Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

28 
 
digər  təbirlə,  yaĢanan  dövrdə  mövcud  reallıqlara  nə  dərəcəyə  qədər  uyub-
uymadığını təqdir fərqindən irəli gəlir. 
Hərəkatları  idarə  edənlərdən  bir  qismi,  ideyalara  və  ideya  sistemlərinə 
əhəmiyyət  verir,  tarixin  inkiĢaf  Ģərtlərilə  ayaq  uydurmaq  zərurətilə  özlərinə  elmi 
əsaslara istinadən bir sistem düĢünür və sistemdəki əsaslara sadiq qalaraq hərəkət 
edərlər. Bunlar idealistlərdir. 
Ġdealistlər, tarixdəki real hadisələri inkar etməməklə bərabər, bu reallıqların 
istənilən ideal istiqamətdə inkiĢafını təmin üçün gərəkən tədbirləri alırlar. 
Buna  müqabil  oportunistlər  vardır  ki,  bunlar  tarixin  seyri  və  vanlacaq 
hədəflə çox məĢğul olmadan o gün, həmən bir rol oynamaq üçün, subyektiv ünsürü 
göz önündə bulunduraraq, özlərini axıntıya buraxırlar. Axıntınm qafiləni (idarəsiz 
gəmini)  istənilən  sahildən  baĢqa  bir  yana  götürüb  -  götürməməsilə  çox 
ilgilənməzlər. 
Məfkurəçi realizm ilə opportunist realizm arasında müəyyən zaman, məkan 
və Ģərtlər daxilində təĢriki məsai (birgə çalıĢmaq) imkanı təsəvvür oluna bilirsə də, 
ictimai  hərəkatlarda  xəstə  bir  hal  alan  pozğunçuluqla  heç  bir  zaman  iĢbirliyi  ola 
bilməz.  Təmiz  niyyətdən  arı  olub,  fəaliyyətə  ancaq  inkar  və  ihlal  (dağıtmaq) 
məqsədilə giriĢənlərə pozğunçu deyilir. Bunların nə obyektiv görüĢləri, nə tərəfsiz 
təhlilləri,  nə də  müsbət proqramları olur. Onlar sadəcə  mövcudu  yıxmaqdan zövq 
alırlar. 
Ġdealistlərə  də, oportunistlərə  də, pozğunçuluqla  mücadilə  etmək  müĢtərək 
bir vəzifədir. 
 
“Azərbaycan”, il 3, sayı 33, dekabr 1954, Ankara. 
 
ġƏKĠLCƏ DƏ, MÖHTƏVACA DA RUSLAġDIRILMA 
 
Özlərinə xas ikiüzlü taktika ilə Rusiyada iqtidara gələn bolĢeviklər ən sonda 
bütün  dünyanı  ruslaĢdırmağa  mütəvəccih  (yönəlmiĢ)  olan  siyasətlərini  milliyyət 
məsələsində  ortaya  atdıqları  məĢhur  formulla  pərdələmək  istədilər.  Sovetlər 
Birliyində  kültürün  «formaca  milli,  məzmunca  sosialist»  olması  üzərində  israr 
etdilər. 
Sovetlər Birliyinə daxil olub, sayları 40 milyonu haqlayan türk ellərində bu 
formulun  tətbiqatda  nə  kimi  bir  nəticəyə  vardığım  bilirik:  öncə  Ģəkil  [forma] 
ruslaĢdırıldı.  1939-cu  ildən  etibarən  Rusiyadakı  bütün  türk  cümhuriyyətlərində 
Latın  hərflərilə  yazılmağa  baĢlanmıĢ  olan  yazılar  rus  hərflərilə  yazdırılmağa 
məcbur  edildi.  Bununla  ilgili  olaraq  türkcələrdəki  termin  sistemi  də  islam  və 
Avropa əsaslarından uzaqlaĢdırılaraq rus sisteminə tabe tutuldu. 
ġəklin  ruslaĢdırılmasından  sonra  möhtəvaya  [məzmuna]  əl  atıldı.  Bu 
möhtəva sosialist olacaq, kosmopolit bir mahiyyət daĢıyacaqdı. «Millət, növi bəĢər, 
vətən  də  yer  üzü»  təsəvvür  olunurdu.  Lenin,  «Rusiyanın  mənfəətləri  cahan 


29 
 
inqilabının  mənfəətlərinə  fəda  olsun»  -  deyirdi.  Bu  surətlə  Sovet  hakimiyyətinə 
düĢən  millətlər  sosialist  kosmopolitizmi  ilə  qandırılırdı  (aldadılırdı). 
Milliyyətçiliyin  Ģovinizm,  vətənsevərliyin  də  kapitalistcə  bir  aldatma  olduğu  hər 
tərəfə və hər kəsə israrla təlqin olunurdu. 
Fəqət,  bütün  bunlar  Sovet  hökumətinin  nisbətən  zəif  olduğu  zamanlara 
məxsus  bir  hərəkət  xəttinin  ifadəsi  idi.  BolĢeviklər  mövqelərində  yerləĢdikcə,  bu 
ifadə də yeni bir ruh bildirir, «sosialistlik»dən məqsədin «rusçuluq» olduğu aĢikara 
vurulurdu. 
Ġkinci cahan hərbi əsnasında və bilxassə bu hərbdən sonra, velikorus qüruru 
sovet  siyasətinin  bütün  aksiyalarına  sirayət  etdi.  Bu  qürur,  özünü  bilxassə,  kültür 
və egitim sahəsində göstərdi. 
Ġndi rusluq «cahan inqilabına fəda ediləcək» ikinci dərəcəli bir qiymət deyil, 
bütün  dünyaya  örnək  olacaq  bir  dəyərdir.  Digər  adı  «sovet  milləti»  olan  rus 
millətini  öymək  Sovet  hakimiyyətini  «qəbul  etmiĢ»  bütün  millətlərə  fərzdir 
(borcdur). Rus milləti millətlərin ən Ģərəflisidir[!]. Çünki: «o, cahan inqilabı fikrini 
qəbul və tətbiq edən ilk millətdir. Dünyanın bütün ixtiralarını, ən irəli fikirlərini o 
bulmuĢ, o vermiĢdir! Onun yolundan yerimək, onun tarixilə öyünmək, onun qafası 
ilə  düĢünmək  millətlərə  zillət  deyil,  ancaq  Ģərəf  gətirir.  Kosmopolitizm  indi  bir 
irtica, kapitalist zehniyyətidir, əsil insani və inqilabi fikir sovet patriotizmi deyilən 
rus  milliyyətçiliyidir.  Rus  milləti  tarixdə  rus  məhkumu  millətlərin  ögrətməni 
olmuĢ,  onlara  mədəniyyət  dərsi  verən  bir  ağabəyi  (böyük  qardaĢ)  mərtəbəsinə 
yüksəlmiĢdir!». 
Rusiya  məhkumu  millətlərin  tarixləri,  bilxassa  ədəbiyyat  tarixləri  indi  bu 
yeni teoriyanın iĢığı altında təhlil və tənqid olunur. Rus ağabəyisinə bu gün deyil, 
tarixdə  dəxi  sadiq  qalmaq  Sovetlərdə  tətbiq  olunan  yeni  «milli  siyasət»in  ana 
tələbini  təĢkil  etməkdədir.  «Sovet  hökumətinə  sədaqəti  isbat  üçün  bu  gün 
kommunist partiyasını və baba Stalini mədh etmək kafi deyil» bir də ağabəyi rus 
millətinə ərzi hülus (sayğı bildirmək) etmək zəruridir!». 
Son  zamanlarda  siyasi  Sovet  məqamları  Sovetlər  Birliyindəki  millətlərin 
vücuda gətirdikləri tarix və kültür müəssisələrini sıx bir kontrola tabe tuturlar. Ġndi, 
sadə yaĢanan dövr deyil, yaĢanmıĢ dövrlər də təftiĢə tabedir. Çarlıq istilasına qarĢı 
göstərilən  mücadilə  və  müqavimət  hadisələri  ilə  Ģəxsiyyətlərini  idealizə  edən 
mühərirlər  Ģiddətlə  tənqid  və  təzyiqlərə  uğrayırlar.  Çünki,  onların  əsərlərində 
böyük rus millətinin bu yerlərə gətirdiyi irəli müəssisələrə qarĢı gələn «mürtəce»lər 
idealizə olunurmuĢ! 
Bu  «mürtəce»lər  arasında  məsələn,  Qafqazın  istiqlai  qəhrəmanı  böyük 
ġamilin adı baĢda  gəlir. Vaxtilə  Ģəxsən bolĢevik  yazarları tərəfindən  milli istiqlal 
və  inqilab  qəhrəmanı  deyə  təqdir  olunan  bu  tarixi  sima,  indi  «ingilis  kapitalının 
agenti» və «Osmanlı Sultanının uĢağı» - deyə təĢhir (göstərilir) olunur. Bunun kimi 
baĢqırd  qəhrəmanı  Knaser  (Qeysər)  də  əskidən  oturdulduğu  milli  qəhrəman 
taxtından endirilir. Azərbaycanın, onunla bərabər digər türk ellərinin də qəhrəmanı 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə