Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə54/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   49   50   51   52   53   54   55   56   57

Söyləyicilər:


Əleydər Məlikov, doğum tarixi 1933, təhsili yoxdur, Hacı­təpə kəndi

Fizzə Abdullayeva, doğum tarixi 1935, təhsili 7 illik, Hacı­təpə kəndi

Kinəvəz Məmmədova, 84 yaş, təhsili yoxdur, Mololon kəndi

Musarza Mirzəyev, doğum tarixi 1958, təhsili ali, Mahmu­davar kəndi

Kazım Aslanlı. Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid. Bakı, 2012

Nurməmməd Ağa. Boradigah. Bakı, Təhsil,1992

Nurməmməd Ağa. Boradigahım mənim, Bakı, Elm və təhsil, 1997

Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi

Ulduzxan Mirzəyev, doğum tarixi, təhsili ali, Masallı şəhəri

Toplayıcı:


Füzuli Bayat

22. LAYLALAR və NAZLAMALAR



Laylay dedim, can dedim,

Yuxudan oyan, dedim.

Sən yuxudan duranda,

Canımı qurban dedim.
Laylayı dərin balam,

Yuxusu sərin balam.

Allahdan əhdim budur,

Toyunu görüm, balam.
Laylay dedim yatıncan,

Gözdərəm ay batıncan.

Canım lərzəyə gələr,

Sən yuxuya yatıncan.
Laylay çallam yatasan,

Qızılgülə batasan.

Qızılgüllər içində,

Şirin yuxu tapasan.
Laylay balam, a laylay,

Körpə balam, a laylay.
Laylay, balam, laylay,

Güllü balam, laylay.

Sən get yuxuya,
Mən qalım keşigündə,

Laylay, balam, laylay.

* * *


Balama qurban alçalar,

Balam nə vaxt əl çalar?
Balama qurban ilannar,

Balam nə vaxt dil annar?
Balama qurban quzular,

Balam nə vaxt düz oynar?
Bala, bala, bal dadır.

Bala adam aldadır.

Şirini şirin olur

Acısı da bal dadır.

Söyləyicilər:


Fizzə Abdullayeva, doğum tarixi 1935, təhsili 7 illik, Hacı­təpə kəndi

Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Sə­mid­xan kəndi

Toplayıcılar:


Füzuli Bayat

Çiçək Əfəndiyeva


23. UŞAQ FOLKLORU



Keçmiş uşaq nəğməsi
Sağsağan, ay sağsağan,

Ağacımı dəlmə, aman.

Ağacım mənə yarpaq verər,

Yarpağı verrəm qoça,

Qoç mənə quyruq verər.

Quyruğu verrəm nənəmə

Kökə verər nənəm mənə.

Kökəni verrəm mollaya,

Molla mənə dərs verər.

Dərsi verrəm Allaha,

Allah mənə ömür verər.

Qarılara ölüm verər,

Gəlinlərə toyuq verər.

Söyləyici:


Kazım Aslanlı. Azərbaycanın adət-ənənələri və Ərtoğrol Ca­vid. Bakı, 2012

Toplayıcı:


Füzuli Bayat
24. OXŞAMALAR (AĞILAR)
Açın bu pəncərəni,

Gözüm görsün gələni.

Necə qəbrə qoyarlar

Belə cavan öləni?



Kərbəlada gül ağlar,

Gül ağlar, bülbül ağlar.

Belə igidi ölən,

Tökər başa kül, ağlar.
Mən aşıq həşəm oldu,

Soldu gül, həşəm oldu.

Mən hec ağlamamışdım,

Ağlamaq peşəm oldu.
Alçalar, ay alçalar,

Yarpağı yaşıl çalar.

Matəmimə dosd ağlar,

Düşmən gülüb, əl calar.
Bicardə çəltih əkdim,

Cəfasını təh çəhdim.

Barını dərən yerdə,

Gözümnən qan-yaş tökdum.
Mən aşıq orağımı,

Qırdılar yarağımı.

Fələyin yurdu batsın,

Söndürdü çırağımı.
Mən aşiqəm, dilə gəl,

Su iç, İstilə gəl.

Göz yaşım, bir rəhm elə,

Gözdən gilə-gilə gəl.
Mən aşiqəm, ay ana,

Dərdimi gəl say, ana.

Çalmış imişsən mənə,

Nə yaman laylay, ana.
Əzzinəm, adın qaldı,

Uçdun, qanadın qaldı.

Sən səfərə çıxırdın,

Yəhərli atın qaldı.
Mən aşiq, qızılquşa,

Bənzərdin qızılquşa.

Əlimizdən nə gələr,

Fələklə vurulmuşa.
Mən aşiq, canım, oğul,

Dinim, imanım, oğul.

Məni neyçin tək qoydun?

Bircə gümanım, oğul.

Əzizinəm, Dənbəlova,

Yön alardım mən ova.

Vuruldu qızılquşum,

İndi də düşdüm lova.
Dənbəlovda ağlaram,

Hər daşımı dağlaram.

İnanma bu xəzandan,

Bir də mən yarpaqlaram.
Mən aşiq, Viləşdənəm,

Viləşin suyu mənəm.

Dostum, yaman günümdür,

Harayıma gəlsənəm.
Mən aşiq başın, ördək,

Yaşıldır başın, ördək.

Həmişə cüt gəzərdin,

Hanı yöldaşın, ördək?
Əzizinəm, Savalandı,

Soltandı, Savalandı.

Nə dərdimə dərman var,

Nə yaram sağalandı.
Mən aşıqam dağlara,

Dağlar hara, yar hara?

Bağlar xaraba qalıb,

Bülbül düşüb avara.

Mən aşıq, kəndə gəldim,

Bağ güllənəndə gəldim.

Aslan balaaz ölübdür,

Eşitdim mən də gəldim.
Mən aşıq, ovlu gəldim,

Əlləri dovlu gəldim.

Baş sağlığı verməyə,

Mən başı lovlu gəldim.
Mən aşıq, daşdı gəldim,

Çayları daşdı, gəldim.

Ürəyi dəlih-dəlih,

Gözləri yaşdı gəldim.
Mən aşıq, arxa gəldim,

Hey baxa-baxa gəldim.

Zarıncı səs eşitdim,

Çəkilən aha gəldim.
Mən aşıq, genə gəldim,

Köhnə dinimə gəldim.

Hanı o ceyran balam?

Mən görüşünə gəldim.
Mən aşıq, sona gəldim,

Sona boyuna gəldim.

Toyu yasına dönən,

Nakam toyuna gəldim.

Mən aşıq, elə gəldim,

Kafərdim, yola gəldim.

Dağlandım ürəyimnən,

Yanqılı dilə gəldim.
Balam, hey...
Heç dünyadan yarımayan, balam, hey, balam, hey,

Gün görməyib gül tək solan hey, balam hey,

Arzusu ürəhdə qalan hey, balam, hey,

Toy məclisi yası olan hey, balam, hey,

Ay aman, öldüm ah-ah-ah-ah-ah.

Uzun boylu, qara gözlü, balam, hey, balam, hey,

Döşü dolu, şirin sözlü hey, balam, hey,

Min bir yaraşıqlı, nazlı hey, balam, hey,

Açıq ürək, güləş üzlü hey, balam, hey,

Ay aman, öldüm ah-ah-ah-ah-ah.

Kəhər atı kişnər qalan, balam hey, balam, hey,

İgidlikdə baş, ad alan hey, balam, hey,

Tazaca yetişən cavan hey, balam hey,

Adı qalan, özü yalan, balam hey, balam hey,

Ay aman, öldüm ah-ah-ah-ah-ah.

Düdimanlarımın varı, balam hey, balam, hey,

Anamın bircə madarı hey, balam, hey,

Anasının belin qıran hey, balam, hey,

Gözü yolda qoyan yarı hey, balam, hey,

Ay aman, öldüm ah-ah-ah-ah-ah.

Sənnən sonra geymərəm ağ, balam hey, balam, hey,

Qapımı kimlər açacax hey, balam, hey,

Neylirdim dünya malını hey, balam, hey,

Kaşki canın olaydı sağ hey, balam, hey,

Ay aman, öldüm ah-ah-ah-ah-ah.

Sənnən sonra üzüm gülməz, balam, hey, balam, hey,

Günüm çıxmaz, gözüm görməz hey, balam, hey,

Sən söndürdün çırağımı hey, balam, hey,

Sənin dadını heç kim verməz,

Ay aman, öldüm ah-ah-ah-ah-ah.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə