Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə11/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   7   8   9   10   11   12   13   14   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



22 

Burada 


;

-Di  diaqnozu bu kordinatları üçün qəbul olunan oblastın sərhədləridir. Əgər haqdisələri 

daxil etməklə L

i

 minimal məsafədə D



i

 oblastı üçün  

  

Praktik olaraq  D



i

 -diaqnozu 

iki müfta birləşməsi üçün düzgun nəticə verərsə onda ardıcıl olaraq bütün nöqtələr üçün tətbiq edilə bilər. 

Nəticə. Neft qoyuların istismarında baç verə biləcək qəzaların əvvəlcədən diaqnostikasının verilməsi 

və ətraf mühitin mühafizəsi baxımından məsafədən diaqnostikanı tətbiq etməklə neft qoyularında istismarda 

olan boruların etibarlıgını yuksəldir. Təklif olunan üsul qəzaların baş vermə etimalını azaldır, avadanlıqların 

tətbiqi sadədir və iqtisadi cəhətdən əlverişlidir. 



 

SƏTHİN MÜHAFİZƏ EDİLMƏSİ ÜÇÜN TERMİKİ TOZLANDIRMA İLƏ  

ÖRTÜK YARATMA ÜSULUNUN  XARAKTERİK XÜSUSİYYƏTLƏRİ 

  

 Əliyev S.A. 

Аzərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Örtüklərin  yaradılması  və  bu  üsulla  mühafizə  maşınqayırmada  çox  geniş  miqyasda  tətbiq  edilir. 

Metallik hissələrdə baş verən yeyilmə, korroziya dağılması və s digər imtinaların aradan qaldırılması üçün ən 

ideal  üsul  səthdə  örtük  yaratmaq  hesab  olunur.  Səthdə  örtük  yaratmanın  bir  neçə  növü  olsada  qaz-termiki 

tozlandırma  bunlardan ən səmərəlisi  hesab  olunur  və  materialların bərpası  üçün  ən  səmərəli  üsulu  seçmək 

vacib şərtdir. 

Hal hazırda bir çox sahələrdə örtük materialı kimi tətbiq edilən materiallar yeyilməyə davamlı, çətin 

əriyən, bərk olsada çохu kövrəkdir. Bu səbəbdən, həmçinin teхnоlоji çətinlik və yüksək maya dəyəri nəzərə 

alınmaqla göstərilən materiallar maşın hissələri hazırlamaq üçün əsas material kimi tətbiq edilə bilməz. Оdur 

ki, bir-birinə zidd оlan tələbatlar yəni çох yüksək bərkliyinə və yeyilməyə davamlılığa, səth qatının və daхili 

qatın  yüksək  möhkəmliyə  və  zərbə  özlülüyünə  malik  оlması  şərtinə  əməl  etmək  üçün  müəyyən  qatları 

müхtəlif  funksiyalara  cavab  verə  bilən  kоmpоzisiya  materialı  yaratmaq  zəruriyyəti  meydana  çıхır.  Maşın 

hissələrinin buraхıla bilən yeyilmə dərinliyi az оlduğundan verilmiş tribоteхniki хassələrə cavab verə bilən 

üz  qatının  qalınlığı  da  az  оlmalıdır.Termiki  tozlandırma  zamanı  səthin  üzərində  çox  nazik  qat  yaratmaqla 

lazımi xassəni almaq mümkündür. 

Geniş tətbiq xüsusiyyətlərinə malik olan qaz-termiki örtüklər yaradılmasının əsas hissəsi-qazalоvlu və 

qaztermik  metallaşdırma  prоsesləri  geniş  yayılmış  və  tətbiq  edilir.  Bu  sahədə  plazma  və  detоnasiya  ilə 

örtüklərin çəkilməsi perspektiv üsullardan hesab edilir. Belə ki, adi kоnstruksiya materiallarının yeyilməyə 

və  kоrrоziyaya  qarşı  müqavimətinin  bir  neçə  dəfə  artırılması  azacıq  оvuntu  materialları  sərfinin  hesabına 

əldə edilə bilər. 

Səthin  mühafizə  edilməsi  üçün  yeyilməyədavamlı  örtüklər  yaradılmasında      nanotexnologiyalardan 

istifadə  edilməsi  böyük  perspektivlərə  malikdir.  İndiyədək  işlənmiş  texnologiyalar  keramika,  kvars,  metal, 

plastik  kütlə,  kompozisiya  materiallarından  hazırlanmış  məmullar  üzərində  Pd,  İr,  Rh,  Co,  Ni,  Ag,  Cu 

örtüklərinin  alınmasına  imkan  verir.  Nanomaterialların  yaratdığı  belə  örtüklərin  sıxlığı  və 

korroziyayadavamlılığı  daha  yüksək  olmaqla,  həm  də  qalınlığa  görə  bircinsli  olur,  mürəkkəb  formalı 

məmullar  üzərində  yaxşı  qalır,  qalvanik  üsulla  və  ya  vakuum  tozlanması  yolu  ilə  yaradılmış  örtüklərə 

nisbətən daha yaxşı lehimlənə bilir. 

Metal matrisadan və matrisaya yeridilmiş dispers almas hissəciklərindən ibarət ikifazalı kompozisiya 

materialından alınmış örtüklər maraq doğurur. Metal matrisa üçün xrom, nikel, sink, mis, kobalt, gümüş və 

qızıldan istifadə edilir. Metal-almas kompozisiyası adheziya və koheziya yüksək qabiliyyəti, mikrobərkliyi, 

yeyilməyə və korroziyaya davamlılığı, kiçik məsaməliyi, yaxşı antifriksion xassələri ilə xarakterizə olunur. 

Metal  ovuntularının  preslənməsi  üçün  istifadə  olunan  xrom-almas  örtüklü  pres  alətlərinin  xidmət  müddəti 

15-20  dəfə,  metalların  uzatma  deformasiyası  üçün  matrisa  və  puansonların  iş  müddəti  2,5-4  dəfə, 

daxiliyanma  mühərriklərinin  qazpaylayıcı  vallarının  iş  müddəti  2-2,5  dəfə  artır.  Maqnitofonların  yazma 

başlıqlarına kobalt-almas örtüyü çəkilməsi onların yeyilməyədavamlılığını 6 dəfə artırır.  

Qaz-  termiki  metallaşdırma    hisənin  səthinə  çəkiləcək  materialın  maye  hala  qədər  qızdırıb  təzyiqlə 

əvvəldən hazırlanmış səthə oturdulmasından ibarətdir. İstilik mənbəyindən asılı olaraq qaz termiki örtüyün 

bir neçə növü mövcuddur. Elektrik qövs metallaşdırma, qaz plazma, plazma-qövs və detanasion tozlandırma. 

Elektrik-qövs  metallaşdırma  zamanı  iki  kəsişən  məftil-elektrodlar  arasında  yaranan  elektrik  qövsü  metalı 

əridir  və  qurğunun  mənbəsindən  çıxan  sıxılmış  hava  şırnağı  maye  metalı  hissənin  səthinə  çiləyir.  Son 

zamanlar termiki tozlandırmada ən çox tətbiq edilən qurğu ЭМ-17 qurğusudur.  



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



23 

Aparılan  təcrübi  təhlillər  nəticəsində  məlum  olmuşdur  ki,  səthdə  örtük  yaratmaqla  səthi  mühafizə 

üsulları  digər  üsullara  nəzərən  çox  effektiv  və  səmərəli  olmuşdur.  Belə  ki  hər  hansı  maşın  hissəsini  digər 

üsullarla  təmiri  və  bərpası  üçün  sökülməsi  və  yenidən  quraşdırılması  lazım  olduğu  halda,  örtük  yaratma 

üsullarında sökülmədən yerindəcə bu problemi aradan qaldırmaq mümkündür. 

 

NEFT-QAZ SƏNAYESİNDƏ İSTİFADƏ  OLUNAN TİTRƏYİŞLİ ƏLƏKLƏRİN   



TƏHLİLİ VƏ MÖVCUD PROBLEMLƏRİN HƏLLİ YOLLARI 

 

 Əmiraslanov V.V. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Məlumdur ki, qazma məhlullarının qazılmış süxurlardan təmizlənməsi üçün texnikada müxtəlif  növ 

avadanlıqdan  istifadə  edilir.Bunlarda  biri  və  ən  əsası  mexaniki  üsulla  təmizləmək  üçün  avadanlıqlardır. 

Azərbaycanda və digər neft ölkələrində ən çox istifadə olunan titrəyişli ələklərdir.Qeyd etmək lazımdır ki, 

qazma  məhlullarını  müxtəlif  ölçülü  bərk  süxurlardan  təmizləmək  üçün  mexaniki  üsulla  işləyən 

avadanlıqların əsas hissələri  tor və yaylardır.  

Qazma    məhlullarının  mexaniki  üsulla  təmizlənməsi  üçün  texnikada  adətən  vibrasiyalı  tordan,  tor-

kanveyerdən və öz-özünə fırlanan seperatorlardan geniş istifadə edilir.  

Təqdim  olunan işdə  neft-qaz  sənayesində  istifadə  olunan titrəyişli  ələklərin   işi nəzərdən  keçirilmiş, 

orada yaranan problemlər və bu problemlərin aradan qaldırılması yolları ətraflı öyrənilmişdir. Torlarda əsas 

problem deşiklərin az və ixtiyari vəziyyətdə olmasıdır.Məlumdur ki, titrəyişli ələklərdə istifadə olunan  torun 

deşiklərinin ölçülərinə görə bərk süxurlar məhluldan xaric olunur. Göstərilmişdir ki, əgər torun deşiklərinin 

ölçüləri çox kiçik olarsa, bu zaman özlü qazma məhlulları torla süzülə bilmir. Bu problemi həll etmək üçün 

torda deşiklərin şahmatvari açılması təklif olunur və bu zaman torun  rəqsi zamanı mərkəzdənqaçma qüvvəsi 

yaranır və bunun  təsiri altında faktiki olaraq istənilən ölçüyə malik hissəciklərin tordan  kənarlaşdırılmasının 

mümkünlüyü  göstərilir.Titrəyişli  ələklərdə  istifadə  olunan  silindrik  şəkilli  yaylarda  yaranan  problemlərdən 

biri  rəqsi  hərəkət  zamanı  rəqsin  amplitudasının  kiçik  olmasıdır.Bu  problemi  aradan  qaldırmaq  üçün  bizim 

tərəfimizdən silindrik şəkilli yayın əvəzinə konik şəkilli yayın istifadəsi təklif olunur.  

Neft-qaz  sənayesində  istifadə  olunan  mürəkkəb  rəqsi  xarakterə  malik    ələklərin  işinin  təhlili  zamanı 

aşağıdakı nəticələr əldə olunmuşdur: 

-qazma məhlullarından bərk fraksiyaların təmizlənməsi üçün bir neçə avadanlıqlar təklif olunmuşdur; 

-təklif  olunan avadanlıqların məqsədi açıqlanmışdır; 

-neftçıxarma  sənayesində  istifadə  olunan  titrəyişli  ələklərin  texniki  xarakteristikalarına  baxılmış  və 

torda yaranan problemlər haqqında məlumat verilmişdir

-təqdim  olunan avadanlıqların  quruluşu və işləmə qaydası araşdırılmışdır; 

-ələklərdə  istifadə  olunan  yaylar  haqqında  geniş  məlumat  verilmiş  və  yaranan  problemlərin  həlli 

yolları göstərilmişdir. 

 

QUYU ŞTANQLI NASOS QURĞULARININ İŞ QABİLİYYƏTLİLİK  

GÖSTƏRİCİLƏRİNİN ANALİZİ 

 

Fərəcov T.E. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Bu məqalədə quyu ştanqlı nasos qurğularının işqabiliyyətlilik göstəriciləri analiz olunmuşdur və bütün 



bu analizlər mancanaq dəzgahının hesablaması SKD tipli müasir dezaksial mancanaq dəzgahı üçün məlum 

olan düsturlar üzrə aparılmışdır 

Quyu  ştanqlı  nasos  qurğusunun  əsas  göstəricisı  onun  məhsuldarlığıdır.  Bu  göstərici  aşağıdakı  əsas 

rejim parametrlərindən asılıdır: 

1)

 

ştanqların asqı nöqtəsinin (nasosun plunjerinin) gediş yolunun uzunluğu



2)

 

ştanqların asqı nöqtəsinin dəqiqədə ikiqat gedişlərinin sayı; 



3)

 

nasosun plunjerinin diametri. 



Neftin  ən  əlverişli  çıxarılması  rejiminin  tapılması  üçün    bu  parametrlərinin  düzgün  uyğunluğunu 

seçmək lazımdır. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə