Məhəmməd Əmin Rəsulzadə


AZƏRBAYCANDA RUS  MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

94 
 
AZƏRBAYCANDA RUS  MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ 
 
IV 
 
Senator  Qanın  əsəri  sayılan  «10  aprel  1840-cı  il  müəssisəsi»  Cənubi 
Qafqazı  mərkəzləĢdirilmiĢ  bir  rus  müstəmələkəsi  halına  gətirmək  niyyətilə 
hazırlanmıĢdı. 
Haiz olduğu (dayandığı) əsaslara görə, «Yeni Cənubi Qafqaz müəssisələri»i 
aĢağıdakı xüsusiyyətləri haizdi (vardı): 
Cənubi Qafqaz  - 11 qəzadan [uyezd] ibarət Gürcüstan-Ġmeretiya vilayətilə, 
7 qəzadan mürəkkəb (qurulmuĢ) Kaspi həvalisi (vilayəti) adı altında 2 «quberniya» 
təĢkil  edirdi.  Bu  iki  valilik,  eyni  zamanda  idari  yüksək  səlahiyyətləri  əlində 
bulunduran «Cənubi Qafqaz müdiri ümumisi»nə tabe bulunurdu. Müdiri ümüminin 
(baĢ  valinin)  əskəri  komandanlıq,  cinayət  məhkəmələri  və  məmurları  əzl  (iĢdən 
çıxarmaq) sahələrindəki müstəsna səlahiyyətlər xaricində malik olduğu səlahiyyət, 
içəri  Rusiyadakı  general-qubernatorların  səlahiyyəti  idi.  Eyni  zamanda  müdiri 
ümuminin  yanında  və  rəyasətində  yüksək  idarə  iĢlərinə  baxmaq  üzrə,  «Sovet 
qlavnoqo  upravleniya»  (BaĢ  idarə  Ģürası)  adını  daĢıyan  bir  növ  «Dövlət  ġurası» 
təsis olunurdu. 
Bütün  əzmi  məmləkəti  ruslaĢdırmaq  və  idarəni  mərkəzləĢdirməyə  verilən 
Qanın  bu  əsərində  təbiidir  ki,  yerli  heç  bir  xüsusiyyətə  hörmət  yoxdu.  Nə 
«müsəlman», nə də gürcü qanunlarına bundan sonra etina edilməyəcəkdi. 
Yerli  nizam,  örf,  adət  və  qanunları  tanımayan  «Yeni  müəssisə»  yerli 
məmurları  dəxi  tanımamıĢ,  o  zamana  qədər  «mövqedə»  olan  yerli  bütün  vilayət 
bəylərilə  mahal  naiblərini  rus  «uyezdni  naçalniklər»  və  «uçastok  zasedatel»lərlə 
dəyiĢmiĢdir. 
Xanlıq  dövrü  ənənəsilə  idarə  baĢında  olan  bəylərlə  ağalar,  o  zamankı 
bürokratiya  anlayıĢı  ilə  əllərindəki  torpaqların  maliki  (yiyəsi)  deyil,  sadəcə 
müdirləri  idilər.  Bunun  üçün,  özləri  yeni  qanun  mucibincə  (görə)  idarə  baĢından 
atılınca  əllərindəki  torpaq  və  mülklərin  alınması  məntiq  icabı  (hökmü)  idi.  Bu 
məntiqlə  yürüyərək,  çar  hökuməti  25  aprel  1841-ci  il  qərarı  mucibində  Qazax, 
ġəmĢəddil  və  Borçalı  qəzalarındakı  ağaların  mülkləri  əllərindən  alınmıĢ,  onlara 
«təqaüd»  maaĢı  bağlanmıĢdır.  Bu  surətlə  mülkədarlıqdan  təqaüdə  sövq  olunan 
ağaların sayı 59-u bulur və 102 türk köyü ilə 1245 ev təĢkil edən köylü «təqaüd» 
bahası müqabilində ağaların idarəsindən çıxırdılar. 
Xristian  olmaları  hesabı  ilə,  eyni  vəziyyətdə  olan  erməni  köyləri  isə 
«təqaüd» parasını verməkdən  muaf (azad) tutulurdular. Qazax,  «ağa»larına tətbiq 
olunan  bu  tərtibin  bütün  Azərbaycan  «bəy»lərinə  dəxi  təĢmili  gözlənməkdə  ikən, 
hadisələr  bu  təsəvvürün  fikirdən  iĢə  keçməsinə  mane  olmuĢdur.  Yerli  bəyləri 
idarədən  uzaqlaĢdırmaqla  bərabər,  torpaq  mülkiyyətindən  də  ayırmaq  qəsdini 
güdən  bu  dövrdəki  çar  müstəmləkəçiliyi,  idarəyə  gətirdiyi  rus  məmurlarını  eyni 


95 
 
zamanda  torpaq  maliki  (yiyəsi)  etmək  surətilə  -  daha  Paskeviç  zamanında  ikən 
düĢünülən  -  «əsil  rus  zadəganlığı»nın  buralarda  yerləĢməsini  yeni  bir  çeĢni  ilə 
tətbiq  etmək  istəmiĢdir.  «Uçastok  zasedatel»ləri  -  yeni  müəssisəyə  görə  -  25 
desyatin  miqdarında  torpağa  malik  olacaqlar  və  bu  torpaqlar  yerli  köylülər 
tərəfindən əkilib-becəriləcəkdi. Belə ki, «zasedatel»lərin idarəsindəki mülklər, yerli 
əhaliyə örnək olacaq bir növ «nümunə tarlaları» Ģəklini alacaqdı. 
«1840-cı il müəssisəsi»nin hökmündən sadə, müridizm hərəkatına tutulmuĢ 
və  daha  təslim  olmamıĢ  Dağıstana  mücavir  (yaxın)  Quba  və  Dərbənd  qəzaları 
dıĢarıda buraxılmıĢdılar. Cənubi Qafqazın digər bütün qismlərində isə, 1841-ci ilin 
sonuna doğru 10 aprel nizamı kamilən tətbiq edilmiĢdir. Rusiyadakı nizamların bu 
məmləkətlərdə eynib tətbiqinə son dərəcə etina göstərilmiĢ, o qədər ki, əvvəlcə də 
bu münasibətlə qeyd olunduğu kimi «qadınların erkəklərlə bərabər qırmaclanması» 
belə unudulmamıĢdır. 
O zamankı Cənubi Qafqaz müdiri ümumisi Qolovinlə Ģəxsən Qanın «Yeni 
müəssisə»nin  əhali  tərəfindən  minnət  və  Ģükranla  qarĢılandığı,  imperator  I 
Nikolaya göndərilən rəsmi raportların təntənəli məzmunlarını təĢkil eləmiĢ, ayrıca, 
öz  “təĢəkkür  və  qulluqlarını  paytaxtı  humayuna  (uca  paytaxta)  Ģəxsən  ərz  etmək 
üzrə”,  Qan  tərəfindən  tərtib  olunaraq,  ikisi  gürcü  dvoryanlarından,  ikisi 
Azərbaycan  bəylərindən,  dördü  isə  Ģəhərli  siniflərdən  mürəkkəb  (yaradılmıĢ) 
mürəhhəslər (nümayəndələr) heyəti xüsusi olaraq Sankt Peterburqa göndərilmiĢdi. 
Vəsiqələrin, göndərilən bu heyətdəki mürəhhəslərin əhali və zadəganlar tərəfindən 
deyil, Ģəxsən senator Qan tərəfindən bəlləndiyi qeydlərini dəxi unutmayaq. 
Bu  kimi  «təzahürlərdən»  baĢqa  «10  aprel  müəssisəsi»nin  tətbiqi  «Kaspi 
vilayəti»nin  mərkəzi  olan  ġamaxıda  toplanan  rəsmi  bir  ihtifal  (törən)  ilə  dəxi 
«təsid»(bayram)  olunmuĢdur.  1840-cı  ilin  dekabrında,  Kaspi  vilayətinin  «bütün 
qəzalarından  gələn nümayəndələrdən» ibarət qələbəlik bir  toplantıda senator Qan, 
«10  aprel  nizamı»nın  əhəmiyyətinə  aid  böyük  bir  nitqlə  vilayət  dairəsini  [palata] 
açmıĢ  və  əhalini  imperator  namına  (adından)  təbrik  etmiĢdir.  Bir  gün  sonra 
toplanan nümayəndələr adından Qanın nitqinə cavab olaraq imperatora ərz edilmək 
üzrə  türkcə  bir  məruzə  verilmiĢdir.  Ġmperatora  göndərdikləri  raportda  bu 
məruzədən  bəhs  edən  senator  Qanla  müdiri  ümumi  Qolovin  onu,  əhalinin  feilən 
(gerçək) göstərdiyi «sevinc və minnətdarlığa» nisbətlə «çox zəif» bulurlar
*

Bundan  baĢqa  Abbasqulu  Ağa  ilə  Mirzə  Fətəlinin  isimlərilə  əlaqədar  və 
qələmlərindən çıxan bəzi yazılar «Cild»in mühtəvi olduğu materialların bir qismini 
təĢkil  etməkdədir.  Abbasqulu  Ağanın  xanlıqlar  dövründəki  idari  islahat  ilə  o 
zamankı  müəssisələrə  aid  olaraq  buraxdığı  xülasə  məlumat  ilə  Tiflisdə  toplanan 
                                                           
*
  “Materiallar”dan  görüldüyünə  görə Qanın  rusca nitqini  Abbasqulu  Ağa  Bakıxanov  türkcəyə  tərcümə 
etdiyi kimi, mürəxxəslərin türkcə olaraq yazdıqları məruzəni də Mirzə Fətəli Axundov ruscaya tərcümə 
etmiĢdir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə