67
kapitalı inkişafının və keyfiyyətinin yüksəlməsinin şərtlərindən biri yüksək iqtisadi
azadlıq indeksi hesab olunur. İnsan kapitalını 3 formada təsnifləşdirmək mümkündür:
1) fərdi insan kapitalı; 2) firmanın insan kapitalı; 3) milli insan kapitalı.
Bir çox ölkələrdə yenilikçi iqtisadiyyat iqtisadi inkişafın fundamental mənbəyi
kimi hesab edilir və milli sərvətlərin mühüm tərkib hissəsini təşkil edir. İnnovasiya
mərkəzlərinin yaradılması və bu mərkəzlərin fəaliyyəti yeni texnologiyaların inkişafı
və ali təhsil müəssisələrinin elmi, texniki və innovasiya potansialından səmərəli
istifadə, eləcə də müəssisələrin, təşkilatların və kiçik yüksək texnologiyalı biznes
innovasiya fəaliyyətini təbliğ etməkdir. Bu fəaliyyətə Rusiya Fedarasiyasını iqtisadi
siyasətini misal göstərmək olar. 2006-2015-ci il üçün Rusiya Federasiyasının təhsil
siyasətinin məqsədi Rusiya təhsil sisteminin innovasiyalı inkişafa keçid, yüksək
nəticələrin əldə olunmasına diqqət, müvafiq beynəlxalq standartlar, keyfiyyət və
cəmiyyət və bilik iqtisadiyyatı ehtiyaclarına uyğun təhsil rəqabət qabiliyyətinin
fasiləsiz təkminləşdirilməsi üçün mexanizmlərin yaradılmasıdır.
İnnovasiya iqtisadiyyatı ənənəvidən fərqlənir və onun subyektlərinin arasında
istehsal prosesində yaranan iqtisadi münasibətlərin (əlaqələrin) yeni tipi təşkil edir.
Anlamaq əhəmiyyətlidir ki, innovasiya inkişafına keçid insanın məhsuldar güclərinin
uyğun olan inkişafıyla şərt qoyulmuşdur — innovasiya iqtisadiyyatının subyekti.
Yaradıcı insan innovasiya istehsalının inkişaf prosesinin əsas elementidir, və (amma)
onun insan kapitalı yeni biliklərin generasiyası əsasında innovasiya istehsalının əsas
resursu olur.
İnsan kapitalı XXI əsrdə innovasiya, rəqabət və iqtisadi böyüməni bir birinə
bağlayan əsas faktor hesab edilir. İnsan kapitalı innovasiyanın əsas hissəsdir.
İqtisadi artım innovasiya ilə izah olunur, bununda əsas səbəbi (təhsil) insan
kapitalı hesab edilir. Eyni zamanda, müasir dövrümüzdə innovativ üstünlüyə malik
olan ölkələr təhsilli insan kapitalını özünə çəkir.
68
Empirik araşdırmanın ikinci əsas element isə insan kapitalının xarakteristikasıdır.
Buna təhsil, bilik və bacarıq aiddir. Son bir neçə il ərzində, insan kapitalı nəzəriyyəsi
xüsusilə Malayziya kimi inkişaf etmiş iqtisadiyyatlarda, təhsil və iqtisadi artım
arasındakı səbəbli əlaqəni təsdiq ilə çox diqqət çəkdi. Çünki insan kapitalı nəzəriyyəsi
iqtisadi inkişafa savadlı və məhsuldar işçi qüvvəsi ilə nail oluna biləcəyini müdafiə
edir.
İnsan kapitalı, əsasən iqtisadi artıma və inkişafına stimul yaradan fərdlərin bir
sıra kimi görünən bilik, qabiliyyət və bacarıqları, innovasiya prosesinin əsas stimulu
hesab edilmişdir. İqtisadi ədəbiyyatda insan kapitalının 3 növünü qeyd etmək olar.
Bunlar firma-xüsusi insan kapitalı, sənaye-xüsusi insan kapitalı və fərdi-xüsusi insan
kapitalıdır. Popescu Cristian yuxarıda qeyd edilən insan kapitalının ilk iki növünün
hansı ki, qabiliyyət və biliyə əsaslanır, yalnız müəyyən bir firma və ya sənaye üçün
qiymətli oluğu və bunlarında müəyyən region və ya dövlət daxilində innovasiya
fəaliyyətinə məhdud təsirini ifadə edir. Bu ikisindən fərqli olaraq, fərdi-xüsusi insan
kapitalı hansı ki, biliyi nəzərdə tutur, böyük firmalar və sənayelər üçün müvafiqdir.
Bütün bunları düşündükdə insan kapitalının fərdlər, təşkilatlar və böyük gücə sahib
olan innovativ induksiyalı cəmiyyətlər üçün rəqabət üstünlüyününü əsas mənbəyi
hesab etmək mümkündür.
İnsan kapitalı funksiyalarına hökumət, şirkət, şəxsin müvafiq olaraq fərdi, mikro
və makro səviyyədə ehtiyaclarını ödəmək qabiliyyəti daxildir.
Fərdi səviyyədə insan kapitalı funksiyaları:
1.
İqtisadi - kapitalın hərəkətini təmin etmək üçün zəruri olan mənfəət artımının,
biliklərin artım və həyata keçirilməsi hesabına əldə edilən əhəmiyyətli dərəcədə
sürətləndirilməsindən ibarətdir;
2.
Stimullaşdırıcı - bu inkişaf mərhələsində ən çox ehtiyac olan istehsal
keyfiyyətlərinin formalaşması və təkmilləşdirilməsinə kömək edir.
Mikro səviyyədə insan kapitalı funksiyaları:
69
1.
Proqnozlaşdırıcı. İnsan kapitalının tədqiqi ehtimal və reallıq arasında olan
dialektik bağlılıq vasitəsilə işçilərin, qrupların, ölkə regionlarının insan
kapitalından istifadə dərəcəsini qiymətləndirməyə və bu əsasda rəqabət,
innovasiya fəaliyyəti, iqtisadi artımın yüksəlməsi üçün şərait yaratmağa imkan
verir;
2.
İstehsal və iqtisadi. İnsan kapitalının köməyi ilə insan birbaşa olaraq mal və
xidmətlərin istehsalı prosesinə qoşulur. Fərdi insan kapitalının keyfiyyəti
yüksəldikcə, onun əmək fəaliyyətinin, onun istehsal etdiyi və insanların normal
həyat fəaliyyəti və ehtiyaclarının qarşılanması üçün zəruri olan mal və
xidmətlərin keyfiyyəti də artır, sahibkarına daha çox gəlir əldə etdirir.
Makro səviyyədə insan kapitalının funksiyalarına daxildir:
1.
Translyasiya- fasiləsizlik, cəmiyyətin malik olduğu insan kapitalının keçmişdən
gələcəyə ötürülməsini nəzərdə tutur. Bu zaman insan kapitalının yalnız yeni
vaxtın tələb etdiyi hissəsi ötürülür;
2.
Strateji, hansı ki, insan kapitalının dövlətin inkişafı, elmi-texniki tərəqqinin
dövlət çərçivəsində hərəkatı, iqtisadi artım ilə əlaqəli olan elementlərindən biri
olduğunu göstərir.
Dünya İqtisadi Formunun
İnsan kapitalı indeksi – 2015
Sıra
İqtisadiyyat
Dərəcə
1
Finlandiya
85.78
2
Norveç
83.84
3
İsveçrə
83.58
4
Kanada
82.88
5
Yaponiya
82.74
6
İsveç
82.73