«magиstratura mяrkяzи»



Yüklə 0,6 Mb.
səhifə8/8
tarix27.03.2018
ölçüsü0,6 Mb.
#35366
1   2   3   4   5   6   7   8

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsinin, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsinə, istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsinə, ölkənin regionlarının iqtisadi inkişafının dinamikliyinə və tarazlaşdırılmasına, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur.

Fikrimizcə, büdcə təsnifatında dünya təcrübəsində istifadə olunan Milli Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə formalaşması təsnifatın beynəlxalq standartlara cavab verməklə büdcə göstəricilərinin, onun gəlir və xərclərinin uçotunun və iqtisadi istiqamətlərinin daha da aşkar və şəffaf həyata keçirilməsinə, büdcədən maliyyələşən və ya əlaqəsi olan dövlət və qeyri-dövlət orqanlarının funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün ayrılan vəsaitlərin istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər.

Vergi münasibətləri, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə aparılan vergi siyasətinin səmərəli, ədalətli olmağını təmin etməklə yanaşı eyni zamanda sabit vergi sisteminin qurulmasını tələb edir. Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində istehsal və so­sial sahələrin inkişafına büdcə vəsaitlərinin investsiya edilməsi dövlət büdcəsinin tər­kib hissəsi olmalıdır.

Maliyyə siyasətində büdcə gəlirləri iqtisadiyyatın dövlət tənzimlənməsi isti­qa­­mətin­də əsas mənbə kimi çıxış edir. Bu mənbənin düzgün siyasi çərçivədən hə­dəfləndirilməsi iqtisadiyyatda əks nəticə ilə qeyri-taraz gəlir azlığı potensialı ilə büdcə mexanizminə təsir göstərə bilər. Məhz bu baxımdan da, büdcə siya­sə­ti­nin mexanizmini iqtisadiyyatın inkişafına doğru istiqamətləndirilməsi üçün gə­lir və xərclərinin faktiki və strateji planlaşdırılmasına yönəldilməlidir.

Makroiqtisadi sabitliyin əldə olunmasında çevik və məqsədyönlü si­ya­sətinin aparılması həlledici rol oynayır. Ona görə də, ilk növbədə məhz büdcə-vergi siyasətinin ta­razlaşdırılmış şəkildə aparılması ölkədə makroiqtisadi sabitliyin vəziyyətinə həl­l­edi­ci təsir göstərir. İqtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi pro­se­slərin sürət­lən­diyi və iqtisadi təhlükəsizliyin qorunmasının gücləndiyi bir şə­raitdə ma­liyyə siyasətinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasətinin təkmil­ləş­di­ril­mə­si və səmə­rə­li­liyinin artırılması üçün geniş imkanlar yaradır.

Gəlir daxilolmalarının bölgüsü zamanı əsas diqqət yerli büdcələrin gəlir bazasının formalaşmasına yetirilir ki, bu da yerli səviyyədə sabit, səmərəli fəaliyyət göstərən büdcə münasibətləri sisteminin yaradılması məqsədinə daha çox cavab verir. Lakin bunun mənfi cəhətləri də vardır. Yerli hakimiyyətlərə çox böyük vergi səlahiyyətlərinin verilməsi vergi qaydalarının qeyri-bərabərliyinə və bunun nəticəsi kimi formalaşmış təsərrüfat əlaqələrinin, təsərrüfat obyektlərinin yerləşdirilməsi nisbətlərinin pozulmasına, vəsaitlərin investisiya edilməsi şəraitindəki fərqlərə gətirib çıxara bilər. O faktı da nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliyi üzündən vergilərin bölüşdürülməsinin təhkim metodunun tətbiqi büdcə təmin olunması səviyyələrindəki qeyri-bərabərliyi şərtləndirir bu da yerli büdcələr sistemini qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən gərgin edir. Göstərilən səbəblər üzündən vergilərin bölüşdürülməsinin təhkim metodu yerli büdcələrin normal fəaliyyətini təmin etmir. Buna görə də gəlir daxilolmalarının bölgüsü zamanı vergilərin təhkim metodu onların paylı bölgüsü metodu ilə birlikdə tətbiq ounur. Vergilərin əsas hissəsinin mərkəz tərəfindən tutulduğu halda belə, vergi daxilolmalarının müəyyən payı yerli səviyyəyə ötürülə bilər. Ümumdövlət vergilərinin bazasından istifadə etməklə tutulan vergilərə yerli əlavələr sistemi iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur.

Dövlət büdcəsinin dayanıqlı vəziyyətdə olması geniş təkrar istehsalın və əha­linin sosial-iqtisadi vəziyyətinin dinamik inkişaf edə bilməsinin əsasıdır. Onun taraz­lığının pozulması və bunun nəticəsində büdcə kəsirinin həcminin müəyyən həd­di keçməsi təkrar istehsal prosesinin və əhalinin sosial-iqtisadi vəziyyətində taraz­lığın pozulması problemini yarada bilər.

Hal-hazırda mövcud iqtisadi siyasi durum respublikamızın yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyi, onun tutduğu coğrafi – geosiyasi vəziyyəti, nisbətən ucuz işçi qüvvəsinin olması və digər amillər xarici investorların marağını getdikcə aptırmaqdadır. İqtisadiyyatımızın stabil inkişafını təmin etmək, xalq təsərrüfatının bütün sahələrinə xarici investisiyaların cəlb olunması üçün səmərəli vergiqoyma və ikiqat vergi tutmadan azad etməklə, xarici investisiyaların iqtisadiyyatımıza qoyuluşunu stimullaşdıra bilər. Bununla belə bu sektorun inkişafı yalnız maliyyə mənbələri ilə məhdudlaşmır. Burada bir çox institutsional amillər də həlledici rola malikdir. Burada ən başlıca prioritetlərdən biri qeyri-neft sektorunun inkişaf potensialını maksimum nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox, əhəmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq imkanındadır. Bu gün hökumətin gördüyü tədbirlər vergi yükünün azaldılmasına yönəldilməsi kimi qiymətləndirilməlidir.

İqtisadiyyatın dinamik yüksəlişi üçün vacib olan amillərdən biri və ən mühümü neft gəlirlərinin ölkədaxili investisiyalara cəlb edilməsidir. Son nəticədə bu, ölkənin beynəlxalq miqyasda rəqabətə dözümlüyünə ən yaxşı zəmanətdir. İqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı işçi qüvvəsinə qoyulan investisiyalar digər investisiya formalarından daha mənfəətlidir. Nəzərdə tutulan bu təlabatın tam ödənilməsi üçün bu istiqamətdə bəzi tədbirlərin həyata keçirilməsi məqsədə müvafiq olardı.



Fikrimizcə, müasir şəraitdə xüsusilə regionların inkişafına yönələn «regional investisiya siyasəti» aparmaqla ərazilər üzrə iqtisadi inkişafın tənzimlənməsinə şərait yaratmaqdadır.
ƏDƏBİYYAT SİYAHISI

  1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2002.

  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. «Hüquq» ədəbiyyatı nəşriyyatı , 2003.

  3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu. Bakı, 2002.

  4. Azərbaycan Respublikasının 2004-cü il üçün Dövlət Büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı 2003.

  5. Azərbaycanan statistik göstəriciləri 2008. Dövlət Statistika Komitəsi. Bakı, 2008, 770 s.

  6. «Azərbaycan» qəzeti, 22.07.2005.

  7. Abbasov A.B. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. Bakı, Az.DİU, 1998, 212 s.

  8. Abbasov A.H. Azərbaycanda maliyyə bazarının formalaşması və bazar iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri. Bakı, «Poliqraf», LTD, 2003, 332 s.

  9. Abbasov Ə.M., Sadıqov M.M. Azərbaycan Respublikasının regionları: maliyyə və vergi potensialının proqnozlaşdırılması problemləri. Bakı, «Elm» nəşriyyatı, 2002, s. 132.

  10. Axundov Ş., Axundov M. Bazar iqtisadiyyatının əsasları (Qısa izahlı lüğət) Bakı, 2001, 666 s.

  11. Allahverdiyev H., Qafarov K., Əhmədov Ə. İqtisadiyyatın dövlət tənzimlənməsi. Bakı, 2002, 445 s.

  12. Bağırov D.A. Vergi auditi. Bakı, 1999, 428 s.

  13. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı, 2003, 418 s.

  14. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu». Büdcə bələdçisi. «Ekspert» jurnalı, B., «Elm və həyat» nəşr., 2003, s. 141.

  15. Büdcə terminləri: izahlı lüğət. Bakı, 2003, 100 s.

  16. «Dövlət büdcəsinin tərtibi və icrası qaydaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Bakı, 2004.

  17. «Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, «Hüquq», 2002.

  18. Ələsgərov A. Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin yaranması, formalaşması və inkişafı. «Azərbaycan XXI əsrin astanasında». Elmi-praktiki konfransın materialları. Bakı, 1998, s.40-45.

  19. Əliyev A.Ə., Şəkərəliyev A.Ş. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. Bakı, 2002, 440 s.

  20. Əlirzayev Ə. İqtisadi və sosial idarəetmə: bazar iqtisadiyyatı, metodoloji prinsiplər, qanunauyğunluqlar. Bakı, 1997, 282 s.

  21. Əhmədov M.A. Qloballaşma və milli iqtisadiyyatın problemləri. Bakı, 2003, 519 s.

  22. Əsədov H.X., Talıbov S.T., Fərəcov N.İ. «Azərbaycan Respublikasında xəzinədarlıq sisteminin I mərhələsinin tətbiqi üçün metodik vəsait», Bakı, 1997, 224 s.

  23. İmanov Q., Həsənov Y. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri. Makroiqtisadi təhlil. Bakı, 2001, 248 s.

  24. Qafarov Ş.S. Əmək fəaliyyəti növünün dəyişməsi prosesi və onun idarə edilməsi. «İqtisad elmləri: nəzəriyyə və praktika» Bakı, 1999, №1-2, s.122.

  25. Quliyev T.F. Millət və dövlət gəlirləri, Bakı, 2004, 328 s.

  26. Kərimov A.M., Quliyev N. Maliyyə. Bakı, 2000, s. 185-189.

  27. Брайчева Т.В. Государственные финансы. СПб: Питер, 2001, 288 с.

  28. Благодатин А., Лозовский Л., Райзберг Б. Финансовый словарь. М.:ИНФРА-М, 2003, 378 с.

  29. Большой экономический словарь. М.:»Институт Новой Экономики», 1998, 864 с.

REFERAT

Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun istifadə edilməsindən asılıdır.

Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətlən­di­ril­­mə­sin­də əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə -əsaslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.

Respublika­mız­da büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makro­iqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həl­qə­lə­ri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda maliyyə vəsaiti müəy­yənləşdirilir.

Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir. Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək, respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmil- ləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.

Büdcə siyasətinin tərkib hissəsi olmaqla, vergi siyasətinin formalaşması və həyata keçirilməsi ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir sisteminin formalaşdırıl­masına gətirib çıxar­malıdır ki, bu sistem iqtisadi tənzimləmə funksiya­sını normal şəkil­də həyata keçirə bilsin.

Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində büdcə vəsaitlərinin istehsal və so­sial sahələrin inkişafına yönəldilməsi dövlət büdcəsinin tər­kib hissəsi olmalıdır. Vergilərin büdcə gəlirlərinin formalaşmasına, istehsalın kə­miyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. İnkişaf et­miş ölkələrdə vergilər dövlət gəlirlərinin əsas mənbəyi olmaqla, iq­ti­sa­diy­yat­da tənzimləyici kimi çıxış edir. Vergilər özünün əsas funksiyası olan - maliyyə funk­siyasından başqa, dövlətin istehsalın bərpasına, genişləndirilməsinə, tək­mil­ləş­di­ril­məsinə, yeni texnika və texnologiya ilə təmin edilməsinə, strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsidir.

Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət, ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir.



Аббасов Джавид Садиг
РЕЗЮМЕ
Во введении показывается актуальность темы, степень ее изученности, цель и задачи, научная новизна, научная и практическая ценность исследования.

В первой главе под названием «Теоретические и методологические аспекты проведения в жизнь бюджетно-налоговой политики» раскрываются теоретические и методологические вопросы бюджетно-налоговой политики, содержание регулирования бюджетной налоговой политики составной части экономической политики, рассматривается формирование бюджетных доходов и роль налогов в их росте.

Во второй главе диссертации «Особенности формирования бюджетных доходов и оценка современной ситуации» отражаются формирование бюджетных доходов, специфика межбюджетного распределения доходов, проанализированы бюджетно-налоговая политика в Азербайджане в современных условиях на основе конкретных статистических показателей, оценена роль инвестиций в росте бюджетных доходов.

В третьей главе диссертации «Пути роста эффективности бюджетно-налоговой политики в повышении бюджетных доходов» показано влияние нефтяных доходов на уровень бюджетных доходов и регулирование данного процесса, исследованы методы планирования, прогнозирования и оптимизации бюджетного потенциала , показаны пути совершенствования и роста эффективности бюджетно-налоговой политики в условиях глобализации .

Проведенные в результате анализа теоретические и методологические обощения, были показаны в конце диссертации в виде выводов и предложений.

Abbasov Cavid Sadiq
SUMMARY
In introduction actuality of the subject, its research degree, purpose and tasks, scientific novelty, scientific and practical value of the study are shown.

In the first chapter under name "Theoretical and methodological aspects of budgetary-tax policy effecting" are opened theoretical and methodological questions of budgetary-tax policy, contents of the regulation budgetary-tax one like component part of economic policy, is considered forming of budget receipts and role of the taxes in their growing.

In the second chapter of the dissertation "Particularities of the forming of budget receipts and estimation the modern situation" forming of budget receipts, specifics of interbudgetary distribution of incomes are reflected, budgetary-tax policy in Azerbaijan in modern condition on base of the concrete statistical factors are analyzed, role of investment in growing of budget receipts is evaluated.

In the third chapter of the dissertation "Ways of the growing of efficiency of budgetary-tax policy in increasing of budget receipts" influence oil incomes on level of budget receipts and regulation of the process is shown, explored methods of the planning, forecasting and optimization of the budgetary potential, way of the improvement and growing of efficiency of budgetary-tax policy in condition of globalization are shown.

The theoretical and methodological abstracts were shown at the end to dissertation as a result of analysis in the manner of conclusion and offers.
Азярбайжан Дювлят Игтисад Университети ММ-нин 2894 груп маэистри Abbasov Cavid Sadiq оьлунун «Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və rüsumlarının rolu» мювзусунда йаздыьы диссертасийа ишиня

Р Я Й
Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsinin, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsinə, istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsinə, ölkənin regionlarının iqtisadi inkişafının dinamikliyinə və tarazlaşdırılmasına, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur.

Fikrimizcə, büdcə təsnifatında dünya təcrübəsində istifadə olunan Milli Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə formalaşması təsnifatın beynəlxalq standartlara cavab verməklə büdcə göstəricilərinin, onun gəlir və xərclərinin uçotunun və iqtisadi istiqamətlərinin daha da aşkar və şəffaf həyata keçirilməsinə, büdcədən maliyyələşən və ya əlaqəsi olan dövlət və qeyri-dövlət orqanlarının funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün ayrılan vəsaitlərin istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər.

Бцтцн бу дейилянляри нязяря алараг ишин мцдафияйя бурахылмасыны мягсядяуйьун щесаб едирям.

i.e.n.M.M.Aslanova


Азярбайжан Дювлят Игтисад Университети ММ-нин 2894 груп маэистри Abbasov Cavid Sadiq оьлунун «Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və rüsumlarının rolu» мювзусунда йаздыьы диссертасийа ишиня
Р Я Й
Respublika­mız­da büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makro­iqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həl­qə­lə­ri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda maliyyə vəsaiti müəy­yənləşdirilir.

Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir. Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək, respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür.



Бütün bu deyilənləri nəzərə alsaq иши тамамланмыш маэистр диссертасийасы щесаб етмяк олар və işin мцдафияйя бурахылмасы мягсядяуйьундур.
И.е.н. Z.A.Şəkərəliyeva




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə