Aytən Quliyeva
8
hat
lıq, sevinc, şadlıq hissi gerçəkliyin səciyyəvi cəhətlərini əks
etdirir.
Beləliklə, bütün bu amillər Anarın hekayə yaradıcılığını mə-
nəvi-əxlaqi problemlər konteksində tədqiqat obyektinə çəkməyə
ki
fayət qədər imkan verir və mövzunun aktuallığını şərtləndirir.
Anar ədəbiyyatdakı ilk addımlarından etibarən tənqid və ədə-
biy
yatşünaslığın diqqətini cəlb etmişdir. Onun yaradıcılığı haq-
qında görkəmli ədəbiyyatşünas və tənqidçilərimizdən Məmməd
Arif,
Qulu Xəlilov, Şamil Salmanov, Yaşar Qarayev, Asif Əfən-
di
yev, Həsən Quliyev, Tofiq Hacıyev, Akif Hüseynov və başqa-
la
rı ədəbi-elmi fikirlərini söyləmişlər. Sabir Bəşirovun “Anar”,
Nurlana
Əliyevanın “Anar şəxsiyyət və sənətkar”, Sevinc Əsgə-
rova
nın “Anarın dili”, Sona Xəyalın “Anlanılmamaq dərdi”, Ni-
za
mi Cəfərovun “Anar”, Rahid Uluselin “Qlobal düşüncə məka-
nında Azərbaycan ədəbiyyatı Anar yaradıcılığı ilə”, Əsəd Ca-
hangirin
“Ağ saç, qara saç”, Gülxani Pənahın “Anar və folklor”,
Bəsti Əlibəylinin “Onuncu portret” kimi kitablarında Anar yara-
dıcılığı monoqrafik araşdırma predmetinə çevrilmişdir.
Sənətkar və onun çoxşaxəli yaradıcılığı haqqında həm Azər-
bayca
nda, həm də Rusiyada, Türkiyədə və Avropanın bir çox öl-
kələrində saysız-hesabsız fikirlər, mülahizələr söylənilib, məqa-
lələr yazılmışdır.
Bu monoqrafiyada
Anarın hekayə yaradıcılığı ilk dəfə olaraq
mənəvi-əxlaqi problemlər kontekstində təhlil edilmişdir. Yazıçı-
nın hekayələri ədəbiyyatşünaslığın və ədəbi tənqidin daim diq-
qət mərkəzində olsa da, indiyə qədər yeni baxış bucağına əsasən
mo
noqrafik araşdırma predmeti olmamışdır. Anarın hekayələ-
rin
də qoyulan mənəvi-əxlaqi problemlər haqqında ilk tədqiqat
işi olan bu kitabda qəhrəmanların keçirdiyi mənəvi təkamül pro-
sesi iz
lənilmişdir. Monoqrafiyada Anarın hekayələrindəki mənə-
vi-
əxlaqi problemlər magistr rakusundan sistemli şəkildə araşdı-
rılmış, mövzu ilə əlaqədar olan elmi ədəbiyyatla qarşılaşdırılmış,
prob
lemin toxunulmamış məqamları üzə çıxarılmışdır.
Tədqiqatın əsasını Anarın yaradıcılığında önəm kəsb edən
Anar – 75
9
“San
dıq hekayələri”, “Keçən ilin son gecəsi”, “Asılqanda işlə-
yən qadının söhbəti”, “Gürcü familiyası”, “Mən, sən, o və tele-
fon”, “Molla Nəsrəddin-66”, “Qırmızı limuzin”, “Vahimə” və s.
he
kayələri təşkil edir.
Monoqraf
iyada qaldırılan problemlərin həlli forma və məz-
mun vəhdəti prinsipi ilə təhlil edilmişdir. Bununla əlaqədar ola-
raq, yeri gəldikcə problemə digər metodların, ədəbi cərəyanların
ya
radıcılıq imkanlarından çıxış edilərək yanaşılmış, çağdaş ədə-
biyyat
şünaslığın ədəbi-elmi fikrinin təcrübəsindən istifadə edil-
mişdir.
Məqsədimiz tədqiqat üçün aktual olan problemin obyektiv el-
mi-
nəzəri təhlilini, analizini vermək, Anarın hekayə yaradıcılığı-
nın ədəbiyyat tariximizdə yerinin, rolunun nədən ibarət olduğu-
nu araşdırmaq və sənətkarın hekayələrində mənəvi-əxlaqi prob-
lem
lərin əhəmiyyəti haqqında fikir formalaşdırmaqdır.
Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin həl-
li vacib hesab edilmişdir: tədqiq edilən problem baxımından el-
mi-
metodik ədəbiyyatı öyrənmək, Anarın hekayə yaradıcılığı
haq
qında ədəbi tənqidin fikirlərini müstəviyə çıxarmaq, onları
qar
şılaşdırmaq, hekayələrin ideya-bədii xüsusiyyətlərini aydın-
laşdırmaq, hekayələrdə obrazın tipik mənəvi düşüncə tərzini təh-
lil obyektinə çevirməklə, mənəvi-əxlaqi problemlərin yazıçının
dün
yagörüşündə xüsusi maraq və məqsəd kəsb etdiyini izah et-
mək, hekayələrin Azərbaycan nəsri tarixində yerini və rolunu
mü
əyyənləşdirmək.
Tədqiqat işindəki təhlil və qənaətlər Anarın hekayə yaradıcı-
lığı ilə maraqlanan oxucular, tədqiqatçılar üçün faydalı ola bilər.
Bu
rada irəli sürülən müddəalar müasir dövr ədəbi prosesinin
axa
rının müəyyən istiqamətdə dərk edilməsi baxımından əhə-
miy
yət kəsb edir. Tədqiqatda irəli sürülən mülahizələr ümum-
təhsil məktəblərinin ədəbiyyat dərslikləri və proqramlarının ha-
zırlanması işində mənbə kimi yararlı ola bilər.
Aytən Quliyeva
10
ANARIN HƏYAT VƏ YARADICILIĞINA
BİR NƏZƏR
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-
dən biri də Anardır. O, ədəbiyyata gəldiyi ilk dövrlərdən əsərləri
ilə oxucuların qəlbində özünə yer tapan, getdikcə püxtələşən qə-
ləmi ilə bu yeri möhkəmləndirən, ədəbiyyat tariximizdə özünə-
məxsus və dəyərli iz qoyan bir sənətkardır. Əsl istedad sahibi ol-
du
ğunu nəsrində, dramaturgiyasında, publisistikasında, kino-
dramatur
giyasında, elmi məqalələrində və lirikasında dönə-dönə
is
batlamış, ədəbiyyatımızda Anar imzasının, Anar möhrünün
xüsusi yeri, möv
qeyi olduğunu təsdiqləmişdir. Yazı mədəniyyə-
ti, dil-üslub k
eyfiyyəti, sənətkarlıq xüsusiyyətləri onun bütün
əsərlərində yüksək səviyyədədir. Anarın şəxsində oxucu mütə-
fəkkir simalı, universal yaradıcılıq qabiliyyətinə malik bir ədiblə
üz
ləşir. Yazıçının yaradıcılığı öz əhatəliliyi, zənginliyi, bədii
siql
əti ilə daim diqqət mərkəzində olmuş, cəmiyyətimizin, de-
mək olar ki, hər bir üzvü tərəfindən sevilmiş, rəğbətlə qarşılan-
mışdır.
Anarın bir yazıçı kimi ilk xoşbəxtliyi ondadır ki, Azərbaycan
xal
qının iki böyük şairi: Rəsul Rza və Nigar Rəfibəyli kimi şəx-
siy
yətlərin müqəddəs sənət ocağında dünyaya göz açmışdır.
Ana
rın atası Rəsul Rza və anası Nigar Rəfibəyli XX yüz il Azər-
baycan
ədəbiyyatı klassikləri sırasına daxil olmuşdur. Görkəmli
şairimiz Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst vəznin ya-
ra
dıcılarından biridir.
Anar Azərbaycanın iki köklü soyunun yetirməsidir. Ana ba-
ba
sı Xudadat bəy Rəfibəyli 1918-1920-ci illərdə fəaliyyət göstə-
Dostları ilə paylaş: |