«magиstratura mяrkяzи»



Yüklə 0,6 Mb.
səhifə5/8
tarix27.03.2018
ölçüsü0,6 Mb.
#35366
1   2   3   4   5   6   7   8

Dövlət büdcəsi gəlirlərinə mütənasib sürətdə artan vergi daxilolmalarının strukturuna nəzər salınarsa, bütün vergi növləri üzrə əhəmiyyətli dərəcədə artım müşahidə edilmişdir. Vergi daxilolmalarının struktur təhlili göstərir ki, dövlət büdcəsinin formalaş­ma­sında və büdcəyə vergi gəlirlərinin cəlb olunmasında həm qeyri-dövlət sektoru, həm də qeyri-neft sektoru üzrə daxilolmaların həcmi ildən-ilə artır. 2012-ci ildə dövlət sektoru üzrə büdcəyə 1 milyard 290,0 milyon manat, qeyri-dövlət sektoru üzrə 3 milyard 258,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2014-cü ilin göstəricilərindən müvafiq olaraq 450,4 milyon manat və 1 milyard 383,7 milyon manat çoxdur. Hesabat ilində qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 603,4 milyon manat proqnoza qarşı 1 milyard 635,9 milyon manat vəsait daxil olmaqla, proqnoza 102,0 faiz əməl edilmişdir. Qeyd edilməlidir ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 2010-cu illə müqayisədə 57,1 faiz, qeyri-neft sektorunda neft konsorsiumları ilə işləyən şirkətlərin daxilolmaları nəzərə alınmasa bu sektordan daxilolmalar 75,9 faiz artmışdır. Qeyd edilməlidir ki, 2008-ci ilin dövlət büdcəsində neft sektoru üzrə daxilolmaların 2014-cü ilin göstəricisinə nisbətən 3 faiz və ya 80 mln. manat artması nəzərdə ətutulmuşdusa, qeyri-neft sektoru üzrə daxilolmaların 42,8 faiz və ya 680 mln. manat artacağı proqnozlaşdırılmışdır.

Vergi dərəcələrinin azaldılmasını ümumi tələbin artmasına təsir göstərən əsas amil hesab edən «İqtisadi təklif» nəzəriyyəsinin tərəfdarlırının fikrincə, vergilərin azaldılması bir tərəfdən əhalinin, digər tərəfdən isə bizneslə məşğul olanların gəlirlərinin və eyni zamanda investisiyaların gəlirliliyinin artmasına gətirib çıxarır. Bu məqsədlə aparılan vergi siyasəti düşünülmüş halda digər sosial-iqtisadi problemlərlə qarşılıqlı əlaqə və asılılıq şəraitində həyata keçirilməlidir. Bazar iqtisadiyyatı şəraitində, təsərrüfat obyektlərinin investisiya fəallığı ilə gəlirlərdən tutulan vergilərin dərəcələri arasındakı asılılığın öyrənilməsinə yönəldilmiş Laffer nəzəriyyəsinə görə vergilərin artırılmasının müəyyən bir həddi olmalıdır. Bu hədd gözlənilmədikdə, işgüzar fəallığın aşağı düşməsinə və nəticə etibarı ilə büdcə gəlirlərinin azalmasına səbəb olur.

Bəzi ölkələrdə işsizliyin ardığı artdığı bir şəraitdə, istehsalın artımını stimullaşdırmaq məqsədi ilə dövlət xərclərini çoxaltmaq və vergiləri azaltmaqla məşğulluğu artırmaq mümkündür. Vergilərin azaldılması istehsalın və gəlirlərin artmasına səbəb olur ki, bu da, öz növbəsində büdcəyə daxilolmaların azalması və büdcə kəsirinin əmələ gəlməsi ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, daha aşağı vergi dərəcələri müəyyən etmək və vergi obyektlərini genişləndirməklə vergilər hesabına daxilolmaların artmasını təmin etmək olar. Bu tədbirlərin görülməsində əsas məqsəd işsizliyi və inflyasiyanı aradan qaldırmaqdan ibarətdir.

İnflyasiya baş verdikdə, tələbin artması ilə əlaqədar büdcə-vergi siyasətində dəyişikliklər edilməsi zəruriliyi meydana çıxır. Belə halda, fiskal siyasət mexanizminin işlənib hazırlanması çox da asan məsələ deyildir. Çünki dövlətin həyata keçirdiyi büdcə-vergi siyasətilə yanaşı, özü-özünü sabitləşdiricilər də fəaliyyət göstərir. Bunlara - iqtisadi tsiklin müxtəlif dövrlərində vergilər hesabına daxilolmaların dəyişməsi aiddir.

İstehsal azaldığı dövrdə qarşıda duran əsas vəzifə - bu siyasətin stimullaşdırılmasıdır, yəni dövlət xərclərinin artırılması, vergilərin azaldılması və dövlət xərclərinin artırılması ilə vergilərin azaldılmasının bir-biri ilə əlaqələn- dirilməsidir. Bunlar maliyyələşdirmədə çətinliyin əmələ gəlməsinə səbəb olsa da, istehsalın azalmasının qarşısının alınmasını təmin edə bilər (Bax: Cədvəl 2.3.).

Cədvəl 2.3.

2014-ci il üzrə vergi daxilolmaları (min. manat)



Vergi və tədiyyələrin növləri

Proqnoz

Daxilolma

Faiz

Fərq

Əlavə dəyər vergisi

1 142 144,0

1 169 893,6

102,4

27 749,6

Aksiz

365 031,0

395 810,5

108,4

30 779,5

Mənfəət vergisi

2 450 528,5

2 863 950,2

116,9

413 421,7

Mədən vergisi

137 031,0

147 749,5

107,8

10 718,5

Torpaq vergisi

30 150,0

30 789,7

102,1

639,7

Əmlak vergisi

110 192,0

113 225,5

102,8

3 033,5

Fiziki şəxslərin gəlir vergisi

799 044,0

637 800,2

79,8

-161 243,8

Dövlət rüsumu

52 800,0

59 870,7

113,4

7 070,7

Yol vergisi

26 287,0

27 365,6

104,1

1 078,6

Sadələşdirilmiş vergi

63 623,5

65 654,5

103,2

2 031,0

Sair daxilolmalar

222 169,0

234 455,8

105,5

12 286,8

o cümlədən:
- qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər;

 

198 990,5

 

198 990,5

- dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı

4 000,0

1 724,9

43,1

-2 275,1

Cəmi

5 399 000,0

5 746 565,8

106,4

347 565,8


Mənbə: Vergilər Nazirliyinin internet saytı

Vergi məbləğinin gəlirdən asılı olduğunu və ÜMM sürətlə artdıqda vergilər hesabına daxilolmaların artdığını görərik. Bu isə əhalinin alıcılıq qabiliyyətinin azalmasına, iqtisadi artımın ləngiməsinə səbəb olur. Əksinə, azalma dövründə əhalinin alıcılıq qabiliyyətinin artması prosesi gedir ki, bu da səmərəli tələbin formalaşmasına, istehsalın azalmasının qarşısının alınmasına imkan verir. İnflyasiyanın artdığı dövrdə, mütərəqqi vergiqoyma dərəcələrinin müəyyən edilməsi alıcılıq qabiliyyətinin azalmasına, iqtisadi artımın ləngidiyi dövrdə isə əksinə, alıcılıq qabiliyyətindəki azalmaların qarşısının alınmasına kömək edir. İqtisadi sabitlik baxımından bunların hər ikisi də zəruridir. İqtisadi yüksəliş dövründə vergilər hesabına daxilolmaların artması, büdcə kəsirinin azaldılması və ya ləğv olunması nəticə etibarı ilə büdcənin imkanlarının artması və inflyasiyanın azaldılması meylinin güclənməsinə şərait yaradır.

Büdcənin ən mühüm problemlərindən biri onun balanslaşdırılması və büd­cə kəsirinin maliyyələşdirilməsi üsulunun seçilməsidir. Büdcə kəsirinin maliy­yə­ləşdirilməsi probleminin tədqiq olunmasına Amerika alimi C.Tobinin xid­mətləri böyükdür. O sübut etmişdir ki, müəssisə və təşkilatlarda pul dövriyyəsinin idarə­edil­məsi və iqtisadiyyata investisiya qoyuluşunun xarakteri büdcə kəsirinin maliy­yəşmə şərtlərindən asılıdır.

Sosial ödəmələr, əhalinin aztə­mi­­natlı hissəsinin müdafiəsi proqramları və sairələr də sabitləşdirici amillərə aiddir. Çünki bunlar istehsalın həcmi azaldığı dövrdə ümumi tələbin kəskin surətdə aşağı düşməsinin qarşısının alınmasında müsbət rol oynaya bilər.


III FƏSİL. BÜDCƏ GƏLİRLƏRİNİN ARTIRILMASINDA BÜDCƏ-VERGİ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİNİN YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ

3.1. Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin optimallaşdırılması

Təcrübə göstərir ki, təbii ehtiyatların istismarı və ixracı nəticəsində yaranan «vəsait bolluğu» hökumətlərdə elə bir yalnış təsəvvür yaradır ki, bu bolluq həmişə mövcud olacaqdır. Məhz belə bir yalnış təsəvvürə əsaslanaraq dünya təcrübəsində xammalın ixracatından əldə olunmuş vəsaitlərin kor-təbii, heç bir iqtisadi səmərə gözlənilmədən xərclənməsi hallarına rast gəlinir ki, bu da son nəticədə xammal ixracatçısı olan ölkələrdə iqtisadi inkişafın qeyri-sabit olmasına gətirib çıxarır. Buna misal olaraq Nigeriya və Meksikanı göstərmək olar. Neft gəlirlərinin artmasının ilkin mərhələsində bu ölkələrdə böyük həcmdə büdcə kəsirləri mövcud idi. Lakin, gəlirlərin artması hökumətə imkan verdi ki, müəyyən siyasi dividendlər qazanmaq üçün büdcə xərclərini daha da artırsınlar. Halbuki, bu gəlirlərin büdcə kəsirinin və xarici borcun azaldılmasına yönəldilməsi daha məntiqli görünərdi. Məhz bu səbəbə görə həmin ölkələr neft gəlirlərinin azalması dövründə sosial-iqtisadi gərginlik ilə üzləşdilər.

Beləliklə, holland sindromu təhlükəsinin yaranması fonunda bir çox ölkələrdə neft və qaz gəlirlərinin necə istifadə olunması məsələsi gündəmə gəlir. Məsələ burasındadır ki, neft və qaz gəlirləri hədsiz deyildir və gələcək dövrlərdə neft gəlirlərinin azalmasının mənfi makroiqtisadi nəticələrini tam kompensasiya etmək üçün milli iqtisadiyyatda kifayət qədər fiziki və insan kapitalının yaradılması çox zəruridir. Neft gəlirlərinin əsasən dövlət sektorunda cəmləşdiyini nəzərə alaraq, bu gəlirlərin necə xərclənməsi və indiki və gələcək nəsillər arasında necə bölüşdürülməsi xammal kəşvi ilə üzləşmiş ölkələrdə iqtisadi siyasətin təməl problemlərindən birini təşkil edir. Çünki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin səmərəsiz daxili xərclərə yönəldilməsi və siyasi lobbizmin nəticəsi olaraq hədər xərclənməsi təhlükəsi yaranır. Digər tərəfdən dövlət maliyyə mexanizmləri şəffaf deyilsə ictimaiyyətdə neft gəlirlərinin istifadəsi prosesində hökumətə qarşı inamsızlıq da arta bilər.

Məhz bu təhlükələrə əsaslanaraq son 40 ildə makroiqtisadi nəzəriyyədə neft gəlirlərinin optimal istifadəsinə dair müxtəlif koseptual baxışlar və modellər təşəkkül tapmaqdadır. Bunlardan ən geniş yayılmışı Engel və Valdes yanaşmasıdır ki, burada da neft gəlirlərinin nəsillər arasında effektiv bölüşdürülməsi prinsipləri özünə yer tapmışdır. Bu yanaşmanın əsasını «daimi (dəyişməz) gəlirlər» hipotezi təşkil edir və bu hipotezə görə iqtisadi subyektlər öz gəlirlərinin yalnız daimi hissəsini xərcləyə bilərlər. Bu o deməkdir ki, dövlət bütün zamanlarda milli sərvətlərin dəyərini dəyişməz səviyyədə saxlamalıdır.

Bu ilk növbədə neft sərvətlərinin maliyyə aktivlərinə transformasiyası vasitəsilə təmin olunmalıdır ki, gələcəkdə əldə olunacaq faiz dividendləri neft sərvətlərinin tükənməsi səbəbindən gəlirlərin azalması effektini neytrallaşdırmış olsun. Bu prinsipə əsaslansaq deyə bilərik ki, bu gün hökumətin neft gəlirlərinin cari istehlakı gələcəkdə əldə olunacaq faiz gəlirlərinə (neft aktivləri üzrə) bərabər olmalıdır.

Bu modelə görə adambaşına düşən neft sərvətlərinin dəyişməz saxlanması prinsipi o zaman optimal sayılır ki, adambaşına düşən qeyri-neft ÜDM-i uzunmüddətli perspektivdə sabit səviyyədə qalır. Əgər adambaşına düşən qeyri-neft ÜDM-in artması gözlənilirsə, onda neft gəlirlərinin onsuz da varlı olan gələcək nəsillər üçün saxlanması nəsillərarası transfertlər modelinə bir o qədər də adekvat deyildir. Əksinə, əgər qeyri-neft ÜDM-in azalması proqnozlaşdırılırsa (məsələn, əhalinin sayının artması səbəbindən), optimal fiskal strategiya tələb edir ki, adambaşına düşən sərvətlərin dəyişməz yox, artan trayektoriyası təmin olunmalıdır.

Hökumətin məqsəd funksiyası ondan ibarət olmalıdır ki, baxılan dövr ərzində adambaşına düşən sərəncamda qalan gəlirlərin hamarlaşdırılması vasitəsilə əhalinin maksimal rifah halına nail olunsun. Burada adambaşına düşən sərəncamda qalan gəlirlər dedikdə, vergilərin ödənilməsindən sonra adambaşına düşən qeyri-neft ÜDM-i ilə adambaşına düşən və neft gəlirləri hesabına maliyyələşən hökumət xərclərinin cəmi nəzərdə tutulur. Beləliklə, neftlə maliyyələşən xərclər ictimai istehlaka və ya sosial transfertlərə ekvivalent olan anlayışdır.

Hökumətin zamanlarası (intertemporal) büdcə məhdudiyətləri belə bir siyasət prinsipini nəzərdə tutur ki, gələcək neft gəlirlərinin bu günki xalis dəyəri gələcək xərclərin bu günki xalis dəyəri və borcun xalis dəyərinin dəyişməsinə bərabər olmalıdır. Bu zamanlararası büdcə məhdudiyyəti aşağıdakı qaydada müəyyən olunur:

- hər bir dövr üçün hökumətin büdcə məhdudiyyəti müəyyənləşdirilir;

- neftlə bağlı fiskal gəlirlər və neft yataqlarının istismarı arasında əlaqə tapılır və bu əsasda büdcə məhdudiyyəti müəyyən olunur.

Hər bir dövr üçün hökumətin büdcə məhdudiyyətinin müəyyənləşməsi büdcə kəsirinin hökumətin xalis aktivlərinin azalması hesabına maliyyələşməsini nəzərdə tutan konsepsiyadır. Qeyri-neft kəsiri (neft hasilatı ilə gəlirlərdən və neft aktivləri üzrə faiz gəlirlərindən təmizlənmiş dövlət büdcəsi kəsiri) cəmi neft sərvətləri üzrə qazanılmış faizlərin, neft sərvətinin və dövlət borcunun dəyişməsi hesabına maliyyələşdirilir.

Bu şərtin əsas ehtimalları ondan ibarətdir ki, hər bir dövrdə qeyri-neft xərcləri (dövlət borcuna xidmət daxil olmaqla) qeyri-neft gəlirlərinə bərabərdir və qeyri-neft ÜDM-ində sabit xüsusi çəkiyə malikdir. Bu ehtimala əsasən hökumət neft gəlirlərini bütün nəsillər arasında elə bölüşdürməlidir ki, daha az gəlirə malik nəsillərin maddi rifahı yüksəlmiş olsun. Dövlət borcunun qeyri-neft ÜDM-də sabit payı ehtimal edilir.

Qeyd etmək lazımdır ki, bu qayda ilə adambaşına düşən sərəncamda qalan gəlirlərin daimi (dəyişməz) trayektoriyası kəmiyyət baxımdan məlum olan müəyyən dövr üçün hesablana bilər. Burada Engel və Vandelin «alqoritmi»-nə riayət etmək lazımdır. Bu alqoritmə əsasən neft gəlirləri dövr ərzində (məsələn, Azərbaycan şəraitində 30 il) ən kasıb nəsilin gəlirinin yüksəldilməsinə sərf olunur o vaxta qədər ki, bu nəsil maddi rifahı ondan bir qədər üstün olan nəsilin rifah səviyyəsinə gəlib çatır. Əgər bu halda neft gəlirləri tükənməyibsə, iki ən kasıb nəsilin gəlirləri o vaxta qədər artırılır ki, bu gəlirlər maddi rifahına görə onlardan üstün olan 3-cü nəsilin gəlir səviyyəsinə bərabərləşir. Bu alqoritm zəncirvari sürətdə neft gəlirləri tükənənə qədər davam etdirilir. Yekunda sərəncamda qalan gəlirlər adambaşına düşən qeyri-neft ÜDM-in artım tempi səviyyəsində yüksəlir.

Bu metodologiya əsasında cəmi optimal xərclər, optimal icmal dövlət büdcəsinin kəsiri və optimal qeyri-neft büdcə kəsirnin qeyri-neft ÜDM-nə nisbətləri tapılır. Alınmış nəticələr iki parametrlər kateqoriyasına qarşı çox həssasdır:

- hökumətin niyyətlərini əks etdirən parametrlər: vaxt intervalı və vaxt seçimi faktoru;

- hökumətin birbaşa nəzarətində olmayan parametrlər: əhalinin artımı, beynəlxalq faiz dərəcələri, qeyri-neft ÜDM-in artım tempi, neftin qiymətinin dəyişməsi.

Birinci parametrlər kateqoriyası mahiyyət etibarilə hökumətin neftdən əldə olunan bütün gəlirlərin gələcək dövrlər üçün saxlmanmasına can atdığını nümayiş etdirir. Əgər faiz dərəcəsi vaxt seçimi faktoruna bərabərdirsə, hökumət sərəncamda qalan gəlirlərin hədəflənən vaxt intervalında sabit qalmasına səy göstərməyə çalışacaqdır. Lakin əgər faiz dərəcəsi aşağıdırsa hökumət istehlakı vaxt etibarilə irəli çəkməyə meylli olacaqdır.

Eyni ilə qeyri-neft ÜDM-in artım tempi əhalinin artım tempinə bərabər olduqda, sərəncamda qalan gəlirlərin qeyri-neft hissəsi dövr ərzində sabit qalacaqdır. Bu o deməkdir ki, hökumət üçün dövrlər arasında neft gəlirlərini bərabər nisbətlərdə bölüşdürmək daha optimal variantdır. Lakin, əgər qeyri-neft ÜDM-in artım tempi daha yüksəkdirsə, neft gəlirlərinin irəlidəki dövrlərə atılması da optimal haldır.

Qeyd etmək lazımdır ki, bu modelin praktiki tətbiqini siyasi risklər sərt məhdudlaşdıran əsas amildir. Belə ki, optimal fiskal çərçivədə bir neçə il ərzində böyük həcmdə qeyri-neft kəsirinə yol verilə bilər. Lakin, optimal fiskal traektoriya mütləq tələb edir ki, yaranmış kəsir digər illərdə sabit profisit ilə əvəz olunmalıdır. Bu isə siyasi hökumət qarşısında kifayət qədər problematik məsələdir. Çünki əgər bu günki hökumət sərt fiskal məhdudiyyətlərə riayət edirsə, sabahkı hökumət tam əksinə olan fiskal strategiyaya üstünlük verə bilər. Ona görə də qeyri-neft defisitinin hədəflənən parametrlərinə yönəldilmiş makroiqtisadi modelin həyat qabiliyyətinin və iqtisadi siyasətdə təhlil – nəzarət vasitəsi kimi rolunun strateji qərarlarda inkar edilməsi tamamilə mümkün bir haldır.

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektoru mühüm rol oynasa da, büdcə gəlirlərinin artım tempində onun iştirakı zəifdir və büdcə gəlirlərinin artımında neft sektorunun ödədiyi vergilərin payı daha böyükdür. Şübhəsiz ki, neft gəlirləri qeyri-neft sektorunun inkişafı üçün mühüm maliyyə mənbəyidir. Bununla belə, bu sektorun inkişafı yalnız maliyyə mənbələri ilə məhdudlaşmır. Burada bir çox institutsional amillər də həlledici rola malikdir. Burada ən başlıca prioritetlərdən biri - qeyri-neft sektorunun inkişaf potensialını maksimum nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox, əhəmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq imkanındadır. Bu gün hökumətin gördüyü tədbirlər vergi yükünün azaldılmasına yönəldilməsi kimi qiymətləndirilməlidir.

Müasir dövr özünün inkişafının qlobal həcminə, münasibətlərin mürəkkəb- liyinə, iqtisadi hadisələrin çevikliyinə görə əvvəlki dövrlərdən xeyli fərqlənir. Hal-hazırda dünya neft sənayesində mühüm rol oynayan respublikamıza dünya ölkələrinin maraqlarının arasında neft amili xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin ilkin iqtisadi yüksəlişi əsasən neft ixracının hesabına olmuş, sonradan neft və qaz istehsalına yardımçı olan sənaye sahələri inkişaf etmişdir. Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, ölkəmizdə neft sektoru ilə yanaşı başqa sahələrin də inkişaf etdirilməsinə geniş imkanlar vardır və bu istiqamətdə düzgün, məqsədyönlü investisiya siyasəti aparılır. Son illərdə digər sferalarda olduğu kimi dövlət maliyyəsi sferasında da sabitlik hökm sürməkdədir. Eyni zamanda, dövlətin büdcə-vergi siyasəti və onun iqtisadi siyasətin digər istiqamətləri, xüsusən də monetar siyasətə effektiv koordinasiyası ölkədə iqtisadi artımın dayanıqlı xarakter almasında mühüm rol oynamışdır.

Qeyd olunur ki, gələcək illərdə ölkəyə daha çox həcmli neft gəlirlərinin daxil olması ilə əlaqədar olaraq, dövlət büdcəsi xərclərinin də surətlə artması makroiqtisadi sabitlik üçün müəyyən problem yaratmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq, onda, dövlət büdcəsinin neft sektoru hesabına artmış gəlirlərinin istifadəsinin istənilən miqyası makroiqtisadi sabitliyin qorunub saxlanması müstəvisində müəyyən olunmalıdır. Büdcə-vergi və monetar koordina­si­ya sistemlərinin gücləndirilməsi, düzgün xərc strategiyasının həyata keçirilməsi yaxın illərdə makroiqtisadi sabitliyin qorunması üçün vacib şərtlərdən biri kimi qiymətləndirilməlidir.

Fiskal strategiyanın reallaşması isə bu istiqamətdə həlledici rol oynayır. Təcrübə göstərir ki, neft gəlirlərinin fiskal ekspansiyada fəal istifadəsi valyuta və pul bazarlarında davamlı gərginlik yaradan amil­dir. Təbii ki, həm milli valyutanın dolara nisbətən kəskin baha­laş­ma­sı, həm də pul kütləsinin arzuolunmaz dərəcədə artması problematik bir haldır. Bu problem özünü neft gəlirləri istisna olmaqla dövlət büdcəsinin real kəsirinə nəzər saldıqda aydın görmək olar (Cədvəl 3.1.).



Cədvəl 3.1.

2007-2014-cü illər ərzində dövlət büdcəsinin gəlirləri, xərcləri və

büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi


Göstəricilər

2007

2008

2009

2010

2011

2012

2013

2014

Ümumi daxili məhsul (mlyn.manat)

4718,1

5315,6

6062,5

7146,5

8530,2

12522,6

18746,2

26815,1

Büdcənin gəlirləri (mlyn.manat)

714,6

784,8

910,2

1220,9

1509,5

2055,2

3868,8

6006,6

Büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi, %-lə

15,1

14,7

15,0

17,1

17,7

16,6

20,6

22,4

Büdcənin xərcləri (mlyn.manat)

764,0

807,5

931,8

1234,5

1502,1

2140,7

3790,1

6086,2

Büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi, %-lə

16,2

15,2

15,4

17,3

17,6

17,1

20,2

22,7

Büdcə kəsiri (mlyn.manat)

-49,3

-22,7

-21,5

-13,6

7,3

-85,6

78,6

-79,6

Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti, %-lə

1,0

0,4

0,4

0,2

0,1

0,7

0,4

0,3


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə