Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   110

26 
 
verməkdən  çəkinmək,  bitərəf  qalmaq  lazımdır.  Bu  da  heç  də 
zəifliyin  əlaməti  deyil.  İnsan  bu  yolla  ruhi  təşkinliyi,  sabitliyi 
tapır. Beləliklə, skeptiklər xoşbəxtliyi dərketmə, biliyi qazanma 
ilə  birbaşa  əlaqələndirmirlər.  Əslində,  biliklərdə,  elmlərdə, 
fəlsəfədə insan heç də dərinə gedə bilməmişdir. 
  Belə  mövqe  tutmaqla  skeptiklər  insanın  xeyir, 
xoşbəxtlik,  ədalətlik,  məziyyət  haqqında  olan  biliklərin 
məzmununun  nisbi  olduğunu  sübut  etməyə  çalışırdılar. 
Dərketmə  yolu  ilə  qazanılan  biliklər  nisbidir,  xeyir  və  şər 
haqqında  olan  təsəvvürlər  də  müxtəlif  xalqlarda  bəzən  əsaslı 
şəkildə  bir-birindən  fərqlənir.  Digər  tərəfdən  fərddən  fərdə  də 
həmin dəyərlərin mahiyyəti və məzmunu fərqlənir. Birinə fayda 
gətirə biləcək digərinə zərərlidir və s. 
  Ümumiyyətlə,  xeyir  və  şər  məsələlərini  tənzimləyən 
elmin  mümkünlüyünü  inkar  edən  skeptiklər  sübut  etməyə 
çalışırdılar  ki,  xeyir  və  şərin  real  statusları  əslində  yoxdur. 
İnsan öz əməllərində gərək təcrübəsinə əsaslansın və mötədillik 
yolu  ilə  mənfi  təsirləri  azaltsın.  Şər,  xeyir  kimi  anlayışların 
məzmunu tarixi xarakter daşıyır, deməli, nisbidir. Buna görə də 
burada təmkinliliyi nümayiş etdirməklə ruhu həmin istiqamətdə 
tərbiyələndirmək lazımdır. 
  Skeptisizmin  əxlaq  sahəsində  xidmətlərindən  biri  də 
ondan  ibarətdir  ki,  burada  əxlaqi  tərbiyədə  emosional 
mexanizmlərin  rolu  göstərilmişdir.  Əxlaq  vasitəsilə  fərd  və 
cəmiyyət  öz  sosial  varlığını  dərk  edir,  qavrayır,  öz  real 
vəziyyətini ifadə edir. Tətbiq olunan, istifadə olunan əxlaq real 
sayılır.  Əxlaqi  davranışı  tənzimləyən  amillər  sırasında  başlıca 
rol bilavasitə təcrübəni  təsdiqləyən hiss və emosiyalara aiddir. 
Ağıl  tərəfindən  obyektiv  aləm  tam  şəkildə  qavranılıb  qəbul 
edilməsə də, burada köməklik göstərə biləcək bir amil var, bu 
da  praktik  davranışdır.  Əxlaqi  düşüncə  bu  yolla  insana  tam 
sərbəstlik  verir, ona fəaliyyət  azadlığını bəxş edir. Ağıl daima 
axtarışda 
olmalı, 
fərqli 
mövqelərdən 
vəziyyəti 
qiymətləndirməyi bacarmalıdır. İdeal o adam sayıla bilər ki, rəy 


27 
 
müxtəlifliyindən,  təxəyyülündən,  gündəlik  işlərindən  azad 
olmağı  bacarsın.  Əxlaq  burada  əslində  fərdin  təbiət  və 
cəmiyyətdən  azad  olduğunu  ifadə  edir.  Fərd  öz  ləyaqətini 
həmişə qorumalıdır. 
  Neoplatonizm  cərəyanında  əxlaqi  baxışlar  əxlaqi 
idealizmin  yeni  variantını  təşkil  edir.  Bu  fəlsəfi  istiqamətin 
banisi və başlıca nümayəndələrindən biri olan Plotin (204/205-
270)  Platonun  əxlaqi  idealizminin  yeni  varinatını  təqdim  edir. 
Burada insanın əxlaqi məqsədi hissi (həm təbii, həm də sosial) 
aləmin  inkarı,  əbədi  və  tərki-dünya  sahəsinə  qatılmaq 
məqsədilə  ruhun  “təmzinlənməsi”dir.  Bu  istiqamətdə  aparılan 
iş  nəticəsində  insan  mistik  cuşa,  fövqəlruhi  eyforiya 
vəziyyətinə düşə bilər. 
  Varlığa  vahid,  tam  deyən  Plotin  hesab  edir  ki,  vahidin 
inkişafı nəticəsində ağıl, daha sonra ruh əmələ  gəlir. Dünyada 
bütün elementlər bir-birilə əlaqəlidir. Prokl (V əsr) vahidi həm 
də  mütləq  başlanğıc  olduğu  üçün  mütləq  yaxşılıq,  məziyyət 
adlandırır.  Hər  üç  sahə  (vahid  varlıq,  ağıl,  ruh)  işıq,  xeyir, 
məziyyətdir.  Bunların  davamı,  yəni  duyan  Kainat,  materiya 
olmasaydı,  şər  yaranmazdı.  Materiya  elə  şərin  özüdür.  İnsan 
vahidin və materiyanın birləşməsi olduğu üçün həm xeyir, həm 
də  şəri  özündə  təcəssüm  edir.  İnsan  həyatında  əxlaqi  məqsəd 
varlığın bütün pillələrini bir-bir keçib tama qovuşmaqdır. İnsan 
həmin vahid olanı ilə əlaqəsini daima saxladığı üçün ona doğru 
hərəkət edə bilir. Orada ruh təskinlik tapır, biz məziyyəti, ruhun 
kamilliyini məhz orada axtarib tapırıq. 
  Plotin  məziyyətləri  4  yerə  ayırır:  1.  praktik,  2.  asketik, 
3.  nəzəri,  4.  tərki-dünyalıq.  Prokl  isə  bu  təsnifatı  bir  qədər  də 
genişləndirir  və  onları  təbii,  əxlaqi,  ictimai,  paklaşdırıcı, 
mücərrəd  və  sitayişedici  sahələrə  bölürdü.  Bu  pillələr 
xeyirxahlığın  kamilləşməsi,  şəxsiyyətin  ucalması  yollarını 
bildirir.  Birinci  pillədə  insan  hissi-praktiki  fəaliyyətini 
məhdudlaşdırır,  onu  müəyyən  ölçülərə  salır.  Burada  ağıllılıq, 
comərdlik, səmərəlilik kimi keyfiyyətlərdən istifadə olunur. Bu 


28 
 
istiqamət  insanların  affektiv,  hissi  tərəfi  ilə  bağlıdır.  Növbəti 
mərhələdə  insan  ruhu  tam  paklığa,  bədəndən  təmizlənməsinə 
nail  olur;  burada  asketik  qabiliyyətlərdən  istifadə  olunur: 
qorxmazlıq  (comərdlik),  soyuqqanlılıq,  intuisiya  həddinə 
çatdırılmış 
ağıllılıq, 
ağıldan 
başqa 
bütün 
bütlərin 
uzaqlaşdırılmasına səbəb ola biləcək ədalətlilik. 
  Üçüncü  mərhələdə  fəlsəfi-nəzəri,  seyredici  fəaliyyət 
dövrü  başlayır.  Burada  ruh  yuxarıya  doğru  istiqamətlənir  və 
ikinci  paradiqmasına  –  ağıla  qədər  ucalır.  İnsan  bu  zirvəyə 
ucalsa  da,  hələ  onun  ali  nöqtəsinə  çatmış  olmur.  Bunun  üçün 
nail olduğu sevgi, gözəllik və dialektika hələ kifayət etmir. 
  Növbəti,  dördüncü  mərhələdə  insan  özünü  Allaha 
bənzədir,  onu  birbaşa  seyr  edir,  bir  çox  vahidlərdən  çoxunun 
təki,  bütövü  olur,  onu  səma  erosu  bürüyür.  Buna  doğru  yol 
mistik vəhydir.  Bu mərhələni sözlə təsvir etmək çətindir: tam, 
hər  şeydən  məmnun,  təskinlik  tapmış,  allaha  qovuşmuş 
təfəkkür  bir  növ  düşünən  insanın  bütün  varlığına  hopmuşdur. 
Belə  vəziyyətdə  insan  işığa  qərq  olunmuş  dünyada  yerləşmiş 
olduğunu, özünü də həmin işığın bir payı olmasını hiss edir. 
  Neoplatonçuların mistik vəhyi insanın bir növ təhtəlşüur 
vəziyyətini təsvir edir. Porfiri  yazır ki, Plotin həmin vəziyyətə 
dörd dəfə nail olmuşdur, özü isə yalnız bir dəfə. 
  Məlumdur  ki,  neoplanotçuların  etik  ideyaları  antik 
dövrünün  bir  sıra  müddəalarından  uzaqlaşmış,  eyni  zamanda 
əxlaqın  xristian  anlamına  əsaslı  şəkildə  təsir  etmişdir.  Həmin 
təsir aşağıdakı müddəalarda özünü bildirir: hissi varlığın inkarı, 
şər  və  materiyanın  eyniləşdirilməsi,  ali  məziyyətin,  mütləq 
yaxşılığın  vahid  allah  olduğunun  göstərilməsi,  əxlaqi 
özünükamilləşdirmə 
prosesində 
irrasional 
vəziyyətin 
qiymətinin 
rasionala 
üstün 
gəlməsi, 
insanın 
əxlaqi 
kamilləşməsini  sırf  fərdi  mənəvi  proses  olduğunun 
vurğulanması (ruhun təmizlənməsi, paklanması). 
  Tədqiqatçılar  hesab  edirlər  ki,  neoplatonçuların  etik 
ideyaları  antik  dövrün  etikasından  nə  qədər  uzaqlaşsa  da, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə