Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   2   3   4   5   6   7   8   9   10   ...   51

16 
 
nəĢr etdiyi «Ġstiqlal» (1932-1934) və «QurtuluĢ» (1934-1939) dərgiləri ilə də milli 
hərəkatın daha çox yayılmasını saxlamıĢdır. 
PolĢanın istilası üzərinə, yayımlarına son verərək 1939-cu ildə Rumıniyanın 
baĢ  kəndi  Buxarestə  keçən  Məhəmməd  Əmin  bəy,  1942-ci  ildə  Azərbaycan 
Cümhuriyyətinin  müqəddəratı  xüsusunda  nasist  Almaniyası  ilə  müzakirələrdə 
bulunduqdan,  fəqət,  müsbət  bir  sonuca  vama  imkanı  hasil  olmayacağı  qənaətinə 
vardıqdan  sonra  təkrar  Buxarestə  dönmüĢ,  I944-cü  ildə  bolĢeviklərin  Buxarestə 
yaxınlaĢmalarından sonra Mərkəzi Almaniyaya keçməyə məcbur olmuĢdur. 
24  aprel  1945-ci  ildə  Amerika  iĢğal  bölgəsinə,  oradan  da  1947-ci  ilin 
sentyabrında  Türkiyəyə  gələn  Məhəmməd  Əmin,  bəy  vəfatına  qədər  Ankarada 
qalmıĢ,  elmi  və  tarixi  çalıĢmalar  yapmıĢ,  konfranslar  vermiĢ,  kitablar 
yayımlamıĢdır.  Ankarada  ikən  Azərbaycan  Kültür  Dərnəyinin  qurulması  üçün 
təĢviq və tövsiyələrdə bulunaraq, 1949-cu ildə onun fəaliyyətə keçməsini saxlamıĢ 
və dərnəyin ilk genəl qurul toplantısında mövcud üzvlərin ittifaqı ilə dərnəyin fəxri 
baĢçılığına gətirilmiĢdir. 
1952-ci ildə bir müddət üçün Avropaya gedən Məhəmməd Əmin bəy, orada 
«Qafqaz Ġstiqlal Komitəsi»ni qurmuĢdur. 
Müxtəlif  zamanlarda  Hürr  Avropa  Radiosundan  Azərbaycana  xitab  edən 
Əmin  bəy,  6  mart  1955-ci  il  tarixində  Ankarada  həyata  gözlərini  qapadığı  günə 
qədər «Azərbaycan Kültür Dərnəyi»nin fəxri baĢçısı adını daĢımıĢdır. 
Rəsulzadə  ədib,  Ģair,  mühərrir  və  tarixçi  olaraq  bir  çox  əsərlər  yazmıĢdır. 
Onlardan bəziləri bunlardır: 
-
 
«Qaranlıqda iĢıqlar», «Nagəhan bəla» adlı pyesləri (1908, Bakı). 
-
 
«Camaat idarəsi» (1917, Bakı). 
-
 
«Bizə hankı idarə faydalıdır» (1917, Bakı). 
-
 
«Azərbaycanın təĢəkkülündə Müsavat» (1918). 
-
 
«Azərbaycan Cümhuriyyəti» (1919, Bakı). 
-
 
«Azərbaycan  Cümhuriyyəti.  Keyfiyyəti,  təĢəkkülü  və  indiki  vəziyyəti» 
(1922, Ġstambul). 
-
 
«Əsrimizin SəyavuĢu» (1922, Ġstambul). 
-
 
«Ġstiqlal məfkurəsi və gənclik» (1922, Ġstambul). 
-
 
«Rusiyada siyasi vəziyyət» (1922, Ġstambul). 
-
 
«Ġnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi»(1928, Ġstambul). 
-
 
«Milliyyət və bolĢevizm» (1928, Ġstambul). 
-
 
«Qafqaz türkləri» (1928, Ġstambul). 
-
 
«ÇağdaĢ Azərbaycan ədəbiyyatı» (1936, Berlin). 
-
 
«Azərbaycanın kültür gələnəkləri», (1949, Ankara). 
-
 
«ÇağdaĢ Azərbaycan ədəbiyyatı» (1950, Ankara). 
-
 
«ÇağdaĢ Azərbaycan tarixi» (1951, Ankara). 
-
 
«Azərbaycan Ģairi Nizami» (1951, Ankara). 
FEYZĠ AĞÜZÜM
 
 


17 
 
 
MĠLLĠ TƏSANÜD 
 
Hürriyyət  prinsipilə  mülkiyyət  əsasının  mədəniyyət  tarixində  oynadıqları 
böyük rol məlumdur. XVIII əsrin sonları ilə XIX əsr baĢlarında elm, fənn, fəlsəfə 
və estetika sahəsində görülən parlaq müvəffəqiyyətlərin anası «hürriyyət», onlarla 
birlikdə  yürüyən  sənaye  inqilabı  nəticəsindəki  maddi  tərəqqilər  ilə  iqtisadi 
gəliĢməni doğuran da «mülkiyyət» olmuĢdur. 
Siyasət  sahəsində  fransız  inqilabının  elan  etdiyi  «Ġnsan  Haqları 
Bəyannaməsi»ndə, iqtisad sahəsində dəxi Mançestr okuluna mənsub iqtisadçıların 
«burax  keçsin,  burax  etsin»  Ģəklindəki  formulları  ilə  əsaslandırılan  bu  prinsiplər 
burjua  inqilablarında  qəhrəmanlıqlar  yaradan  liberal  düĢünüĢ  sisteminin  əsasını 
təĢkil etmiĢlər. 
Ġnsanı  Orta  zaman  geriliyinin  siyasi,  dini  və  iqtisadi  üç-qatlı  zərurət  və 
əsarət qayıtlarından (Ģərtlərindən) qurtaran və  fərdə  cəmiyyət içində  layiq olduğu 
vətəndaĢ mövqeyini verən qüvvə liberalizmin zəfəri olmuĢdur. 
Liberalizm,  dövlətin  vətəndaĢ  üzərindəki  hakimiyyətini  ən  az  dərəcəyə 
endirib,  onu  yalnız  daxili  asayiĢ  ilə  xarici  əmniyyəti  təmin  edən,  cəmiyyət 
xidmətində  və  nəzarətində  bu  müəssisə  görmək  istəmiĢ;  dinin  dünya  iĢlərindən 
ayrılığını  tələb  edərək,  vicdanların  hər  türlü  təzyiqdən  azadəliyini  göza  almıĢ; 
iqtisadi sahədə dəxi satıĢ təĢəbbüsünün istiqlalına hörmətlə mülkiyyətin qutsallığını 
elan etmiĢdir. 
Liberalizmdə  əsas  ideal  fərdin  ən  çox  hürriyyəti  və  dövlətin  vətəndaĢlar 
arasındakı qarĢılıqlı münasibətə ən az müdaxiləsidir. ġəxsi təĢəbbüslərlə mülkiyyət 
haqqını  çərh  (tapdayan)  və  təhdid  edən  hər  hankı  dövlət  müdaxiləsi,  bu  sistemin 
klassik tələqqisinə (baxıĢına) qətiyyən uyğun deyildir. 
Liberal dövlət müəyyən bir zamana qədər tarixi vəzifəsini müvəffəqiyyətlə 
görmüĢ,  feodolizm  sisteminə  bağlı  qalan  qüvvələrinin  hər  sahədə  açılaraq 
irəlilələməsini təmin etmiĢdir. 
Fəqət, hər tarixi cəmiyyət  növü  kimi, zəncirlərini qıraraq böyük bir sürətlə 
irəliləyən liberal cəmiyyət dəxi, içindəki mütəzad (əks) qüvvələrin böyüməsilə yeni 
ictimai təzadlar qarĢısında qalmıĢdır. 
BaĢıboĢ  rəqabət  əsasına  dayanan  liberal  istehsal  sistemi  təĢəbbüskar  və 
eqoist fərdlər arasında hüdud və ölçübilməz bir mücadiləyə meydan vermiĢdir. Bu 
isə  bildiyimiz  kapitalizmi  doğurmuĢ  və  ona  bağlı  bütün  sosial  təzadları 
qanadlandırmıĢdır.  Sözdə  siyasətən  hürr,  mənən  hürr  və  iqtisadən  hürr  olan 
vətəndaĢlar,  beləcə  yarını  məchul,  bir  dilim  çörək  qazancının  əsiri  bir  hala 
gəlmiĢlər.  Zahirdə  hakimiyyət  «ümumun  rəyinə»  dayanan  parlament  içindən 
doğmuĢ  «məsul  hökumətlər»də  isə  də,  həqiqətdə  əsil  hakimiyyət  yeni  para 
aristokratiyası deyilən bankirlərlə fabrikaçıların əlində. Bir tərəfdə gözqamaĢdırıcı 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə