35
3.
Qədim Yunanıstanda ümumi qanunlar, adət-ənənələr,
allahlar, əcdadlar nə üçün ehtiramla qarşılanmalı idi?
4.
Milet məktəbinin görkəmli nümayəndələri əxlaq
haqqında nə deyidilər?
5.
Pifaqorçular ədalət kateqoriyasına öz münasibətini necə
bildirmişlər?
6.
Sofistlərdə əsas müzakirə olunan məsələlər hansılar
olmuşdur?
7.
Demokritin əxlaqi baxışları
8.
Sokrat məktəbində əxlaq haqqında ideyalar
9.
Platon dövründə mənəvi dəyərlər
10.
Platonun sosial-əxlaqi ideyalarının mahiyyəti nədədir?
11.
Aristotel etikanın predmeti və vəzifələri haqqında nə
demişdir?
12.
Ellinizm dövründə əxlaqi ideyalar
13.
Qədim Hindistanda və Çində əxlaqi ideyalar və
təsəvvürlər
Tapşırıqlar
a) Vətənpərvərlik – çox vacib əxlaqlı keyfiyyətdir.
Sizcə, vətənpərvər olmaq – bu:
- öz ölkəsinin dövlət rəmzləri ilə fəxr etmək;
- xaric ilə müqayisədə özününkini ən yaxşı hesab
etmək;
- öz dövlətinin müharibə və qazandığı qələbələrinin
hamısına bələd olmaq;
- öz xalqını sevmək;
- "Vətən öncədir":
Hər bir cavabı əsaslandırın.
b) Əgər hər şeyi pulla ölçmək olsaydı, onda aşağıda
göstərilmiş sahələrdə günahkarlıq hissindən qurtulmaq
36
istəsəydiniz, sizcə, hansı məbləği siz incidilmiş adama
ödəyərdiniz və ya xeyriçiliyə sərf edərdiniz:
- biznesdə pozulmuş vəd;
- başqa insanın biznesinin itməsinə gətirmiş yalan;
- artıq dünyasını dəyişmiş anaya qarşı sağlığında
göstərilən diqqətsizlik;
- sizdən asılı olan əməkdaşa qarşı səbəbsiz kobudluq.
Öz cavabını əsaslandırın.
c) Mənəviyyatın tənəzzülündən indi çoxlu şikayətlər
edirlər. Sizcə, bu, daha yüksək dərəcə nədə ifadə olulur:
- insanların bir-birinə qarşı acıqlı olmasında;
- ailədə, işdə, dostlar arasında insanların siyasi və
ideoloji motivlərə görə bir-birindən uzaqlaşmasına;
- eqoizmdə ("hər kəs özü-özü üçün");
- cinayətkarlığın artmasında;
- ideallar və dəyərlər sisteminin itirilməsində;
- davranışdan ən zəruri mədəniyyətin yox olmasında;
- nəsillər arasında əlaqənin kəsilməsində;
- pornoqrafiyanın yayılmasında.
Öz cavabınızı əsaslandırın.
37
Mövzu 2. Feodalizm dövrünün əxlaqi nəzəriyyələri
Xristianlığın əxlaqi nəzəriyyəsi (əxlaq fövqəl hissidir,
Allah əxlaqi hakimdir; əxlaqın teoloji əsasları). Avqustinin
əxlaqi dəyərlər nəzəriyyəsi. Fövqəlrasional xristian etikası və
antik dövrünün rasional etikası arasında kompromis.
2.1. Xristianlığın əxlaqi nəzəriyyəsi
Yeni ictimai münasibətlərin formalaşması əxlaq
haqqındakı təsəvvürlərə də təsir göstərirdi. Fəzilət sahəsi
insanın daxili mənəvi istiqamətlənməsi kimi qalaraq həyatın
gedişatına cüzi olsa da təsir göstərmək iqtidarında deyildi.
Fəzilət davranış prinsipi kimi qalmır. Əvəzində elə bir ideal
çıxış nöqtəsinə çevrilir ki, yalnız böyük müdriklik sahibinə
bəxş olunur, özü də tək-tək hallarda. Əxlaqi ideyalar zadəganlar
auditoriyasının mübahisə və fikir mübadiləsi obyektinə,
məzmunu və təsir gücü zəif olan mənəvi sahəyə çevrilir. Əxlaqı
artıq məziyyətlər toplusu kimi yox, obyektiv fövqəl normalar
sistemi qəbul edirlər. Tarixən burada dinin təsiri də güclü
olmuşdur. Əxlaq dini əxlaqa çevrildi. Orta əsr Avropa əxlaqı
xristian əxlaqı kimi yaşamağa başladı.
F.Engelsin qeyd etdiyi kimi, xristianlıq ilk növbədə
məzlum təbəqələrin hərəkatı kimi çıxış etmişdir. Ağır həyat
şəraiti keçirən kasıb kütlələr səmərəli sosial qüvvədən –həyat
fəaliyyətinin icma tərzindən istifadə etməyə başladılar. Xristian
icmaları ilk növbədə bölgü və mübadilə proseslərini
tənzimləmək işini təmin edirdilər. Burada bərabərlik, qarşılıqlı
yardım və etibarlılıq münasibətləri hökm sürürdü.
İncildə əxlaqi ehkamlar artıq formulə edilmişdir. İsa
peyğəmbərin Matfeyin yazdığı Yevangelidə təsvir edilmiş
məşhur Dağüstü möizəsindən məlum olur ki, hər bir insan öz
davranışında başqasından gözlədiyi əməl və hərəkəti etməlidir
38
ki, onunla da eyni cür rəftar etsinlər; bunu bizə qanun və
peyğəmbərlər öyrədir (Matfey, 7, 12).
Xristian əxlaqı stoiklərin əxlaqına çox yaxındır. Burada
insan sevgisinin rolu vurğulanır. Humanizmin ən uca ifadəsi
olan bu sevgi, insanı lazım olsa son tikə çörəyini belə öz
yaxınlarına və əzizlərinə verməyi sövq edir. Belə sevgi icma
strukturunun özəyini təşkil edir. Bu, universal əxlaqi əlaqədir,
bütün digər dəyərlər həm mülkiyyət, həm intellektual
dəyərlərini özünə tabe edir.
Əxlaq və sevginin eynilədirilməsi müəyyən mənada
antik dövrə nisbətdə bir addım irəlidə idi. Bununla da əxlaqın
sosial bazası genişləndi. Əxlaq, yəni sevgi, hər bir insana xas
ola bilər. Bununla belə əxlaqın belə mütləqləşdirilməsi insanın
bütün problemlərinin həlli yolunu sosial məkana yox, daxilə,
əxlaqi kamilləşməyə doğru istiqamətləndirirdi.
Fəlsəfə tarixinin tədqiqatçısı V.V.Sokolovun qeyd etdiyi
kimi, xristianlıq abstrakt insanın dini, əxlaq isə ümumbəşəri
forması olmuşdur. Xristianlıq dünyagörüşündə bərabərlik
ideyası sevgi prinsipi ilə birləşərək normativ mahiyyət kəsb
edir, əhalinin geniş kütlələri üçün yaxın bir ideyaya çevrilirdi
(imperativə, yəni mütləq, qeyd-şərtsiz tələbə, hökmə). Əxlaqi
dəyərlərə dəstək verən daha bir qüvvə var idi: hakim qüvvələr.
Xristianlıq tədricən öz müxalif mövqeyini itirir, hakim dövlət
isə dini status qazanırdı. Xristian kilsəsi sosial institut
səviyyəsində fəaliyyət göstərərək öz mövqeləri xeyli
gücləndirdi. Tədqiqatçıların qeyd etdiyi kimi, xristianlıq
dünyagörüşündə əxlaqi ideyalar əsasən aşağıdakılar olmuşdur:
-
Dünyanı Allah yaradıb və idarə edir. O, dünyanın
yaradıcısı, başlanğıcı, eyni zamanda onun dərin mahiyyətidir.
Allah hər bir şeyin səbəbi, norması və öz fəaliyyətinin
məqsədidir. Bütün aləm, o cümlədən insan Allaha görə və
Allah üçün yaşayır. Allah əxlaqi mütləqiyyət olaraq ən kamil
məqsəd və arzudur. Allah dünyanın əxlaqi təcəssümüdür;
Dostları ilə paylaş: |