Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə15/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   11   12   13   14   15   16   17   18   ...   159

Qədim Şərqdə sənətçilik 

38 

 

nikanın yaradılıb inkişaf etdirilməsinə şərait yaratmışdır.  



Qədim  Şərq  mədəniyyətinə  məxsus  olan  alət  və  qurğular  uzun 

müddət  mövcud  istehsal  prosesi  üçün  əsas rol  oynayaraq  yalnız  sənaye 

inqilabından  sonra  aradan  götürülə  bilmişdir.  Metal  emalında  maşınlar 

tətbiq  olunmasa da, müxtəlif alətlərdən  ibarət emalatxana texnologiyası 

mövcud idi. Bundan sonra, maşınların tətbiqinə qədərki inkişaf mövcud 

material və emal üsullarının təkmilləşdirilməsindən ibarət idi.            

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1.15. Misirdə tətbiq olunan kamanla  burğulamanı əks   

etdirən relyef, Tibel Sakkara qəbiri, Misir, b.e.ə. 2650-ci il. 

 

 

 




Antik dövrdə maşınqayırma 

39

 

IV. Antik dövrdə elm və maşınqayırma  

 

Q

ədim  Şərq  sivilizasiyası  özünün  xüsusi  işləmə  prinsipinə  malik 

olan suvarma təsərrüfatı və bürünc metallurgiyası ilə insanların yaratdığı 

ilk  yüksək  mədəniyyət  olmuşdur.  Dəmirin  tapılması  ilə  bağlı  olaraq  bu 

mədəniyyət  filiz  yataqlarına  mənsub  olan  və  metalın  emalını  bacaran  

başqa xalqlara keçməyə başlamışdır.  

B.e.ə.  birinci  minillikdə  yunanlara  hakim  rolunu  oynamaq  nəsib 

olmuşdur.  Uzun  müddət    yunanlar  tarixin  gedişini  müəyyən  etmişlər. 

B.e.ə.  V

ΙΙ

  əsrdə  Yunanıstan  Yaxın  Şərqdə  sivilizasiya  mərkəzi  idi. 



Onlar  finikiyalılardan  əlifbanı  və  gəmilərin  düzəldilməsini,  ərəblərdən 

riyaziyyat  və  heykəltəraşlığı  öyrənmişlər.  Məşhur  yunan  filosofu 

Pifaqor  (yun.  Pythagoras  von  Samos,  b.e.ə.  570

510-ci  illər)



 

o  dövrdə 

uzun  müddət  Misirdə  yaşamış,  ərəb  elmlərinin  sirlərinə  yiyələnərək 

oradan Pifaqor teoremi və rəqəmlər haqqında tilsimkarlığın sirlərini özü 

ilə Yunanıstana gətirmişdir.  

Yunanıstan  antik  dövrdə  əhalisi  az  olan  bir  dövlət  idi.  Onun  əhalisi 

əsasən  kənd  təsərrüfatı  və  balıqçılıqla  məşğul  idi.  Çətin  yaşayış  şəraiti 

çox  vaxt  əhalini  çörək  dalınca  Aralıq  dənizi  hövzəsində  yerləşən 

dövlətlərə  getməyə  məcbur  edirdi.  Bu  ictimai  şərait  yunanların  təbiət 

elmlərinə,  texnikaya  münasibətlərini  dəyişməyə  vadar  etdi.  B.e.ə.  630-

cu  ildə  Aminokl  tərəfindən  hazırlanmış  Triere  gəmisi    Yunanıstan 

dövlətinin  hərbi  qüdrətini  Aralıq  dənizində  artıraraq  ona  bu  hövzədə 

hökmranlıq  etməyə  imkan  vermişdir.  Afina  Aralıq  dənizi  hövzəsində 

sənətkarlıq  mərkəzinə  çevrilmişdi.  Yunanlarda  baş  vermiş  texniki 

inkişaf  əl  əməyinə  olan  ehtiyacı  artırmışdı.  Bu  ehtiyacı  ödəmək  üçün 

başqa ərazilərdən qullar alınaraq Yunanıstana gətirilirdi. Onlara sənət və 

peşə  öyrədilirdi.  Qulların  bu  yolla  yunan  cəmiyyətinə  inteqrasiya 

olunması səbəbləri  Əflatunun (yun. Platon) Kallikles ilə dialoqundan, o 

dövrdə peşəkarlıq işinə az qiymət verilməsi ilə bağlı olduğu məlum olur. 

Ona görə də, sənətkarların yerli adamlardan olmasını Əflatun belə tələb 

edir: “ yerli vətəndaşlar böyük təcrübə tələb edən, kifayət qədər ticarət 



Antik dövrdə maşınqayırma 

40 

 

işlərinə  malikdirlər,  əgər    dövlətin  ümumi  rifahının  yüksək  qalması 

lazımdırsa” belə olmalıdır [1.28].   

O  dövrdə  yunan  cəmiyyəti  tacirlər  və  sənətkarlardan  ibarət  olan 

burjuaziya  cəmiyyəti  idi.  Bu  cəmiyyətdə  insanın  yeri  və  dinə 

münasibətinə baxışlarında bir-birindən fərqlənən ideologiyalara mənsub 

olan  çoxlu  siyasətçilər,  filosoflar  yetişmişlər.  Məşhur  yunan  filosofları 

Protaqor  (yun.  Protagoras),  Sokrat  (yun.  Sokrates),  Anaksaqor  (yun. 



Anaksagoras), Platon ilə bərabər makedoniyalı İsgəndərin müəllimi olan 

Aristotel də yunan dövlətinin inkişafında böyük rol oynamışdır.  

Aristotel  şah  İsgəndərin  elmə  hədsiz  marağından  istifadə  edərək 

tarixdə  ilk  dəfə  ali  məktəb  “Likeyon”un  (yun.  Lykeion) açılmasına  nail 

olmuşdur.  İsgəndərlə  birlikdə  hərbi  yürüşlərdə  iştirak  edən  Kallisfen 

(Aristotelin  qohumu)  tutulmuş  ərazilərdə  araşdırmalar  apararaq,  təbiəti 

təsvir  edir,  torpaqları  ölçür,  heyvanların  qurudulmuş  gövdələrini 

Aristotelə  göndərirdi.  Aristotel  vəfat  etdikdən  sonra  onun  yerini  dostu 

və  hərbi  sərkərdə  Ptolemey  tutur.  Yunan  imperiyası  parçalandıqda 

Ptolomey  (yun.  Klaúdios  Ptolemaíos

)

  Misirdə  qalır  və  İsgəndəriyyədə 



Likeyonun  nümunəsində  yeni  elmi  mərkəzin  əsasını  qoyur.  Bu  məktəb 

“Musey adlanır [1.29]. Museyin binası gözəl mənzərəsi olan bir bağda 

yerləşirdi.  Orada  tələbələr  üçün  auditoriyalar,  müəllimlər  üçün  otaqlar, 

botanika  bağı  və  700  min  əlyazması  olan  məşhur  kitabxana  yerləşirdi. 

Musey dövlət tərəfindən maliyyələşdirilən tarixdə ilk elmi mərkəz olub. 

Bu  model  hələ    o  vaxt    göstərmişdir  ki,  elmin  yaranması  və  inkişafı 

investisiyadan  birbaşa  asılıdır.  Musey  məktəbinin  açılması  antik  dövr 

elminin  yaranmasının    başlanğıcı  hesab  edilə  bilər.  Museyin  baş 

çoğrafiyaçısı  Eratosfen  (yun.  Eratosthenes

)

    ilk  dəfə  olaraq  müxtəlif 

nöqtələrin  coğrafi  enini  ölçərək  yerin  meridianının  uzunluğunu 

hesablamış  və  ilk  dəfə  olaraq  yerin  kürə  formasında  olması  haqqında 

fikir  söyləmişdir.  Bu  məktəbin  yetişməsi  olan  Evklid    həndəsənin 

əsasını  qoymuşdur.  O,  elmi  mülahizələrin  sərt  sübutlar  üzərində 

aparılmasının  yaradıcısı  kimi  tarixdə  ad  qoymuşdur.  Hətta  Ptolomey 

ondan  sübutlarsız  keçinməyi  xahiş  edəndə  o cavab vermişdir: “Riya- 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə