Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

24 
 
izah  etmək  zorunda  qalır.  Məsələn,  ġərq  deyirik,  Yaponiyanı  qəsd  etmirik  der; 
Qərb  dedikdə  Ġspaniyanı  düĢünmürük  kimi;  dinləyənlərin  zor  anlayacaqları  bir 
takım təfsirlərdə bulunmaması lazım gəlir. 
Halbuki  sui  təfsirlərə  məhəl  vermədən  bir  bütün  olaraq  ələ  alınan  dünya 
mədəniyyətini  ġərqə  və  Qərbə  ayırmadan  üfqi  deyil  Ģaquli  ayrılıqlarından  bəhs 
etmək daha doğru və daha makuldur (ağlabatandır). 
Millətçi  Türkiyə  bugünkü  gənc  Ģərqlilərə  örnək  olaraq  etdiyi  devrim 
həmləsilə  ġərqdən  sıyrılıb  Qərbə  qatılmır,  geri  ortaçağ  səviyyədən  çıxaraq  irəli 
çağdaĢ səviyyəyə yüksəlir. 
 
“Azərbaycan”, il 1, sayı 8, noyabr 1952, Ankara. 
 
QÖVM VƏ MĠLLƏT 
 
Böyük  türk  filosofu  Ziya  Göyalp  mərhum,  bu  mövzunu  bir  yazısında 
[«Yeni məcmuə», № 33] deyir ki: 
«Millət  [nation]  Ģəxsiyyətini  uzun  müddət  qeyb  etdikdən  sonra  təkrar 
oluĢdurmağa çalıĢan bir qövm deməkdir». 
Bu  oluĢ  gəliĢimini  anladırkən  ustad,  «milliyyət»  təbirilə  də  ifadə  olunan 
«qövm»ün  keçirdiyi  istihalə  (yeniləĢmə)  Ģəklini  izah  edər  ki,  xülasəsi  bundan 
ibarətdir: 
Qövmlər  tabe  olduqları  müĢtərək  bir  din  və  ya  səltənətin  təsirilə  təməssül 
edərək (özləĢərək) Ģəxsiyyətlərini qeyb edərlər. Sonra daxil olduqları bu səltənət və 
ya  ümmətin  çözülməsi  üzərinə,  yenidən  özlərini  bulurlar.  Fəqət,  bu  dəfə  bulunan 
Ģəxsiyyət qeyb edilmiĢ qövmi Ģəxsiyyətinin eyni deyildir. O, uzun zaman birlikdə 
yaĢanan  müĢtərək  mədəniyyət  və  ümmət  həyatının  təsirilə  yeniləĢmiĢ  bir 
Ģəxsiyyətdir. Qövm getmiĢ, yerini millət almıĢdır. 
Qövm ilə millət arasındakı fərq, əcəba, nədir? Ustadı dinləyək: 
«...Qövm inhisarçıdır. Qövm  dini özünə  həsr (aid) edər, insanlığı özündən 
ibarət  görür,  hətta  kosmoqoniyası  vasitəsilə  kainatın  təĢəkkülünü  öz  qövmi 
təĢəkkülü  ilə  izah  edər.  Bu  etibarla  ümmət  Ģəkli  qövm  Ģəklindən  daha  ziyadə 
insanidir, çünki ümmət insaniyyəti və mədəniyyəti bir qövmə həsr etməz, bir çox 
qövmləri içərisinə almağa çalıĢan bir din dairəsinə həsr 
edər.  Bununla  belə,  ümmət  də  çağdaĢ  mədəniyyətə  nisbətlə  inhisarçıdır. 
ÇağdaĢ  mədəniyyət  yalnız  bir Dinin saliklərinə  inhisarı qəbul etməz.  Çünki elmə 
dayanan  bu  zümrə  türlü  dinlərə  mənsub  millətləri  də  dairəsinə  ala  bilir.  Bundan 
dolayıdır  ki,  millətlər  ümmətin  deyil,  çağdaĢ  mədəniyyətin  bir  cüzi  tamından 
(parçasından)  ibarətdir.  Bir  çox  sultani  [imperial]  dövlətlər  bir  ümmətin  bir  cüzi 
tamı ola bilir. Fəqət, millətlər, yəni çağdaĢ dövlətlər [təbirə diqqət edin - idarə] bir 
ümmətin  cüzi  tamı  ola  bilməz.  Millət  nə  qövm  kimi,  nə  ümmət  kimi  inhisarçı 
deyildir. Millət çağdaĢ mədəniyyəti tam, özünü də onun parçası olaraq görür». 


25 
 
Milliyyətin  dövlət  olmaq  əzmini  göstərdiyi  və  bunda  israr  etdiyi  zaman 
ancaq  millət olduğunu  yazdığımız  vaxt [«Azərbaycan»  №  5] biz də bu fikri ifadə 
etmiĢdik.  Necə  ki,  Ziya  Göyalp  da  «millət  sözünü  dövlət»  sözünün  müradifi 
(qarĢılığı)  olaraq  qullanmıĢdır.  Ustada  görə:  «Türklər  Türkiyə  Cümhuriyyətinin 
təĢəkkülündən sonra millət həyatına baĢlamıĢlar». 
Cümhuriyyətdən əvvəl «türk milləti» və «millət həyatı» yokmu idi? - deyə 
soruĢanlara sözü keçən məqalədən aĢağıya köçürdüyümüz bu sətirləri oxumalarını 
tösiyyə edirik: 
«Türk qövmü islam ümmətindən, Səlcuq və Osmanlı səltənətlərindən əvvəl 
də mövcud idi. MüĢtərək Ġran mədəniyyətinə daxil olmadan özünə  məxsus qövmi 
biri  mədəniyyətə  malikdi.  Ġran  mədəniyyəti  ilə,  ümmət  və  səltənət  təĢkilatları 
türklərin  bir  çox  qövmi  müəssisələrini  izalə  etdi.  Fəqət,  eyni  zamanda  türklərin 
millət halına gəlməsini təmin etdi». 
Ġndi  sözün  bu  məqalədə  izah  olunan  mənası  ilə  milliyyətçilik  deyil 
millətçilik,  dünyanın  irəliyə  doğru  addımlayan  demokratik  gediĢinə  uyğun  bir 
hərəkatın  adıdır.  Sözün  çağdaĢ  mənası  ilə  patriotizmə  təqabül  (uyğun)  gələn  bu 
termin milliyyətçiliyi, yəni milli istiqlalçılığı ifadə edər. 
Bu,  bəzilərinin  düĢündüyü  kimi,  yeni  və  uydurma  bir  təbir  deyildir.  Ziya 
mərhumun istifadə etdiyimiz məqaləsi «Millətçilik» baĢlığı altında nəĢr edilmiĢdir. 
 
“Azərbaycan”, il 1, sayı 9, dekabr 1952, Ankara. 
 
MĠLLĠ ƏXLAQ 
 
BəĢər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və 
sabit bir takım əxlaq qaydaları vardır. Fərdlərdən insan topluluğu dürüst olmalarını, 
doğru söyləmələrini, hiylə və təzvirə (yalana) baĢ vurmamalarını, içlərilə dıĢlarının 
bir  olmasını,  baĢqalarının  haqq  və  hürriyyətlərinə  təcavüz  etməmələrini,  dost  və 
müxaliflərinin  fikirlərinə  sayğı  göstərmələrini,  qiybət  və  iftiradan  sakınmalarını, 
hırs (sonsuz arzu), kin və xudbinlik kimi kötü hisslərə əsir olmamalarını, tərbiyə və 
nəzakətdən ayrılmamalarını,  vətən  və  millətlərinə bağlı qalmalarını,  yurddaĢlarına 
əzəmi  (böyük)  yardımda  bulunmalarını,  məmləkət  qanun  və  nizamlarına  son 
dərəcə riayətkar olmalarını, yurdun rifah və səadətinə durmadan çalıĢmalarını, ailə 
və əqrabalıq bağlarını qutsal saymalarını, övladlarını vətənə xeyirli olacaq Ģəkildə 
yetiĢdirmələrini,  yurd  və  millətlə  ilgili  iĢlərdə  böyük  fəraqat  (fədakarlıq) 
göstərmələrini tələb etməkdədir. Bunları eynilə edənlərə cəmiyyət əxlaq və səciyyə 
sahibi  bir  insan,  vətənpərvər,  mükəmməl  bir  vətəndaĢ,  müĢfiq  bir  ata  və  milli 
qəhrəman  kimi  izafə  edər.  Əksini  iĢləyənlərə  milli  topluluğun  enində-sonunda  nə 
kimi damğalar vuracağı da məlumdur! 
Milli əxlaqa gəlincə, o da fərdlərdən mütəĢəkkil böyük bir topluluğun toplu 
bir  halda  uyacağı  və  daim  bağlı  qalacağı  hir  takım  məĢəri  (ümumi)  ümdə  və 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə