Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə19/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   15   16   17   18   19   20   21   22   ...   159

Antik dövrdə maşınqayırma 

50 

 

Arximed  İsgəndəriyyədə təhsil aldıqdan sonra Sirakusiyaya yetişmiş 



bir riyaziyyatçı  kimi  qayıdır. Əsasən riyaziyyatla məşğul olan  Arximed 

öz  işlərini  bir  neçə  əlyazmasında  çəmləşdirmişdir.  Onun  “Konoida  və 



sfereoidlər”,  “Spiral  haqqında”,  “Qum  rəqəmləri”,  “Üzən  cisimlər”, 

Kürə  və  silindr”,    “Çevrənin  ölçülməsi”,  “Tarazlıqda  olan  səthlər” 

kimi riyaziyyat haqqındakı elmi əsərləri bizə gəlib çatmışdır. Bunlardan 

yalnız  sonuncu  üç  əsər  indiyə  qədər  orijinal  formada  qalmışdır.  Digər 

əsərlər  müxtəlif  vaxtlarda,  müxtəlif  adamlar  tərəfindən  köçürülüb  və 

izahatlar  əlavə  edildiyindən,  hətta  onların  xronoloji  ardıcıllığını 

müəyyənləşdirmək çətinlik yaradır.      

Arximed  bir  riyaziyyatçı  kimi  fəaliyyət  göstərsə  də,  gündəlik 

problemlərin  həllindən  də  kənarda  qalmamışdır.  Sirakusiyada  yaşayan 

Arximed özünün ilk işlərindən bir neçəsini mexanikaya həsr edir. Lingin 

və  polipastin  işləmə  prinsipi,  vint,  cisimlərin  ağırlıq  mərkəzi  və 

Arximed qanunu  mexanika sahəsində onun etdiyi vacib ixtiralardandır. 

Arximed o dövrün ən məşhur mühəndis və konstruktorlarından sayılırdı. 

Misirdə  olduğu  zaman  tarlaları  suvarmaq  üçün  ixtira  etdiyi  Arximed 

vinti, nizələri, oxları  və mərmiləri uzaq məsafələrə atmaq üçün işlədilən 

katapultlar,  gəmiləri  batırmaq  üçün  kranlar  Arximedin  şöhrətini 

əbədiləşdirən  işlər  olmuşlar. Təəssüflər  olsun  ki,  bu  maşınlar  və  başqa 

ixtiraları  haqqında  Arximed  heç  bir  əlyazma  qoymamışdır.  Plutarx  bu 

haqqda  yazır:”  Arximed  o  qədər  məğrur  idi  ki,  ona  şöhrət  gətirən 

ixtiralar  haqqında  o  heç  bir  əsər  yazmamışdır.”  Buna  baxmayaraq 

Arximedin  “oyunçaqlar”  adlandırdığı  qurğular  böyük  tarixi  ixtiralar 

olduğundan 

onun 


ölümündən 

sonra 


antik 

dövrün 


bir 

çox  


mühəndislərinin  əsərlərində  özünə  yer  tapmışdır.  Bu  maşınların  böyük 

praktiki  əhəmiyyəti  onları  nəsildən-nəsilə  ötürərək  illər  boyu 

yaşatmışdır.  

Arximedin  bir  mühəndis  kimi  etdiyi  ilk  ixtira  lingin  köməyi  ilə 

yüklərin  qaldırılmasında  tətbiq  olunan  qüvvənin  azalması  olmuşdur 

[1.40].  Ondan  əvvəl  də  yüklərin  tərpədilməsində  linglərdən,  onların 

tətbiqinin  mexanizmini  bilmədən istifadə etmişlər. Ancaq  Arximed ilk  



Antik dövrdə maşınqayırma 

51

 

dəfə olaraq lingin işləməsi nəzəriyyəsini işləyərək, tətbiq olunan qüvvə, 



qüvvə  qolu  ilə  qaldırılan  yük  və  yükün  qət  etdiyi  yol  arasındakı 

münasibəti  göstərmişdir.  Tarixə  “qızıl  qol  qaydası”  kimi  düşən  qanun, 

yəni  “qüvvədəki  qazanc  yolda  itirilən  məsafə  ilə  tərs  mütənasibdir” 

kəlamı da Arximedə aiddir.   

Arximedin  dövründə  diyircəkdən  və 

ipdən  istifadə  edərək  yüklərin  qaldırılması 

artıq  məlum  idi.  Bunu  b.e.ə.  970-ci  ilə 

məxsus  olan  Assuriya  relyefində  təsvir 

olunmuş  iplə  diyircəyin  kombinasiyası  da 

göstərir.  Arximed  ilk  dəfə  olaraq  bu 

kombinasiyanı 

məqsədyönlü 

quraraq 

özünün  tapdığı  ling  qanununu  burada  

tətbiq  etmişdir.  Qaldırılan  yükə  tətbiq 

edilən qüvvəni bir neçə dəfə azaltmaq üçün 

o polipast (yun. polypastos, poly - çox, spao 

-  çəkirəm  deməkdir)

 

deyilən  qüvvə  ötürən 



mexanizmi  düzəldir  (şəkil  1.21).    Şəkildən 

göründüyü  kimi,  polipast,  tətbiq  olunan  qüvvə  ilə  qaldırılan  yük 

arasında sadə qaldırıcı diyircəkdən fərqli olaraq, diyircəklər (qasnaqdan) 

blokundan  ibarətdir.  Ardıcıl  olaraq  yük  asılan  kəndirlə  əlaqədə  olan 

qasnaqlar  verilən  yükün  qaldırılmasına  tətbiq  olunan  qüvvəni  bir  neçə 

dəfə  azaltmağa  imkan  verir.  Kəndir  hər  qasnağın  ətrafında  dolandıqca 

qüvvəni  iki  dəfə  azaldır  (şəkil  1.22).  Qanaqların  sayı  artıqca  tətbiq 

olunan qüvvənin qiyməti proporsional olaraq azalır: Qüvvə = Yük/2

n

 (n 



qasnaqların sayıdır). Bu effekt ilk dəfə olaraq Arximed tərəfindən aşkar 

edilib  qaldırıcı  maşınlara  tətbiq  edilmişdir.  Polipastın  ixtirası  o  dövrdə 

maşınların  tətbiqində  atılan  mütərəqqi  addım  idi.  Bu  mexanizm  böyük 

işçi əməyi tələb olunan yerlərdə, tikinti işlərində, gəmilərdə yelkənlərin 

qaldırılmasında geniş istifadə  olunmuşdur. Hal hazırda qaldırıcı kranlar 

da bu mexanizmlə işləyir.  

Plutarx yazır ki, Arximed şah II Heronun xahişi ilə böyük yükü kiçik 

 

Şəkil 1.21. Üç diyircəkli 



 polipast. 


Antik dövrdə maşınqayırma 

52 

  

qüvvə 



ilə 

necə 


hərəkət 

etdirməyi  nümayiş  etdirmək 

üçün  belə  bir  eksperiment 

aparır. O böyük  yük  gəmisini 

kəndir 

vasitəsilə 



kənara 

dartır.  Sonra  gəmini  adamla 

və  yüklə  doldurur.  Dolu 

gəmini  polipastın  köməyi  ilə 

Arximed  asanlıqla  qurudan 

suya  tərəf    çəkir.  Bu  hadisə 

ilə  bağlı  Plutarx  öz  kitabında 

Arximedin  məşhur  kəlamını 



“mənə  dayaq  nöqtəsi  verin, 

mən yer kürəsini tərpədim” yazır.   

Arximed  vintinin  ixtirasını  da  tarixdə  antik  dövrün  məşhur  mühəndisi 

olan Arximedin adı ilə bağlayırlar. Vintin dəqiq tarixi məlum deyil. Belə 

güman  edilir  ki,  insanlar  vintin  formasını  təbiətdən  götürmüşlər. 

Məsələn,  ilbisin  yuvası  və  ya  üzüm  tənəyini  vint  formasına  misal 

göstərmək  olar.  Sonsuz  vintin  tapılmasından  öncə,  insanlar  yükü 

aşağıdan  yuxarıya  hərəkət  etdirmək  üçün  maili  müstəvilərdən  istifadə 

edirdilər.  B.e.ə.  2640-1850-ci  illərdə  Misirdə  piramidaların  tikintisində 

də  bu  mustəvilərdən  istifadə  edilmişdir.  Bunu  tarixi  dəlillər  əsasında 

demək mümkündür [1.41]. Ağac diyircəklər üzərində yerləşdirilmiş ağır 

yüklər  yüzlərlə  insan  tərəfindən  kəndirlərin  köməyi  ilə  yuxarıya 

dartılaraq  bir  nöqtədən  başqa  nöqtəyə  aparılırdı  (şəkil  1.23).  Bu  ona 

dəlalət  edir  ki,  o  dövrdə  misirlilərin  vintin  köməyi  ilə  işləyən  qaldırıcı 

qurğulardan  xəbərləri  olmayıb.  B.e.ə.  384-cü  ildə  Platonun  şagirdi 

Aristotel  öz    “Mexaniki  problemlər”  əsərində  texniki  məsələlərin 

həllində  çarx,  paz,  diyircək,  dişli  çarx,  sürgü  qolu  və  kəlbətindən  

istifadə  edilməsini adi hal  kimi təsvir edir. O öz əsərində  vint  haqqında 

heç  bir  məlumat  vermir.  Arximedin  yaşadığı  dövrdə  isə  vint  artiq 

məlum idi. Ona görə də, vintin yalnız Arximed tərəfindən ixtira edilməsi 

 

Şəkil 1.22. Polipastın effektini göstərən 



sxem. 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə