Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə52/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   49   50   51   52   53   54   55   56   57

Əs, ay giləvar, giləvar



Əs, ay giləvar, giləvar,

Ay, xoş giləvar, giləvar

(Döndərmə)
Mirzə qardaş seyrə çıxıb, əs, ay giləvar, giləvar.

Yarı vurub isdi yıxıb, əs, ay giləvar, giləvar.

Sular gəlib bənddən axıb, əs, ay giləvar, giləvar.

(Döndərmə)
Ay bu yerlər sərin yerlər, əs, ay giləvar, giləvar

Ay boy verməz dərin yerlər, əs, ay giləvar, giləvar

Ay gətir xəbərin yellər, əs ay giləvar, giləvar.

(Döndərmə)
Ay saçların tel-tel olub, əs ay giləvar, giləvar.

Ay düşüb boynuna dolub, əs ay giləvar, giləvar

Ay toyumuz bir il olub, əs, ay giləvar, giləvar.

(Döndərmə)
Ay üç ay keçib aradan, əs, ay giləvar, giləvar.

Ay sənnən olsun Yaradan, əs, ay giləvar, giləvar.

Ay sorağ ver mənə yardan, əs, ay giləvar, giləvar.

(Döndərmə)
Ay barmağın gümüşdədir, əs, ay giləvar, giləvar.

Ay zərgarlar hörmüşdədir, əs, ay giləvar, giləvar.

Ay isdidir, yar işdədir.

(Döndərmə)
Çıxartmışam çuxasını, əs, ay giləvar, giləvar.

Tər isdadıb arxasını, əs, ay giləvar, giləvar.
Mən açmışam yaxasını.

(Döndərmə )
Heyva, narın iyi gəlir, əs, ay giləvar, giləvar.

Güldən xarın iyi gəlir, əs, ay giləvar, giləvar.

Sənnən yarın iyi gəlir.

(Döndərmə)

De əvvəl hürmət yarıma, əs, ay giləvar, giləvar.

Apar müzəmmət yarıma, əs, ay giləvar, giləvar.

Yetirsən töhmət yarıma.

(Döndərmə )
Deyinən o neyçin atdı, əs, ay giləvar, giləvar.

Qaragöz yar dərdə batdı, əs, ay giləvar, giləvar.

Bəfasız bəfasın satdı.

(Döndərmə)
Ay bicarda maşın işlər, əs, ay giləvar, giləvar.

Ay üsdündə laçın işlər, əs, ay giləvar, giləvar.

Ay dağıdıb siçan işlər.

(Döndərmə)
Ay bu yerlər kolxoz yeri, əs ay giləvar, giləvar

Ay işdədir traxtoru, əs ay giləvar, giləvar

Ay xoşhalla əziz yarı

(Döndərmə)
Ay bicarda nişan düşüb, əs, ay giləvar, giləvar.

Ay mərzdən bağa sürüşüb, əs, ay giləvar, giləvar.

Ay tumçara yarım düşüb.

(Döndərmə )
Ay işlərəm yarış ilə, əs ay giləvar, giləvar .

Ay ölçərəm qarış ilə, əs ay giləvar, giləvar.

Ay məətəldir yar iş ilə.

(Döndərmə)

Dənbəlovda yar ovdadır, əs, ay giləvar, giləvar.

Atı düzdə, buxovdadır, əs, ay giləvar, giləvar.

Qırqovul qoşa novdadır.

(Döndərmə)

Yar axşamın çağları



Gələr naçar üsdünə

Bizim bicar üsdünə

Əyilər işləməyə

Quşlar uçar üsdünə.

Yar axşamın çağları.

(Döndərmə)
Qolumda qolbağları.

(Döndərmə)
Əlində bel su alar,

Göyərən ləkə salar.
Şarıltının səsinə

Özü də heyran qalar.

(Döndərmə)
Arxları qazıb durar,

Şitillərə bənd vurar.

Sümbül açan ləklərdə,

Külafırəngə qurar.

(Döndərmə)

Yarımdır dədəm, nənəm.

Mənə neylər dərdi-qəm?

Yanımda şüşə ləkdə

Bir ağız diyər hərdəm.

(Döndərmə)
Könlüm həvəslənəndə,

Həvəslənərəm mən də,

Əlində soğatınan,

Lək üsdə görünəndə.

(Döndərmə)
Bicara yar çıxanda,

Döşümə gül taxanda,

Gizlənər qız, gəlinnən

Mənə narın baxanda.

(Döndərmə)

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə