Anar – 75
17
ta”dan gələn xeyir-şər dualizmi, ikili (binar) model du-
rur”(20,11).
Əsər qeyri-adi üslubu, aşıladığı vətən sevgisi, onun
ta
leyindən narahatlıq hissinin yüksək bədii sənətkarlıqla ifadəsi
cəhətindən əvəzsizdir.
Anarın mənəvi-əxlaqi problemləri ən çox qabartdığı əsərlə-
rin
dən biri “Dantenin yubileyi” povestidir. Əsərin qəhrəmanı
Kəbirlinski gənc yaşlarından teatra gəlmiş, uzun illər bu sənətin
məşəqqətlərinə qatlaşmış, teatr sənətinin yüksək tələblərinə ca-
vab verə bilməsə də, ömrünün axırınadək ondan ayrıla bilməmiş
əsl sənət vurğunudur. Səhnəni özünün həyatı sayır, səhnə isə
onu qəbul etmir. Kəbirlinski öz yerində olmayan və yerini itir-
mək təhlükəsinin ağrısını yaşayan obrazdır. O, hər yerdə təhqir,
dan
laq görsə də, heç bir vəchlə teatrdan ayrıla bilmir, bütün bun-
la
rı teatr sənətinin tələb etdiyi qurbanlar kimi qəbul edir. Oxucu
Kəbirlinskini daxilən saf, təmiz bir insan kimi görür. Çünki Kə-
bir
linski paxıl deyil, gənc istedadların teatra gəlməsinə ürəkdən
sevinir, ata-
anası vəfat etmiş Eldarı doğma övladı kimi böyüdüb
boya-
başa çatdırır.
Sonda naqis əxlaqlı Məcidin yersiz hərəkəti ilə qarşılaşsa da,
ye
nə də sınmır, arvadı Həcərin dəstəyi ilə baş verənləri unudur.
Po
vestdə yazıçı həyatın dərin qatlarını və insanın daxili aləmini
da
ha da yaxından görmək və göstərmək imkanını nümayiş etdi-
rir. “Qəhrəmanı duymaq, onun qayğılarını, həyəcanlarını başa
düşmək, qəlbinə yol tapmaq, onunla həssas, səmimi davranmaq
ba
xımından bu nəsrdə yeni mənalı təsiredici cizgilər özünü gös-
tərir. Elə buna görə də Anarın “Dantenin yubileyi” hekayəsi bizi
mü
təəssir edir... Qəhrəmanın canlı və dolğun təsviri maraq do-
ğurur. Feyzulla Kəbirlinski müasir nəsrimizdə sıravi adamların
bəlkə də ən təbii, ən tipik nümunəsi kimi canlıdır... Feyzulla bir
akt
yor kimi istedadsız olsa da, insan kimi onda gözəl keyfiyyət-
lər var və yazıçı bu keyfiyyətləri görməyə bizi çağırır”(47,132).
Anarın maraqlı əsərlərindən biri ilk dəfə 1977-ci ildə “Ulduz”
jur
nalında çap olunan “Əlaqə” povestidir. “Əlaqə” çap olunduğu
ilk dövrlərdən tənqidçilər tərəfindən birmənalı qarşılanmamış,
Aytən Quliyeva
18
onun janrı, üslubu mübahisələrə səbəb olmuşdur. Ə.Hüseynov
məqaləsində həmin tənqidi fikirlərə münasibət bildirir və haqlı
ola
raq yazır: “Bu əsərin “elmi fantastik”, “fantastik”, “elmi şər-
ti-
metofarik” janrda yazıldığını sübüt etməyə çalışanların gətir-
dik
ləri arqumentlər, irəli sürdükləri ehtimallar “yarımçıq əsər”
dam
ğasına urcah olunmuş povestin forma əlamətlərini əvvəlcə-
dən hazırlanmış janr qəlibinə sığışdırmaqdan başqa heç nəyə
xid
mət etmirdi... Orijinal sənətkarın bədii dünyası onun hansısa
qa
nunauyğunluqlara, yaradıcılıq normalarına kor-koranə riayət
et
məsi ilə yox, həyata, ənənəyə, sözün bədii gücünə yeni müna-
si
bəti ilə şərtlənir”(48). Və bu mənada “Əlaqə” bədii xüsusiyyət-
ləri ilə nəinki Anarın öz yaradıcılığında, hətta Azərbaycan nəsri
fonunda öz orijinal
lığını qoruyur.
Povest obrazlar s
isteminin orijinallığı, zaman-məkan ölçüləri-
nin, vəziyyətlərin qeyri-adi xarakteri ilə yazıçının digər qələm
məhsullarından seçilir. Əsərdə yaradılan məkan, hadisələrin axa-
rı o qədər bitkin, təsiredicidir ki, oxucu sanki təsvir olunan və-
ziyy
ətləri bir kino kadrı kimi gözü önündə canlandıra bilir. Bu-
ra
da yazıçının sözün gücü ilə təsvir yaratmaq, obrazların hiss və
həyəcanlarını, daxili dünyalarını açmaq məharəti xüsusi olaraq
diq
qətəlayiqdir. Bu əsəri ilə Anar insanın yaşadığı mühitlə qarşı-
lıqlı əlaqələrinin ahəngdarlığı üçün ünsiyyət tarazlığının vacibli-
yi probleminə toxunur.
Əlaqə, ünsiyyət həyatın, ümumiyyətlə, mövcudluğun ilkin
şərtidir. Əlaqənin mürəkkəbliyi, bu problemə donuq, cansız me-
yarlar
la yanaşmağın nəticələri tələbənin aqibəti fonunda gerçək-
ləşir. Povestin baş qəhrəmanı olan tələbə cəmiyyətdən, ünsiyyət-
dən kənara çəkilmiş bir insandır. Hadisələrə duyğusuz, emosiya-
sız, yalnız soyuq məntiqlə baxmaq onun rahatlığını pozmuş, ən
adi vəziyyətlərdə belə dərkedilməzlik burulğanına salmışdır. Bu-
na görə də o, hər şeydən xoflanır, şübhələnir, müəyyən bir çətin-
lik qarşısında özünü itirir. Tələbənin gördüyü bütün qarabasma-
lar, qeyri-
adi proseslər, əşyalar arasındakı uyğunsuzluqlar onun
in
tellektual tamlığını itirmiş beyninin məhsuludur. Bu qarışıqlı-
Anar – 75
19
ğın əsas səbəbi tələbənin ilk öncə öz daxili ilə ünsiyyətini sah-
ma
na sala bilməməsidir. Bu tipli qəhrəmanlarla biz Anarın son
dövr hekayə yaradıcılığında da rastlaşırıq. Və bu proses bir çox
hal
larda qəhrəmanın məhvinə səbəb olur.
Anarın çoxşaxəli yaradıcılığında dram janrı da özünəməxsus
yer tutur. Onun “Keçən ilin son gecəsi”, “Şəhərin yay günləri”,
“Səhra yuxuları”, “Adamın adamı”, “Yaşıl maşın”, “Evləri kön-
d
ələn yar” əsərləri daşıdığı mənəvi-əxlaqi problemlər baxımın-
dan dövrünün bir çox səciyyəvi cəhətlərini özündə əks etdirir.
Bu əsərlərin hər birində zamanəmiz üçün aktual olan əxlaq, mə-
nəviyyat məsələlərinə rast gəlirik. “Müəllifin nəsr yaradıcılığı
üçün səciyyəvi olan yeniliyə, axtarışlara, tapıntılara meyllilik
onun dramaturgiyasında da aşkar müşahidə olunmaqdadır... Ədi-
bin nəsr əsərləri kimi, dramaturgiyası da gecikmiş, ömrünü bitir-
məkdə olan, ənənəvi mövzularda yazılmamış, əksinə onun qələ-
min
də adi görünə biləcək məsələlər sənətin qeyri-adilik məqa-
mına qaldırılmışdır”(2,493).
Sənətkarın maraqlı dram əsərlərindən biri olan “Şəhərin yay
gün
ləri”ndə mənəvi-əxlaqi problemlərə geniş yer verilmişdir.
Ya
zıçı yaratdığı rəngarəng obrazlar, xarakterlər vasitəsilə cə-
miy
yətimizi təşkil edən müxtəlif fərdlərin iç üzünü açır.
Əsərin əsas qəhrəmanı olan Qiyas Zeynallının simasında əsl
mü
əllim, ziyalı obrazı yaradılmışdır. Sənətkar əsər boyu onu
müx
təlif xarakterli insanlarla qarşılaşdıraraq, müxtəlif hadisələr-
lə üzləşdirir. Bunun vasitəsilə qəhrəmanının daxili aləmindəki
saf
lığı, əqidə bütövlüyünü, gələcəyə, insanlara olan inamını gös-
tərir. Bir çoxlarının adi həyat şəraitlərini dəbdəbə ilə əvəz et-
mək üçün vicdanlarını satmalarına, onlara etibar edilən vəzifə-
lərindən şəxsi mənafelərinə uyğun istifadə etmələrinə baxmaya-
raq, Qiyas
yeganə oğlunun xilası naminə belə haqsızlığa yol ve-
rə bilmir. Müstəntiq Şamxalın oğluna yüksək qiymət verib öz
vəzifə şərəfini itirmir və həyat yoldaşı Dilarəyə bunun səbəbini
ay
dınlaşdıraraq onu qınayanlara ibrət dərsi verir: “Mən bacar-
ma
dım, istədim, amma eləyə bilmədim. Mən o biri uşaqların
Dostları ilə paylaş: |