Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə51/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

Düyü yeməkləri



Düyüdən bişirilən çörəklər: lökü və çəngülüdür. Bunnar süddə bişirilir. Çəngülü düyü ununu südlə qarışdırıb sac üzə­rin­də bişirilir. Lökü çörəyinin xamırı südlə yoğrulur. Sonar lö­­künün bişiriləcəyi tavanın içinə yağ çəkilir. Xəmir yumru­lanıb tavaya qoyulur, çörəyin xəmiri barmaqla deşilib, yerinə yaq qoyulur. Tavanın üstünə sac qoyulur. Tavanın həm altı, həm də üsdü odla qalanır. Lökü həm altdan, həm də üstdən bişir. Lökünün xəmirinə bir az da şirni qatılır.

Bicar mahnıları



İstil üsdü miyanə,

Gül sünbülə dayanə.

Oxu bülbülüm, oxu

Bəlkə yarım oyanə.
Su ilanı oleydim,

Ləkdən, ləkə doleydim.

Qardaş əkən çəltiyin

Sünbülü mən oleydim.
Çəltih əkdim daşanda

Sünbül onda, baş onda.

Qardaş bir qız gətirib

Qələm onda, qaş onda.
Evlərinin dalında

Mən durdum kollarında

Bir cüt bəzmənd oleydim

Qardaşın qollarında.
* * *

Cənub zonasında XIX yüzilin sonlarından başlayaraq düyü əkini yayqınlaşmağa başladı ki, bu da XX yüzilin 60-cı il­lərinə qədər davam etdi. El arasında çəltih adı verilən bu əkin prosesi bicar adlanırdı. Bicar işi əsasən qadınlar tərə­fin­dən görülürdü. Halay mahnılarının bir qismi də bicar zamanı oxunurdu. Bundan başqa müstəqil bicar mahnıları da vardı. Bunu keçən əsrin 40-cı illərində Kazım Aslanlı toplamış və Ərtoğrol Cavidin sonradan çıxan kitabında nəşr edilmişdir.


Əsmə, sabah yelləri



Əsmə, sabah yelləri, hay!

Tökmə qızıl gülləri, gülləri

(Döndərmə)
Əsəydim, əsdirəydim, hay!

Yolunu kəsdırəydim

Könlünün güllərini, hay!

Könlümdə basdıraydım.

(Döndərmə)
Dağlarda tək gəzərəm, hay!

Yarı göyçək gəzərəm.

Qaraqaş, qaragözlü, hay!

Qara birçək gəzərəm.

(Döndərmə)

Meşələrə meh gələr.

Yarpağlara şeh gələr.

Sevişən dodağlara

Öpüş kimi beh gələr.

(Döndərmə)
Qərənfilin rəngiyəm, hay!

Gözəllərin bəngiyəm.

İsdərəm yar bez alsın, hay!

Atlas kimi mən giyəm.

(Döndərmə)
Bulağdan dər yarpızı hay!

Dam üsdə sər yarpızı.

Mən qara gözlünü at, hay!

Sev sən o kürən qızı.

(Döndərmə )
Dağlarda sünbül olar, hay!

Sünbül olar, gül olar,

Göyçəyin seçib sevən, hay!

Göz olmaz, könül olar.

(Döndərmə)
Çöllərdən dərə-dərə, hay!

Sorağ ver lalələrə.

İki dünya bir olur

Qızlar gedəndə ərə.

(Döndərmə)

Qara atın yelini, hay!

Keçmə Kürün selini, hay!

Atam sənə qız verməz, hay!

Töhmə atan elini.

(Döndərmə )
Gəldi lək üsdə durdu,

Əlin belinə vurdu.

Naharsız yola saldım

Sarfa başına vurdu.

(Döndərmə)
Lənkərana at gedər, hay!

At gedər, xalat gedər.

Dostlarıma muştuluq

Yargilə sovqat gedər.

(Döndərmə)
Göydən gedən quşa bax,

Qanadı gümüşə bax

Kolxozun bicarında,

Maşında durmuşa bax.

(Döndərmə)
Noleydı, a, noleydim, hay!

Mən bağçozə doleydim.

Göydən gedən oğlanın, hay!

Adaxlısı oleydim.

(Döndərmə)

Duman aldı dağları, hay!

Çən bürüdü bağları.

Kolxozun bicarında, hay!

Görüb sevmişəm yarı.

(Döndərmə )
Bulut göyə ucalır, hay!

Əkinə söhbət salır.

Sağ olsun Stalini, hay!

O qaydımıza qalır.

(Döndərmə )
Hörühdə, saçda gedən, hay!

Qələmdə, qaşda gedən,

Yarilə işdə mənəm, hay!

Yarışda başda gedən.

(Döndərmə )

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə