Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə48/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

Bu da belə qalmaz



Bir tacir olur, bunun başqa bir kəndtə bi kasıb dostu olur. Bu dost çox kasıb, ama düzgün bir adam olur, özü də ço­ban olur, elə aldığı muzdla yarı ac, yarı tox güzəranını keçirir.

Günnərin bi günü tacir alverdən gəlir, yolüstü dostuna baş çəkir, deyir ki:

– Ay dost, bu həyat nədir yaşıyırsan? Bu nə güzarandı?

Dostu deer:

– Qardaş, bu da belə qalmaz.

Günnər keçir, aylar ötür, bu tacirin yenə yolu düşür həmin kətdən. Gələndə deer, gedim dostuma dəyim, görüm gü­nü-güzəranı necədi. O yoldan keçəndə görür ki, çobanın evi dağılıbdı. Soruşur qonşularınnan ki, ay qonşular, bəs burda bir çoban olurdu o, hanı, hara getdi?

Deellər:

– Bəs, bu çoban boyük bir insan olub artığ, onun evi odu ye, orda.

Gəlir qapını döyür, qapıçılar açıllar.

Deer:

– Mənə çoban lazımdı, filankəs.

Deellər:

– Yoo, buraxmaruğ səni.

Deer:

– Mən axı onun dostuyam, çağırun deyün ki, dostun gəlib.

Nəisə xəbər verillər, bunu gətirillər içəri, gəlir. Dos­tun­nan görüşür. Oturullar, ordan, burdan söbət eliyillər, tacir deyir:

Ay çoban, necə oldu sən birdən birə qalxdun? Belə dölətdəndün?

Çoban deer:

– Qardaş, soruşma, bu da belə qalmaz.

Tacir yenə bir şey başa düşmür, bunun sözünü annamır. Yeyillər-içillər. Bu, çıxır gedir.

Bi müddət keçənnən sora tacirin yenə burdan yolu dü­şən­də, yenə dostunu yoxlamağ istiyir, deyir gedim ona dəyim, görüm nətərdi.

Gəlir onun evinə, buraxmıllar, deellər:

– Çoban ölüb. İndi burda başqası olur.

Soruşur harda basdırıblar.

Deelər:

– Orda.

Gəlir qəbirsannığa baxır, görür onun başdaşında yazılıb ”Bu da belə qalmaz”. Bu, yenə bir şey başa düşmür. Nəisə, ağlayır, Yasinin oxuyur, gedir.

İllər keçir, yenə yolu düşür həmin məskənnən, yurddan. Deer ki, gedim dostumun məzarını ziyarət eliyim. Gəlir, görür ki, qəbirsannığı su basıb, məzar nə gəzir, zad nə gəzir. Onda başa düşür ki, heç nə əbədi deyil, heç bi şey belə qalmaz.

Sülhü bərpa edən yalan



Bi padşah qəzəblənib bi cavanı gətirdi ki, boğazinə ip keçürtsünlər. O cavan ağzinə gələni padşaha və namusinə de­di. Şah da eşidirdi. Soruşdi birinci vəzirindən:

– Birinci vəzir, o cavən nə dedi?

Vəzir deyir:

– Şah sağ olsun, sənə öz təşəkkürünü bildirir. Diyir ki, sağ olsun padşah, mənim bu cəzayə, boğazdan asılmayə lə­yaqətim var.

Şah dedi:

– İkinci vəzir, bu birinci vəzir düz diyir?

Dedi:

– Şah sağ olsun. Siz özüz də eşidirdiz, bu cavan sizin namusizə qədər söydi.

Şah dedi:

– İpi gətirün, keçirdün ikinci vəzirin boyninə. Qoy ca­van azad olsun! Xoş olsun o şəxsə ki, yalan danışər, sülhü bər­pa eylər. Vay olsun o şəxsə düz danışər, fitnə-fəsadı ar­tırar!


Nuh Peyğəmbər



Nuh Peyğəmbər ikimin beş yüz il ömür elədi. Xalqını Al­lahın birliginə dəvət elədi. Camaat Allaha inanmırdı. Al­lahın birliginə dəvət elədi, xalq da baxmadı ona. Axırda Al­lahdan olara bəla istədi. Allah da dedi:

– Bir gəmi qayır!

Nuh gəmini qayırdı bir neçə ilə. Qayırandan sonra Allah dedi:

– Yığ sənə inanan adamlarını o gəmiyə.

Üç mərtəbə gəmi idi. Quşlardan da götürdü, heyvan­lar­dan da, adamlardan da. Nə qədər imana gəlmişdi, bu adaml­ar­dan götürdü yuxarı mərtəbəyə. Götürəndən sonra Allah dün­ya­nı basdı suya. Dünya bütöy suyun altında qaldı. Gəmi­yə min­dilər. Həzrəti Nuhun oğlu da var idi. Oğlu da iman gətir­mədi, oğlu da inanmırdı atasına. Sam adında oğlu var idi.

Dedi:

– Oğul! Allaha inanginan! Gəl min bu gəmiyə, su səni boğar!

Oğlu cavab verdi:

– Su çoxalanda gedib çıxaram o dağın üstünə.

Dedi:

– Oğul! O dağı da basacaq su.

Dedi:

– Su dağa çıxmaz!

Oğlu gördü ki, su qalxdı dağa tərəf, su qalxdı qıçına tə­rəf çatdı. Çağırdı atasını ki, ölüm yaman şeydi axı, atasını ça­ğırdı, gəl. Atası qayıtmaq istədi ki, onu götürsün, övlad şirindi axı. Allahdan nida gəldi. Qayıtma! O sənə iman gətirmədi!

Nuh qayıtmadı Allahın qorxusundan. Oğlunu da su basdı öldürdü. Gəmiyə minənlər salamat qaldı.

Bundan sonra gəmi Cuda deyilən yer vardı, gəldi ora çıxdı. Ondan sonra nəsil hamı ondan artdı. Dünyanın hamısı qırılmışdı. Millətlərin hamısı. Adam qalmamışdı. Neçə adam orda vardısa, o adamlardan nəsil artdı.

İmam Hüseyn



İmam Hüseyin buların içərisində ən cəsarətlisi olubdu. O, məsələn Yezidə tabe olmuyub. Ona biyət eləmiyib. Biyət elə­seydi, onu öldürməzdilər. Nəyin ki, özünü bütün qohum-əqrəbalarını əsir götürməzdilər. Özünü öldürüblər, qardaşı Əbül­fəzi öldürüblər. Kişi tayfasında bir dənə İmam Zeynə­lab­dın qalıb. Onnan başqa bütün kişiləri öldürüblər, o da şikəst olub. Qadınları, uşaqlara əsir götürüb aparıblar Şəmə. Şəm – indiki Dəməşqə də, Yezidin hakimiyyəti olan yerə. O, cəsur­luğ nümunəsi göstəribdi, ona görə də bütün dünya onu təsdiq eliyir ki, həqiqətən o, cəsarətli adam olubdu. Ümumiyyətlə, müsəlmançılığın inkişaf elətdirilməsində onun xidməti çox böyük olubdu. Əbilfəzin özü də bir pəhləvan ki­mi cəsur şəx­siy­yət kimi təbliğ olunur ədəbiyyatda. Camaat pirə gedildi. Qadağan elədilər amma uşağ, böyüh indi də ge­dir­lər. Mürsəl ocağı indi də məhşurdu. Xəstə olanda gedir, qızdar da gedir, oğlannar da gedir. Sevib sevilməh üçün görüşə də gedillər. İmamların müsibətini yad etmək üçün gedillər.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə