Magistratura məRKƏZİ Əlyazması hüququnda


Fəsil III. Azərbaycanda qiymətli kağızlar bazarının mövcud vəziyyəti və inkişaf istiqamətləri



Yüklə 121,43 Kb.
səhifə11/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Quliyeva-Leyla-El-in

Fəsil III. Azərbaycanda qiymətli kağızlar bazarının mövcud vəziyyəti və inkişaf istiqamətləri.


    1. Azərbaycanda qiymətli kağızlar bazarının təşkili xüsusiyyətləri

Qiymətli kağızlar bazarının yaranması Respubikamızda XX əsrin əvvəllərinə təsadüf etməkdədir. 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsinin təsdiq edilməsi ilə ölkəmizdə ilk səhmlər buraxılıb. Bankın əsas səhmdarları Azərbaycanın tanınmış sahibkarları-şuranın sədri H.Z.Tağıev, üzvləri M.Nağıyev, M.Muxtarov

,M.Ş.Əsədullayev və başqaları olmuşdur. Bakıda XX əsrin ilk 2 onilliyində bir sıra səhmdar cəmiyyətləri fəaliyyət göstərib. Bu cəmiyyətlərin əksəriyyəti ticarəti və neft istehsalı, emalı ilə məşğul olurdu. Onlardan "Bül-Bülə neft və ticarət səhmdar cəmiyyəti", "Neft məhsulları səhmdar cəmiyyəti", "Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti" və başqalarını qeyd edə bilərik. Bakı Tacir Bankının ,Yeni-Bakı neft emalı zavodunun və başqa iri şirkətlərin səhmləri Sankt-Peterburqun,Moskvanın və Rusiyanın digər iri şəhərlərinin fond birjalarında satışa çıxarılmaqda idi. Azərbaycanda iri Russiya banklarının XIX-XX əslərdə Bakı filiaları fəaliyyət göstərməkdə idi. Bu sırada Sankt-Peterburq Beynəlxalq Komersiya Bankının (1868- 1920), Sankt-Peterburq Dövlət Bankının (1874-1920), Russiya Xarici Ticarət Komersiya Bankının (1871-1919), "Voljsk-Kams" Komersiya Bankının (1870-1920), "Russiya Sənaye ticarət" Komersiya Bankının (1890-1920), "Şimal" Komersiya Bankının (1901-1910), "Azov-Don" Komersiya Bankının (1877-1920), "Russiya Asiya" Komersiya Bankının (1910-1920) və b. filiallarını göstərə bilərik. "Kaspi" qəzetinin səhifələrində veksel islahatı haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman labüdlüyünü və geniş istifadəsini təsdiqləyən maraqlı məlumatlar dərc olunurdu. Həmin dövrdə Bakıda fəaliyyət göstərən digər banklar və Bakı Tacir Bankı tərəfindən faiz kağızları və veksellər buraxılmışdır. Ödəniş prosesində və borc münasibətlərinin formalaşmasında Veksellərdən geniş istifadə olunurdur. Azərbaycan Demokratik Respublikası dövründə də veksel bazarı inkişaf etmiş, lakin Sovet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır. Bütün MDB məkanında olduğu kimi Sovet Azərbaycanında da dövriyyəda olan əsas qiymətli kağız uduşlu dövlət istiqrazları olmuşdur.
1991-ci ildə, müstəqilliyimizin ilk dövrlərində təşkil olunan Bakı Qiymətli Kağızlar Birjası ölkəmizin yeni yaranan qiymətli kağızlar bazarında ilk birja oldu.

Qapalı tipli səhmdar cəmiyyəti olan Bakı Banklararası Valyuta Birjası Azərbaycanın 5 ən iri bankı tərəfindən 21 iyun 1993-cü ildə təsis edilmişdir. Bu banklar Sənaye investisiya Səhmdar Kommersiya Bankı, Aqrar-Sənaye Səhmdar- Kommersiya Bankı, Azərbaycan Respublikası Milli Bankı, Səhmdar-Kommersiya Əmanət Bankları,Azərbaycan Respublikası Beynəlxalq Bankıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət qısamüddətli istiqrazların buraxılması haqqında" qərarının tətbiqindən sonra dövlət qiymətli kağızlar bazarı fəaliyyətə başlamışdır. 1996-cı ilin sentyabırından ölkəmizdə qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edən Qısamüddətli Dövlət İstiqraz Vərəqləri (QDİV) bazarı fəaliyyətə başlamış və QDİV-in yerləşdirilməsi 1997-98-ci illərdə üzrə 13 hərrac keçirilib. 1997-ci ildə hökümət QDİV-in dövriyyəsi haqqında əsasnaməyə dəyişiklik etmiş, dövlət qiymətli kağızlar bazarının liberallaşması rəsmi məlumatlara görə tamamilə başa çatmışdır. Həmin dəyişikliyə görə QDİV bazarında qeyri-rezident təşkilatların iştirakına icazə verilmişdir. Eyni zamanda qiymətli kağızlar bazarının qanunvericilik bazası kimi çıxış edə biləcək "Səhmdar cəmiyyətləri haqqında" və "Qiymətli kağızlar haqqında" qanunlar qəbul olunub.

Qymətli kağızlar bazarının yaranması müstəqil Azərbaycan Respublikasında yeni iqtisadi tariximizdə ən önəmli hadisələr sırasındadır, ona görə ki,bu bazarın mövcudluğu Azərbaycanı dünya iqtisadi sisteminə yaxınlaşdıran vacib maliyyə infrastrukturlarından, hər ölkənin iqtisadi tərəqqi amillərindən biridir. Dünya təcrübəsindəndə göründüyü kimi, qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının əsas təməlidir, buna görə də 1998-ci il dekabrın 30-da ümummilli liderimiz möhtərəm Heydər Əliyevin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaranması haqqında verdiyi 58 saylı Fərmanı xarici sərmayədarlar ,dünya maliyyə təşkilatları və şirkətlər tərəfindən yüksək dəyərləndirilmişdir. «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 26 iyul 1999-
cu il tarixində imzalanması ilə respublikamızda mütəşəkkil qiymətli kağızlar bazarının formalaşmasında çox mühüm rol oynamışdır.

2000-ci ilin fevral ayının 15-də Komitənin təşkilati dəstəyi ilə Bakı Fond Birjası yaradıldı. Birjanın təsisçiləri bir neçə maliyyə strukturları və iri bankdır. Bunların sırasında İstanbul Fond Birjası da var. Fondun əsas funksiyaları Respublikasnın qanunvericiliyində nəzərdə tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir. Bundan başqa, BFB dövlət qiymətli kağızları daxil olmaqla qiymətli kağızların saxlayıcıları üçün reyestrin aparılması xidmətlərini, həmçinin öz üzvlərinə depozitar xidmətləri göstərmək imkanı vardr. Alqı-satqı iştirakçılarının pul vəsaitlərinin və qiymətli kağızlarının hərəkəti «ödənişə qarşı təchizat» prinsipi üzrə həyata keçirilməkdədir.

Azərbaycan Respublikasında komitədə qiymətli kağızlar bazarının inkişafı etməsi üçün qısamüddətli proqram hazırlanıb. Bu proqramda ölkəmizdə qiymətli kağızlar bazarının vəziyyəti sivil bazarın infrastrukturunun inkişafına və yaranmasına yönəlmiş dövlət siyasəti, institutsional investorlar sisteminin yaradılması ,qoyulmuş vəzifələrin həyata keçirilməsi metodları və investorlarının hüquqlarının qorunması, beynəlxalq əlaqələrin inkişafı,qiymətli kağızlar bazarı üzrə mütəxəssislərin hazırlanması, bu sahədə açıq informasıya sisteminin yaradılması məsələləri əhatə olunmmaqdadır.

İqtisadiyyatın mövcud vəziyyətini nəzərdə tutaraq proqrama görə dövlətin



qiymətli kağızlar bazarında siyasəti aşağıdakı məqsədləri nəzərdə tutmaqdadır:

  • iqtisadiyyatın real sektoruna investisıya olunması üçün ölkənin daxili maliyyə ehtiyyatlarının şəraitin yaradılması;

  • Ölkəmizdə mütəşəkkil qiymətli kağızlar bazarının formalaşdırılması;

  • Xarici investisiyaların cəlb etmək üçün əlverişli investisiya mühitinin yaradılması;

  • Qiymətli kağızlar bazarının dünya kapital bazarlarına inteqrasıyası üçün şəraitin yaradılması.




  • Maliyyə təhlükəsizliyinin və sabitliyinin qiymətli kağızlar bazarında təmin edilməsi:

Yuxarıda ğöstərilən məqsədlərə nail olmaqdan ötrü bu funksiyaların həyata keçirilməsi zəruridir:

  • İnzibati funksiya-QKB-nin tənzimlənməsi və bazar iştirakçıları tərəfindən müvafiq qanunvericiliyə şəraitin olmasına nəzarətin həyata keçirilməsi;

  • Qiymətli kağızlar bazarının professiaonal iştirakçıların,qiymətli kağız emitentlərinin,investorların maraqlarının və hüquqlarının müdafiə sisteminin formalaşdırılması;

  • Qanunverici funksiya ;

  • İnvestorlar üçün şəffaflığın təmin edilməsi və qiymətli kağızlar bazarında informasiya siteminin yaradılması;

  • Beynəlxalq və xarici dövlətlərin maliyyə institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi;

  • Qiymətli kağızlarla əməliyyatların aparılması zamanı ortaya çıxan risklərin minimal səviyyəyə endirilməsi;

  • Beynəlxalq klirinq və hesablaşmalar sistemlərinə qoşulmaq;

  • Qiymətli kağızlar bazarında qeyri-qanuni fəaliyyətin qarşısının alınması;

  • Sağlam rəqabət mühitinin bazar iştirakçıları üçün yaradılması;

Strateji özəlləşdirmənin aparılması, ölkədə gedən iqtisadi islahatlar qiymətli kağızlar bazarının inkişafına şərait yaratmışdır. Hal-hazırda dövriyyədə dövlət özəlləşdirmə opsionları və payları, qısamüddətli istiqrazları, səhmdar cəmiyyətlərin səhmləri, kredit təşkilatlarının depozit sertifikatları, fyüçerslər və veksellər vardır.



Qiymətli kağızlar bazarını ölkəmizdə 4sahəyə bölə bilərik:

  • dövlət qiymətli kağızlar bazarı-dövlət qısamüddətli istiqrazları:

  • dövlət özəlləşdirmə opsionları və payları(çekləri);

  • korporativ qiymətli kağızlar bazarı:

  • veksellər bazarı və borc öhdəlikləri;

Qiymətli kağızlar bazarının inkişafı ilə əlaqədar Azərbaycanda beynəlxalq təcrübə öyrənilməkdə,beynəlxalq və xarici qurumlarla daim iş aparılmışdır. 2004-cü ildə bununla əlaqədar olaraq TACİS-inAvropa Ekspert Xidmətləri xətti vasitəsilə xarici mütəxəssislər ölkəmizdə birsıra tövsiyyələr vermiş,qiymətli kağızlar bazarının hüquqi normativ bazasını təşkil etmişlər. Bu layihənin 2-ci hissəsi Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafının yeni layihəsinin texniki tapşırıqlarının hazırlanmasına həsr edilib. Bu layihə 24 ay ərzində dəvam etməklə 1



300 000 avro məbləğində qiymətləndirilməkdədir. Layihə texniki tapşırığı razılaşdırmaq üçün hazırda Brüsseldə yerləşən TACIS Proqramının rəhbərlərinə təqdim edilmişdir. Layihənin əsas tədbirlərindən biri qiymətli kağızlar bazarı iştirakçılarının təşkili, bazarda effektiv vergilər rejiminin işlənib hazırlanması yeni maliyyə alətlərinin yaradılmasının stimullaşdırılmasıdır. Bütün bu tədbirlər kompleksi ölkəmizdə qiymətli kağızlar bazarının institutsional inkişafına təkan verəcək. Bundan başqa Qiymətli kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) Avropa Yenidənqurma və İnkişaf Bankı xarici mütəxəssislər tərəfindən hüquqi məsləhətlərin keçirilməsi üçün 49 820 avro məbləğində texniki yardım ayrılıb. AYlB-in seçimi ilə QKDK-ya göstərilən hüquqi xidmətlərin göstərilməsini Böyük Britaniyanın "Securites Research Associated LTD" şirkətinin ekspertləri tərəfindən "Səhmdar cəmiyyəti haqqında" və "Qiymətli kağızlar haqqında" tövsiyyələr verilmiş və yeni layihələri təhlil olunmuşdur. Azərbaycan QKB-nın dünya maliyyə bazarına, eləcədə onun bir sektorunu təşkil edən dünya QKB-na inteqrasiyasına bütün bu əlaqələrlə yanaşı mane olan bir sıra prolemlərdə vardır. Məsələn, Azərbaycanda QKB təkmilləşdirilməsi və yaradılması haqqında qəbul olunmuş proqramın hələ tam olaraq başa çatmamasının nəticəsi kimi QKB-ın peşəkarlıq səviyyəsinin aşağı olmasını göstərə bilərik. Bu, bir problem olaraq aşağıdakı istiqamətlərdə özünü göstərir: standartlara cavab verən və müəssisələrin özəlləşdirilməsi zamanı işlənib hazırlanmış sistem mövcud deyil. Məlumdur ki, Azərbaycanda çox hallarda bu gün özəlləşdirmə nəticəsində yaranan səhmdar cəmiyyətləri investorlar tərəfindən qoyulan tələblərə cavab vermir; emitentlər və investorlar arasında vasitəçilik fəaliyyətini həyata
keçirəcək, о cümlədən peşəkar məsləhətçilər kimi də çıxış edə biləcək bacarıqlı vasitəçılərin yaranmamasıdır. Dünya praktikasında peşəkar iştirakçılar xüsusilə Yaponiya ,Kanada, İngiltərə, ABŞ-da olduğu kimi bazarda baş verə biləcək və baş verən situasiyanı analiz etməli, bu və ya digər problərin aradan qaldırılması üçün təkliflər verməlidirlər; müəssisələrin və şirkətlərin istiqrazlarının geniş miqyaslı reallaşdırılması özünün aşağı səviyyəli olması ilə səciyyələnməkdədir. QKB-ın maliyyələşməsinin əsas hissəsi qərb ölkələrində şirkətlərin və korporasiyaın istiqraz buraxılışı hesabına həyata keçirilməkdədir. Bu halda yerləşdirmənin əsas vasitəçiləri kimi isə investisiya bankları çıxış edir,1-ci dərəcəli bazar bu ölkələrdə istiqrazlara əsaslanır. AR-da isə belə bazar yox dərəcəsindədir.

  1. ci dərəcəli bazarda istiqrazların yerləşdirilməsinin əsas institutu kimi investisiya bankları çıxış etmir. Dünya təcrübəsində ümumiyyətlə investisiya banklarının 2 tipi mövcuddur: uzunmüddətli kreditlərin verilməsi üzrə ixtisaslaşmış və investisiya bankları qiymətli kağızların yerləşdirilməsi üzrə ixtisaslaşmış ortamüddətli. Ancaq, kapitalların və istehsal beynəlmiləlləşməsi nəticəsində qiymətli kağızlar bazarında bir çox investisiya bankları dövlət tənzimlənməsinin xüsusiyyətindən asılı olaraq həm 1- ci, həm də 2-ci növ əməliyyatları həyata keçirir.

Fond birjasında struktur dəyişikliklərin həyata keçirilməsinə ehtiyacı var. Unutmayaq ki, birja-2-ci dərəcəli bir bazardır. Dünya təcrübəsində qəbul olunduğu kimi burada qiymətli kağızlar alınıb-satılır .AR-da yeni buraxılan qiymətli kağızlar fond birjasına 1ci dərəcəli bazardan yan keçərək daxil olur. Dünya təcrübəsindən bildiyiniz kimi, fond birjaları əsasən köhnə buraxılışlı qiymətli kağızların "emalı" üzrə ixtisaslaşırlar. Lakin bir şeyi də qeyd etməliyik ki, birjalardan dövlət və xüsusi istiqrazlarının bir hissəsi də keçməkdədir. Fond birjalarında eyni zamanda yeni buraxılmış səhmlər də relizə olunmaqdadır. Qeyd edək ki, fond birjaları bir neçə bazara malikdir. Azərbaycan gələcəkdə iqtisadiyyatında həm kiçik səhmdar sektorun, həmdə iri səhmdar-korporativ sektorun yaranması zamanı fond birjasının tərkibində bir neçə bazarların yaranması ehtimalı istisna olunmamalıdır. Böyük və
güclü şirkət və müəssisələrin səhmlərin birjanın əsas bazarında oynanılacaq, kiçik və orta müəssisələrin səhmləri isə II və hətta III dərəcəli bazarlarda iştirak edəcəklər.

Bakı Fon Birjasının belə strukturunun olmamasının əsas səbəbi-qərb ölkələrinin qiymətli kağızları ilə müqayisədə onların müxtəlif sinifləndirmə və modifikasiya imkanlarının olmaması, eyni zamanda qiymətli kağızlar buraxılışının aşağı həcmli olmasıdır.

Azərbaycanda gerçəkləşən qiymətli kağızlar bazarının digər mənfi tərəfi səhmlərin normativ-hüquqi və qanunvericilik bazasının mövcud olmamasıdır. Azərbaycanda QKB-ın inkişafı və onun dünya maliyyə bazarına inteqrasiyasına nail olmaq və eyni zamanda maliyyə bazarının bütövlükdə fəaliyyətində problemləri aradan qaldırmaq üçün, dünya standartlarına cavab verə biləcək normativ-hüquqi bazanın yaradılması və ona riayət olunmasıdır.

Gələcəkdə ehtimal olunur ki, Azərbaycanda fond birjasında maliyyə fyuçersləri ilə də maliyyə əməliyyatları həyata keçiriləcəkdir. Qiymətli kağızlar bazarında yeni maliyyə alətləri yer tapacaqdır. Birincisi, dövlət borc qiymətli kağızlarının növləri genişlənəcəkdir.Yaxın gələcəkdə aşağıdakılar baş verə bilər:



    • əhali üçün müxtəlif ödəmə müddətləri ilə dövlət borc qiymətli kağızlarının buraxılışı:

    • müəyyən olunmuş proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qiymətli kağızların buraxılışı. Belə qiymətli kağızlara gəlir olaraq, proqram və layihələrin nəticələrinin reallaşdırılmasında iştirak ola bilər:

    • torpaq və daşınmaz əmlaka təmin edilən qiymətli kağızların buraxılışı:

    • xarici bazarlarda dövriyyədə iştirak edəcək borc qiymətli kağızlar buraxılışının genişləndirilməsi.

İkincisi, bazara yeni iri qrup emitentlərin-bələdiyyələrin qoşulması mümkündür. Onlar da geniş əhali kütləsi üçün borc qiymətli kağızları buraxa, cəlb edilmiş bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər.
Üçüncüsü, bazarın daha bir iri sektoru-korporativ istiqraz bazarı formalaşacaqdır. Özəlləşdiriləcək iri istehsal müəssisələrinin bir çoxu maliyyə resursları cəlb etmək məqsədilə, istiqraz buraxacaqlar.

Dördüncüsü, mövcud olan normativ aktlarda boşluqları aradan qaldırmaq məqsədilə daima yeni təmzimləmə alətləri əmələ gələcəkdir.

Azərbaycanda fond bazarının formalaşması bir sıra problemlərlə üzləşmişdir ki, bu bazarın inkişafı və mövcudluğu üçün maneələr və problemlə aradan qaldırılmalıdır.

Azərbaycanda fond bazarının inkişafının əsas problemləri kimi aşağıdakılar qeyd edilə bilər:

Neqativ təsir göstərən xarici amillərin aradan qaldırılması (istehsal sahələrinin dirçəldilməsi, sosial sabitliyin bərqərar olunması və b.);

Qiymətli kağızlar bazarının məqsədli yenidən istiqamətləndirilməsi ilk növ- bədə dövlətin maliyyə ehtiyyatlarının QKB vasitəsilə ödənilməsinin azaldılması və iri səhm paketlərinin Azərbaycanda istehsalın dirçəldilməsi və inkişafı məqsədlərinə sərbəst pul resurslannın yönləndirilməsi üçün yenidən bölüşdürülməsi;



Qanunvericiliyin yaxşılaşdırılması və ona riayət olunmasına nəzarət;

Fond bazarında dövlətln rolunun artırılması, bunun üçün: qiymətli kağızlar bazarının inkişafı və onun cari tənzimlənməsi, fond bazarı modelinin seçilməsi, eyni zamanda qiymətli kağızlar buraxılışı hesabına təsərrüfatın və büdcənin maliyyələş- dirilməsi mənbələrinin payını müəyyənləşdirmək məqsədilə uzunmüddətli fəaliyyət konsepsiyası və siyasəti işlənib hazırlanmalı, qiymətli kağızlar bazarını formalaş- dırmaq məqsədilə dövlət və özəl sektorun resurslarını birləşdirə biləcək qiymətli kağızlar və fond bazarı üzrə güclü Komissiya yaradılmalıdır və b.;

Investorların qorunması problemi. Bunu üçün dövlət və ya qismən dövlət və ya qismən dövlət qoruma sistemi formalaşdırmalıdır. Emitentlərin maraqlannı qorumaq məqsədilə və qiymətli kağızların hərəkətinin qeydiyyatı üçün depozitar və klirinq, eyni zamanda vasitəçi şəbəkələrinin yaradılması.
Məlumatların açıqlığı prinsipinin reallaşması: bu qiymətli kağız emitentlərinin fəaliyyəti haqqında nəşrlərin genişləndirilməsi, emitent-kompaniyaların qəbul olunmuş reytinq qiymətləndirməsinin tətbiq olunması, ixtisaslaşmış nəşrlərin (investisiya obyekti kimi ayrı-ayrı sahələri xarakterizə edən) şəbəkəsinin inkişaf etdirilməsi, qiymətli kağılzlar bazarını qiymətləndirmək üçün ümumi qəbul olunmuş göstəricilər sisteminin yaradılması və s.

QKB-ın inkişaf etdirmək məqsədilə xarici köməyin cəlb edilməsi: bu sahədə təhsil sisteminin inkişaf etdirilməsi.



  • Müasır QKB-ın əsas inkişaf prespektivləri aşağıdakılar olacaqdır:

  • Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi;

  • Bazarın beynəlmiləlləşməsi və qloballaşması;

  • Təşkilatçılıq səviyyəsinin artırılması və dövlət nəzarətinin genişləndirilməsi;

  • QKB-ın kompyuterləşdirilməsi;

  • Bazarda yeniliklərin bərqərar olunması;

  • Sekyuritizasıya;

  • Digər kapital bazarları ilə qarşılıqlı əlaqə.

Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi meylləri QKB-a münasbətdə iki aspektə malikdir. Bir tərəfdən, bazara daima yeni iştirakçılar cəlb olunur və onlar üçün bu fəaliyyət əsas fəaliyyətə çevrilir, digər tərəfdən, iri qabaqcıl bazar peşəkarlarının ayrılması və seçilməsi prosesi baş verir. Bu onların həm şəxsi kapitallarının artması (kapitaların təmərküzləşməsi), həm də birləşmə yolu ilə daha iri qiymətli kağızlar bazarı strukturlarına çevrilməsi (kapitalların mərkəzləşməsi), əsasında baş verir. Nəticədə, bazarda bütün əməliyyatların çox hissəsinə xidmət göstərən ticarət sistemləri əmələ gəlir. Eyni zamanda qiymətli kağızlar bazarı cəmiyyətin iri kapital ehtiyyatlarını cəlb edəcəkdir.



Ölkəmizin fond bazarının əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

  • Kiçik həcmli və qeyri-likvid olması;

  • Makroiqtisadi səviyyədə "düzgün tərtib" olunmaması (fond bazarında iştirakçılar arasında düzgün proporsiyaların müəyyənləşməməsi və s.)




  • Maddi bazarın , ticarət texnologiyalarının, requlyativ və məlumatlanma infrastrukturlarının inkişaf etməməsi;

  • Dövlət tənzimlənmə sisteminin parçalanması, bir çox tənzimləmə funksiyalarının ayrı-ayrı idarəetmə orqanlarında təkrarlanması, vahid tənzimləmə konsepsiyasının hazırlanması;

  • Qiymətli kağızlarla bağlı olan bütün risklərin yüksək səviyyədə olması;

  • Fond bazarının vəziyyəti haqqında zəif məlumatlanma sisteminin mövcudluğu;

  • İnvestisiya böhranının bərqərarlaşması;

  • Spekulyativ dövriyyəninn aradan qaldırılması;

  • Qisamüddətli dövlət istiqrazlarının bazar strukturunda üstün mövqeyə malik olması və b.

Lakin, bütün bu problemlərin mövcudluğuna baxmayaraq ölkəmiz üçün yeni olan bu bazar strukturu gələcəkdə yüksək templərlə inkişaf edəcəkdir. Belə ki, özəlləşdirmə prosesinin dəvam etməsi, iri korporasiyaların, holdinq strukturlarının yaranması, bununlada iri səhmdar cəmiyyətlərinin formalaşması Azərbaycanda QKB- ın lazımi səviyyədə bərqərar olunmasına və milli şirkətlərimizin səhmlərinin dünya fond birjalarında iştirakına şərait yaradacaqdır.


    1. Yüklə 121,43 Kb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə