Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   43   44   45   46   47   48   49   50   51

102 
 
Müdafiə etdiyi bu görüĢün Ģübhəsiz və isbatdan müstəqni (uzaq) bir həqiqət 
olduğunu  təsdiq  üçün  Ladinski  1812-ci  ildə  Gürcüstan  tabeliyində  olan  Qazax, 
ġəmĢəddil  və  Borçalı  ağalarının  keçmiĢdə  valiləri  olan  Ģahzadə  Aleksandrın 
dəvətinə rəğmən, dövlətə sadiq qaldıqlarını qeyd edir və bunu buradakı ağaların rus 
idarəsi  və  himayəsi  altında  öz  mülk,  nüfuz  və  etibarlarından  əmin  bir  vəziyyətdə 
olduqları ilə izah edir. 
Ladinski  raportunu  yazdığı  əsnada  cərəyan  edən  hadisələrdən  də  öz 
görüĢünü isbat  edən vaqeələr zikr edir. O zamanlarda  Zaqatala tərəflərində  hökm 
sürən Danial bəy [Ġlisu sultanı] ġamil tərəfinə keçərək üsyan etmiĢdi. Bu sıralarda 
knyaz  Arqutinski-Dolqorukov  general  ġvartsa  göndərdiyi  rapotunda  Samur 
boyundakı qitələri (hərbi dəstələri) oradan götürmənin qəbul olmayacağım - çünki 
belə  edilərsə  -  Danial  hərəkatının  Qumuqluğa  olduğu  kimi,  ġəki  ətrafına  dəxi 
sirayət  edəcəyini  anladırdı.  Ladinski  bu  vaqeəni  «indi  də  qara  camaatın  yüksək 
təbəqə arxasından   getdiyinə canlı bir dəlil» olaraq alır. 
Ladinskiyə  görə  Arqutinski  də  «müsəlman  əhalinin  Danial  misalında  da 
göründüyü kimi, haqsızlığa uğramıĢ, mağdur (narazı) və qırğın hər hankı bir bəyin 
arxasında üsyana hazır olduğu» qənaətində imiĢ. 
«Hər  halda  bunu  gözdən  qaçırmamaq  lazımdır  ki  Ladinski  deyir  - 
məhəmmədilərin  bizdən  din  ayrılığı  hesabı  ilə  nifrətdə  olduqlarını  hesaba  alaraq, 
dost  olacaqları  mümkün  ikən  və  ortada  səbəb  yox  ikən,  yüksək  təbəqə 
təmsilçilərini mağdur etməkdə fayda görmürəm».
15
 
Eyni  mühakiməni  biz,  Vorontsovun  Ģəxsən  imperator  I  Nikolaya  yazdığı 
müraciətdə də görürük. 
8  mart  1846-cı  il  tarixini  daĢıyan  bir  məruzəsində  1841-ci  ilə  aid  Qan 
təĢəbbüsünü - amansızca hırpalayandan sonra çarlığın bu sınanmıĢ adamı yazır ki: 
«Bir kərə təsəvvür olunsun  -  1812-ci ildə ümumən buralardakı nüfuzumuz 
nöqtəsindən  xüsusən  -  çox  müĢkül  bir  vəziyyətdə  idik.  Əskərimiz  az  idi; 
alaylarımızın  kadroları  tam  deyildi;  ordu,  zabitan  və  əfradı  (üzvləri)  maaĢlarını 
vaxtında  ala  bilmirdilər.  Rusiyadan  yardım  gözləmək  qeyri-mümkündü;  əski 
paytaxtımız  [yəni  Moskva]  fransızların  əlində  idi  [Napoleon  istilasını  qəsd  edir]. 
Gürcüstan belə, həyəcan  və  qarıĢıqlıq içində  idi,  Ģahzadə  Aleksandr 12 000 ləzgi 
(Ġmperator  -  nökər  münasibətində  olan  bir  neçə  yüksək  çar  məmurunun  iĢlərini 
keçirmək  üçün  yazdığı,  əhalinin  gerçək  sayına  uyğun  olmayan  bu  rəqəm  qarĢı 
tərəflərin  ideoloji  savaĢından  qaynaqlanmıĢdır.  Az  sonra  Ġmam  ġamilin  2000-dən 
10.000-dək  silahlı  dağlı  yığa  bildiyi  yazılıb)  ilə  Tiflisi  təhdid  edirdi;  iranlılar  bu 
vəziyyətdən istifadə edərək onlardan aldığımız xanlıqları geri almaq təĢəbbüsündə 
idilər - Abbas Mirzə çoxlu əskər və ingilis topçuları ilə birlikdə Araz boyunda idi. 
Ġran  (Qacar)  sevdalıları  əlimizdəki  vilayətləri  dolaĢaraq  müsəlmanları  kafirlərə 
qarĢı  təhrik  edirdilər,  zəiflədiyini  düĢündükləri  Rusiyaya  qarĢı  hərəkətə 
                                                           
15
 Eyni əsər, s. 124. 


103 
 
keçməzlərsə, sonradan peĢiman olurlar deyə, bu emissarlar - müsəlmanları Ģah ilə 
oğlunun  müstəqbəl  (gələcək)  qəzəblətinə  uğramamaq  üçün  ikaz  (xəbərdar) 
edirdilər.  Bütün  bunlara  rəğmən,  öz  mülk,  mənfəət,  nüfuz  və  xüsusiyyətlərini, 
mövqe  və  etibarlarını  rus  idarəsi  sayəsində  əmniyyət  və  etibarda  görən  xanlar, 
bəylər və ağalar qismən sakit qaldılar, qismən hətta bizə yardım belə etdilər».
16
 
Vorontsov,  bir  də  bəylərin  torpaqları  əllərindən  alındığı  və  idarə  baĢından 
atıldıqları Qan zamanını təsəvvür edir və 1812-ci ildəki Ģərait 1841-ci ildə olsa idi 
halımız  nə  olurdu  -  deyə  soruĢur  və  «1841-ci  il  qanunu  ilə  guya  faydaları 
düĢünülən  «qara  camaat»,  mənfəətləri  zərərə  uğrayan  nüfuz  sahiblərinin 
arxasından  gedərək  bizi  yekparə  bir  üsyan  qarĢısında  buraxırdı»  -  deyə  özü  də 
cavab verir. 
Vorontsovun  zamanında  -  «həm  rusun  ordusu  çox,  həm  də  Dağıstan 
üsyanından baĢqa, dövləti məĢğul edən bir cəhət yox ikən belə» və 1812-ci ildəki 
Ģərait 1841-ci ildə olsa idi [müsəlman əhali imkansızlıq üzündən üsyan etməmiĢsə 
də]  bəylərin  zabitə  iĢlərindən  uzaqlaĢdırılması  məmləkətin  əmniyyət  və  asayiĢi 
üzərində çox mənfi bir təsir qoymuĢdur. 
Məruzənin  sonunda  Vorontsov  təkrar  xanlar,  bəylər  və  ağaların  «haqq  və 
hüquqlarının» möhkəmləĢdirilməsi lüzumunda israr edir və «bu surətlə deyir - biz 
yüksək müsəlman təbəqəsini tətmin (razı) etmək surətilə, məmləkətin əmniyyət və 
asayiĢini  irəlisi  üçün  qətiyyən  təmin  etmiĢ  oluruq».  Və  əlavə  edir:  «Bu  tədbir 
dağlarda  Ģəxsən  ġamil  üzərində  qazanacağımız  ən  böyük  əskəri  zəfərdən  daha 
kəsərli olur»
17

Ladinskinin  də,  Vorontsovun  da  düĢünüĢ  və  arqumentlərində  Dağıstan 
qəzavatının təsirli olduğunu görürük. Hələ mücadilə halında olan Ġmam ġamilin bu 
təsiri dövrün siyasi bir çox vəsiqə və təsəvvürlərində görülməkdədir. 
Eyni  Vorontsov  onun  təsəvvürlərini  tənqid  edən  bəzi  dövlət  ricalına 
(məmurlarına) qarĢı  «torpaq bəyliyinin islam  məmləkətlərində  bir  sözlə  Cənubi 
Qafqazda  dəxi,  Avropadakı Ģəklinə yaxın bir tərzdə varlığını isbat» edən sözlərini 
belə bitirir: 
«Haiz olduğu siyasi vəziyyəti etibarı ilə bu məmləkətdə, yüksək təbəqənin 
imtiyazlarına toxunmaq deyil, əksinə o imtiyazları var qüvvətilə qorumaq lazımdır, 
çünki  Dağıstanda  kök  salmıĢ  demokratiya  cərəyanına  qarĢı  ancaq  aristokratiya 
sisteminin  təsirilə  qarĢı  gəlinə  bilər».  Və  əlavə  edir  ki,  «Yazıq  ki,  bu  günə  qədər 
bəhs  mövzusu  bu  demokratiya  aktına  qarĢı  buralarda  silah  qüvvətindən  baĢqa  bir 
tədbir alınmamıĢdır».
18
 
Yuxarıda  Danialın  ġamil  tərəfinə  keçdiyini  bir  münasibətlə  qeyd  etdik. 
1845-ci ildə Qarabağ haqqında müfəssəlcə raport yazan jandarma müxbiri, kapitan 
                                                           
16
 Eyni əsər, s. 67-69. 
17
 Eyni əsər, s. 69. 
18
 Eyni əsər, s. 105. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə