32
etdirir. Məlumdur ki, əxlaqi ideyalar tarixində mənəvi tələbləri
Allahdan, Kainatdan, insan “təbiətindən” və s. irəli gələn
ehkamlar olduğu hesab olunurdu. Bəzən də ayrı-ayrı siniflərin
baxışları və mövqeləri ümumbəşəri adi ilə qəbul etdirilirdi.
Gərək unutmayaq ki, əxlaqi prinsiplər və tələblər ilk növbədə
insan cəmiyyətində, müəyyən tarixi şəraitdə yaranmış və
inkişaf etmişdir.
1.5. Qədim Çində və Hindistanda əxlaqi ideyalar və
təsəvvürlər
Bütün
ənənəvi sayılan cəmiyyətlərdə (xüsusilə bu Şərqə
aiddir) davranış stereotipləri, yəni insanların vərdiş etdikləri
sosial struktur ünsürləri, inzibati-siyasi quruluş, ünsiyyət
qaydaları (o cümlədən nitq) – cəmiyyətin sabit və davamlı
inkişafı üçün bir zəmin rolunu oynamışdır. Belə ənənəvi
cəmiyyətlər latın Amerikası, Afrika, Asiya ölkələrində uzun
müddət mövcud olmuşdur. Bu mənada Hindistan və Çin xüsusi
maraq doğurur. Çin ölkəsində ənənəvilik elə bir dərin iz
salmışdır ki, min illər ərzində bunun sarsıdılması qeyri-
mümkün olmuşdur. Hələ e.ə. 1000 əvvəl cəmiyyətin idarə
olunmasında əxlaqi dəyərlərin əsaslı rol oynaması ideyası
hakim mövqe tuturdu. Allahları ilahiləşdirmək əvəzinə burada
əcdadların,
real
qəbilə
və
nəsil
qəhrəmanlarının
ilahiləşdirilməsi prosesi başlandı.
Ilahiləşdirmədən kənarda qalmayan yeganə obyekt səma
olmuşdur. Səmanın rolu (simasız, adsız və təbii olan səmanın)
qədim dövrdə etik dəyərlərin rolu və əhəmiyyətini nəəzərə
alaraq sosial ahəngdarlığa nail olmasından ibarət idi. Sosial
ahəngdarlığa, sosial ideala, real şəkildə davranış qaydalarına,
adət-ənənələrinə, ədəb-ərkana necə nail olmaq yolu göstərilirdi.
Uzun müddət ərzində və xüsusi olaraq Konfutsi dövründə bu
istiqamətdə mühüm işlər aparılırdı. Burada birləşən əxlaqi
ideyalar və bütün həyat sahələrini əhatə edən ibadətlər “li”
33
anlayışı vasitəsilə ifadə olunmuşdur. İbadətlər (rituallar) bəzən
hədsiz dərəcədə ehkamlaşdırılır, bütə çevrilirdi. “Li”
anlayışının interpretasiyası iki mənada gedirdi: 1. Bu, əsasən
insanın daxili borcu və ləyaqət hissidir. 2. İnsanın cəmiyyət
qarşısında yerinə yetirdiyi vəzifələrdir.
Çində etikanın əsas inkişaf xüsusiyyəti (demək olar ki,
dünyanın əksər və xüsusilə, ənənəvi olan ölkələrə də bu xas idi)
ondan ibarətdir ki, onun elementləri əxalq sahəsindən başqa
həm də ibadətləri, ritulları, mərasimləri, adət və ənənələri,
vətəndaş hüququnu əhatə edirdi. Əxlaq burada davranış
qaydaları kompleksi olaraq, istər sosial və antropoloji, istərsə
də qnoseoloji və ontoloji mənalarda istifadə olunurdu. Məs.
biliklər, varlığın ölçüləri və digər göstəriciləri də onların əxlaqi
əhəmiyyətinə görə qiymətləndirilirdi. Məsələn, varlığı “fəzilət”,
“xeyrixahlıq”, “səmimilik” kimi kateqoriyalar vasitəsilə
qiymətləndirirdilər. Konfutsi dövründən etibarən əxlaqi
ideyalar həm də dini mahiyyətli hesab olunmağa başlandı,
bütün vətəndaşlar üçün təkzibedilməz kodeksə çevrildi. Burada
əsas rolu “cəza” qorxusu yox, vərdiş, yəni hər hansı bir
hərəkətin, ritualın stereotipə çevrilməsi halı oynayırdı.
“U tzin” (5 kitab) adlı qanunlar kitabı Çində eramızın lap
əvvəllərində tərtib olunmuşdu. Bunların içində əxlaqi
dəyərlərin təbliği baxımından “Li tzi” əsəri (traktat) daha
əhəmiyyətli idi. Bu kitab uzun müddət ərzində çinlilərin əxlaqi
dəyərlər ensiklopediyasına çevrilmişdir. Burada ilk növbədə
əcdadların ağıllı kəlamları, qayda-qanunlarla bağlı fikirlər ifadə
olunurdu. Təxminən 300 əsas və 3000 əlavə qaydalar burada
izah olunur ki, onlara hər bir kəs ciddi şəkildə əməl etsin. Bu
qaydaların hesabına cəmiyyətin və dövlətin sabitliyi zəruri
şəkildə təmin olunurdu
1
.
Budduizm (sanskrit dilində buddha – şölələnmiş, vəhyə
nail olmuş deməkdir), dünya dinlərindən biri olaraq hələ e.ə. V
1
Этика и ритуал в традиционном Китае. Сб. статей. М.: Изд. «наука»,
1988 – 331 с.
34
– IV əsrlərdə yaranmışdır. Buddizmin etik təliminə görə varlıq
həmişə əzabkeşlidir; ilahi varlıq bu dünyanı elə yaradıb ki,
fiziki ölüm həyatın tükənməsini bildirmir: ölən ruh başqa bir
cilddə yenidən dünyaya gəlir. Hər bir yaranış ruhu
kamilləşdirir, o, özündə yaxşılıqları toplayır və bununla da xilas
yoluna çıxır, daxili bütövlük və xarici varlıqdan tam təcridlik
halına (nirvanaya) nail olur. İnsanın bu yolu karma adlanır.
Yenidən dünyaya gəlməsinin səbəbi – həyata olan bağlılıqdır.
Son yaranışa o adam nail ola bilər ki, o bütün əzab-əziyyətə tab
gətirərək, bu dünyaya özünü bağlayan bütün telləri qıra bilsin.
Əsas tələblərdən biri – kim olursa olsun, ona qarşı insanın
özünü gözləməsidir, yəni heç kəsə ziyan vurmamaq,
“yamanlığa
yamanlıqla”
cavab
verməmək
prinsipini
gözləməkdir.
İdeal adam odur ki, o özündə bütün emosiyaları basıb
qorxmadan ədalətsizliyə, zorakılığa, zülmə baxsın. Lamaizmdə
on ağ fəzilət və on qara günah fərqləndirilir ki, bunların
xilasolunmaya (nirvanaya) təsiri vardır. Günahlar cismani
(həyatdan məhrum etmək, oğurlamaq, pozğun həyat sürmək),
sifahi (yalan, böhtan, acıdillik, adamı dolamaq) və şüuri
(düşüncə, paxıllıq, bidətçilik, kin) olur. Hər birinin konkret
cəzalandırma yolları göstərilib. Yaxşılıqlara görə (məs., əl
tutmaq, zəkat paylamaq, doğruçuluq, düşmənçiliyi yatırmaq,
“müqəddəs yazıya” səcdə, dinin həqiqiliyinə inanmaq və s.)
gələcəkdə ən yaxşı qayıdışlar, behiştlik, xilasolunma (nirvana)
vəd olunur
1
.
Müstəqil iş
Suallar
1.
İlk əxlaqi düşüncələrə səbəb nə olmuşdur?
2.
Əxlaqda insanlar və allahların münasibətləri və
insanların bir-birinə münasibətləri nə ilə fərqlənir?
1
Этические учения древней Индии // http://etika-education.ru/
Dostları ilə paylaş: |