “Muhəmməd – sallallahu aleyhi və səlləm – kimi Allah dərgahında tərif olunan (həmd olunan) bir kimsə yoxdur”. Ondan: “Hətta Cəbrai və Mikaildəndə” deyə soruşdular. O: “Bilirsənmi Cəbrail və Mikail - əleyhimussəlam - kimdir? Onlar da Günəş və Ay kimi Rəbbinə itaətkar məxluqlardır. Muhəmməd – sallallahu aleyhi və səlləm – kimi Allah dərgahında tərif olunan (həmd olunan) bir kimsə yoxdur”158. Bəziləri qeyd edirlər ki: “Yalnız Peyğəmbərlər və salehlər mələkləri qabaqlayırlar”. İmam Əbu Hənifə – rahmətullahi aleyhi - isə bu suala cavab verməkdən çəkinmişdir159. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Mələklərin üstün olduğunu söyləyən səhf etmişdir. Hər bir mömin mələkdən üstündür”160. Heç şübhə yox ki, kafirlər və münafiqlər mələklərlə müqayisə edilməz. “Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır”. (əl-Əraf 179).



Bu ayə Adəm - əleyhissəlam - ın İblisdən və Mələklərdən üstün olduğunu göstərir. “Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu”. (əl-Bəqərə 34). “Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!". (əl-Bəqərə 30). Uca və Böyük olan Allahın salehlərlə Mələklərin qarşısında öyünməsi: Abdullah İbn Amr – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər axşam namazını qıldıqdan sonra evinə dönən döndü, gözləyən isə (məsciddə) oturub gözlədi. Bir müddətdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – diz qapaqları açılmış, tez-tez nəfəs alaraq qaçaraq gəldi və: “Müjdələr, Rəbbiniz səma qapılarından bir qapını açmış mələklərin qarşısında sizinlə öyünərək onlara: “Bu qullarıma baxın – bir fərzi qıldıqdan sonra digər fərzi gözləyirlər” deyə buyurdu161. Əbu Hureyrə və Əbu Səid – radıyallahu anhum - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğuna şahidlik etmişlər: “Bir məsciddə oturub Allahı zikr edən hər (müsəlman) cəmaatını mələklər əhatəyə alar, onlara rəhmət qapıları açılar və səkinə onların üzərinə enər və Allah qatında olan (mələklər) yanında onlardan söz açar”162. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Uca Allah səma əhli yanında Ərafətdə duranlarla öyünər və onlara: “Mənim qullarıma bir baxın. Onlar Mənim hüzuruma dağılmış və toza bulaşmış saçları ilə gəliblər”163. Ubadə İbn Samit - radıyallahu anhu – demişdir: “(Bir gün) Allah Elçisi – sallallahu aleyhi və səlləm – bizimlə namaz qılırdı. (Bu zaman) biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Səqif qəbiləsindən olan kişini (Allah Elçisi – sallallahu aleyhi və səlləm – ə birinci yaxınlaşmaqda) qabaqladı. Allah Elçisi – sallallahu aleyhi və səlləm – Səqifdən olan kişiyə dedi: “Ənsar soruşmaqda səni qabaqladı”. Ənsar dedi: “Ola bilsin ki, o, məndən çox tələsir, qoy (birinci) soruşsun”. Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Elçisi – sallallahu aleyhi və səlləm – Ənsara dedi: “Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim”. O dedi: “Ey Allahın Elçisi! Mənə xəbər ver!” O dedi: “Sən gəldin ki, məndən soruşasan; “qədim Evə (Kəbəyə) gəlməyinin, Ərafatda durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?” Ənsar dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən səndən bundan başqa (bir məsələ) haqqında soruşmağa gəlmədim”. O dedi: “Qədim Evə gəlməkdə sənin mükafatın sənin və miniyinin atdığı hər addıma görə sənə bir savab yazılar və sənin üçün bir dərəcə artırılar. Ərafatda durduqda Allah mələklərinə buyurar: “Ey Mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?” Mələklər deyirlər: “Onlar Sənin razılığını və Cənnəti istəyirlər”. Allah buyurar: “Mən Özümü və məxluqatımı şahid tuturam ki, Mən onları zamanın günlərinin, (yağışın) damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım!” Daş atdıqda Allah buyurar: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. (əs-Səcdə 17). Başını qırxdırdıqda isə yerə düşən hər bir tükün Qiyamət günü sənin üçün nur olacaq. Ev ilə vidalaşdıqda sən anadan doğulduğun gündə olduğun kimi günahlarından azad olarsan”.164 Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrin oturduğu bir toplumun yanına çıxaraq buyurdu: “Sizi burada oturdan səbəb nədir?”. Onlar: “Allahı zikr edib Ona həmd etmək və bizi İslam üzərə hidayət etdiyi üçün və bizə lütfü ilə müamələ etdiyi və bizə hər cür nemətləri verdiyi üçün həmd edib, şükr etmək üçün oturduq” dedilər. Peyğəmbər: “Allah haqqı üçün sizi burada oturdan səbəb budurmu?” deyə buyurdu. Onlar: “Bəli, Allah haqqı üçün bizi oturdan səbəb yalnız budur” dedilər. Peyğəmbər: “Diqqətli olun, sizə qarşı bir töhmət olsun deyə and içməyinizi istəmirəm. Cəbrail – əleyhissəlam - mənim yanıma gələrək mələklərə qarşı Allahın sizinlə öyündüyünü bildirdi” deyə buyurdu165. Abdullah İbn Amr və İbn Ömər - radıyallahu anhum – rəvayət edirlər ki: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm övladı üçün dünyanı yaratmısan. Onlar orada yeyir və içirlər”. Allah: “İzzətimə və Ucalığıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini “Ol” deməklə olan bir tayfaya bərabər tutmaram”166.

Mələklərin üstün olduğunu söyləyənlər isə: “...Mən sizə demirəm ki, mən mələyəm...”. (əl-Ənam 50). Əbu Hureyra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Uca Allah buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”167.168.



Son Söz - bütün bunlara iman gətirmək vacibdir. Buna görə də mələklərə iman etmək, imanın əsaslarını təşkil edən altı əsasdan biridir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə