Anar – 75
5
cılıq üslubu barədə dəyərli elmi mülahizələr söylənilmişdir. Dis-
sertasiy
anın nəticə hissəsi tədqiqatın məzmununu,
magistrin gəl-
diyi q
ənaətləri əks etdirir”.
Pedagogika üzr
ə fəlsəfə doktoru Bilal Həsənlinin magistr işi-
n
ə verdiyi rəy də qənaətbəxşdir. Gənc tədqiqatçının əməyini qiy-
m
ətləndirən müəllif onun Anar yaradıcılığından bəhs edən tədqi-
qat işinin maraq doğurduğunu qeyd edərək fikrini belə əsaslan-
dırır: “Anar müasir Azərbaycan nəsrinin inkişafında böyük rolu
olan sənətkarlardandır. O, ən yeni dövr ədəbiyyatımızın, ədəbi-
b
ədii fikrimizin aparıcı nümayəndələrindən biri olmaqla, yüksək
ideya-b
ədii dəyərə malik roman, povest, hekayələrin müəllifi ki-
mi şöhrət tapmışdır. Bu baxımdan magistr A.Quliyevanın çağ-
daş ədəbiyyatımızın tanınmış nümayəndəsi Anarın hekayələri-
nin tədqiqinə həsr olunmuş tədqiqatı maraq doğurur. İş giriş, iki
fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət-
dir.
Girişdə mövzunun aktuallığı, əhəmiyyəti əsaslandırılmış,
işin strukturu açıqlanmışdır. Magistrlik dissertasiyasında Anarın
lirik heka
yələrinin ideya-mövzu istiqamətləri geniş araşdırılmış,
ədibin ictimai motivli, mənəvi-əxlaqi problemlərə həsr olunmuş
heka
yələri mövzu, ideya-bədii məzmun baxımından təhlil olun-
muşdur. Ədibin yaradıcılığında mühüm yer tutan hekayələrinin
bədii məziyyətləri ətraflı araşdırılmışdır. Anar nəsrinin bədii sə-
nətkarlıq xüsusiyyətlərindən bəhs edən fəsildə yazıçının üslubu-
nun özünəməxsusluğunu şərtləndirən xüsusiyyətlər
konkret nü-
mu
nələr
əsasında tədqiq edilmişdir”.
Anar yaradıcılığından danışan bu əsəri oxuyanda hiss edirsən
ki, müəllif bu mövzunu elə-belə, təsadüfi seçməmişdir. Tədqi-
qatçı Anar yaradıcılığına sevgi ilə yanaşmış, yazıçının yaradıcı-
lığını tamam oxuyub öyrənmişdir. Əsərdə müxtəlif tədqiqatçıla-
rın, alimlərin əsərlərinə müraciət edən gənc tədqiqatçının öz fi-
kir
ləri daha maraqlıdır. Bəzən anlaşılmazlığa yol verilsə də, ya-
Aytən Quliyeva
6
şına görə, Anar yaradıcılığının incə məqamlarını başa düşmək,
əsərlərdəki xırda detalların mahiyyətinə varmaq baxımından Ay-
tənin fikirləri qənaətbəxşdir.
Mən Aytəni hələ Bakı Dövlət Universitetinin filologiya fa-
kül
təsinin tələbəsi olarkən tanımışam. O zaman onun xalq şairi
Qabilin
yaradıcılığından yazdığı bakalavr işi də maraqlı və də-
yərli diplom işlərindən biri idi. Bakalavr pilləsində poeziyamıza,
ma
gistr pilləsində nəsrimizə müraciət etməsi Aytənin bütövlük-
də ədəbiyyata olan marağını göstərir. Ümüd edirik ki, gələcəkdə
gənc tədqiqatçı ədəbiyyatımızın digər sahələrinə də baş vuracaq
və gözəl ədəbiyyatşünas kimi yetişəcəkdir. Aytən qızımıza gələ-
cək tədqiqat işlərində uğurlar arzulayırıq.
Bu il xalq ya
çısı Anarın 75 illik yubileyidir. Bizə elə gəlir ki,
Ay
tən Quliyevanın bu kitabı görkəmli yazıçımızın yubileyinə la-
yiqli
hədiyyə olacaqdır.
SONA XƏYAL
AMEA-
nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun böyük elmi işçisi,
Azərbaycan Yazıçılar Birliyinin
“İRS” komissiyasının sədri
Anar – 75
7
GİRİŞ
Anar
çağdaş Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndə-
lərindəndir. Onun ədəbiyyata gəldiyi 60-cı illər Azərbaycan ədə-
biyya
tında yeni mərhələ kimi dəyərləndirilir. Bu dövrdə ölkədə
ge
dən siyasi proseslər, dəyişmələr nəticə etibarilə ədəbiyyat və
mədəniyyət sahəsində də özünəməxsus yeniləşməyə səbəb olur-
du. Bu yenilik
bütün ədəbiyyatımızı əhatə etsə də, özünü daha
çox nəsr sahəsində büruzə verir, mənəvi-əxlaqi mövzuların ön
plana keç
məsi ilə səciyyələnirdi.
Bu
nəsr ilk növbədə şəxsiyyət, insan haqqında ən vacib mət-
ləbləri ifadə edir. Buna görə də konflikt bilavasitə insan və onun
ta
leyi ilə bağlı məsələlərlə əlaqələndirilir. Şəxsiyyətin taleyinə
maraq Azərbaycan nəsrində heç bir zaman bu qədər ön planda
olma
mışdır. Bu dövrdə adi adamların həyatına, məişətinə maraq
ar
tır, yeni qəhrəman tipi yaranmağa başlayır.
Ziyalı sənətkarımızın yaradıcılığı da bu baxımdan həyatiliyi,
realizm xüsu
siyyətləri ilə tamamilə yenidir. O, ən yeni dövr
Azərbaycan hekayəsinin əsas yaradıcılarından hesab olunur. Sə-
nətkarın ilk hekayələrindən biz onun dahi Mirzə Cəlil üslubun-
dan qidalan
dığının şahidi oluruq. Yazıçı hekayələri vasitəsilə
həyatın müəyyən əhəmiyyətə malik olan hadisələrini qələmə
alır, tipik lövhə, surət yaradır, cəmiyyətin ictimai, mənəvi-əxlaqi
problem
lərinə toxunur.
Anarın hekayələri bədii quruluşu, üslub xüsusiyyətləri, sənət-
kar
lıq səviyyəsi etibarilə də olduqca orijinaldır. Onun hekayələ-
rin
də süjet yığcam, əhvalatlar adi, obrazlar isə sadə adamlardan
iba
rətdir. Lakin bu yığcamlığın, adiliyin yaratdığı həyəcan, nara-