MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
12 
12 
 
İnformasiya savaşına kulturoloji 
yanaşma... 
 
 
Son illər bütün dünyada informasiya savaşı, eləcə də ideoloji 
mübarizəylə  bağlı  müxtəlif  beyin  mərkəzlərinin,  analitik-
informasiya  qruplarının,  eləcə  də  ekspertlərin  fikir  və 
təklifləri,  araşdırmaları,  cəmiyyətə,  beynəlxalq  ictimaiyyətə 
yönəli  açıq,  eyni  zamanda  şifrəli  mesajlarının  şahidi  oluruq. 
Qonşu  Ermənistan  tərəfindən  Qarabağ  probleminə,  regional 
münaqişə  və  müharibəyə  cəlb  olunmuş  Azərbaycan  da  bu 
mənada  çox  mürəkkəb  proseslərin  içindədir.  İKT  və  sosial 
şəbəkələrin  günü-gündən  gücləndiyi  bir  vaxtda  informasiya 
cəmiyyətinin,  virtual  aləmin  formalaşdığı  zamanda  ideoloji-
informatik  cəbhədə  yeni-yeni  fikir  –  PR  texnologiyalarından 
bəhrələnənlər,  -  daxili  və  xarici  qüvvələr,  güc-beyin 
mərkəzləri,  ayrı-ayrı  ―ekspert‖lər,  -  imkan  düşdükcə 
ölkəmizin ictimai-sosial düşüncəsində ―təxribat‖lar törətməyə 
çalışırlar.  Yay  aylarında  Qarabağda,  eləcə  də  Azərbaycan-
Ermənistan sərhədlərində baş verən məlum olaylar zamanı bu 
informasiya  savaşının  zərəli  təsirini  yeni  media  –  sosial 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
13 
13 
13 
şəbəkələrlə yanaşı, hətta ənənəvi mətbuat – yazılı və elektron 
KİV-də də şahidi olduq. 
İdeoloji-informativ  savaş  məsələsi,  fikrimcə,  çox  ciddi 
intellektual-kulturoloji  proqram  şəklində, dövlət qurumları  və 
rəsmi  orqanların,  beyin  mərkəzlərinin,  yaradıcı  təşkilatların, 
analitik  qrupların,  ayrı-ayrı  fərdlərin,  QHT-lərin,  düşünən 
bütün insanlarımızın, o cümlədən 50 milyonluq soydaşımızın 
da hansı işlər görəcəyini nəzərə almaqla, ciddi bir konsepsiya 
formasına  salınmalı,  xüsusi  bəndləri  olan  çoxillik  sənəd 
şəklində  araya-ərsəyə  gətirilməsinin  zamanı  çıxdan  çatıb.  
Ermənistanla  aparılan  informasiya  savaşı  davamlı  bir  proses 
kimi inkişaf etdiyindən bu sahədə bütün cəmiyyətimizin daim 
aktiv və məlumatlı olması vacibdir. Bu baxımdan cəmiyyətin 
müxtəlif  təbəqələri  sözügedən  məsələdə  intensiv  olaraq 
təşəbbüslərlə  çıxış  etməlidir.  Sohbət  daha  çox  ideoloji-
informatik  mübarizədən  getsə də,  analitiklər, aidiyyəti dövlət 
qurumların  rəsmiləri  bu  sahədə  lazımi  məlumatlar,  bilgilər 
götürməli,  analizlər  aparmalı,  uyğun  qərarlar  qəbul 
etməlidirlər. 
O  da  bəllidir  ki,  son  dövrlərdə  bu  məsələdə  ermənilərə  qarşı 
daha  uğurla  mübarizə  aparmağa  başlamışıq. Artıq  qonşu 
ölkənin 
dövlət, 
siyasi 
və 
ictimai 
xadimləri 
bu 
məğlubiyyətlərini  boyunlarına  alır,  Azərbaycan  tərəfinin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
14 
14 
çoxistiqamətli  qlobal  siyasi-informativ  uğurlarından  nəticə 
çıxarmağın 
zamanı 
yetdiyini 
dilə 
gətirirlər. 
Bununla  belə,  qeyd  etdiyim  kimi  ki,  informasiya  və  ideoloji 
savaşın  əsas  xüsusiyyəti  onların  daimi  proses  formasında 
inkişafıdır.  Yəni  dəfələrlə  vurğulanıdığı  kimi,  bu  prosesdə 
həmişəlik  məğlub  və  ya  qalib  yoxdur.  Ona  görə  də  düşmən 
istər torpaqlarımızı işğal etməkdən, istərsə də mədəniyyətimiz
tariximiz  və  başqa  milli-mənəvi  sərvətlərimizi  öz  adlarına 
çıxmaqdan əl çəkməyənə qədər Azərbaycan tərəfi bu prosesdə 
ermənilərdən qat-qat aktiv olmalıdır. Bu baxımdan sözügedən 
mövzu 
ilə 
bağlı 
intensiv 
müzakirələr 
zəruridir.  
 Ötən  əsrin  əvvəllərindən  bu  günə  qədər  indiki  Ermənistan 
adlanan  ərazidə  yaşayan  ermənilərlə  azərbaycanlılar  arasında 
bəlli  regional  münaqişələr  baş  verib.  Mərhələ-mərhələ  gah 
öləzləyən, hgah da alovlanan bu münaqişələrin – bəzi hallarda 
isə hərbi müdaxilələrin - müharibənin kökü, əslində, bir neçə 
əsr  bundan  əvvələ  gedib  çıxır.  Yəni  19-cu  əsrdə  Rusiya-
Türkiyə,  Rusiya-İran  müharibələri  nəticəsində  Qafqaza,  yəni 
bizim  tarixi  ərazilərimizin  böyük  hissəsi  sayılan  Qərbi 
Azərbaycana,  Qarabağa  xeyli  sayda  erməni  köçürüləndən 
sonra  o  xalqın  nümayəndələri  kompakt  halda  ərazilərimizdə 
məskunlaşdılar. XX əsrdə isə bir neçə dəfə ermənilərlə bizim 
kəskin  münaqişəmiz  baş  verib:  hər  dəfə  də  ―Böyük 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
15 
15 
15 
Ermənistan‖  adlı  sərsəm  xülyaların  ucbatından.  Əslində 
münaqişələr  problemin  bir  tərəfini  təşkil  edir.  Problemin  alt 
qatında  isə  çox  böyük  informasiya,  intellektual-kulturoloji 
mübarizə - savaş dayanır. Bu savaş ilk vaxtlarda Qarabağda və 
indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızın adlarının 
dəyişdirilməsi,  ermənilərin  adlarına  çıxılması  ilə  başladı. 
Qarabağdakı  Alban  kilsələrinin  erməni  kilsələri  kimi  qələmə 
verilməsi və alban dilində olan materialların, tarixi sənədlərin 
"erməni tarixi" adı altında saxtalaşdırılması, bir çox arxeoloji 
qazıntı nümunələrinin, qədim əşya və tapıntıların, o cümlədən 
heykəllərin düşmənlərimiz tərəfindən dəyişdirilməsini, erməni 
əlifbası  ilə  "yazılması"nı  da  bura  əlavə  edəndə,  məsələlərin 
―gizli  siyasət‖  şəklində,  davamlı  surətdə  necə  uğurla  həyata 
keçirilməsini aydın görə bilirik.  
Son 20 ildə isə ermənilər yeni texnologiyalardan yararlanaraq 
Azərbaycana  qarşı  çox  istiqamətlərdə  -  ciddi  məsələlərdə 
hücuma  keçdilər  və  müstəqilliyimizin  ilkin  illərində 
informasiya  savaşında  bizi  yaman  üstələdiklərinin  şahidi 
oluruq.  Nümunə  kimi  göstərə  də  bilərəm:  İnternetdə 
Azərbaycan,  Bakı,  Qarabağ  domenlərinin  axtarışını  verəndə, 
bunların  90  faizinin  sahibi  bu  və  ya  digər  ölkədə  yaşayan 
erməniəsilli 
şəxslər 
çıxır.  
Amma  sevindirici  haldır  ki,  artıq  Azərbaycanda  dövlət 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə