Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

40 
 
Yaponiyanın  siyasi  oyanıĢı  onu  ticarət  və  istismar  məqsədilə  zorlayan 
əcnəbilərə qarĢı sosial bir reaksiya ilə baĢlamıĢdır. 
Milli  Çin  istiqlalının  Ģefi  Sun  Yatsenin  məĢhur  proqramı  çox  əsaslı  sosial 
məsələləri ehtiva etməkdədir. 
Hindistandakı  Svarac  [Ġstiqlal]  hərəkatının  liderləri  ingilis  hakimiyyətinə 
qarĢı  siyasi  mücadilə  etdikləri  halda,  öz  içərilərini  gəmirən  kast  ayrılıqları  kimi, 
sosial məsələlərlə də məĢğuldurlar. 
Hindistan  kimi,  Misirdəki  istiqlal  hərəkatı  dəxi,  bu  ehtiyacdan  vaz  keçmiĢ 
deyildir.  Nil  vadisindəki  milli  hakimiyyət  və  həqiqi  istiqlalın  təmini  məsələsinin 
fəllahlara rifah gətirəcək sosial islahlara bağlı olduğu bəhs mövzusudur. 
Uzaqlara  nə  gedək:  yanı  baĢımızdakı  Türkiyə  ilə  Ġran  milli  hərəkatları    
əcnəbi  imperializminin  təzyiqi  altında  kəskinləĢən  sosial  məsələlərin  təsirilə 
meydana  gəlmiĢdir  və  bu  gün  müzəffəriyyətdən  müzəffəriyyətə  gedən  bu  iki 
qardaĢ məmləkət əldə etdikləri parlaq nəticəni davamlı qılmaq üçün bir sıra sosial 
məsələlərin həlli ilə məĢğuldurlar. Atatürkün məĢhur təbirilə «əfəndisi köylü olan» 
yeni  Türkiyənin  tətbiq  etdiyi  iqtisadi  dövlətçilik  bax  bu  zərurətdən  doğan  sosial 
tədbirdir.  Məruz  qaldığı  qanlı  müxalifətlərə  baxmayaraq  eyni  Türkiyənin  orta 
zaman  feodalizminin  geri  müəssisələrini  qaldıraraq,  əsri  demokratiya 
müəssisələrini yerləĢdirməkdəki israrı da bunun üçündür. 
Bəhs  (söz)  yaxınlarımıza  gəlmiĢkən,  zaman  etibarı  iiə  bir  az  əski  olsa  da, 
mahiyyəti  və  müvəffəqiyyəti  etibarı  ilə  Ģöhrəti  hələ  dillərdə  dastan  olan  Qafqaz 
qəhrəmanı  böyük  ġamilin  ortaqlı  düĢmən  çarlıq  Rusiyasına  qarĢı  etmiĢ  olduğu 
Ģanlı  mücadilədə  islamiyyətdə  mövcud  dini  demokratiyadan  faydalanaraq  sərkeĢ 
(baĢ qaldıran) aristokratiyanı milli mücadilə iradəsinə tabe qılmaq məqsədilə sosial 
tədbirlərə  əl  ataraq,  böyük  feodal  torpaqlarını  mücahid  müridlər  arasında 
böldüyünü də xatırladırıq. 
Milli  istiqlal  -  bu  bir  zərfdir,  məzruf  (içindəki)  isə  -  milli  hakimiyyətdir. 
Onu  təĢkil  edən  təbəqələr  arasında  nisbi  olsun,  ictimai  müvazinət  və  yenə  nisbi 
olsun,  iqtisadi  rifah  təmin  edilməyən  bir  cəmiyyətdə  isə  milli  hakimiyyət  təsisi 
qeyri-mümkündür. 
Sadə,  siyasi  deyil,  həyatın  bütün  sahələrini  ehtiva  edərək  həyatın  sosial 
məsələləri  də  məĢğuliyyət  və  icraatı  daxilində  görən  əsri  milliyyətçiliyin  hərəkət 
fəlsəfəsi də budur. 
Hərb  sonunda  istiqlalına  qovuĢan  millətlər  arasında  Avropanın  vaxtilə 
böyük  dövlətlərindən  birini  təĢkil  etmiĢ  ikən,  sosial  məsələlərin  həllində  o  biri 
avropalılardan  gec  qalan  və  bu  üzdən  də  daxili  müvazinətini  bir  türlü  bulla 
bilmədiyi  üçün  istiqlalını  qeyb  edərək  bölünən  PolĢa  istiqlal  hərəkatı  mövzumuz 
baxımından  üstündə  durulacaq  tipik  bir  hərəkatdır.  Bu  hərəkatın  digər  Avropa 
hərəkatlarına, o cümlədən Çexoslovakiya hərəkatına nisbətlə tipikliyi biri tərəfdən 
siyasi  aktivliyə,  digər  tərəfdən  də  beynəlmiləl  sosializm  cərəyanlarına  qiymət 
verməsindədir. 


41 
 
Polyaklar  istiqlallarını  geri  almaq  uğrunda  çox  qan  tökmüĢlər.  Bunlar  hər 
hankı bir fürsəti qullanaraq dəfələrlə üsyanlar çıxarmıĢlar. Fəqət, bütün bu üsyanlar 
uğursuzluqla  nəticələnmiĢ  və  sonuncu  Pilsudski  hərəkatına  qədər  polĢalı 
münəkkidlərin  (araĢdırıcıların)  təqdirlərinə  görə  geniĢ  xalq  kütləsini  arxalarınca 
çəkərək,  hərəkata  Ģümullu  (geniĢ)  surətdə  milli  bir  müvəfəqiyyət  təmin  edə 
bilməmiĢlər.  Bunun  səbəbi  isə  bu  münəkkidlərcə,  sırf  siyasi  Ģüarla  edilən  bu 
üsyanlarda xalq kütləsini bilxassə əlaqələndirəcək sosial Ģüarlar ihmal (unudulmuĢ) 
edilmiĢ  və  yaxud  müxtəlif  mərhələlərdə  istiqlallarından  parça  -  parça  ayrılmağa 
məcbur tutulan PolĢa hökuməti zəruri islahları tətbiqdə gecikmiĢdir. 
Bu  qaziyənin  fərqinə  varan  çar  hökuməti,  diqqətəĢayandır  ki,  PolĢada 
münəvvər kütləni hər türlü milli xatirədən, hətta polyakca oxuyub-yazmaqdan belə 
məhrum etdiyi halda, polyak köylülərə qarĢı nisbətən yumĢaq bir siyasət qullanmıĢ, 
daxili  Rusiyadakı  əsil  rus  köylüləri  «krepostnoye  pravo»  deyilən  əsarət  altında 
inlərkən, PolĢadan alınan vilayətlərdə kəndlinin yerli mülkədarlara və əsilzadələrə 
qarĢı istiqlalı elan olunmuĢdur ki, məqsəd kütləni milli istiqlal fikrinə və xatirəsinə 
bağlı  polyak  torpaq  bəylərindən  ayırmaq  və  onları  yeni  rus  idarəsindən  məmnun 
buraxmaqla, siyasi polyak millətçiliyini köksüz buraxmaq idi. 
Müvəffəqiyyətsizliyə  uğrayan  bir  çox  üsyanlardan  sonra  qismən  rus 
idarəsilə  anlaĢmağa  meyil  edən,  qismən  də  siyasi  inqilab  fəaliyyətini  buraxaraq 
«iqtisadçılıq»  deyilən  təkamül  yoluna  sapan  münəvvər  zümrə  ilə  burjuaziyanın 
passivliyinə  qarĢı  PolĢanın  inqilab  və  aktiv  istiqlal  mücadiləsi  tradisyasını 
(gələnəyini)  ihmal  (dağıtmaq)  etmək  məqsədilə  iĢə  giriĢən  və  nəticədə  müvəffəq 
olaraq  yeni  PolĢanın  qurucusu  adını  qazanan  mərhum  marĢal  Pilsudski  sosial 
davanın  əsrimizdəki  Kütlə  hərəkatları  üzərindəki  təsirini  təqdir  edərək,  fəhləyə 
nüfuz  edə  bilmək  üzrə  sosialistliyə  intiĢab  (keçmiĢ)  etmiĢ  və  «PolĢa  Sosialist 
Partiyası»nın  proqramına  PolĢa  istiqlalının  geri  alınmasını  maddə  olaraq 
qoydurmuĢdur.  PolĢa  köylüsü  ilə  polĢa  fəhləsinin  həyati  ehtiyaclarına  cavab 
verdiyi  kimi,  bu  partiya  təbii  olaraq  polyak  kütləsini  qazanmaqda  onunla  rəqabət 
edən internasional Rusiya sosialist partiyalarına qələbə çalmıĢdır. 
Ġçindən sosialist və internasionalist olmayıb, daim koyu (qatı) milliyyətçi və 
polyak  patriotu  olduğu  tərcümeyi-halından  bütün  təfərrüatı  ilə  sabit  olan 
Pilsudskinin  sosial  məsələlərə,  sosialist  partiyasına  Ģef  olacaq  qədər  əhəmiyyət 
veriliĢindəki  hikmət,  Ģübhəsiz  milliyyət  davası  ilə  sosial  məsələlərin  əsrimizdəki 
sıx bağlılığı ilə izah edilir. 
Ġndi  də  özümüzə,  öz  təcrübələrimizə  və  keçirdiyimiz  siyasi  həyat 
vaqeələrinə baxaq: 
«Yeni  proqram  əsasları»nı  radikal  bulan  bəzi  mühacir  demaqoqlar 
«Müsavat»  Firqəsinin  Rusiya  Məclisi-Müəssisan  seçkilərində  və  1917-ci  ildə 
Bakıda  yerli  sovet  seçkiləri  əsnasındakı  kəskin  müvəffəqiyyətinin  sirrini  qaliba 
(görünür)  unudurlar.  Unudurlar  ki,  o  zamankı  «Müsavat»  proqramı  da,  indiki 
əsaslar  kimi,  milli  davanı  ön  səfdə  tutmaqla  bərabər,  sosial  davanı  dəxi  ihmal 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə