Magistratura məRKƏZİ Əlyazması hüququnda


Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişaf yolları



Yüklə 121,43 Kb.
səhifə13/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   ...   9   10   11   12   13   14   15   16   17
Quliyeva-Leyla-El-in

Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişaf yolları


Azərbaycanda iqtisadi və siyasi mühitin möhkəmləndirilməsi və sağlamlaşdırılması sosial-iqtisadi inkişafa təkan verməkdədir. İqtisadiyyatın inkişafı regional fərqlərin aradan qaldırılmasında,özəlləşdirmə prosesinin həyata keçirilməsində və iqtisadi infrastrukturun yaradılmasında əhəmiyyətli rol oynayır. Xüsusən də, 2000-ci ildən başlayaraq Azərbaycan Respublikası dünyada ən surətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. İqtisadiyyatın inkişaf səviyyəsini göstərən əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul bu dövr ərzində hər il orta hesabla 13,3% və ya 4,5 dəfə artmışdır. Yalnız 2013-cü ildə isı ÜDM-in real artım tempi 5,8%təşkil etmiş və cari qiymətlərlə 57,7 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 6207,3 manata çatıb. ÜDM-in bölgüsündə ölkənin fond bazarının inkişafı üçün əhəmiyyətli rol oynayan iqtisadi inkişaf sahələrinin, xüsusən də sənayenin rolu seçilməkdədir. Belə ki, bu dövr ərzində yaradılan ÜDM-in 46,3%-i məhz sənayenin hesabına təmin edilmişdir .Ölkəmizdən yaradılan əlavə dəyərin həcmi 2013-cü ildə 4,5 dəfə artaraq 2005-ci illə müqyisədə 52 milyard manata çatib. Son 10 ildə ölkədə qeyri-neft sektoru üzrə yaradılmış əlavə dəyər 2,6 dəfə artıb. 2013-cü ildə nəqliyyat sahəsində 6,3%,sənaye sektorunda əlavə dəyərin həcmi 1,2%, ticarət sahəsində 9,9%, informasiya və rabitə sahəsində 10,7%, tikinti sahəsində isə 23% real artımla qeydə alınıb . Ölkəmizin iqtisadiyyatında sahibkarlığın inkişafı sahəsində də müsbət inkişaf meyilləri daha qabarıq şəkildə özünü biruzə vermişdir. Azərbaycanda ticarət, aqrar sektorda, tikinti,sənaye, mehmanxana və iaşə xidməti, rabitə, nəqliyyat kimi xidmət və istehsal sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında olub. Özəl bölmədə istehsalın həcmi 2013-cü ildə sənaye məhsulunun 81,4%-ni təşkil etmişdir. Azərbaycan iqtisadiyyatının son on ildə sənaye məhsullarının həcmi 10 dəfə artmaqla, 33712,5 milyon manat olmuş,bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da ciddi uğurlar qazanılmışdır. Bu müddət ərzində sənayenin infrastruktur təminatının yaxşılaşdırılması,rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması sahəsində çoxsaylı layihələr icra edilib, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub, yeni iş yerləri açılıb. Prezidentin 2014-cü ili “Sənaye ili”
elan etməsi yeni mərhələdə Azərbaycanın İEÖ səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamı kimi qiymətləndirilir.

Digər sahələrlə yanaşı mövcud inkişaf meyilləri maliyyə-fond bazarından da yan keçməmiş, bu bazarın tənzimlənməsi və təşkili ilə bağlı zəruri hüquqi-normativ sənədlər qəbul edilmiş, onun institusional bazasının, nəzarət və fəaliyyət mexanizminin inkişafı istiqamətində məqsədyönlü tədbirlər icra edilmişdir. Azərbaycanda qəbul edilən məcəllələr və konstitusiya, iqtisadiqanunvericilik aktları fond bazarının əsaslı şəkildə inkişafı və formalaşması üçün əlverişli mühit yaradıb. Fond bazarlarının qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılıb. Ölkəmizdə mütəşəkkil qiymətli kağızlar bazarının baza institutları formalaşdırılıb. 100% özəl sərmayə və qabaqcıl maliyyə institutlarının təsisçiliyi əsasında Milli Depozit Mərkəzi təşkil edilmiş, Bakı Fond Birjası yaradılmış, diler və broker institutları formalaşdırılmışdır. Bazara bir sıra müxtəlif maliyyə alətləri çıxarılmış və həm dövlət, həm də özəl sektorun kapital bazarlarından maliyyələşməsi üçün şərait yaradılıb.

Ölkənin fond bazarının fəaliyyət dairəsi son on ildə genişlənməkdə, onun maliyyə imkanlarından müəssisələrin və dövlətin istifadə imkanlarının artması meyili özünü göstərməkdədir. Habelə bazarda bu dövrdə yerləşdirilən korporativ qiymətli kağızların həcmi 24 dəfə, dövlət qiymətli kağızların həcmi isə 109 dəfə artmışdır.

Yaddan çıxarmayaq ki, birja təkrar bazardır. Dünya təcrübəsindən də göründüyü kimi, İEÖ birjalar iqtisadiyyatın "barometri" funksiyasını yerinə yetirir. İqtisadiyyatımızda həm kiçik səhmdar, həm də iri səhmdar-korporativ sektorların yaranması zamanı fond birjasının tərkibində 1 neçə bazarın formalaşması ehtimalını istisna etmək olmaz. Böyük və güclü müəssisələrin və şirkətlərin səhmləri birjanın əsas bazarında dövr, kiçik və orta müəssisələrin qiymətli kağızları isə aşağı rəqabətqabiliyyətliliyi səbəbindən II və hətta III dərəcəli bazarlarda iştirak edəcəkdir. Ölkəmizdə belə strukturun fond bazarında indiyədək mövcud olmamasının əsas səbəbi kimi qiymətli kağızlar buraxılışı dövriyyəsinin aşağı olmasını, həmçinin, Qərb


ölkələrinin qiymətli kağızları ilə müqayisə etdikdə onların müxtəlif sinifləndirmə və modifikasiya imkanlarının olmamasını göstərmək olar.

Respublikamızda bu bazarının inkişaf etdirilməsinin əsas şərtlərindən biri kimi yerli şirkətlərin ticarət markalarının bir brend kimi formalaşdırılmasını göstərmək olar. Ona görə ki, məhz fond bazarında öz səhmlərini yerləşdirən emitent brendə inam investorlardan ucuz maliyyə vəsaitləri cəlb edə bilər və bu da, öz növbəsində, ümumilikdə fond bazarının dövriyyəsinin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dünya təcrübəsindən göründüyü kimi, güclü ticarət markasına sahib olan şirkətlərin səhmləri adi şirkətlərdən fərqli olaraq birja tərəfindən daha da baha qiymətləndirilər ki, bu da, səhm bazarının kapitallaşmasının artmasına səbəb olur. Belə olan halda kiçik investorların borc qiymətli kağızlara maraqları artacaq, institusional investorların maraqları qarşılarına qoyduqları strateji vəzifələrdən əhəmiyyətli dərəcədə asılı olacaq. Onlar üçün brend şirkətlərin idarə edilməsində iştirak etmək və bununla da gələcəkdə məzənnə artımı nəticəsində qiymətli kağızların yenidən satışından mənfəət əldə etmək vacib amilə çevriləcək.



Qiymətli kağızlar bazarının inkişafına təsir edən digər bir amil isə korporativ idarəetmə sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsidir. Ölkəmizdə korporativ idarəetmənin tətbiq olunması beynəlxalq təşkilatlarla aparılan danışıqlar zamanı həmişə prioritet mövzu hesab edilmişdir. Ona görə ki, müasir bazar iqtisadiyyatı şəraitində bu gün keyfiyyətli idarəetmə sisteminin mövcudluğu investorun diqqətini çəkən əsas amillərdəndir. Ölkəmizdə qanunvericilik bazası inkişaf etdirilmiş, korporativ idarəetmənin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüş, dövlət təşkilatlarının tənzimləyici funksiyaları təkmilləşdirilmişdir ki, bu sahədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən bir sıra normativ aktlar qəbul edildiyinin şahidi olmuşuq. AR-da korporativ Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dəstəyi ilə idarəetmə layihəsi həyata keçirilir.
Azərbaycanda korporativ idarəetmənin inkişaf etdirilməsində bank sistemi əsas rol oynayır. Bundan başqa, səmərəli korporativ idarəetmə səhmdarlar və menecerlər arasında yeni qarşılıqlı əlaqə prinsiplərinin qurulması işinin bünövrəsini təşkil edir ki, bu da investisiya yatırılmış kapitalın rentabelliyini artırır. Beynəlxalq təcrübə göstərir ki, investorların dörddə üç hissəsi bu və ya digər müəssisəyə investisiya qoymaq üçün qərar qəbul edərkən müəssisənin maliyyə göstəricilərindən də çox direktorlar şurasının fəaliyyətinə böyük önəm verirlər.
Ölkədə əhalinin dinamikliyinin təmin edilməsində və iqtisadiyyatın ahəngdar fəaliyyətinin təşkilində nəqliyyat mühüm infrastruktur sahədir ki, bu baxımdan "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı"nın qəbul edilməsi və proqramın maliyyələşdirliməsində xarici investisiyaların qoyuluşu diqqəti cəlb etməkdədir.
Bununla yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən respublikamızda bu gün idmana göstərilən xüsusi qayğı nəticəsində tikinti-quruculuq böyük vüsət almışdır.Fikrimizcə, bu iki amili nəzərə alaraq, gələcəkdə Azərbaycanda böyük idman yarışlarının keçirilməsi və ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsində infrastruktur istiqraz modelinin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu isə öz növbəsində əhalinin fərdi investor kimi formalaşmasına və qiymətli kağızlar bazarının inkişafına müsbət təsir göstərərdi.
Başqa mühüm bir məsələ isə daşınmaz əmlakla təmin edilmiş təminatlı ipoteka istiqrazlarının buraxılmasıdır. Təkrar ipoteka kreditlərinin ən böyük bazarı olan ABŞ- da ipoteka agentlikləri daşınmaz əmlakın təminatı əsasında qiymətli kağız buraxaraq öz borc öhdəliklərini investorlara satır və satışdan əldə edilən vəsaitlər banklar tərəfindən verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilir. Azərbaycanda həmin funksiyanı Bu gün Prezidentin fərmanı ilə yaradılmış və Cənubi Qafqazda ilk dəfə olaraq ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini icra
edən Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondu yerinə yetirməkdədir. 2009-cu il mayın 29-da bu məqsədlə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. İpoteka qiymətli kağızlar bazarının inkişaf etməsi isə, ölkəmizdə qiymətli kağızların həm ilkin, həm də təkrar bazarının inkişafına müsbət təsir göstərir.


  1. cisi bazara yeni iri qrup emitentlərin yəni, bələdiyyələrin qoşulmasıdır. Bələdiyələr də geniş əhali kütləsi üçün cəlb olunmuş vəsaitləri bələdiyyə proqramlarının reallaşmasında istifadə edə, borc qiymətli kağızları buraxa bilərlər. Regionlarda bu gün sosial-iqtisadi inkişafa nail olmağın ən vacib amili məhz yeni maliyyələşmə aləti olan bələdiyyə qiymətli kağızlarının buraxılmasıdır.

AR-da fond bazarının formalaşması bir sıra problemlərlə üzləşib və bazarın inkişafı üçün onlar aradan qaldırılmalıdır. Bunun üçün aşağıdakıları təklif edə bilərik:




    • istiqrazların yerləşdirilməsinin əsas institutu kimi ilkin bazarda investisiya fondları və investisiya bankları çıxış etməlidir. İnvestisiya fondları haqqında hazırlanan qanuna fondların 2 növü daxil olunub. Qeyd edək ki, hal-hazırda inkişaf edən bazarlarda əsasən paylı investisiya fondları (PİF) geniş yayılmışdır. PİF-in əsas fəaliyyəti digər aktivlərin və fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif qiymətli kağızların alınmasına yönəldilməsindən ibarətdir;




    • ölkədə daxili və beynəlxalq mühitə uyğun olan milli maraqlara cavab verən qiymətli kağızlar bazarı konsepsiyası işlənib hazırlanmalıdır;




    • AR-da qiymətli kağızlar bazarının rəqabət qabiliyyətinin gücləndirilməsi üçün MDB, Mərkəzi Asiya və digər yaxın qonşu dövlətlərdə buraxılan maliyyə vasitələri üçün Bakıda beynəlxalq qiymətli kağızlar bazarının formalaşdırılmasına , həmçinin

dövriyyədə olan investisiya resurslarının həcminin artırılmasına istiqamətlənmiş tədbirlər proqramı həyata keçirilməlidir.




    • borc qiymətli kağızlarına pul yatıran xarici və yerli investorlar üçün vergi stimulunun genişləndirilməlidir və bu sahədə İEÖ-in təcrübəsindən istifadə edilməlidir;

Konkret olaraq "Euronext" birja timsalında Bakıda fəaliyyət göstərəcək beynəlxalq və yaxud regional fond birjası yaradılmalıdır;
-qiymətli kağızlar bazarında ticarətin həyata keçirilməsi üzrə etik prinsiplər işlənib hazırlanmalı, bazar riskləri haqqında informasiya açıqlanmalıdır;
-investisiya və korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması üzrə dövlət proqramları işlənib hazırlanmalı və reallaşdırılmalı, həmçinin investorların maarifləndirilməlidir;


    • qiymətli kağızlar bazarı tənzimlənməlidir;




    • Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etməkdə olan bazar kateqoriyasına daxil olması üçün təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçməklə səhm bazarının kapitallaşması ÜDM-in 30-40 faizinə çatdırılmalıdır. Bu isə müasir Azərbaycan qiymətli kağızlar bazarı həcminin 8-10 dəfə artırılması deməkdir.




    • AR-nın iqtisadiyyatında mülkiyyətin diversifikasiya edilməsi, orta sinfin formalaşdırılması prosesində kütləvi investisiya modelinə keçilməlidir;

Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində bu gün Azərbaycan qiymətli kağızlar bazarında xarici investorların fəaliyyəti ən vacib amillərdəndir. Azərbaycan fond bazarında bir sıra problemlərin olmasına baxmayaraq, beynəlxalq
qurumlar və xarici investorlar kapital yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər.
Həqiqətən Azərbaycanda mütəmadi olaraq qiymətli kağızlar bazarının inkişafı ilə əlaqədar beynəlxalq və xarici qurumlarla daim iş aparılır, beynəlxalq təcrübə öyrənilir iqtisadi xarakterli və qanunvericilik tədbirlər həyata keçirilir.

Ölkədə bu gün 2000-ə yaxın səhmdar cəmiyyəti fəaliyyət göstərir və onların minlərlə səhmdarı vardır. Səhmdarların hüquqlarını qoruyan yeganə mərkəzi icra orqanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Bu cəhətdən ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi kompleks xarakter daşıyır və müsbət dəyişikliklərin əldə edilməsi üçün tənzimləyici orqanların və peşəkar iştirakçıların səylərinin birləşdirilməsi çox vacib bir məsələdir.


Nəticə Təkliflər
Qiymətli kagızlar inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində investisiya prosesində mühüm rol oynamaqdadır. İqtisadiyyatın ən müxtəlif sahələrində investorların sərbəst pul vəsaitlərindən istehsal məqsədlərindən ötrü qiymətli kağızların köməyi ilə istifadə edilməkdədir. Xarici ölkələrin təcrübəsindən gördüyünüz kimi, qiymətli kağızların, ilk növbədə istiqrazların və səhmlərin emissiyaları ənənəvi olaraq korporasiyaların maliyyələşdirilməsinin xarici mənbələrinin strukturunda önəmli yer tutmaqdadır.
Korporativ istiqraz bazarlarının və səhm bazarlarının ayrı-ayrı ölkələr üzrə inkişafının miqyasındakı fərqlər, həmin ölkələrin müəssisələrin sahibləri ilə münasibətlərin xüsusi formalarını qabaqcadan müəyyən etmiş strukturu, kapital üzərində mülkiyyətin qərarlaşmış və maliyyə sistemlərinin fəaliyyətinin tarixi xüsusiyyətləri ilə əlaqədardır.
İqtisadiyyatda səhmləşmə prosesinin rolunu asağıdakı kimi sıralaya bilərik:


  1. Qiymətli kağızlar, iqtisadi sirkətlərin mülkiyyətini və istehsal vasitələrinin geniş xalq topluluqlarına bölüşdürərək daha tarazlı bir gəlir bölgüsü təmin edir

,iqtisadi rifahı geniş bir kütləyə yayır.


  1. Geniş xalq kütlələrinin kiçik həcmli yığımlarını böyük müəssisələr içində bir araya gətirərək səhmlər sürətli bir inkisaf üçün lazımi kapitalı təmin etməkdədir.




  1. Xalqı iqtisadi qərarlarda az-çox söz sahibi edərək səhmlər demokratiyanın iqtisadi tərəfini tamamlamaqdadır.




  1. Səhm, vasitəçini aradan qaldıran bir maliyyələşmə alətidir. Belə ki, investisiyalar cəlb etməyin əsas aləti kimi İPO-nu seçməyə əsas verən üstünlükləri nəzərdən keçirəcəyik.




  1. Səhmlər, xalqın əmanətlərinə əlavə gəlir təmin etməkdə və bunu faiz yolu ilə deyil, inflyasiya ilə birlikdə dəyərlənən bir investisiya yolu ilə təmin etməkdə, həm gəlirin, həm də investisiyanın dəyərini inflyasiya qarşı qorumaqdadır.

  2. Xidmət edilməsi tələb olunmayan və müddətsiz kapital cəlb edilməsi. Bu, ən mühüm üstünlüklərdən biridir. Misal olaraq, bank kreditləri nisbətən bahadır və onların köməyi ilə respublikamızın müəssisələrinin uzunmüddətli və iri investisiyalara tələbatını təmin etmək olduqca çətin məsələdir. Həmçinin daxili bazarda istiqrazlar buraxılışının maksimal müddəti 5-6 ildən çox deyil.




  1. Kompaniyanın maliyyə vəziyyətinin yaxşılaşması. Səhmlər buraxılışı hesabına xüsusi kapital artmaqdadır. İstiqrazlar buraxılışı və ya kredit vermə zamanı isə belə olmur.




  1. Bazar dəyəri qazanılması. Kompaniya və onun biznesi yalnız açıq bazara çıxış etdikdə bazarda kapitallaşma imkanı əldə edir. İctimai müəssisənin dəyəri qapalı özəl firmanın dəyərindən həmişə yüksək olmaqdadır. Bu, ilk növbədə şirkət haqqında kifayət qədər asanlıqla aşkar edilə bilən informasiyanın mövcud olması və mövcud likvidlik sayəsində belədir.




  1. Gələcək dövrlərdə daha əlverişli şərtlərlə investisiyaların cəlb edilməsi. Açıq şirkət statusu əldə edilməsi onun xüsusi vəsaitlərinin və xalis dəyərinin artması ilə nəticələnir, bu isə daha ucuz maliyyələşdirmə alətlərini gələcəkdə cəlb etməyə imkan verməkdədir.




  1. Səhmlərin dəyərinin artması. Onların dəyəri ilkin təklif qiymətli ilə müqayisədə vacib şəkildə arta bilər. Məşhur şirkətlərin qiymətli kağızları qarşılığında investorların daha artıq qiymət ödəmək istəməsinin ən azı 4 səbəbi ola bilər: işgüzar təcrübə və adətən məşhur şirkətin statusu ilə əlaqələndirilən inkişaf səviyyəsi; bu cür səhmlərə potensial sərmayə qoyanların əhatə dairəsinin geniş olması; məşhur şirkət haqqında məlumatın kifayət etməsi; digər tənzimləyici orqanların və birjaların bu cür

müəssisələrə təqdim etdiyi yüksək tələblər emissiyaları əlverişli şərtlərlə həyata keçirilməsi üçün imkan yaratmaqdadır.




  1. Kompaniya sahiblərinin mülkiyyətinin likvidliyinin təmin edilməsi. Kompaniyanın dəyəri həmişə bəllidir, ona görə ki,o bazar tərəfindən müəyyən edilmədədir. Likvidlik bunun sayəsində təmin edilir ki, bu üstünlük həm birləşmə və udulma əqdlərinin sadələşdirilməsi, eləcə də səhmlərin alqı-satqısı üzrə hüquqi prosedurların olmaması ilə bağlıdır.




  1. Maliyyə hesabatının beynəlxalq standartlar əsasında tərtibi. Qərbin səhm bazarlarında İPO tədbirləri keçirilməsi üçün belə bir mühasibat hesabatının olması zəruri şərtlərdəndir. Bu hesabatın olması emitentin şəffaflığına işarə edən amillərdən biridir.




  1. Listinqin fond birjasında alınması. Açıq şirkət statusu əldə etmək istəyən bir sıra müəssisələrin məqsədi birja listinqini əldə etməkdir. Bu, ictimai tanınmanı təmin edir ,korporativ səhmlərlə alqı-satqı əməliyyatlarını olduqca asanlasdırır , ona görə ki, birja listinqi çoxlarının nəzərində şirkətin etibarlılıq, maliyyə imkanlarının göstəricisi və onun miqyası kimi qəbul edilməkdədir.




  1. Müəssisənin prestijinin artması ,imicinin yaxşılasması. İPO tədbirləri keçirilməsini elan etmiş müəssisəyə mətbuatda və maliyyə cəmiyyətində verilən diqqət bu şirkətin pulsuz reklamını təmin etməkdə, bu isə onun korporativ imicinə

müsbət təsir göstərməkdədir. Bundan başqa, müəssisənin qiymətli kagızlarının satıldığı birja onun səhmləri ilə dövriyyənin həcminin artmasında istəklidir. Şirkətin səhmlərini almaq istəyənlərin sayının coxalması nəticəsində onun fəaliyyətinin miqyası genişlənir, ona görə ki, bu cür şirkətlər işgüzar münasibətlərin tənzimlənməsinə yeni səhmdarlar daha çox maraqlanacaqdır.


Qiymətli kağızlar bazarının inkişafını daha sürətləndirmək
üçün ölkəmizdə aşağıdakı tədbirləri görmək olar:


  1. Xarici təcrübədən korporativ idarəetmə sahəsində daha genis istifadəsi.




  1. Qiymətli kağızlar bazarında müvafiq qurumlarla birlikdə vergitutma məsələlərinin təkmilləşdirilməsi, dünya təcrübəsində istifadə edilən və investisiya yatırımlarının artımı üçün münasib mühitin yaradılması baxımından tətbiq edilməsi vacib hesab olunan vergi güzəştlərinin hazırlanmasının icrası.




  1. Təhlillərin fond birjasında aparılması yönündə professional istirakçıların bacarıqlarının və biliklərinin artırılması istiqamətində təlimlərin təşkili.

  2. Ölkəmizdə qeyri-neft və neft sektorunun inkişaf etməsi, xarici kapitalın cəlb olunması, avroistiqrazların dövlət əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsi üçün buraxılması, həmçinin AR-da qeyri-dövlət və dövlət qiymətli kağızlarının dünyanın inkişaf etmiş fond bazarlarına çıxısının təmin olunması.




  1. Qiymətli kağızlardan maliyyələşdirilmədən infrastruktur layihələrinin icrasında istifadə.

Korporativ idarəetmə sisteminin beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirilməsi qiymətli kağızlar bazarının inkişafının əsas amillərindən biridir.Bunun üçün də beynəlxalq qiymətli kağızlar bazarını öyrənmək, digər ölkələrin bu bazarda rolunu müəyyən etmək və onların təcrübələrindən yararlanmaq lazımdır.




Yüklə 121,43 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə