Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

96 
 
Qafqaz  komitəsi  qarĢısında  Azərbaycan  əsilzadələrinin  haqlarını  müdafiə   
yolundakı müdafiə və münaqiĢələri diqqətəĢayandır. 
Halbuki  rəsmi  bu  nikbinliyə  rəğmən,  «islahat»ın  heç  də  müvəfəqiyyətlə 
keçməyib,  əhali  tərəfindən  Ģükranla  qarĢılanmadığını  hadisələr  gecikmədən 
göstərmiĢdir. 
Bir  kərə,  10  aprel  islahatı  nəticəsində  məmurların  sayı  704-dən  1311-ə 
çıxmıĢ,  məhkəmələrdə  birikən  iĢlərin  miqdarı  2400-dən  4846-ya  varmıĢdır. 
Məmurların  maaĢı  isə  məmləkətdən  alınan  maliyyədən  1  567  000  gümüĢ  rubla 
qədər çox olmuĢdur. YazıĢmalarla iĢ uzandırması isə Cənubi Qafqaz üçün yeni bir 
mənzərə  təĢkil  etmiĢdir.  Xanlıq  dövründəki  Ģəriət  məhkəmələri  ilə  komendantlıq 
dövründəki  divanlar  heç  olmasa  sürətlə  iĢ  görürdülər.  Bunlar,  PetruĢevskinin 
yazdığı  kimi,  həqiqətdə  də  «seriya  məhkəmələr»  idi.  Əhalinin  yeni  məhkəmələri 
boykot etdiyini rus tarixçiləri təsbit etmiĢlər. Bir çox qəzalarda məmnuniyyətsizlik 
qanlı  üsyanlar  Ģəklində  partlaq  vermiĢdir.  Azərbaycanın  Car-Balakən  [Zaqatala], 
Gürcüstanın  Quriya  kimi  bir  çox  qəzalarında  çıxan  bu  üsyanlar  «ruslardan  belə 
bəklənmədik vəhĢiyanə bir tərzdə», Ģiddətlə basdırılmıĢdır. 
Bu hadisələr qarĢısında rəsmi Qan-Qolovin nikbinliyi Peterburq müxalifinin 
Ģübhəsini cəlb edərək, Cənubi Qafqaz iĢlərinin təkar təftiĢinə qərar verilmiĢ: bu iĢ 
bu  dəfə  ÇerniĢov  ilə  Pozenin  rəyasətində  təĢkil  olunan  bir  komissiyaya 
buraxılmıĢdır. 1842-ci ilin baĢlarında Qafqaza gələn bu komissiya, «Yeni nizam»ın 
nədən  dolayı  əhalini  təmin  etmədiyini  və  nə  kimi  nöqsanlara  və  üsulsuzluqlara 
malik olduğunu tədqiq və təhqiq etmiĢdir. 
«Qarabağ  mahalında  -  Pozen  Qolovinə  yazırdı  -  qəza  [uyezd]  idarəsinin 
fəaliyyətsizliyi,  iĢlərdəki  pəriĢanlıq  və  anarxiya,  qəza  idarəsinin  əhali  ilə 
müamilədəki  (münasibətdəki)  bacarıqsızlığı,  xalqın  malisəf,  çox  haqlı  Ģikayət  və 
narazılıqlarına mucib olmuĢdur». 
ġamaxıda  olduğu  zaman  Pozen  «on  saat  əsnasında  bir  çox  ərizələr  və 
Ģikayətlər almıĢdır. Bu müraciətlərin ümumi ifadəsi - onun təbirincə - zabitə (polis) 
yoxdur,  məhkəmə  yoxdur,  əmniyyət  yoxdur,  haqq  və  həqiqət  yoxdur  -  sözlərində 
xülasə olunur». 
1843-cü ildə jandarmlar Ģefi A.H. Benkendorfa yazdığı məktubda ÇernıĢov 
«10  aprel  nizamı»nın  Kaspi  vilayətində  [yəni  Azərbaycanda]  nəticələrilə  Ģəxsən 
senator  Qanın  fəaliyyətini  qaranlıq  tablolarla  təsvir  etmiĢdir:  «Bu  vilayətdəki 
yüksək  təbəqə  mənsubiarı  [yəni  xanlar-bəylər]  onlara  məxsus  haqq  və  hüququn 
mühafiz  qalacağına  artıq  inanmırlar»,  «tacirlər  tüğyan  halındadırlar»,  «yollarda 
qarətçilik  qüvvətlənir»,  «məmurları  ancaq  cinayət  və  rüĢvət  iĢləri  məĢğul 
etməkdədir»; «mənsəb və məmurluq alma iĢi əskisinə nisbətlə Ģübhəsiz daha satlıq 
bir Ģəkil almıĢdır!...». 
Pozen  kimi,  ÇernıĢov  da,  əvvəlcə  Paskeviç-Meçnikov,  sonra  da  Qolovin-
Qan  layihələrini  hazırlamaqda  Ģəxsən  iĢtirakçı  adamlardı.  Ġndi  isə  bütün  qəbahəti 


97 
 
Qana  yükləyərək,  müvəffəqiyyətsizliyin  «əsər»dən  deyil,  müəssirdən  (pis 
tətbiqindən) irəli gəldiyini qabardırdılar. 
Qan  layihəsinin  iflasında  tətbiqindəki  bacarıqsızlıqların  təsiri  inkar 
edilməməklə bərabər, bu iflası cəlb edən amillər daha Ģümullu (çox) idi. Çarizm o 
zamankı sisteminə uyğun gələn sosial bir zümrəni bulub da ona dayanmaqda daha 
sarih  (aydın)  bir  qərara  gəlmiĢ  deyildi.  Öz  bünyəsi  (əsası)  etibarı  ilə  mümtaz 
(yüksək)  təbəqəyə  torpaq  feodallarına  və  köylülərin  bu  təbəqəyə  bağlı 
«krepostnoyluq»  sisteminə  dayanması  zəruri  ikən,  o,  bilxassə  Azərbaycandakı 
xanlıq təbəəsinə, müsəlman olduqları və cəbrlə (zorla) istila etdikləri üçün etimad 
etmirdi.  Onun  üçün  də  burada,  Gürcüstanda  olduğu  kimi,  sarih  olmayan  köylü-
feodal  münasibətini,  özünə  görə  təfsir  edərək,  bəylərin  mülkədar  deyil,  malik 
olduqları torpaq və köylər üzərində sadə, idarə haqqına malik bir məmur olduqları 
üzərində  durmağı  faydalı  görürdü.  Yenə  bunun  üçün  Paskeviç-Meçnikov  kimi, 
Qan  da  öz  «islahat»  təsəvvürlərində  yerli  bəyləri  idarə,  həm  də  torpaq 
mülkiyyətindən  təcrid  etmək  və  burada  süni  rus  zadəganı  və  müdirlər  zümrəsi 
yaratmaq  istəyirdi.  «10  aprel  nizamı»na  qarĢı  edilən  müxalifətin  əsil 
hərəkətvericiləri  də  elə  bu,  yeni  rus  idarəsi  tərəfindən  ihmal  (unudulan)  və  iğmaz 
(göz yumulan) olunan «nüfuzlu qism» - yəni bəylərdən ibarətdi. 
O  zamankı  rus  idari  istilahı  ilə  «yüksək  müsəlman  təbəqəsi»  deyilən 
Azərbaycan  bəylərinin,  çarlığın  təsis  etdiyi  müstəmləkəçilik  sistemi  lehində 
çalıĢmasının  yeganə  Ģərti,  torpaq  üzərindəki  mülkiyyət  haqqının  qəbulu  ilə 
mümtazlığının  (seçkinliyinin)  tanınması  idi.  Xülasə  etdiyimiz  əsərin  əhatə  etdiyi 
müxtəlif  vəsiqələrdən  sezilən  bu  hikmət  ġimali  qafqazlı  Musa  PaĢa  Kundakın 
xatirələrilə  dəxi  sabitdir.  Knyaz  Baqratinskinin  II  Aleksandr  namına  yazdığı 
raportu  xatirələrinə  əlavə  edən  Musa  PaĢa,  bu  raport  dolayısı  ilə  öz  mülahizəsini 
dəxi qeyd eləmiĢdir. Bu qeydində Musa PaĢa rus marĢalının rus hökumətini çox da 
yaxĢı  tanımadığına  acı  bir  kinayə  ilə  iĢarə  edərək,  «Qafqazda  xristianlığı  nəĢr 
(yaymaq)  cəmiyyəti»nin  fəaliyyətinə  yenidən  müsaidə  edildiyi  halda,  çarlığın 
«dvoryanlığı  əbədiyyən  məhv  etmək  surətilə  Rusiyanı  mahcub  (utanmaq) 
buraxdığını» - yazmıĢdır
7

Xülasə  etdiyimiz  cildin  redaktoru  PetruĢevski  1840-cı  illərinə  doğru 
hökumətin  Azərbaycan  feodalları  ilə  anlaĢmaq  ehtiyacını  özəlliklə  hiss  etmiĢ 
olduğunu qeyd edir. Bu ehtiyacı doğuran səbəb isə Türkiyə ilə ehtimal olunan hərb 
ərəfəsində  yerli  bəylər  arasında  sezilən  Türkiyə  təmayülü  əndiĢəsi  olmuĢ  imiĢ. 
Türkiyə  nüfuzunun  bu  sıralarda  qüvvətlənməsindən  yuxarıda  qeyd  etdiyimiz 
ÇernıĢovun Benkendorfa yazdığı məktubda dəxi, bəhs edilmiĢdir. 
Əsasında  köylü  hərəkatı  kimi  gördüyü,  1830-1840-cı  illərdəki  üsanları
8
 
dəxi,  PetruĢevski  çarlığın  bəylərlə  anlaĢması  üçün  saik  (səbəb)  olaraq  göstərir. 
                                                           
7
 «Qafqaz”, 1937, № 10-46. 
8
 Bu illərdə «müridizm” ilə əlaqədar olaraq Quba və ġirvan tərəflərdə köylü üsyanları olmuĢdur. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə