Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

26 
 
qaydalardır. Millət hiziplərin, zümrələrin və siniflərin fövqündə olduğu və bunların 
hamısını  içində  barındırdığı  və  qoynunda  bəslədiyi  üçün  heç  bir  dəstə,  zümrə  və 
sinif  mənfəətlərinə  və  ya  qayələrinə  fəda  edilməz.  Hələ  milli  varlığın  Ģəxsi 
təmayüllərə və qərəzlərə alət və vasitə edilməsi ağla, xəyala belə gətirilə bilməz. 
Hər  Ģey  millət  uğruna  -  bax,  həqiqi  vətənsevərlərin  yeganə  Ģüarı  bu 
olmalıdır.  Millətin  birliyini  və  bütünlüyünü  qorumaq,  milli  əxlaqın  baĢlıca 
ümdəsidir.  Türklük  və  milli  istiqlal  prinsiplərinə  mütləq  sədaqət,  milli  əxlaqın 
ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri icabı (Ģərti) olaraq düĢmən və 
müstəvli (iĢğalçı) hər hankı bir qüvvətlə  milli istiqbal  bəhsində  açıq və  ya  qapalı 
heç  bir  bazarlıq  edilə  bilməz.  Verilən  sözə  və  yapınan  sərbəst  anlaĢmalara  riayət 
milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma 
və  savunma,  zülmə  və  təcavüzə  qarĢı  sarih  (aydın)  bir  cəbhə  alma  milli  əxlaqın 
dördüncü  ümdəsidir.  Milli  səviyyəni  daim  yüksək  tutma,  gerilik  və  cəhalətdən 
savunma milli xalqın beĢinci ümdəsidir. 
Bütün  bu  ümdələrə  riayət  edən  millətlərə  insanlıq  camiası  irəli,  kültürlü, 
səciyyəli,  zində  (sağlam)  və  istiqbalı  gələcəyi  parlaq  millətlər  deyə  qiymət  verir. 
Əks  yolu tutanlara  bəĢər topluluğu da, tarix də  mütəfəssih (çökmüĢ), çürümüĢ və 
ölümə məhkum millətlər damğasını vururlar. Tarix boyunca milli dövlət qurmağa 
və  yaĢatmağa  müvəffəq  olmuĢ  və  ün  salmıĢ  millətlər,  həm  əxlaq  və  səciyyələri 
etibarı  ilə  sağlam  olan  və  sağlam  qalmıĢ  millətlərdir.  Əxlaq  və  fəzilət  fərdləri 
yüksəltdiyi  kimi,  onu  daĢıyan  millətə  qarĢı  dünya  ictimai  fikrinin  bəsləyəcəyi 
etibar  və  etimadı  da  get-gedə  yüksəldə  və  artıra  bilir  və  beləcə  milli  davanın 
təhəqqüqünü (gerçəkləĢməsini) bir xeyli qolaylaĢdırır. Səciyyəsi düzgün və sağlam 
bir  millət  gələcəyindən  əmin  ola  bilir.  Çünki  milli  sahədəki  hər  müvəffəqiyyətin 
baĢı və əsas Ģərti milli fəzilətdir. 
 
“Azərbaycan”, il 1, sayı 11, fevral  1953, Ankara. 
   
ƏSKĠ VƏ YENĠ NƏSĠL 
 
Ġnsan övladı yavru olaraq dünyaya doğular, ata və anasının himayəsi altında 
böyüyüb  yetiĢərək  gənclik, olğunluq,  yaĢlılıq  və  ixtiyarlıq  mərhələlərini  aĢdıqdan 
sonra yerini və edindiyi təcrübələri yeni nəslə buraxaraq dari bekaya (sonsuzluğa) 
intiqal edər. 
Bu,  ilahi  bir  xidmət  və  təbiətin  dəyiĢməz  qanunudur.  Beləcə  hər  nəsil 
özündən əvvəlki nəslin məhsulu və özündən sonra gələcək nəsillərin baĢlanğıcıdır. 
Kültür  və  mədəniyyət  də  bir  tək  nəslə  məxsus  olmayıb,  tarixin  təmadisi  (gediĢi) 
boyunca gəlib keçən saysız və sonsuz nəsillərin müĢtərək əsəridir. 
Hər nəsil özündən sonra gələn nəslin müəllimi və mürəbbisidir. Əski nəslə 
düĢən  vəzifə  yaxĢı  öyrətmən  və  egitmən  olmaq,  yeni  nəslin  borcu  isə  yaxĢı 
yetiĢməkdir. 


27 
 
Beləcə,  əski  və  yeni  nəsil  arasında  prinsip  etibarı  ilə  hər  hankı  bir  ayrılıq, 
ixtilaf,  keçimsizlik  təsəvvür  edilə  bilməz.  Ata  ilə  övlad  arasında  ola  bilməyəcəyi 
kimi!  Çünki  hər  ikisi  də  eyni  milli  bünyənin  (özülün)  bir  canlı  üzvü 
məsabəsindədir  (dəyərindədir).  Nəsillər  arasındakı  fərq  yalnız  milli  camiaya 
etdikləri xidmətin dərəcəsilə ölçülə bilir. 
ġübhə  yox  ki,  gənclik,  yaĢ,  quruluĢ  və  ruh  etibarı  ilə  daha  həssas,  daha 
həyəcanlı və daha atılqan olur. Hər millətin həyatında elə anlar ola bilir ki, bu kimi 
Ģeylər  qəti  bir  rol  oynayır.  Fəqət,  ümumiyyətlə  istisnai  hallardır  və  hərb,  inqilab, 
feili  (gerçək)  mücadilə  kimi  dövrlərə  inhisar  edər.  Normal  hallarda  isə,  əsil  olan 
tədbirli, düĢüncəli  və  olğunca hərəkətlərdir ki, bu da ancaq  əski və  yeni nəsillərin 
bir-birini tamamlaması və yardımlaĢması surətilə əldə edilə bilir. 
Əski  nəslin  təcrübəsi  və  tədbiri  yeni  nəslin  enerjisi  ilə  birləĢdiyi  təqdirdə 
milli dava vüqar və təmkinlə və əzəmi müvəffəqiyyət Ģansı ilə yeridilə bilir. 
Gənclik,  özündən  əvvəlki  nəslin  bütün  müsbət  təcrübələrini  sürətlə 
mənimsəməlidir.  Bu,  onun  təvarüs  (ala)  edə  biləcəyi  ən  zəngin  və  ən  davamlı  bir 
mirasdır.  Yeni  nəsil  əskisindən  daha  bilgili,  daha  kültürlü  və  daha  olğun  olaraq 
yetiĢmək  zorundadır.  Çünki  onu  daha  böyük  və  daha  çətin  vəzifələr 
gözləməkdədir. Bu isə yalnız təvazö və tükənməz bilgi və öyrənmək eĢqilə təmin 
edilə bilər. 
Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli 
olursa, o millətin varlığı və gələcəyi təhlükəyə məruz qala bilir. 
Əlbəttə,  yeni  nəsil  əskilərin  kötü  ehtiraslarını  heç  bir  surətlə  təvarüs 
etməməli  və  bunları  hakir  (dəyərsiz)  görmə  fəzilətini  öz  ruhunda  daim 
qüvvətləndirməlidir.  Gəncliyin  tək  Ģüarı  millətə  fərağatla  və  təmiz  bir  qəlblə 
xidmət  olmalıdır.  Belə  bir  gəncliyi  olan  millət,  halından  və  istiqbalından 
(gələcəyindən) tamamilə əmin ola bilir. 
 
“Azərbaycan”, il 1, sayı 12, mart 1953, Ankara. 
 
ĠDEALĠSTLƏR, OPORTUNĠSTLƏR, POZĞUNÇULAR 
 
Siyasi,  ictimai  və  milli  hərəkatlar  obyektiv  və  bir  takım  Ģərtlərin 
məhsuludur.  Coğrafi,  iqtisadi,  qövmi,  kültürəl  və  tarixi  amillərin  birləĢib 
qaynaĢması  və  gəliĢib  Ģəkillənməsi  nəticəsində  yaĢanan  zamanın  hakim  ruhu  ilə 
müvazi olaraq müəyyən hərəkatlar doğar. 
Obyektiv  Ģərtlərlə  ilgili  olan  bu  hərəkatların  oluĢ  sıralarını  anlamaq  və  bu 
oluĢu  müəyyən  aksiyalarla  istənilən  istiqamətdə  olğunlaĢdıra  bilmək  üçün 
hərəkatların sövq və idarəsi subyektiv bir sıra amillərə möhtacdır. 
Siyasi olsun, ictimai olsun bütün  hərəkatların təĢkilatlanmasında  müĢahidə 
olunan  fikir,  anlayıĢ  və  metod  ayrılıqları  subyektiv  amillərin  obyektiv  Ģərtlərə, 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə