Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   43   44   45   46   47   48   49   50   51

104 
 
Prucanovski  xanlıq  daxilindəki  «siyasi  intriqalardan»  bəhs  edərkən,  Rusiyadan 
dönən  miralay  [polkovnik]  Cafərqulu  ağanın  rusların  tatar  (türk)  mirzələrinə 
etdiklərini  Azərbaycan  bəylərinə  də  edəcəklərindən  bəhslə  beyinləri  təĢviĢə 
gətirdiyi  kimi,  məlumat  arasında  ġəkidən  gələrək,  həccə  getmək  bəhanəsilə,  yol 
üzərində  imiĢ  kimi  görünən  Əbdüllətif  əfəndinin  Qarabağ  mollaları  və  bəyləri 
arasında    ġamil   hərəkatı   lehində      propaqanda   yapdığı,    bu propaqandanın 
hətta  bir  dərəcəyə  qədər  irəlilədiyi  dəxi,  təsbit  edilməkdədir.  Bu  təbliğatın 
müvəffəqiyyəti namına bir-birindan küsülü olan Cəfərqulu xanla (ağa) Mehdiqulu 
xan  Qarabağ  qazısı  Əbdülqasımın  dəlalətilə  barıĢdırılaraq,  rus  komandanlığına 
müraciətlə  xanlığın  siyasi  haqq  və  hüququnu  geri  istəmək  kimi  bir  takım   
düĢüncələrlə  toplantılar  keçirmək  qədər  irəliləmiĢ  ikən,  ruslar  onlara  sadiq  Mirzə 
Adıgözəl  vasitəsilə  təkrar  iki  xanı  vuruĢdurmağa  müvəffəq  olmuĢ  və  bu  surətlə 
onlara  veriləcək  naxoĢ  tələbin  önünə  keçmiĢlər
19
.  (Məhəmməd  Əmin  Rəsulzadə 
yüksək rus  məmurlarının  «Rusiyaya  sadiq»liyi və  «etibarlı»lığından  yararlanaraq, 
Mirzə  Camal  və  erməni  məliklərilə  çoxlu  mal-mülk  ələ  keçirməkdə  suçladıqları 
Mirza  Adıgözəl  bəyin  bir  neçə  yerdə  qeyd  etdikləri  bu  xəyanətini,  Qarabağ 
qəzasının  rəisi  podpolkovnik  Kulebyakinin  əli  ilə  etdiyini  yazmayıb.  Sənəddə 
«Qarabağın yüksək müsəlman təbəqəsi və bəylərinin yuxarıda yazılan toplantılarda 
olanları  izləyərək,  onlarda  Zaqafqaziya  idarəsi,  öz  hüquqları,  müqavilə  və  b. 
haqqında  yersiz  və  zərərli  Ģeylər  görən,  həm  də  yüksək  ünvanlara  çatmasını 
istəməyərək  o,  böyük  ustalıq  və  bacarıqla  həm  Mehdi  və  həm  də  Cəfərlə  yaxĢı 
münasibətdə  qalmaqla, kapitan  Adıgözəlin  vasitəsilə  gizli  yolla  çatdı,  bununla  da 
yığıncaqlar  qurtardı,  müqavilə,  ermənilər  və  b.  unuduldu»  -  yazılıb.  «Rusun 
barmağı»  yerində  imiĢ,  bu  gün  də  yerindədir.  Amma  indi  Azərbaycan 
Respublikasında  baĢqalarının  da  barmağı  vardır.  Biz  bu  barmaqları  kəsməyi 
öyrənməliyik!  Sənəddəki  «erməni  məsələsi»ni  də  açıqlayaq.  Sənədlərdə  Rusiya 
imperiyasının  kötək  kimi  yararlandığı,  orta  və  kiçik  görəvli  hay  adı  və  soyadı 
vardır.  Bunların  çoxu  Rusiya,  Abxaziya,  Tiflis  və  baĢqa  yerlərdən  gətirilən 
qulluqçulardır.  Sənədlərdə  «AĢağı  təbəqə»dən  çıxan,  Qarabağda  rus  qoĢunlarının 
baĢçısı qoyulmuĢ general Mədətovun, eləcə də baĢqa erməni məmurlarının türklərə 
etdiyi zülmlər haqqında çoxlu faktlar vardır. Qarabağda polis vəzifələrinin haylara 
verilməsi onların türklərə zülm etmələrinə, bu isə ciddi etirazlara gətirib çıxarırdı. 
Qasım  bəy  Zakirin  «Xandəmirov  çaldı-çapdı  mahalı!»  -  sözləri  yada  düĢür. 
Mehdiqulu  xanla  Cəfərqulu  ağanın  izlənən  söhbətlərində  bu  məsələlər  danıĢılırdr. 
Rusiya  ilə  1805-ci  il  mayın  14-də  bağlanmıĢ  Kürəkçay  müqaviləsilə  Rusiya 
imperiyasına  birləĢdirilmiĢ  Qarabağ  xanlığının  imperiya  xəzinəsinə  ildə  8  min 
(çervon)  keçirməsi  və  ġuĢada  yerləĢdirilmiĢ  bir  rus  batalyonunu  saxlamasının 
dözülməzliyi  və  «rəhbər  vəzifələrə  yerləĢdirilmiĢ  ermənilər  müsəlmanların 
yaĢamasına  mane  olurlar,  ən  əsası  isə  qarabağlıların  soyları  və  bəylər  üçün  ayıb 
                                                           
19
 Eyni əsər, s. 16-28. 


105 
 
olaraq yerli polis hakimiyyəti ermənilərin əlinə verilmiĢdir, baxmayaraq ermənilər 
son vaxtlara kimi onların qulu idilər. Onlar Qarabağın bütün müsəlman zadəganları 
adından  imperatora  ermənilərin  vəzifədən  uzaqlaĢdırılması  tələbilə  müraciət 
yazmaq 
istəyirmiĢlər». 
Kolonialnaya  politika  rosiyyskoqo  tsarizma  v 
Azerbaydcane v 20-60 qq. XIX v. II c. s.29). 
Jandarm  komandanı  Viktorovun  1843-cü  ildə  Tiflisdə  3-cü  Ģöbə  rəisi  və 
jandarmalar  Ģefi  Benkendorfa  göndərdiyi  raportunda  eyni  mövzunu  ələ  alaraq, 
ġamil haqqında aĢağıdakı sözləri yazır: 
«Nəzərdə  tutulmalıdır  ki,  ġamil,  dağlıları  üsyana  sövq  etməsini  bilən,  bu 
ağıllı,  enerji  və  cəsur  adam  bulunduğu  dağlıq  mövqeyin  əhəmiyyət  və 
üstünlüyündən  bacarıqla  istifadə  edərək,  istədiyi  gün  və  zamanda,  2.000-dən 
tutaraq 10.000-ə qədər silahlı dağlıları istədiyi yerə yeridərək, bizi zəif olduğumuz 
və  gözləmədiyimiz  zaman  və  məkanda  hırpalamağa  hazırdır.  Hərəkətli  dağlı 
qövmlərini  çelikdən  (polad)  bir  iradə  altında  birləĢdirərək  yeni  xilafət  təsisinə 
çalıĢan bu təəssübkeĢ adamın nə kimi vasitələrlə çalıĢdığını göstərmək üçün, əlimə 
keçən ərəbcə yazılı və Ġbrahim PaĢa tərəfindən ġamilə göndərilən bir məktubu sizə, 
tərcümə  etdirmədən  göndərirəm.  Yerli  müsəlmanlar  duymasınlar  deyə,  buradakı 
tərcüməçilərimizə göstərməyi belə müvafiq görmədim»
20

Ladinskinin  Vorontsova  təqdim  etdiyi  müfəssəl  məruzədə  dəxi  «ġamil 
motivi»  qabarıq  bir  Ģəkildədir.  Ladinski  isbat  edir  ki,  «yüksək  təbəqə  mənsubları 
tatmin  və  təmin  olunur  və  dövlətə  sədaqətləri  Ģəxsi  mənfəətlərinin  dövlət 
mənfəətlərilə birləĢdirilməsi surətilə zəmanət altına alınırsa, o zaman Dağıstandakı 
üsyan  hərəkətləri  heç  bir  surətlə  buralara  təsir  etməz  və  rus  idarəsindəki  rifahı 
görən  nüfuz  sahibləri  əllərindəki  neməti  Asiya  dövlətlərində  qətiyyən  bula 
bilməyəcəklərindən yerlərində sakit oturur, sədaqət yolundan ayrılmazlar...»
21

Meçnikov-Kutaysov,  Paskeviç,  sonra  da  senator  Qan  torpaqların 
Azərbaycan 
bəyləri 
əlindən  alınması  haqqındakı  layihələrini  «Asiya 
məmləkətlərində  və  islam  hüququnda  torpaq  mülkiyyəti  yoxdur»  əsasına  vəz 
edirdilər  (deyirdilər).  Torpaq  dövlətindir.  Xanların  süqutu  ilə  bu  haqq  onları  fəth 
edən  imperatorluğa  keçmiĢdir.  Bəylərlə  ağalar  «mülkün»  sahibləri  deyil,  xanın 
«vəkilləri» və ya «icarədarlarıdırlar...». 
Ladinski ilə Vorontsov bu təsəvvürün yanlıĢ və xətalı olduğunu dava etmiĢ, 
XIII  və  XIV  əsrlərdə  Avropada  olduğu  kimi,  ġərqdə  də  torpaq  bəyliyi  və 
mülkiyyətinin  təəssüs  etdiyini  dava  etmiĢlər.  Dəlil  olaraq  torpaq  əlaqələrinin 
«xalisə,  mülk  və  tiyul»  adları  ilə  növlərə  ayrıldığının  və  köylülərin  də  «rəncbər, 
nökər və rəiyyət» ünvanları ilə müxtəlif Ģəkil daĢıdıqlarını irəli sürmüĢlər. 
«Rus  hakimiyyətinin  Qafqazda  kökləĢməsi»  adlı  əsərin  12-ci  cildi  bu 
münaqiĢədə  Vorontsovla  Ladinskinin  əsasən  haqlı  olduqlarını  təslim  etməklə 
                                                           
20
 Eyni əsər, s. 8. 
21
 Eyni əsər, s. 51. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə