Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   43   44   45   46   47   48   49   50   51

100 
 
verilməsini  lüzumlu  bulurdu.  Bu  torpaqlardakı  köylülər  «əskidə  olduğu  kimi  [?] 
bəylərə  tabe  rəiyyət  halında  qalmalıdırlar».  Ladinski  «xalisə,  rəncbər,  rəiyyət, 
nökər»  kimi  qisimlərə  bölünərək  müxtəlif  Ģəkil  və  münasibətlər  ərz  edən 
xüsusiyyətlərin  tamamilə  ortadan  qaldırılaraq,  tək  «mülkədar  təbəəsi»  sifətinin 
bütün köylülərə təĢmilini (verilməsini) istəyirdi. Eyni zamanda Ladinski köylülərin 
bir  mülkədardan  o  biri  mülkədara  keçmək  və  ya  məkan  dəyiĢdirmək  haqqında 
olmadıqlarını da müdafiə edirdi ki, bu da «krepostnoyluğun» bariz əlamətlərindən 
biridir. 
Ladinskinin  bu  raportunu  müvafiq  görən  Vorontsov  məsələni  mərkəzi 
hökumətə  ərz  ilə  qəbul  etdirmiĢ  və  1846-cı  ilin  dekabrın  6-da  çıxan  qanun, 
Azərbaycan  mülkədarları  üçün  adəta  feodallığın  (izmin)  həqiqi  bəraətini  təĢkil 
etmiĢdir. 
«Bu  bəraət»ə  görə  -  «Yüksək  müsəlman  təbəqəsi»nin  mənsubları  əskidən 
feilən  malik  olduqları  məskun  və  qeyri  məskun  yerbrin  nəsilbənəsil  sahib  və 
malikləri  (yiyələri)  olur;  1840-cı  ildən  sonra  [Qan  islahatı  nəticəsində]  onlardan 
alman  torpaqlar  və  mülklər  təkrar  özlərinə  verilir;  köylülər  dəxi,  bəylərə  mərbut 
(bağlı) yarımqul vəziyyətində «mülkədar təbəəsi» olurdu
12
. Bəylər  köylüləri  sadə, 
iqtisadən  istismar  haqqını  deyil,  eyni  zamanda  onlar  üzərində  zabitə  və  ədalət 
icracısı  haqqını  da  qazanırdılıar.  Ağa  vəzifəsini  yerinə  yetirməyən  və  qəbahət 
iĢləyən təbəə köylünü Ģəxsən cəzalandırmaq haqqını almıĢdı. 
Bu  surətlə,  30-40  illik  sallantı  və  tərəddüddən  sonra,  çarlıq,  Azərbaycan 
«dvoryanstvo»sunu  tanıyır  və  mənsublarına  mülkədarlıq  haqqını  təmin  etməklə, 
özü üçün təsəvvürü qəbul olunan «doğru bir yola» girirdi; gərçi «yüksək müsəlman 
təbəqəsi»nin  fərdən  «dvoryanlığı»nı  qəbul  edən  çarizm  xristian  olmayan  bu 
«dvoryanlara»  Rusiyada  və  Gürcüstanda  olduğu  kimi,  «dvoryanstvo  təsisatı  və 
təskilatı» haqqını tanımamaqda sonuna qədər israr etmiĢdir. 
Azərbaycanda  rus  müstəmləkəçilik  siyasətinin  müəyyən  dövrünü    tənvir  
(aydınladan)  edən  bu  məlumat,  sübhəsiz, məsələn, müəyyən nəticəyə bağlayan 
bir xülasəyə möhtacdır!... 
 
“QurtuluĢ”, sayı 41, mart 1938, Berlin. 
 
 
 
                                                           
12
 Köylülərin bu vəziyyəti təfsilən 28. 12. 1847 və 5. 8. 1852-ci illər qərarnamələrində mövcuddur. 


101 
 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ  
 

 
Bu  dəfə  yazdıqlarımıza  nəticə  bağlayan  bir  xülasə  vəd  etmiĢdik.  Fəqət,  bu 
sırada əlimizə yeni materiallar keçdi
13
. Bunların verdiyi təlqin ilə çarlığın, caniĢin 
Vorontsov vasitəsilə Azərbaycan feodalları haqqında tətbiq etdiyi siyasət üzərində 
bir az da durmaq istədik. 
30-40 illik sallantıdan sonra çarlığın Azərbaycanda özü üçün təbii olan «ən 
doğru yola» gəldiyini və bu yolun da «yüksək müsəlman təbəqəsinin» mülkədarlıq 
haqqını  tanımaq  və  mənsublarına  «dvoryan»  kimi  baxmaqdan  ibarət  olduğunu 
yazdıq. 
Bu  reviĢin  (gediĢin,  yolun)  Rusiya  siyasəti  üçün  nə  qədər  mühüm  və 
təbiiliyini tamamilə aydınlatmağa  yarar.  «Materiallar»ın  yenicə çap edilmiĢ  ikinci 
cildində  diqqətəĢayan  materiallar  vardır.  Bunlar  bizə  Vorontsov  dövründəki 
«feodallara  doğru»  istiqamətinin  siyasi  zərurətilə  bərabər  idari  hikmətini  həm  də 
dvoryan  və  krepostnoy  Rusiya  üçün  təssəvvürü  qəbul  olan  siyasətin  ideoloji 
əsaslarını göstərirlər. 
1846-cı il idarəsinin həqiqi müəllifi və bu xüsusdakı icraatında Vorontsovun 
«sağ əli» general-mayor Ladinski tədbirin lüzumunu izah edən raportunda «yüksək 
təbəqə»nin  imperatorluq  üçün  əhəmiyyəti  məsələsinə  təmas  ilə  zamanına  qədər 
edilən bu sahədəki icraat və xətaları tənqid edərək deyir ki: 
«50  ilə  yaxındır  ki,  Cənubi  Qafqaz  Rusiya  idarəsindədir.  Bu  qədər 
müddətdə  qara  camaat  [ruscası:  çern]  bir  qədəm  olsun  dövləti  mənimsəmək 
baxımından  əlaqə  və  Ģüurlu  bir  anlayıĢ  əsəri  göstərməmiĢdir.  Bunların  ağlı 
gözlərindədir.  Yüksək  təbəqəyə  bağlıdırlar.  Kiçik  bir  səbəblə  hər  hansı  namüsaid 
bir Ģərait daxilində rusların o və ya bu müĢkülata uğrayacaqları sırada bu xalq bir 
anda  bəylərlə  ağaların  arxasına  düĢüb  gedəcəkdir.  Cənubi  Qafqazın  çox  qismi 
müsəlmandır;  etiqad  etdikləri  din  etibarı  ilə  bizləri  çəkə  bilmirlər.  Dövlətimiz 
tərəfindən  göstəriləcək  ədalətsizlik  vüquunda  (olanda)  bu  mühitin  sədaqətindən 
necə  əmin  ola  bilirik?  Yüksək  təbəqəsi  əsrlik  haqlarından  və  imtiyazlarından 
məhrum edilən bir məmləkətdə isə əmniyyət və asayiĢin kökləĢməsini ummaq necə 
qəbul olur?... Yüksək təbəqəni qeyri-məmnun buraxmaqla biz, heç bir zaman qara 
camaatın sevgi və sədaqətini cəlb edə bilmərik, əksinə bu məqsədə yalnız yüksək 
müsəlman təbəqəsinin bizə bağlılığı ilə nail ola bilirik»
14

                                                           
13
 a)  “Kolonialnaya  politika  rossiykoqo  tsarizma  v  Azerbaydjane”  [Azərbaycanda  rus  çarlığının 
müstəmləkəçilik  siyasəti]  adındakı  “Materiallar”  seriyasının  ikinci  cildi.  Moskva  –  Leninqrad,  1937. 
SSRĠ Elmlər Akademiyası.  
b) Gürcüstanın Rusiyaya ilhaqından keçən 100 il münasibətilə 1901-ci ildə Tiflisdə Qafqaz hərbi dairəsi 
heyəti tərəfindən çıxarılmıĢ “Utverjdeniye russkoqo vladıçestva na Kaffaze”. 
14
  “Müstəmləkəçilik siyasəti”, cild II, s. 123. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə