Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   110

20 
 
Epikür  fəlsəfənin  ən  vacib  sahəsinin  etika  olduğunu  qeyd 
edirdi.  Bu  etikada  canlı  insanın  xeyiri,  real  fərdlərin  əməlləri 
qiymətləndirilirdi.  Epiküru  maraqlandıran  əsas  məsələ  həzz 
yox, ruh azadlığı və müstəqilliyi olmuşdur. Fərd hər bir şeydən 
azad olmalı, daxilən tam rahat (ataraksiya) olmalıdır. Budur əsil 
xoşbəxtlik,  insanın  yaşamağının  ali  və  son  məqsədi.  Epikür 
hesab  edirdi  ki,  həzz,  ləzzətalma  hissi  xeyirxah  yaşayışın 
meyarıdır.  Həzz  və  əziyyət  arasında  olan  fərq  insana  nəyə 
doğru  hərəkət  etməsi  barəsində  xəbər  verir.  “Həzz  xoşbəxt 
həyatın  alfası  və  omeqasıdır”  (yəni  əvvəli  və  axırı)  (Epikür). 
Həzzalma  dedikdə  Epikür  onun  psixoloji  yox,  sosial  mənasını 
nəzərdə 
tutur. 
Hər 
hansı 
bir 
həzzalmanı 
düzgün 
qiymətləndirmək,  onun  üzərində  düşünmək  lazımdır.  Burada 
vəziyyəti  fayda  baxımından  qiymətləndirmək  lazımdır.  Bütün 
məziyyətlər kamal, ağıl üzərində qurulur. Həzzalamanın özünü 
isə  insan  cəmiyyətinin  birgə  yaşayış  qaydaları  baxımından 
qiymətləndirmək lazımdır. 
  Epikürun  fikrincə,  həzzalma  üç  qrup  tələbatların 
ödənilməsi  ilə  faydalıdır:  1  təbii  və  zəruri  (aclıq,  susuzluq  və 
s.); 2. təbii və zəruri olmayan (məs. ləziz xörəklər); 3. qeyritəbii 
və  zəruri  olmayan  (şan-şöhrət  və  s.).  Birinci  qrup 
tələbatlarımızı  təbiət  təmin  edə  bilir,  lakin  bununla 
kifayətlənməyən insan asanlıqla mövcud vəziyyətin təsiri altına 
düşür,  nədənsə  asılı  olur.  Burada  münaqişə,  paxıllıq  üçün 
zəmin  yaranır.  Lakin  təbii  tələbatların  lazımi  qədər  (az  olanı 
ilə)  təmin  olunması  insanı  şəraitdən  asılı  vəziyyətə  qoymur, 
başqa adamlarla onu toqquşdurmur. Epikürun fikrincə, insanın 
o tələbatları ödənilməlidir ki, ödənilmədiyi halda insan əziyyət 
çəkir. Həzzalma iztirabların olmaması deməkdir. Həzzalmanın 
dəyəri  xoşbəxtliyə  nailolma  dərəcəsindədir.  Əzabkeşlikdən 
qurtarmaq  xoşbəxt  həyatın  ali  məqsədidir.  Həzzalma  fərdi 
xarakter  daşıyır,  fərdin  təkrarsızlığını  göstərir.  Həzzalma 
növləri  möxtəlifdir,  buna  görə  də  insanı  şəraitdən  asılı 
vəziyyətdə  qoyur.  İnsanın  arzu  və  istəkləri  fərdi  ətraf  aləmlə 


21 
 
birləşdirən  bir  növ  körpüdür,  lakin  fərd  ağıllı  hərəkətləri  ilə 
dünyadan  öz  asılılığını  azalda  bilər.  Həzzalamanı  müəyyən 
mənada  məhdudlaşdırmaq  olar  ki,  insan  sakitlik  tapsın, 
dünyadan  öz  asılılığını  azaltsın,  harmoniyaya  nail  olsun. 
Mənəvi  həzzalmalar  cismanilərdən  üstündür.  Keçmişlə  bağlı 
olan, gələcəyə aid olan həzzalmanın da mühüm əhəmiyyəti var. 
Daxili  əmin-amanlığa  nail  olmağın  ən  yaxşı  yolu  fəlsəfənin, 
elmin dərk edilməsidir. 
  Əxlaqi  məqsəd  –  ruhun  rahatlığı,  cismani  əzabların 
olmaması  estetik  seyretmə  zamanı  da  meydana  gəlir.  Fəlsəfə 
zəminində  dərketmə  insanı  üç  qorxudan  qurtarır:  allaha  olan 
qorxu (fövqəl qüvvələrə) zərurət üzündən baş verir, digər qismi 
təsadüfün  üzündən,  üçüncülər  isə  özümüzdən  asılıdır.  Yalnız 
ikinci  və  üçüncü  qorxu  təqdir  və  yaxud  məzəmmət  qazanıb 
insan  həyatının  məziyyətlilik  dərəcəsini  müəyyən  edə  bilərlər. 
Zərurət  və  təsadüf  yan-yana  gedir,  ona  görə  də  insan  təbiətin 
zəruri qaydalarından istifadə etməkdə sərbəstdir. Üçüncü qorxu 
ölüm  qorxusudur.  Ölümün  əslində  bizə  heç  bir  aidiyyatı 
yoxdur. Burada duyğular, duyma qabiliyyəti itir. Yaxşı və pis, 
xeyir və şər isə duyğuların üzərində qurulur. 
  Bədən  öləndə  ruh  da  ölür,  çünki  o  da  cismanidir. 
Ölümdən sonra heç nə  yoxdur. İnsana əzab verən ölümün özü 
yox,  ölüm  qorxusudur.  Ölümü  qorxu  ilə  gözləmək,  ölməzliyi 
arzulamaq  mənasız  bir  şeydir.  İnsan  gərək  ömrün  uzunluğunu 
yox,  onun  keyfiyyətini  düşünsün.  Əgər  insan  öz  arzu  və 
istəklərini  məhdudlaşdıra  bilsə,  onda  o,  xoşbəxt  ola  bilər.  Bir 
çox  şeylərdən  də  (bəzən  də  uydurulmuş)  azad  olan  insan 
xoşbəxtliyə nail ola bilər.  
  Epikür  hesab  edirdi  ki,  ictimai  müqavilə  əsasında 
yaranmış  dövlət  ədalət  üzərində  qurulmalıdır.  lakin  ədalətə 
riayət  etməklə  unutmaq  olmaz  ki,  o,  tarixi  xarakter  daşıyır. 
Ədalətə  nail  olmaq  üçün  qanunları  gözləmək  lazımdır.  Var-
dövlət,  şan-şöhrət,  hakimiyyət  kimi  hərəkətverici  qüvvələr  və 
motivlər həm də insan üçün ən böyük nigarançılıq və həyacan 


22 
 
mənbəyidir.  Əxlaqi  dəyərlər  sırasında  ən  vacibi  dostluqdur. 
Dostluq  edənlər  həm  də  faydanı,  təhlükəsizliyi,  əlverişliliyi 
gözləməklə daxili rahatlıq və təskinlik tapırlar. 
  Stoisizm  cərəyanının  nümayəndələri  isə  hesab  edirdilər 
ki,  əsl  (həqiqi)  əxlaq  borc  əxlaqıdır.  Bununla  belə  onların 
əxlaqa olan baxışları bir çox hallarda epikürçuların baxışlarına 
çox yaxındır. Stoiklər də fərdin azadlığını əsaslandırır, həyatda 
yaranmış  vəziyyətdən  asılı  olmayaraq  xoşbəxt  olmaq 
qabiliyyətini bəyan edirdilər. 
  Dünyada  zərurət  hökm  sürür.  Bununla  belə  ağla  malik 
insan iradə azadlığından istifadə edərək taleyi öz əlində saxlaya 
bilər. Kitionlu Zenon göstərirdi ki, insan həyatının ali məqsədi 
və  amalı  təbiətlə  həmahəng  yaşamaqdır.  Dünyadan  qaçmaq 
yox, əksinə, onu bütövlükdə olduğu kimi qəbul etmək lazımdır. 
Bunu  həm  fiziki  baxımdan,  həm  də  mənən  etmək  lazımdır. 
Təbiət dedikdə ilk növbədə insanın özü, özünüqoruma zərurəti 
nəzərdə  tutulur.  Təbiətə  uyğun  yaşamaq  ağıllı  yaşamaq 
deməkdir. Dünya vahid  bir cisimdir. O, oddan  yaranıb  və oda 
qayıdır.  Səbəbiyyət  əlaqələrin  vahidliyini  burada  “pnevme”  – 
hava,  nəfəs,  ruh  təmin  edir.  Od,  həm  də  qanun,  zərurət,  ağıllı 
başlanğıc olaraq, dünyanı idarə edir. İnsan ağlı elə bir fürsətdir 
ki,  insan ondan axıra qədər istifadə etməyə bacarmalıdır. Ağıl 
tələb  edir  ki,  insan  şəxsiyyəti  özünü  daima  təkmilləşdirsin. 
Xoşbəxtlik  elə  ondan  ibarətdir  ki,  insan  mənəvi  cəhətdən 
yüksəlib,  özünü  təkmilləşdirsin  və  kamillik  dərəcəsinə  görə 
özünü kosmik ağıl səviyyəsinə ucaltsın. Təbiəti eşitmək, onunla 
harmoniyada yaşamaq xoşbəxtliyə nail olmaq deməkdir. 
  Stoiklər məziyyətləri belə qruplaşdırırdılar: yaxşılıqlar – 
qavramaq,  ədalət,  comərdlik,  sağlam  düşüncə  və  s.  Şər  – 
ağılsızlıq,  ədalətsizlik  və  s.-dir.  Neytral  olanlar  –  yaşamaq, 
sağlamlıq, həzzalma, gözəllik, qüdrət, var-dövlət, şöhrət, ad-san 
və bunların əksi olan ölüm, xəstəliklər, əzabkeşlik, eybəcərlik, 
gücsüzlük,  yoxsulluq,  unutqanlıq  və  s.  Xeyir  və  yaxud 
xoşbəxtlik məziyyətlərə uyğundur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə