Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   110


Q.Y. ABBASOVA 
 
ETİKA: tarix, 
nəzəriyyə və təcrübə 
 
 
 
 
 
 
 
Ali məktəblər üçün dərs vəsaiti (Bakı 
Dövlət Universitetinin rektorunun R-69 saylı, 
25.06.16 tarixli əmri ilə təsdiq edilmişdir) 
 



 
 
BBK-87.7 
A 13 
Q.Y.Abbasova. Etika: tarix, nəzəriyyə və təcrübə. Ali 
məktəblər üçün dərs vəsaiti.  Bakı: 2016. – 290 s. 
Rəyçilər:                                               prof. Rəbiyyət Aslanova 
                                                  prof. Adil Əsədov 
redaktorlar:                                            B.Y.Cəfərova 
                                                    R.İ.Əhmədova 
 
 
Bu kitab ali məktəb tələbələri, eyni zamanda etika, əxlaq, 
mənəviyyat,  ümumiyyətlə  insan  həyatı  ilə  maraqlananlar  üçün 
də  nəzərdə  tutulmuşdur.  Burada  sistemli  olaraq  etikanın  elmi 
paradiqmasının  formalaşması  tarixi,  etik  kateqoriyalar, 
qanunlar  təhlil  olunur.  Etikaya  aid  müxtəlif  nəzəriyyələr, 
dünyada gedən proseslərin etika elminə təsiri həm nəzəri, həm 
praktiki  baxımından  təhlil  olunur.  Humanitar  və  ictimai  elm 
sahələri  tədqiqatçıları  üçün  bu  kitab  olduqca  faydalı  ola  bilər, 
çünki etika problemləri ilə yanaşı bir çox fəlsəfi, sosial-siyasi, 
sosial-psixoloji  məsələlər  burada  təhlil  olunur.  Istifadə  olunan 
ədəbiyyat mətnin içində, səhifələrdə göstərilir.  
 
 
© Q.Abbasova 
 
 
 



 
I BÖLMƏ. ETİK TƏLİMLƏR TARİXİ 
 
Mövzu 1. Qədim dövrün etik nəzəriyyələri 
 
  Təbiət  aləmi  ilə  əxlaq  aləminin  vəhdəti  (Anaksimandr, 
Heraklit).  Müsbət  və  mənfi  əxlaqi  dəyərlər  problemi.  Sofistlər 
xeyir  və  şər  problemi  haqqında.  Sofoklun  əsərlərində  əxlaqi 
ziddiyyətlər.  Platonun  görüşlərində  əxlaqi  xeyir  anlayışı. 
Aristotel  etikanın  ilk  təsnifatçısıdır  (anlayışların  təsnifatı,  etik 
sistemin  məntiqi  quruluşunun  tərtibi  və  s.).  Əxlaqi  kamillik 
problemi. 
Ellinizm və Roma imperiyası dövrünün etik nəzəriyyələri, 
onların nəzəri və praktiki əhəmiyyəti (Epikur, Lukretsi, stoiklər, 
Siseron).  Hedonizm,  asketizm,  skeptisizm.  Hindistan  və  Çində 
etik ideyalar. 
 
1.1.Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq 
 
Antik dövrdə əxlaqi təsəvvürlərə əsasən kamil, xeyirxah 
şəxsiyyət haqqında təsəvvürlər və məziyyətlər daxil idi. Burada 
əxlaq artıq öz klassik ifadəsini tapmış, nəzəri və tətbiqi sahələrə 
aid əxlaqi ideyalar ifadə edilmiş, davranış normaları və onlara 
riayət olunması barəsində ideyalar işlənib hazırlamışdı. 
  İlk  əxlaqi  düşüncələrə  səbəb  cəmiyyət  (tayfa,  xalq, 
təbəqələr,  polis,  şəhər)  və  şəxsiyyət  arasında  sosial-əxlaqi 
zəmində  yaranan  zidiyyətlər  olmuşdur.  Bu  barədə  Homer  öz 
poemalarında  (e.ə.  XII-VII  əsrlər),  Hesoid  öz  fəlsəfi  –  tarixi 
əsərlərində  (e.ə.  VIII  əsrin  sonu  –  VII  əsrin  əvvəlləri),  yeddi 



 
müdrikin  kəlamlarında  (e.ə.  VII-VI  əsrlər)  məlumat  verirlər. 
İnsan təfəkküründə sosial həyat formaları haqqında təsəvvürlər 
dərinləşdikcə  abstrakt  əxlaqi  normaların  məzmunu  da 
genişlənir,  həmin  normaların  real  həyatda  ifadəsində  yaranan 
ziddiyyətlər ətrafında mübahisələr də artırdı. 
Homerin  qəhrəmanları  (Axill,  Odissey,  Hektor, 
Aqamemnon) real insanlar kimi düşünür, həyəcanlanır, hiyləyə, 
yalana əl atır və s. Burada ümumi, məcburi davranış qaydaları, 
əxlaqi  qanunlar  düşünülmüş  hərəkət  motivi  kimi  çıxış  etmir. 
Bununla  belə  real  həyatda  öz  vətəninə,  ailəyə,  cəbhə 
yoldaşlarına münasibət əxlaqi dəyərlər üzərində qurulur. Canlı 
şəxslər,  simalar  epik  qəhrəmanlar  olaraq  real  ictimai  əlaqələr 
sistemində  öz  rəğbətini,  nifrətini  və  s.  açıq  şəkildə  nümayiş 
etdirirlər:  “Şəxsiyyət  burada  öz  xalqına  sonsuz  dərəcədə 
sədaqətli olaraq, onun daimi müdafiəçisi və təşkilatçısıdır”
1

Bu dövrün əxlaqi şüurunun daha bir xüsusiyyəti insanlar 
və allahların münasibətləridir. Əsər qəhrəmanları allahlarla sıx 
əlaqədədir;  ilahi,  ilahilik  ümumi,  kollektiv  başlanğıcın 
ifadəsidir.  Hər  bir  qəhrəmanlıq  göstərən  şəxs  də  ilahi 
mahiyyətlidir.  Deməli,  burada  allahlar  və  qəhrəmanlar, 
kollektiv və fərdinin vahidliyi müşahidə olunur.  Əxlaq burada 
praktik  əməllərdə  ifadə  olunur,  fərdlərin  ictimai  maraqları  və 
təbii  keyfiyyətləri  ilə  üst-üstə  gəlir.  Comərdlik,  xalqa  olan 
sədaqət Hektorun əməllərində özünü ifadə edir. 
Bütövlükdə  qədim  yunan  ədəbiyyatında  insan  daha  çox 
abstrakt  əxlaqi  keyfiyyətlər  yox,  real  xüsusiyyətlər  məcmusu 
kimi  təsvir  edilir,  məsələn,  fiziki  gözəllik,  güç  ağıl,  bəlağət, 
zadəgan mənşəyi, xoşbəxtlik və şöhrəti bəxş edən qismət, alın 
yazısı.  Beləliklə,  burada  ideologiyanın  xüsusi  növü  olan 
əxlaqdan  danışmaq  olmaz.  Əxlaq  qədim  yunanların  praktiki 
fəaliyyəti  səviyyəsində  yaşayırdı.  Məsələn,  əxlaqlı,  ləyaqətli 
davranış  həm  də  ağıllı  davranış  hesab  olunur.  Eyni  zamanda 
tədricən əxlaqi şüurun rüşeymləri yaranmağa başlayır. Zadəgan 
                                                 
1
 Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987, s.19
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə