«magиstratura mяrkяzи»



Yüklə 0,6 Mb.
səhifə6/8
tarix27.03.2018
ölçüsü0,6 Mb.
#35366
1   2   3   4   5   6   7   8

Göründüyü kimi, makroiqtisadi sabitliyi və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı meydana çıxacaq, keyfiyyətcə yeni tələbləri nəzərə alaraq, ehtiyatlı xərc siyasətinin yeridilməsi vacibdir. Çünki büdcənin gəlirləri artdıqca, dövlət xərcləri də artmaqda davam edəcəkdir.

Qeyri-neft sektorunun ödədiyi vergilərin artım sürətinin neft sektorunun ödədiyi vergilərin artım sürətindən geridə qalmasına baxmayaraq, birinci daha sabit artım tempinə malikdir. Neft sektorunun ödədiyi vergilərin həcmi dünya bazarının konyunkturundan daha çox asılıdır.

Baxılan dövr ərzində qeyri-neft sektorunun büdcənin ümumi daxilolmalarında xüsusi çəkisinin yüksək olması neft sektorunun ödədiyi vergilərin həcmində azalmanın dövlət büdcəsinin ümumi daxilolmalarına olan mənfi təsirinin yumşalmasını təmin edir. Lakin, neft sektorunun ödədiyi vergilərin dövlət büdcəsində xüsusi çəkisinin getdikcə artması dövlət büdcəsi daxilolmalarını və xərcləmələrinin neft bazarının konyunkturundan asılılığını gücləndirir.

2008-ci ildən başlayaraq dövlət büdcəsi daxilolmalarının artımında neft sektorunun ödədiyi vergilərin mühüm rolu vardır ki, bu artım da ilk növbədə dünya bazarında qiymətlərin artması ilə bağlıdır. Dünya neft bazarında qiymətlərin neft ixracatçıları üçün əlverişli səviyyədə olduğu vaxtlarda dövlət büdcəsinin gəlirləri artır, qiymətlərin qeyri-əlverişli səviyyəyə düşdüyü zamanda isə dövlət büdcəsinin gəlir daxilolmalarında və normal xərclərin maliyyələşdirilməsində gərginliklər yaradır.

Qeyri-neft sektorunun ödədiyi vergilərin həcminin artması isə bu sektorda iqtisadi canlanmanın nəticəsidir. Qeyri-neft sektorundan vergi daxiolmaları xarici tərəddüdlərə məruz qalmır və hökumətin fiskal tədbirlərinin sabitliyinə şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun ödədiyi vergilərin həcminin real artımı vergi dərəcələrinin aşağı salınması şəraitində baş verir. Bu da onu göstərir ki, qeyri-neft sektoru üzərində vergi ağırlığının azalması bu sektorda canlanmaya və nəticə etibarilə ödənilən vergilərin həcminin artmasına imkan verir.

Qeyri-neft sektorunda bir sıra sahələrin həyat fəaliyyətinin saxlanması məqsədilə hökumət dəyərinin tamamilə ödənilməməsinə baxmayaraq enerji daşıyıcılarının qeyri-neft sektoruna təklifini dayandırmır və beləliklə, qeyri-neft sektorunun həyat fəaliyyətinin neft sektoru tərəfindən subsidiyalaşdırılması effektini yaradır. Qeyri-neft sektorunun ödəniş qabiliyyətinin aşağı olması sürətli iqtisadi inkişafın təmin olunmasına ciddi əngəl yaradan ödəməmələr probleminin yaranmasına səbəb olur.

İqtisadiyyatda qarşılıqlı ödəməmələr sistemində yeganə xalis kreditor mövqeyinə Dövlət Neft Şirkəti malikdir. Azərenerji, Azəriqaz, Dəmiryol idarəsinin öz məhsullarının haqlarını ala bilməməsi onları Dövlət Neft şirkəti qarşısında borclu durumuna salmışdır. Satılan enerjinin, su və qazın haqqlarının ödənilməsi sisteminin qeyri-təkmil olması, onların istehlakçılara çatdırılması zamanı həddən artıq texniki itkilərin və qeyri-rəsmi mənimsəmə hallarının mövcud olması da həmin sahələrin ödəniş qabiliyyətinə mənfi təsir göstərən amillərdəndir. Bununla yanaşı, yuxarıdakı məlumatlardan göründüyü kimi ən böyük məbləğdə xalis borclu mövqeyinə isə Azərkimya dövlət şirkətinin müəssisələri malikdir. Bu isə bu sahəyə daxil olan müəssisələrin yalnız dolayı subsidiyalar hesabına fəaliyyət göstərdiyini və ümumiyyətlə desək, həmin sahənin iqtisadi resursların səmərəsiz istifadəçisi olduğunu göstərir. Bütün bunlar özünün maliyyə ağırlığını son nəticədə neft sektorunun üzərinə qoyur. Neft sektoru da öz növbəsində dövlət büdcəsi qarşısında vergi üzrə öhdəliyini tam ödəyə bilməmək vəziyyəti ilə üzləşir.

Sahələr arasında borc probleminin həll edilməməsi qeyd etdiyimiz kimi, dövlət büdcəsinə olan külli miqdarda vergi borclarının mövcud olmasına gətirib çıxarır ki, bu da öz növbəsində qeyri-neft sektoru sahələrinin dövlət büdcəsinin iştirakı olmadan dolayı olaraq (kvazi-büdcə əməliyyatları) subsidiyalaşdırılması təcrübəsini yaradır.

Neft sektorunun qeyri-neft sektorunu ödəməmələr formasında maliyyə- ləşdirməsi ikincinin belə şəraitdə fəaliyyət göstərməsi ənənəsini yaradır və qeyri-neft sektoru artıq bu şəraitə adaptasiya olunur. Bu şəraitin aradan qaldırılması isə artıq ödəməmələr probleminin yaranmasında mühüm amil kimi çıxış edən və səmərəsiz fəaliyyət göstərən sahələrin həyat fəaliyyətinin dayandırılması zərurətini yaradır.

Azərbaycanda dövlət büdcəsi, neft fondunun gəlirlərinin getdikcə artması geniş maliyyə bazasına malik bu tipli fondların yaradılmasına real imkanlar açır. Qeyri-neft sektorunun inkişafı üzrə dövlət maliyyə fondlarınun vəsaitləri aşağıdakı formalarda yerləşdirilə bilər:


  • Əsas fondların alınması, yeniləşdirilməsi üçün uzunmüddətli, aşağı faizli kreditlərin təqdim edilməsi;

  • Dövriyyə vəsaitinin tamamlanması üçün simvolik faizlə qısamüddətli kreditlərin təqdim edilməsi;

  • Veksellərin uçotunun və akseptləşdirilməsi əməliyyatlarının həyata keçirilməsi;

  • Riskli, lakin perspektivi yüksək olan yeni biznes fəaliyyətinin kreditləşdirilməsi;

  • İnnovasiya layihələrinin kreditləşdirilməsi;

  • Lizinq xidmətinin təşkili.

Qeyri-neft sektorunun inkişafı üzrə dövlət maliyyə fondlarının fəaliyyəti təkcə maliyyə vəsaitlərinin təqdim edilməsi ilə yekunlaşmamalı, eyni zamanda aşağıdakı xidmət növləri ilə tamamlanmalıdır:

  • Menecmentin təşkili üzrə tövsiyyələrin verilməsi;

  • Kredit risklərinin dəyərləndirilməsi;

  • Yeni biznes imkanlarının mövcudluğu ilə bağlı informasiyaların verilməsi, konsaltinq xidməti, biznes planların tərtibi;

  • Kreditləşmə tarixi üzrə reyestrin aparılması və hər müəssisə üzrə kredit ödəmək mədəniyyətinin təhlili;

  • Menecerlərin tədrisi sisteminin təşkili;

  • Modern texnologiya, xammal və istehsal məqsədləri üçün digər növ vasitələrin daha əlverişli qiymətlərlə alınmasına yardım edilməsi;

  • Biznes qurumları arasında əlaqələrin yaradılmasına yardım edilməsi;

  • Məhsulun ixracının təşkili ilə bağlı məsləhətlərin verilməsi.

Neft gəlirlərinin əsasən fəal yığım vasitəsi kimi istifadə olunması, yəni neft fondunda aktivlərin dinamik artımı və qorunub saxlanması strateji önəm kəsb edir. Yaxın gələcəkdə nəzərdə tutulan neft-qaz müqavilələrinin reallaşması nəticəsində, Azərbaycan dünyanın ən zəngin neft-qaz ölkəsinə çevriləcəkdir. Neft yataqlarının mənimsənilməsi, böyük kapital qoyuluşu, müasir texnika və texnologiyanın tətbiqi külli miqdarda xarici investisiyaların cəlb edilməsi neftdən gələn gəlirlərin və nəticədə, dövlət büdcəsinin gəlirlərinin nəzərə çarpacaq dərəcədə artmasına gətirib çıxaracaqdır.

Belə şəraitdə, büdcənin sosial və iqtisadi tərəflərinin optimallaşdırılmasının iki üsulu – radikal və evolyusiya üsulları formalaşdı. Birinci üsül - büdcənin səfərbərlik modeli şəraitində, ikinci üsul isə büdcənin bazar modeli və sosial dövlət şəraitində reallaşdırılırdı. Büdcənin hər iki mode­linin ümumi cəhəti ondan ibarətdir ki, hər iki halda həyat risklərindən müdafiənin sənaye prinsipi əvəzində bütün əhalinin həyat səviyyəsinin yüksəl­dilməsində dövlət məsuliyyəti əsas götürülür, sosial həmrəyliyə, ədalət və ünvanlı yardıma üstünlük verilir, insanın sosial hüquqları, vətəndaşların konstitusion hüquqları əsas götürülür.

Hər iki model üçün xarakterik cəhət dövlətin sosial funksiyalarının güclən­dirilməsi və bunula yanaşı büdcənin sosial xərclərinin mütləq və nisbi həcminin artmasıdır. Bu, vergi sisteminin rolunun yüksəldilməsi və insanların sosial-iqtisadi həyatına dövlətin təsirinin gücləndirilməsi ilə müşaiyət olunur. Büdcənin sosial xərclərinin əsas funksional istiqamətləri də eynidir: sosial təminat, sosial sığorta və maddi yardım.

Dövlət büdcəsi vasitəsilə əhalinin maddi rifah halının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının idarə olunması, dinamik inkişafının stimullaşdırılması üçün onu əsas maliyyə mənbəyinə və iqtisadi sistemə təsir etmək imkanına malik olan alətə çevirmək lazımdır. İqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sahibkarlığın inkişafına yönəldilmiş, dövlət proqramlarında büdcə gəlirləri hesabına həyata keçirilməsi nəzərdə tutulan layihələrin maliyyələşdirilməsini təmin etmək məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiqdir:

- büdcə gəlirlərinin artımı hesabına mərhələlərlə yoxsulluğun azaldılması;

- sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış proqramlara maliyyə dəstəyinin artırılması;

- fundamental elmin inkişafı baxımından onun maddi texniki bazasının yaxşılaşdırılması üçün maliyyə təminatının yüksəldilməsi;

- dövlət idarəetmə sistemində aparılan struktur islahatlarını davam etdirmək;

- dövlət borclarının idarəetmə mexanizmini təkmilləşdirmək;

- əsaslı dövlət vəsaitindən səmərəli istifadəyə nəzarəti gücləndirmək;

- minimum əmək haqqının artırılması və əməyin ödəniş sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işləri davam etdirmək;

- qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artımını təmn etmək;

- dövlət zəmanəti ilə kredit alan təşkiatların maliyyə fəaliyyəti üzərində nəzaət mexanizmi təkmilləşdirmək ;

- qiymətli kağızlara olan təlabatı artırmaqla normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin aşağı salınmasına nail olmaq;

- regionlarda əmək ehtiyatlarından, təbii və maliyyə potensialdan səmərəli istifadə etməklə yerlərdə maliyyə tarazlığının təmin edilməsinə nail olmaq;

- getdikcə güclənən inflyasiyanın və qiymət artımının qarşısını almaq istiqamətində kompleks tədbirlər görmək;

- dövlət vəsaitinin təyinatı üzrə xərclənməsi üzərində nəzarətin daha da yaxşılaşdırılması məqsədilə xəzinə nəzarətini gücləndirmək;

Qeyri-neft sənaye sahələrinin, xidmət və digər infrastruktur obyektlərinin, inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq qarşıda duran mühüm vəziflərdəndir. Bu məqsədlə:



  • gələcəkdə də xərclərin investsiya və sosialyönümlülüyünə üstünlük vermək;

  • büdcə təşkilatlarında borclanma prosesini çevik idarə etmək;

  • dövlət olan əmlakının idarə edilməsi mexanizmini təkmilləşdirməklə dövlət büdcəsinə daxilolmaları artırmaq;

  • dövlət rüsumuna cəlb olunan xidmətlərin tərkibinin genişləndirməklə onun yığılmasına nəzarəti gücləndirmək;

  • büdcə gəlirlərinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, habelə şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalaşdırılması istiqamətində işi davam etdirmək.

Yuxarıda deyilənlərdən və əldə olunan iqtisadi nailiyyətlərdən belə bir qənaətə gəlmək olar ki, respublikada makroiqtisadi sahədə nailiyyətlərin təmin edilməsinin əsas şərtlərindən biri də düzgün büdcə – vergi siyasətinin həyata keçirilməsi olmuşdur. Büdcə-vergi siyasətinin və maliyyə sistemində aparılan islahatların mühüm istiqamətləri kimi büdcə gəlirlərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılması, dövlətə məxsus maliyyə ehtiyatlarından səmərəli istifadə etmək baxımından, xəzinədarlığın işinin daha da təkmilləşdirilməsi, xərclərin icrasının maliyyə planlaşdırılması əsasında həyata keçirilməsi və vergi məkanını genişləndirməklə vergi yükünü azaltmaq olmuşdur. Göründüyü kimi, müasir şəraitdə dövlətin büdcə-vergi siyasətində büdcə tarazlığının qorunması çox vacib şərtlərdən biri olduğu üçün büdcə-vergi siyasətini elə bir şəkildə uyğun­laş­­dırmaq tələb olunur ki, dövlət büdcəsi bu uyğunlaşmanın uğursuzluğunda iqti­sadiyyatı iflic vəziyyətinə salmasın. Çünki hər bir siyasətin pozitiv nəti­cə­lərindən başqa neqativ nəticələrinin də ola bilməsini yaddan çıxarmaq lazım deyildir.

Məlumdur ki, vergi dərəcələrinin azaldılması uzunmüddətli dövrdə iqtisadi aktivliyi artırmaqla vergi bazasının genişlənməsinə və büdcənin vergi daxilolmalarının artmasına səbəb olur. Lakin bu məqamda əsas problem iqtisadiyyatın hansı fazada olmasını düzgün müəyyənləşdirmək və buna uyğun olan optimal vergi dərəcələrinin müəyyənləşməsidir. Əks halda vergi dərəcələrinin azaldılması istiqamətində atılan addımlar uzunmüddətli dövrdə də lazımi effekti verməyə bilər və büdcə daxilolmalarını müəyyən qədər azalda bilər. İndiki vəziyyətdə iqtisadiyyat üçün bu risk o qədər də yüksək deyil. Çünki artıq 2010-cu ildə vergi daxilolmalarının 70%-dən artığı neft sektorundandır. Bu sektordan vergi yığımı əvvəlcədən təsbit edilə biləndir.

Beləliklə, əslində vergi dərəcələrinin azaldılması büdcə daxilolmalarının kəskin təsir etməyə bilər. Lakin qeyri-neft sektoru uzunmüddətli perspektivdə bu cür güzəştlərdən faydalana bilər. Bu isə vergi bazasının diversifikasiyasına gətirib çıxara bilər ki, ölkə iqtisadiyyatının buna ehtiyacı böyükdür. Neft faktorunun xüsusi təsiri belə yüksək qalarsa əlavə risklər yarana bilər. Xarici neft şirkətlərinin dövlət büdcəsinə ödədikləri vəsaitin (əsasən mənfəət vergisi formasında) miqdarının artması nəticəsində 2012-ci ildə xarici neft kompaniyalarının dövlət büdcəsinə ödədikləri mənfəət vergisinin ümumi məbləği 1216,9 milyon manat (1,398 milyard dollar) olmuşdur. Həmçinin 35 milyon dollar məbləğində vəsait vergi orqanlarının neft şirkətlərində apardığı yoxlamalar nəticəsində ortaya çıxmış yanlış hesablamalara görə əlavə olaraq büdcəyə cəlb edilmişdir. ARDNŞ-in isə ötən il dövlət büdcəsinə ödədiyi vəsait 734.6 milyon manat (844 milyon dollar) təşkil etmişdir ki, bu da 2005-ci ilə nisbətən 34.8% çoxdur. Buraya Dövlət Neft Fondundan büdcəyə 585 milyon manatlıq stabil transferləri də əlavə etsək büdcədə neft faktorunun payının 65%-dən çox olduğu ortaya çıxır (2536.5 mln.AZN).

Respublikamızda qeyri-neft sektorunun inkişafı ilə bağlı ən vacib strateji istiqamət - neft bumu nəticəsində makroiqtisadi sabitlik üçün yarana biləcək təhlükələrin aradan qaldırılmasıdır. Burada əsas vəzifə milli valyutanın möhkəmlənməsinin qarşısının alınması və inflyasiyanın normal səviyyədə saxlanılması məqsədilə müvafiq dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslana bilər:



  • neft gəlirlərinin nəzərdə tutulmuş səviyyəsindən artıq hissəsinin yığım fondunda cəmləşdirilməsi;

  • dövlət xərclərinin orta və uzunmüddətli sosial-iqtisadi inkişaf proqram­la­rına uyğun həyata keçirilməsi;

  • büdcə xərclərinin artırılması zamanı onun məcmu tələbin kompo­nent­lə­rinə ayrılıqda göstərdiyi təsir və təklifin strukturu ilə uyğunluğuna diqqət yetirilməsi;

  • dövlət xərcləmələrinin idarə olunmasının təkmilləşdirilməsi;

  • maliyyə intizamının möhkəmləndirilməsi, həmçinin dolayı subsidiya­laş­ma hallarının azaldılması;

  • gözlənilən inflyasiya meyllərinin qarşısının alınması üçün həyata ke­çi­ri­lən sterilizasiya tədbirlərinin çevikliyinin artırılması və s.

Cədvəl 3.3.

Azərbaycan Respublikasının 2010-2013-cu illər üzrə icmal büdcəsinin göstəriciləri ( mln. manatla)







2010

2011

2012

2013

İcmal büdcənin gəlirləri:

7402,7

8587,1

13629,4

14343,1

o cümlədən













Dövlət büdcəsinin gəlirləri

5335,7

6466,5

7165,6

7563,1

Naxçıvan MR-nın büdcəsinin gəlirləri

161,9

194,3

217,6

235,0

DSMF gəlirləri

920,2

1062,0

1299,8

1552,1

Dövlət Neft Fondunun gəlirləri

1555,7

1588,2

5984,2

6193,4

Xarici kreditlər

349,0

272,0

87,0

73,0

Sair daxilolmalar

330,0

390,2

377,9

371,3

İcmal büdcənin xərcləri

7195,6

7862,0

8446,1

8899,0

o cümlədən













Dövlət büdcəsinin xərcləri

5714,7

6562,5

7260,6

7657,1

Naxçıvan MR-nın büdcəsinin xərcləri

161,9

194,3

217,6

235,0

DSMF xərcləri

920,2

1062,0

1299,8

1552,1

Dövlət Neft Fondunun xərcləri

969,7

767,1

705,9

655,3

Xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər

349,0

272,0

87,0

73,0

Enerji sektoruna dövlət büdcəsindən edilən dolayı subsidiya

330,0

390,2

377,9

371,3

İcmal büdcənin kəsiri(artıqlığı)

207,1

725,1

5183,3

5444,1

o cümlədən













Dövlət büdcəsinin kəsiri

-379,0

-96,0

-95,0

-94,0

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri(artıqlığı):

- 348,7

-863,1

-800,9

-749,3


Mənbə: AR DSK-nin məlumatları

Növbəti bir neçə ildə neft hasilatının kəskin yüksəlməsi büdcəyə böyük həcmli pulların daxil olacağını deməyə əsas verir. Ancaq bu artım qısamüddətli olacağından, vəsaitlərin optimal idarə olunması çox vacib məsələdir. Büdcə xərclərinin indiki templə artımı, bir tərəfdən, inflyasiya təzyiqi, digər tərəfdən də, neft hasilatının azalacağı təqdirdə maliyyələşmə problemi yaratmaqla ölkə iqtisadiyya­tı­nın inkişafı üçün ciddi maneəyə çevrilə bilər.

Beynəlxalq təcrübə göstərir ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda, iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son beş il üzrə vergi yükünün səviyyəsinə diqqət yetirsək, bu göstəricinin 20 faiz həddini ötmədiyini görmək olar. Bu bir çox ölkələrlə müqayisədə çox aşağı göstəricidir, Avropa ölkələrində faktiki vergi yükünün səviyyəsi respublikamızla müqayisədə çox yüksəkdir. MDB dövlətlərinə gəldikdə isə, vergi yükü Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərdən aşağıdır. Əgər Avropa ölkələrinin vergi qanunvericiliyinə diqqət yetirsək, görə bilərik ki, ƏDV dərəcəsinin orta göstəricisi bu ölkələr üzrə 19,5%, mənfəət vergisi dərəcəsinin orta gostəricisi isə 24,2%-dir. Fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin maksimal həddi üzrə orta gostərici isə bu ölkələr üzrə 40,8% təşkil edir. Deməli, Azərbaycanda ƏDV-nin dərəcəsi Avropa ölkələri üzrə ƏDV dərəcəsinin orta göstəricisindən aşağıdır.

Mənfəət və gəlir vergisinin dərəcələrinin də Avropa ölkələri üzrə orta göstərici ilə müqayisəsi zamanı bu hal müşahidə olunur. MDB-yə üzv olan ölkələr üzrə ƏDV-nin orta göstəricisi 18,8%, mənfəət vergisinin orta göstəricisi 22,9%, fiziki şəxslərin gəlir vergisinin orta göstəricisi isə 21,3%-dir. Bütün bunlarla yanaşı, hökumət vergi yükünün optimal səviyyədə saxlanılması və vergi sisteminin liberallaşdırılması istiqamətində siyasət yürütməli, vergi dərəcələrinin perspektivdə aşağı salınması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsini diqqətdə saxlamalıdır.

Vergi siyasətinin bütün parametrlər üzrə optimallaşdırılması effektiv iqtisadi tədqiqatların, o cümlədən empirik tədqiqatların nəticəsində müəəyyən edilə bilər. Bu baxımdan, büdcə-vergi siyasəti üzrə iqtisadi tədqiqat bazasının gücləndirilməsinə ciddi ehtiyac vardır. Vergi intizamının artırılması üçün ilk növbədə vergitutmanın ədalətlilik və obyektivlik prinsiplərinə riayət edilməsinə, vergi ödəyicilərinin məlumatlandırılma­sı­na ehtiyac vardır. Vergi intizamının artırılması prosesin hər iki tərəfindən, yəni həm vergi orqanı əməkdaşlarından, həm də vergi ödəyicilərindən eyni zamanda asılıdır. Yəni vergi intizamının artırılması birtərəfli olaraq vergi ödəyicilərindən asılı olan bir proses deyil.

Vergi intizamının gücləndirilməsi ayrı-ayrı vergi növləri üzrə islahatları zəruri edir. ƏDV-nin inzibatçılıq sisteminin təkmilləşdirilməsi çərçivəsində də tədbirlər gücləndirməlidir. Bu həmin sahədə bütün nöqsanların, məsələn, vergi ödənişindən yayınma faktlarının aradan qaldırılmasına və dövlət büdcəsinə ƏDV daxilolmalarına təsir göstərə bilər. Bu sahədə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq çərçivəsində bir sıra qanunverici təşəbbüslər qaldırılıb və Vergi Məcəlləsində dəyişikliklər edilib. 2006-cı ildən ƏDV qeydiyyatı üzərində nəzarətin gücləndirilməsi nəticəsində 5304 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib. Bunlar ƏDV üzrə külli miqdarda vergi borcları yaradan vergi ödəyiciləridir. ƏDV çoxpilləli ümumi istehlak vergisidir və o, məhsul, iş və xidmətlərlə bağlı əməliyyatların bütün mərhələlərində tətbiq edilir. Maliyyə hesablaşmalarının hər bir mərhələsində tətbiq olunduğu üçün nəzarət mexanizmlərinin nə qədər güclü olmasına baxmayaraq, bu vergidən yayınmağa meyllik daim vardır və bunun üçün tətbiq edilən sxemlər də bir o qədər fərqli və çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: «Bir önəmli məsələ də budur ki, bizdə əmlak vergisinin tutulması şəffaf deyildir. Yəni əmlak vergisi var, amma əmlakın qiymətləndirilməsi məsələsi, hesab edirəm ki, lazımı səviyyədə deyildir. İnkişaf etmiş ölkələrdə hər bir mənzil sahibi, yaxud da ki, mülk sahibi ildə müəyyən əmlak vergisi verir. Ancaq o şərtlə ki, onun mülkiyyəti bazar qiyməti ilə qiymətləndirilir. Bizdə isə verilən məlumata görə bu qiymət simvolikdir. Bu, çox ciddi məsələdir. Bunun həlli həm Azərbaycanda gedən proseslər dünyadagedən proseslərlə uyğunlaşdırar, həm də büdcəmizə əlavə gəlir mənbəyi yarada bilər… Azərbaycanda bütün əmlak gərək bazar qiyməti ilə qiymətləndirilsin».

Beynəlxalq təcrübəyə əsasən, əmlak vergisi üzrə vergitutma obyekti kimi torpaq, bina və s. daşınan və daşınmaz əmlaklar götürülür. Bu baxımdan əmlak və torpaq vergisi növünün eyni məqsədə xidmət etdiyini nəzərə alaraq, onları birləşdirmək və vahid vergi növü kimi tətbiq etmək aktualdır. Lakin ölkəmizdə torpaq bazarının formalaşmaması və torpağın qiymətinin müəyyən edilməsi metodlarının işlənməməsi bu vergi növlərinin birləşdirilməsində müəyyən əngəllər yaradır. Daşınmaz əmlak kateqoriyasına aid olan torpaq qiymətləndirilərək alqı-satqı predmeti kimi götürülsə, perspektivdə torpaq vergisi ilə əmlak vergisini birləşdirmək barədə konkret tədbirlər görmək olar. Təbii ki, bu vergi qanunvericiliyinin sadələşdirilməsi, sahibkarlara daha aydın və şəffaf metodlardan istifadə imkanının verilməsinə xidmət edə bilər. Eyni zamanda, bu vergilərin birləşdirilməsi üçün bir sıra başqa iqtisadi əsasların da yaranması zərurəti vardır. Torpaq vergisi ölkədə iqtisadi fəallığı artıran vergi növlərindən biridir. Torpaq vergisi torpaq mülkiyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Bu vergi növünün göstərilən formada tətbiqi sahibkarı onun sərəncamında və mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadə etməyə məcbur edir. Bununla əlaqədar, torpaq vergisi renta tipli əmlak vergisi xarakteri daşıyır. Müasir dövrdə həm torpaq, həm də əmlak vergilərinin daxilolmalarda xüsusi çəkisi nisbətən azdır. Bir çox ölkələrdə torpaq əmlakın qiymətli hissəsi hesab edilir və onlara vahid vergi rejimi tətbiq edilir. Bəzi ölkələrdə isə torpaq vergisi də əmlak vergisinin tərkibində olmaqla, yerli büdcələrin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. İndiki mərhələdə əsas diqqət həm də əmlak vergisinin büdcəyə cəlb edilməsində olan problemləri aradan qaldırmağa yönəldilməlidir. Hazırda ölkəmizdə əmlak vergisinin tam şəkildə vergitutma bazasına daxil edilməsində bəzi problemlər mövcuddur. Bu, bir tərəfdən fiziki şəxslərin əmlak vergisinin toplanması ilə məşğul olan bələdiyyələrin vergi xidməti sisteminin kifayət qədər inkişaf etməməsi ilə bağlıdırsa, digər tərəfdən də daşınmaz əmlakın bazar qiymətləri ilə vergiyə cəlb edilməsində müşahidə olunan problemlərlə əlaqəlidir. Bu sahədə ciddi iş aparılmalı və əmlak vergisinin tətbiqi mexanizmlərini təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübə öyrənilməlidir.

Büdcə Məcəlləsinin Vergi Məcəlləsi ilə uyğunluq təşkil etməsi çox vacibdir. Büdcə məcəlləsinə ölkənin sosial-iqtisadi inkişafının proqnozlaşdırılması, büdcə və büdcədən kənar dövlət təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyi və effektivliyinin qiymətləndirilməsi üzrə hüquqi və iqtisadi normalar daxil olmalıdır. Bundan başqa, burada dövlət gəlirlərinin potensialının qiymətləndirilməsi üzrə normalar, onların sosial-iqtisadi inkişafa təsirinin idarə olunmasının mexanizm və vasitələri, dövlət xərclərinin effektivliyinin təmin olunması üzrə mexanizmlər, dövlət xərclərinin və bütövlükdə büdcənin proqramlaşdırma səviyyəsinin artırılması, dövlət büdcəsinin formalaşması, icrası və hesabatı üzrə normalar və s. müəyyən olunmalıdır. Eyni zamanda, «Büdcə sistemi haqqında» qanun da təkmilləşdi­ril­mə­lidir.

Azərbaycanda vergi sisteminin makroiqtisadi və digər aspektləri ilə bağlı olan strateji məqsədlərə çatmağa vergi qanunvericiliyi də xidmət etməlidir: ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisinin artımına nail olmaq; qeyri-neft sektorunda iqtisadi inkişafa çatmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin etmək; yerli istehsalın inkişafını stimullaşdırmaq məqsədilə idxal rüsumlarının dərəcələrinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək; potensial gəlirlərin büdcəyə daxilolma əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək; vergi borclarının azaldılması istiqamətində işləri davam etdirmək; vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləşdirmək; dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi hesabına özəlləşdirmədən daxilolmaların artımına nail olmaq; sadələşmiş vergiyə cəlb olunan xidmət (iş) sahələrini genişləndirmək; vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş vergini tətbiq etmək; vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergiqoyma məsələləri üzrə normativ hüquqi sənədləri sadələşdirilmək; vergi yükünün istehsalçılarla istehlakçılar arasında optimal paylaşılmasına nail olmaq.

Bu tədbirlərin səmərəli həyata keçirilməsi ilk növbədə büdcə-vergi siyasətinin daha da təkmilləşdirilməsini şərtləndirir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə