www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
15
Sonadək bu dünyanın
SavaĢına varmısan?
Üzü soyuq qıĢına,
YağıĢına varmısan?
Yolların sınağına
Çəkilməyə varmısan?
Mənimlə bir yaĢayıb...
Bir ölməyə varmısan?
Söylə...tale qatarı...
Mənimlə bir varmısan?
Bircə an düĢündünsə,
Demək ki,Ģübhəlisən,
Keç get,tale qatarı...
*****
DƏRBƏND...
Dəmir qapılarını
Yuxum açıb haçansa...
DaĢ olmuĢ yaddaĢından
Ruhum uçub haçansa...
Nağılımda gəzmiĢəm qala divarlarını...
Dədəm Qorqud qopuzla igidləri
öyəndə
Qızını,gəlinini,
Çiçəyini ,suyunu söz ilə bəzəyəndə...
Bəndlər kəsib aranı...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
16
Zaman keçib, çarx dönüb
Dağlar yadda saxlayıb
Igidlərin igidi,ər Qaraca Çobanı...
Sürüsündən yağıya bircə baĢ da
verməyən,
Yurdundan ,torpağından bircə daĢ da
verməyən,
Var üçün, Ģöhrət üçün düĢmənə baĢ
əyməyən,
Kafərlə savaĢında cüt qardaĢ Ģəhid
verən...
Yurd üçün Qazan xanla qol-qola qılınc
vuran...
Tariximin Ģərəfi həkk olunub sinənə...
Qürurla bax sabaha...fəxrlə dön
...dünənə...
BaĢını uca saxla dağlar tək...məğrur
Dərbənd!
Səndə Qorqud ruhu var...
Övladları mərd Dərbənd!
Müqəddəs iĢıq kimi ...müqəddəs bir nur
kimi
Sən vətən qoxulusan...
Sən Bakı qoxulusan...sənTəbriz
qoxulusan...
Sən ana qoxulusan...sən ata qoxulusan...
Əbədi sevgi kimi
Dərbənd, Qorqud ruhlusan!
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
17
Payız...
Payız yuxusuna dalır təbiət...
Göylər yüngülləĢir...
Torpaq dincəlir...
Biri –birini qovan günlərin
Dalınca sürünən yorğunluq gəlir...
YağıĢlar danıĢır bulud dərdini...
Dəniz duyğulanır yağıĢ səsindən...
Kədərli bir
nəğmə çökür duman tək
Dünyanın hansısa qərib üzündən...
Əlləri titrəyir...uzanan vaxtın...
Qəlbi saplağından alıb üzüncə...
Saralan hər ömrün...solan hər anın
Dönüb arxasınca baxır gizlicə...
Son bahar... çırpınır təzad içində...
Ayrılan yolların izi göynəyir...
Hər solan yarpağın ...otun yerində...
Qaralan ocağın közü göynərir...
Budaqlar baĢ-baĢa verib uyuyur...
Nağıl havasına köklənir gecə...
Kiminsə yuxusu çəkilir göyə...
Payız həsrətində təklənir gecə...