MəLƏKLƏRƏ İman



Yüklə 0,5 Mb.
səhifə3/6
tarix21.10.2017
ölçüsü0,5 Mb.
#6180
1   2   3   4   5   6
«Ayələrmizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə - Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Dinin nədir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Muhəmməddir!» O, isə: «Mmmm…bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin»27.

Mələkul Movt Ölüm mələyi. Cəmaat içərisində bu mələyə Əzrail deyirlər. Lakin bu ad nə Quran, nə də Sünnə ilə öz təsdiqini tapmayıb. De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!". (əs-Səcdə 11). Əbu Musa əl-Əşari – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir qulun uşağı vəfat etdiyi zaman Allah mələklərinə: “Siz Mənim qulumun uşağını aldınız”. Onlar: “Bəli” dedilər. Allah: “Qulumun könlünün meyvəsinimi aldınız”. Onlar: “Bəli” dedilər. Allah: “Qulum nə dedi?”. Onlar: “Sənə həmd etdi və: İnnə Lilləhi Və İnnə İleyhi Raciun – Biz Allahınıq və Ona tərəf da dönəcəyik” deyə cavab verdi. Uca və Böyük olan Allah: “Qulum üçün Cənnətdə bir ev tikin və adını da”Həmd Evi” qoyun” deyə buyurar28.

Mələklərin Ölümü

İnsanlar və cinlər kimi mələklər də ölürlər. “Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar”. (əz-Zumər 68). İbn Kəsir rahmətullahi aleyhi - ayənin təfsirində deyir ki: “Göylərdə və yerdə Allahın sağ qalmasını istədiyindən başqa hər bir kəs öləcəkdir. (mələklər isə göydədir)”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Allah sura ikinci dəfə üfləmə əmrini verdikdə İsrafil - əleyhissəlam - sura üflədikdə Allahın dilədiyi kimsələrdən başqa hər kəs ölür. Canları alındıqdan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna gələrək: «Ya Rəbb! Göylərdə və yerdə sənin dilədiyindən başqa hər kəs ölmüşdü» deyər. Allah: «(Allah hər şeyi bildiyi halda) Həyatda kim qaldı?» deyə buyurar. Mələk: «Ya Rəbb! Ölməz və diri olan Sən həyatda qaldın, ərşi daşıyanlar, Cəbrail, Mikail və mən». Deyər. Allah: «Cəbrail və Mikail də ölsünlər!» deyə buyurar. Canları alındıqdan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna gələrək: «Ya Rəbb! Cəbrail və Mikail də öldülər. Mən və ərşi daşıyanlar həyatda» deyər. Allah: «Ərşimi daşıyanlar da ölsünlər» deyə buyurar. Ərşi daşıyanlar da ölürlər. Uca Allah ərşə əmr verir ərş suru İsrafildən alır. Bundan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna gələrək: «Ya Rəbb! Ərşi daşıyan mələklər də öldülər» deyər. Allah: «(Allah hər şeyi bildiyi halda) Həyatda kim qaldı?» deyə buyurar. Mələk: «Ya Rəbb! Ölməz və diri olan Sən həyatda qaldın və bir də mən» deyər. Allah: «Sən də öl» deyə əmr verər. Ölüm mələyi də ölür…»29. Lakin onların surdan öncə ölmələri barəsində bir məlumat yoxdur. Doğrusunu Allah bilir!



Mələklərin Möhtərəm Və Müti (İtaətkar) Olma­ları

Bu səhifələr elçilərin əllərində, möhtərəm və müti olanların əllərindədir”. (Əbəsə 15-16). Buxari – rahmətullahi aleyhi - deyir ki: “Allah onları Səfəra – Səfir – barışdıran adlandırmışdı. Çünki onlar Allahın əmr və vəhyi ilə xalqlar arasında sülh quran səfirlər kimi insanların arasına nazil olurlar”30. Bunu isə Qurani Kərimi sinələrdə daşıyan kimsənin ədalətli və müdrik olması ilə əlaqələndirmək olar. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır”31.



Mələklərin Həyalı Olmaları

Mələklər Həya və utanmaq kimi sifətlərə sahibdilər. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayaqları baldıra (və ya diz qapaqlarına) qədər açıq vəziyətdə uzanmışdı. Əbu Bəkr, Ömər – radıyallahu anhum – onun yanına içəri girdikdə o, ayaqlarının üstünü örtmədi. Lakin Osman – radıyallahu anhu – onun yanına girən kimi ayaqlarının üstünü örtdü. Niyə belə etdiyini soruşduqda: «Mələklərin həya etdiyi bir kəsdən mən necə həya etməyim»32.



Mələklərin Surətlərini Dəyişmələri

Allah mələklərə surətlərini dəyişərək başqa surət almalarına izn vermişdir. Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma". Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm". (Məryam 16-19). «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də: «Salam!» deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi. İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70). “Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür"– dedi. (Hud 77). İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Mələklər Lut - əleyhissəlam - ın yanına gözəl bir gənc oğlan surətində gəlmişdilər...”. Ömər - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı düm ağ, saçları olduqca qara, üzərində heç bir səfər əlaməti görünməyən və aramızda heç kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üzərinə qoyaraq dedi: «Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!». Peyğəmbər: «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni (imkan olduqda) həcc etməkdir» deyə buyurdu. (Adam): «Doğru söylədin, dedi». (Ömər) dedi ki, adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərinin doğru olduğunu təsdiq edirdi. (Yenə) soruşdu: «Mənə İman haqqında xəbər ver!». (Peyğəmbər): «(İman) Allaha, mələklərinə, kitablarına, peyğəmbər-lərinə, axirət gününə və qədərin xeyir və şərridə Allahdan olmasına inanmaqdır» deyə buyurdu. (Adam): «Doğru söylədin. Mənə ehsan haqqında xəbər ver!» dedi. «(Ehsan) Allaha onu görür kimi ibadət etməkdir. Sən Onu ğörməsən də, O səni görür». (Adam): «Mənə Qiyamət günü haqqında xəbər ver!» dedi. (Peyğəmbər): «Bu haqda soruşulan soruşandan (elimli deyildir) cox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqinda xəbər ver» dedi. (Peyğəmbər): «Qul qadının öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları» deyə buyurdu. (Ömər) dedi ki, sonra o, adam çıxıb getdi. Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o sual verənin kim olduğunu bilirsənmi?». Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər) buyurdu: «O, Cəbrail – əleyhissəllam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi»33. Aişə - radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əlini Dihyənin atının yüyəninə qoyaraq danışdığını gördü. Ondan bu barədə soruşduqda Peyğəmbər: “Bu Cəbrail - əleyhissəlam - idi, sənə Salam göndərir”34. Həmçinin – Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah İsrail oğullarından cüzəm xəstəliyinə tutulanı, keçəli və koru imtahan etmək üçün yanlarına bir mələk göndərir...”35.

Mələklərin surətlərini dəyişərək insan surətini, formasını necə almaları barəsində isə heç bir məlumat yoxdur. Bu barədə fikir yürütmək və mülahizələr aparmaq isə boş bir şeydir. Allah və Rəsulunun bu barədə xəbər verdiyi ilə kifayətlənmək lazımdır.



Mələklərin Surəti

İnsanlara məlum olan ən surətli surət işıq surətidir. Saniyədə 186 000 mil. Mələklər isə bundan da surətli olaraq hərəkət edirlər. İnsanların bunu dərk etməsi, hər hansısa bir cihazla ölçmələri mümkün deyildir. Çünki insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə sual verdikləri zaman dərhal Cəbrail – əleyhissəllam - Rəbbindən onun cavabını Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bildirirdi. Həmçinin – Ölüm mələyinin dünyanın bir neçə bölgəsində insanların canlarını alaması və s. Ağıl ilə müqayisə ediləsi bir şey deyildir. Lakin bəzi cahil kimsələr bu kimi şeyləri inkar edərək (öz ağılları) ilə: “Necə ola bilər ki, mələk bir anda bir neçə insanın canını alsın”. Subhənəllah! Belələrinə cavabımız odur ki: “Onları – Təyyarənin surətini öz surəti ilə müqayisə etmək istəyən ağcaqanada bənzətmək olar”. Mələklərin dünyası insanların dünyasından tam fərqlidir. Allah daha doğru bilir!.



Mələklərin Elmi

Allah Adəmə bütün şeylərin adlarını öyrətdi Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!" Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!". (əl-Bəqərə 31-31). “Onlar sizin nə etdiklərinizi bilirlər”. (əl-İnfitar 12).



Mələklərin Mübahisəsi

Mələklərin Mübahisəsi hədisdə bəyan edilir: Muaz İbn Cəbəl, İbn Abbas - radıyallahu anhum – demişdir: «(Bir dəfə) Allah Elçisi – sallallahu aleyhi və səlləm – Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi – sallallahu aleyhi və səlləm – namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə: «Sıralarda olduğunuz kimi qalın!» - dedi. Sonra bizə tərəf dönərək buyurdu: «Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca və Ulu Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: «Ey Muhəmməd!» Mən dedim: «Əmrinə müntəzirəm, ey Rəbbim!» Allah buyurdu: «Mələklər nə haqda mübahisə edirlər?» Mən dedim: «Bilmirəm!» Bunu üç dəfə təkrarladı. Rəbbim ovcunu iki çiynimin (kürək sümüyümün) arasına qoydu, hətta barmaq uclarının (Başqa rəvayətdə: əlinin) sərinliyini sinəmdə (köksümdə) hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim (Başqa rəvayətdə: Məşriq və Məğrib arası hər bir şeyi bildim). Allah buyurdu: «Ey Muhəmməd!» Mən dedim: «Əmrinə müntəzirəm, ey Rəbbim!» Allah buyurdu: «Mələklər nə haqda mübahisə edirlər?» Mən dedim: «Kəffarələr haqqında». O buyurdu: «Nədir onlar?» Mən dedim: «Cəmaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq (Başqa rəvayətdə: Kim belə edərsə xeyirlə yaşayar, xeyirlə ölər və hər cür günah və xətalardan uzaq olaraq anadan doğulduğu kimi tərtəmiz olar)». Allah buyurdu: «Sonra nə haqda?» Mən dedim: «Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq». Allah buyurdu: «İstə!» Mən dedim: «Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaş-dıracaq hər bir əməli sevməyi istəyirəm» - (Allahummə inni əs'əlukə fi'ləl-xeyrati va tərkəl-munkərati va hubbəl məsəkini va ən təğfira li və tərhəməni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftunin. Əs'əlukə hubbəkə va hubbə mən yuhibbukə və hubbə aməlin yuqarribu ilə hubbikə). Allah Elçisi – sallallahu aleyhi və səlləm – dedi: «Bu yuxu haqdır, bunları yaxşıca öyrənin»36.



Mələklərin Nizam-İntizamı Və Rəbləri Qarşısın-da Səf-Səf Durmaları

Mələklər Rəbblərinə ibadət edərlər və Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlardan nümunə götürməyi bizlərə əmr etmişdir. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizləri halqalar halında gördükdə buyurdu: “Nə üçün sizi dağınıq cəmaatlar halında görürəm? Mələklərin Rəbbləri qatında səf-səf durduqları kimi nə üçün durmursunuz?”. Biz: “Ya Rəsulullah! Mələklər Rəbbləri qatında necə səf-səf dururlar” dedik. O: “Onlar ilk Səfi doldurar və səfdə sıx durarlar”37. “Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək”. (əl-Fəcr 22). “Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq”. (ən-Nəbə 38). Allahın əmrini necə də gözəl yerinə yetirirlər: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə Cənnətin qapısına gələcəyəm və qapının açılmasını istəyəcəyəm». Mənə: «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Muhəmməd!» deyəcəyəm. O, da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum»38. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “...Sonra Cəbrail – əleyhissəlam – ilə birlikdə dünya səmasına yüksəldim. Birinci səmanın (qapılarına) yaxınlaşdıq. Cəbrail – əleyhissəlam – (qapıların) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbrail» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onun üçün səma (qapısı) açıldı...Beləcə hər bir səma qapısında izn alındı”39.



Mələklər Günah Etməkdən Uzaqdırlar

Qadi İyyad – rahmətullahi aleyhi - deyir ki: “Müsəlmanlar ittifaq ediblər ki, mələklərdən olan elçilər Peyğəmbərlər kimi günahlardan uzaqdırlar (Məsumdurlar). Lakin ixtilaf elçi olmayan məlklərin günahsız olub olmamalarındadır. Bir qrup qeyd edir ki: Mələklərin heç bir günah etmir və dəlil olaraq: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır”. (ət-Təhrim 6). “Mələklər dedi: "Bizlərdən hər kəsin müəyyən bir yeri vardır. Həqiqətən, biz səf-səf dururuq. Həqiqətən, biz Allahın şəninə təriflər deyirik". (əs-Saffat 164-166). “Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar”. (əl-Ənbiya 19). “Ona yalnız pak olanlar toxunur”. (əl-Vaqiə 79). Digər qrup deyir ki: “Bu ayələr yalnız Elçi olan mələklərə aiddir. Onlar Harut və Marutu, İblisi misal çəkirlər”. Lakin bu rəy zəif rəydir. Daha doğru olan isə mələklərin günah etməkdən uzaq olmalarıdır. Onlar Rəblərinə heç bir zaman asi olmurlar. Harut və Marut barəsində bizə nə səhih, nə də zəif bir hədis gəlməyib. O, ki qaldı İblisə - alimlərin əksəriyyəti qeyd edirlər ki, o mələk olmayıb. Adəm ilk insan olduğu kimi, o da cinlərin ilkidir”40. “Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir”. (əl-Ənam 124).



Mələklərin Təbiəti

Allaha itaət onların təbiətindədir. “...Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən...”. (ət-Təhrim 6). Adəm övladlarının üzərinə düşən məsuliyyət (yük) onların üzərinə düşməmişdir. “...Onun qorxusundan tir-tir əsirlər”. (əl-Ənbiya 28).



Mələklərin Yüksək Məqamı

Onların itaətkarlığı – Rəbblərindən qabaq danışmaz, Ona nəsihət verməz, əmri yerinə yetirmək üçün hazırdılar. Kafirlər: "Mərhəmətli Allah Özünə övlad götürdü!"– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. Onlardan kimsə: "Mən Ondan başqa bir məbudam!"– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq”. (əl-Ənbiya 26-29). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – buyurdu: Nə üçün sən bizi tez-tez ziyarət etmirsən?”. O: Mələklər dedi: "Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir". (Məryəm 64)41.



Mələklərin Allahı Tərif Etmələri

«Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, ona inanır və möminlərin baığışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru». (əl-Mumin 7). “Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər”. (əl-Ənbiya 20). “Mələklər də Rəbbinə həmd ilə təriflər deyir...”. (əş-Şura 5). “Həqiqətən, biz Allahın şəninə təriflər deyirik". (əs-Saffat 166). Nə üçün onlar bu qədər çox Rəbbinin şəninə tərilər deyib onu təqdis edirlər? Çünki bu ən gözəl Allahı tərif etməyin formasıdır. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Anam atam sənə fəda olsun, ey Allahın Elçisi! Hansı söz Allaha daha sevimlidir?» - dedi. Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın öz mələkləri və qulları üçün seçdiyi: Subhənəllahi və Bihəmdihi - Rəbbim pak və müqəddəsdir, həmd Onadır! - sözüdür»42.

Mələklərin İbadəti

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Meraca gedərkən ona səmadakı Beytul Məmur göstərildi. Mən: “Ey Cəbrail! Bu nədir?”. O: “Bu Beytul Məmurdu” dedi. Hər gün yetmiş min mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirilmişdi43. “And olsun Beytulməmura!”. (ət-Tur 4). İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Allah bu evi Beytul Məmur – Dolmuş, doldurulmuş ev adlandırmışdır. Mələklər həmən evin ətrafında ibadət edər və onu insanların Kəbəni təvaf etdikləri kimi təvaf edərlər. Beytul Məmur yeddinci səmada olanların Kəbəsidir. Beytul Məmur düz Kəbənin üzərindədir. Əgər yerə düşsə düz Kəbənin üzərinə düşəcəkdir. Həmçinin hər bir səmada da ev vardır. Səma əhli ibadət zamanı ona üz tuturlar. İlk səma qatında olan ev isə: Beytul İzzə - Əzəmət evi adlanır”. Xalid İbn Arar deyir ki, bir kişi Əli İbn Əbu Talib - radıyallahu anhu – dan soruşdu: “Beytul Məmur nədir?”. O: “Kəbənin üzərində yerləşən, Səmada olan ibadətgahdır. Onun müqəddəsliyi Kəbənin yerdə olan müqədəsliyi kimidir. Hər gün yetmiş min mələk ora girərək ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmırlar”44. Qatadə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə buyurdu: “Bilirsinizmi Beytul Məmur nədir?”. Onlar: “Allah və Rəsulu daha gözəl bilir”. O, səmada olan məsciddir hansıki onun altında Kəbə yerləşir. Əgər o, düşsə düz (Kəbənin) üzərinə düşəcəkdir”45.



Mələklərin Qorxusu

Mələklər öz Rəbblərini yaxşı tanıyırlar. Buna görə də Onun qorxusundan hüzurunda tir-tir əsirlər. “...Onun qorxusundan tir-tir əsirlər”. (əl-Ənbiya 28). “Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər”. (ən-Nəhl 49-50). Əbu Hureyra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: “Allah göydə bir iş barəsində qərar verdiyi zaman mələklər Onun əmrinə müntəzir olduqlarını bildirərək qanadlarını çarpırlar (və bu vaxt elə bir səs gəlir ki,) sanki (bir topa) zənciri qayaya çırpırlar. Nəhayət, “Mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşurlar...”. (əs-Səba 23). Onlara belə cavab verilir: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!”. (əs-Səba 23).”46. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Merac gecəsi Cəbrail – əleyhissəlam – ı gördüm. Rəbbinin qorxusundan köhnəlmiş döşəmə kimi idi”47. Ərəb sözü olan Hils – döşəmə, alta salma adlanır. “Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər”. (ər-Rad 13).



Mələklər Allahın Ordularıdır

«Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir 31).

Ərşi Daşıyan Mələklər

Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır”. (əl-Həqqa 17).



Dağlar Mələyi

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcəsi Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər– sallallahu aleyhi və səlləm – dən soruşdum: “Ey Allahın Elçisi, sənə Uhud günündən də daha şiddətli bir gün başına gəlibmi?” O , belə cavab verdi: “Sənin tayfandan nələr başıma gəldi, nələr. Onlardan ən şiddətli gördüyüm əziyyət əl-Aqabə günüdür. Özümü İbn Əbd Yəlil ibn Əbd Kulələyə ərz etmişdim. O mənim istədiyimə cavab vermədi. Mən kədərli üzlə (bir şəkildə) gözüm gördüyü yerə (qədər) çıxıb getdim. Yalnız Qarnu əs-Saləbə adlanan yerdə özümə gəldim. Başımı qaldırdığım vaxt bir buludun məni kölgələndirdiyini gördüm. Baxdığım zaman Cəbrail – əleyhissəlam – ı onun üzərində gördüm. Məni çağırıb: “Allah tayfanın sənə dediklərini və sənə cavab vermədiklərini (qəbul etmədiklərini) eşitdi. O sənə, onlara etmək istədiyini əmr etmən üçün onu, dağların mələyini göndərmişdir.” deyə buyurdu. Dağların mələyi onu çağırdı və ona salam verdi. Sonra isə belə buyurdu: “Ey Muhəmməd, Allah tayfanın sənə dediyini eşitdi və mən, dağların mələyiyəm. Sənin Rəbbin məni sənə, onlara etmək istədiyini əmr etmən üçün göndərmişdir. Əgər istəyirsənsə, bu əl-Axşabeyni (iki dağı) onların üzərinə örtü kimi çəkim?” Peyğəmbər: “Yox! Allahdan diləyirəm ki, onların belindən yalnız Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşmayan kimsələr çıxarsın”48.




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə