Aytən Quliyeva
14
sin
də bu əsəri tənqid edərək yazır: “Ağ liman”ın qəhrəmanlar
aləmi tamamilə deformasiya və hallüsinasiyalardan ibarətdir.
On
ların həyatı yuxu ilə real varlıq arasında cərəyan edir. Yuxu-
da onlar uzun növ
bələr, zolaqlı pijamalar və zolaqlı şlaqbaumlar
gö
rür, həyatda isə Məmməd Nəsir daim sərxoşdur, idarədə tək-
təkinə oturub özü ilə nərd oynayır. Gündüzlər Səftər rəqəmlər
hallü
sinasiya aləmindədir, gecələr isə mənzilində öz telefonu ilə
öz nömrəsini yığıb özü ilə danışmaq istəyir. Nemət isə gecə saat
dörd
də Təhminəyə zəng edib onun gözlərinin rəngini soruşur...
Ana
rın qəhrəmanlarının heç birində yüksək, işıqlı həyat idealı
yox
dur. Yeganə ümid kabusu uzaq üfüqlərdə görünən ağ liman
və qırmızı gəmilərdir ki, onlar da hələ ki, yuxuda görü-
nür”(35,147).
Bütün bu sayılanlar sadəcə povestin zahiri əlamətləridir.
Onun məna yükü isə daha dərinləri əhatə edir. A. Hüseynov mə-
qa
ləsində bunu dəqiq şəkildə ifadə edir: “Ağ liman povestində
ya
zıçını yüksək mənada məhrum ömrün boşluğu, qanadsızlığı
ki
mi mühüm mənəvi problem düşündürür və o bu baxımdan
qəhrəmanının, eləcə də onu əhatə edən adamların həyatını, dü-
şüncələrini bədii təhlil süzgəcindən keçirir... Yazıçının nailiyyəti
qəhrəmanlarını öz ömürləri üzərində düşündürməsində və bizi
on
ların taleyi ilə təsirləndirməsindədir. Anarın qəhrəmanları öz
ya
şayışlarına işıq salacaq yüksək məna axtarırlar və bu məna sə-
viy
yəsindən də həyatlarını təhlil edirlər”(45,155).
H.Quliyev isə əsərə belə qiymət verir: “Bu gün bizim nəsrdə
is
tehlakçı vərdişlərinə kor-koranə uyğunlaşma hallarına diqqətin
xey
li dərəcədə artdığını müşahidə edirik. Yazıçılarımız belə hal-
la
rı doğuran mənəvi amilləri də şərh etməyə çalışırlar. Bu cəhət-
dən Anarın “Ağ liman” povesti bütünlükdə sovet nəsrinin ideya
və üslub axtarışları ilə səsləşir”(58,196).
Povestdə adi hadisələr və sadə insanların mənəvi aləmi, taleyi
təbii şəkildə canlandırılır. Adamların bir-birini yaxından tanı-
maq
istəyi bu əsərdə xüsusi yer tutur. Əsər özünün problemati-
ka
sı, Nemət, Təhminə, Zaur, Məmməd Nəsir kimi ənənəvi me-
Anar – 75
15
yarlardan
uzaq olan, həyatla nəfəs alan təbii, adi, sadə qəhrə-
man
ları etibarilə gerçək həyatın özüdür. Povestdə o vaxta qədər
ədəbiyyatımızda görmədiyimiz, alışmadığımız, həyat həqiqətləri
bü
tün sərtliyi, çılpaqlığı ilə qələmə alınır. “Ağ liman” azəri top-
lumunun 60-
cı illərdəki bir kəsimini təqdim edir. Anar toplumun
öz içindəki çözülmə prosesini dilə gətirərkən müxtəlif zümrələr-
dən səhnələr alaraq bu hərəkətin çeşidli tərəflərini göstərməyə
ça
lışır. Dolayısıyla toplumun keçirdiyi dəyişmə prosesində fər-
din taleyi
ni araşdırır. Tərcüməçi Nemətin dünyasının məhvərin-
də adi kimi görünən həyatının arxa planını bu get-gəllər içində
təsvir edir... İş mühiti, insan ünsiyyətinin sistemi, yaşanılan eşq-
lər, peşmançılıqlar, bağlılıqlar... Romanda bir yandan bunlar önə
çıxarkən o biri tərəfdən də azəri toplumunun gerçəkliyi gözlər
önü
nə sərilir”(13).
Əsərin qəhrəmanlarından olan Təhminə və Zaur öz daxili
dün
yaları, əxlaq qanunları, normaları haqqında düşüncələri ilə
həmkarlarından, ətrafdakı insanlardan fərqlənirlər. Onların mə-
nəvi yaxınlığı, bir-birinə olan münasibəti o qədər səmimidir ki,
Anar sonradan bu obrazlara bir də qayıdaraq “Beşmərtəbəli evin
al
tıncı mərtəbəsi” romanını yazır və onların taleyindəki yeni qat-
la
rı oxucularına təqdim edir.
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” əhatə etdiyi dərin mə-
nəvi-əxlaqi problemləri ilə seçilir. Süjet boyu müxtəfil əxlaq dü-
şüncəsinə malik insanların qarşılaşması, mübarizəsi verilir. Təh-
mi
nə obrazı povestdə davranışı, sərbəstliyi ilə ilk baxışda meş-
şan bir obraz kimi görünür. Lakin bu surətə bir qədər dərindən
diq
qət yetirdikdə, onun həyata, ətrafındakı adamlara olan qeyri-
adi, müdrik münasibətinin şahidi oluruq. Təhminə əxlaqi paklı-
ğı, saflığı əsərdə ona qarşı olan surətlər kimi zahirdə yox, batin-
də, insanın təbiətində, xarakterində axtarır. Və bu mənada onun-
la əhatə olunduğu mühit arasında dərin bir uçurum yaranır. Bu
uçurum o
nun həyatda yeganə təsəllisi, yaşama səbəbi olan Zauru
itir
məsinə gətirib çıxarır. Təhminə sona qədər öz mübarizəsin-
dən əl çəkmir. Bu yolda ona qüvvət verən Zaurun inamı, sevgi-
Aytən Quliyeva
16
si
dir. Bütün mənəviyyatı, varlığı ilə bağlandığı Zaurun ətrafdakı
sü
ni əxlaqa malik insanlara inanması Təhminəni məğlub edir.
Son
da elə Təhminənin ölümünə təkcə serroz deyil, onun üzləşdi-
yi mənəvi-əxlaqi sarsıntılar, pozulan, düzgün müəyyənləşmə-
yən, zahiri əxlaq normaları səbəb olur.
“Ağ liman” povesti və “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
ro
manı mənəvi-əxlaqi axtarışlara həsr olunmuşdur. Anar bir na-
sir kimi, gündəlik, adi hadisələrin təsvir və təhkiyəsindən istifa-
də edərək, mənəvi aləmin mürəkkəb, qeyri-adi mahiyyətini təs-
vir edən xüsusiyyətlərini araşdırmağa müvəffəq olur. İnsan mü-
na
sibətləri, müasirlərimizin ən ümdə qayğı və qarşılıqlı əlaqə
norma
ları haqqında Anarın yazıçı sözü sosial-psixoloji cəhətdən
araşdırıldığı üçün inandırıcı təsir bağışlayır”(1,409).
A
lmaniyanın Leyspiq universitetinin müəllimi Firiderike
Büx
ner “Altıncı mərtəbənin hikməti” adlı məqaləsində “Beş-
mərtəbəli evin altıncı mərtəbəsi” romanı haqqında yüksək fikir-
lər söyləyərək yazır: “Bu kiçik məqalədə biz diqqəti əsas etibarı
ilə görkəmli Azərbaycan nasiri Anarın Almaniya Demokratik
Res
publikasında çapa hazırlanan yeni kitabına cəlb etmək istəyi-
rik. ...
Əminik ki, Berlindəki “Folk uid Velt” nəşriyyatının alman
di
lində çapa hazırladığı “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
əsəri Anarın adını respublikamızda məşhurlaşdıracaq və o, tez-
lik
lə ADR-də öz oxucularını tapacaqdır”(38).
Anarın sayca ikinci və yaradıcılığının son dövr məhsulların-
dan olan “Ağ qoç, qara qoç” romanı ictimai-siyasi mövzuda qə-
ləmə alınmışdır. Əsər “utopik və antiutopik nağıllar” adlandırı-
lan iki hissədən ibarətdir. Ə. Cahangir əsərin Azərbaycan ədə-
biy
yatında utopiya mövzusunda yazılmış ilk əsər olduğunu qeyd
edərək yazır: “Keçid dövrünün başa çatması ilə üst-üstə düşən
“A
ğ qoç, qara qoç” əsəri bütün amansızlığı, qeyri-təbiiliyi ilə,
hətta absurdluğu ilə yeni dünyanı—Yeni Azərbaycanı əks etdi-
rir
. Adından göründüyü kimi, “Ağ qoç, qara qoç”un struktural
əsasında ən qədim nağıllarımızdan olan “Məlikməmmədin” işıq-
lı dünya-qaranlıq dünya, ağ qoç-qara qoç, son nəticədə “Aves-
Dostları ilə paylaş: |