Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə13/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   9   10   11   12   13   14   15   16   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



26 

QAZ-KONDENSAT SİSTEMLƏRİNİN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİNİN 

YATAQLARIN İŞLƏNMƏ PROSESİNƏ TƏSİRİNİN TƏDQİQİ 

 

Fətullayev E.F. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

 

Məlumdur ki, qazkondensat yataqlarının çoxu lay enerjisinin tükənməsi rejimində istismar olunur ki, 

bu  da  lay  təzyiqinin  aşağı  düşməsinə  gətirib  çıxarır.  Lay  təzyiqinin  qiymətinin  qazkondensat  qarışığının 

başlanğıc  kondensasiya  təzyiqinin  qiymətindən  aşağı  düşməsi  ilə  quyudibi  zonada  retroqrad  kondensatın 

çökməsi baş verir. 

Müxtəlif  ədəbiyyatlarda  göstərilir  ki,  lay  qazının  tərkibində  pentan  və  daha  yuksək  qaynama 

temperaturuna malik fraksiyaların miqdarı 250-300 q/m

3

–dan az olarsa, kondensatın çökməsi, yəni retroqrad 



hadisəsi müşahidə olunmaya bilər və bu hadisə əsasən o zaman baş veir ki,  bu fraksiyaların miqdarı 300-350 

q/m


3

-dən  artıq  olsun.  Burada  həmçinin  göstərilir  ki,  bu  halda  layın  maye  karbohidrogen  fazası  ilə  ilkin 

doyması  yüksək  olur  və  bu  da  fazaların  yenidən  paylanması  nəticəsində  quyunun  məhsuldarlığını  aşağı 

düşməsinə səbəb ola bilər, amma maye faza ilə doyma 50%-ə qədər olduqda kiçik keçiricilikli kollektorlarda 

hətta  qaza  görə  faza  keçiriciliyi  sıfra  yaxanlaşa  bilər.  Belə  hal  Amerikanın  Noks-Bromayd  yatağındakı 

quyuda müşahidə edilmişdir. 

Bizim  araşdırmalarımız  göstərir  ki,  quyudibi  zonada  kondensatın  çökməsinə  yuxarıda  göstərilən 

faktorlarla yanaşı başqaları da, xüsusilə qazkondensat sisteminin termodinamiki və fiziki-kimyəvi xassələri 

də kəskin təsir göstərir.  

 

QAZ-KONDENSAT SİSTEMLƏRİNİN MAYE BUXAR 



MÜVAZİNƏTİNİN HESABLANMASI 

 

Fətullayev E.F. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Qazkondensat  və  neyt  yataqlarının  işlənməsi  və  istismarı,  quyuda  olan  qaldırıcıların  texnoloji 



parametrlərinin  tapılması,  quyu  məhsulunun  yerüstü  borular  sistemi  ilə  mədəndə  yığılması,  separasiya 

olunması,  onun  mədən  şəraitində  ilk  emalı  və  s.  məsələlərin  həlli  maye  və  qazın  faza  vəziyyətinin 

öyrənilməsi ilə sıx bağlıdır. 

Aydındır ki, təbiətdəki neft, qaz və qazkondensat yataqlarındakı flyuidlərin tərkiblərinin müxtəlifliyi 

görüləcək  eksperimental  işlərin  çox  böyük  həcmdə  aparılmasını    tələb  edir.  Buna  görə  də  hazırda  bu 

məsələlərin həllində nəzəri üsullardan hal tənliklərindən istifadə olunması geniş yayılmışdır. 

Şübhəsiz  ki,  nəzəri  üsullar  eksperimentə  nisbətən  öz  dəqiqliyinə  görə  geri  qalır,  lakin  qoyulmuş 

məsələlərin  operativ  həllində  analitik  üsullar  çox  böyük  üstünlüyə  malikdir.  Ona  görə  də  nəzəri  üsulların 

indiyə qədər təkmilləşdirilməsi davam edir. 

Maüe-buxar tarazlığının riyazi modelləşdirilməsində üç mərhələni qeyd etmək olar. Onlardan birincisi 

qrafoanalitik təyziqin «yaxınlaşma» üsuludur. Bu üsul hazırda öz sadəliyinə görə mühəndis təcrübəsində və 

hətta elmi tədqiqatlarda da istifadə olunur. 

Təzyiqin «yaxınlaşma» üsulu öz tətbiq sahəsinə görə bəzi məhdudluğa malikdir. 

1)

 



Eksperimental  məlumatları  başlıca  olaraq  parafin  tərkibli  karbohidrogenləri  əhatə  etdiyindən  [4], 

bu üsulu ancaq tərkibində parafin karbohidrogenlərinin miqdarının 50%-dən artıq olduğu halda tətbiq etmək 

olar. 

2)

 



Çox  az  miqdarda  aromatik  və  naften  karbohidrogenlər  üçün  eksperimental  məlumatlar  imkan 

vermir ki, bu üsul bütün tərkibli qarışıqlar üçün istifadə olunsun. 

3)

 

Təbii  karbohidrogen  qarışıqlarının  kimyəvi  tərkib  müxtəlifliyi,  o  cümlədən  pentandan  başlayaraq 



izomerlərin çoxlu miqdarda arması, bu üsulun aşağı səviyyədə olan dəqiqliyi onun daha proqressiv üsullarla 

əvəz olunmağına, hal tənlikləri əsasında riyazi modellərin yaradılmasına gətirib çıxartdı. 

İkinci  istiqamət  kombinə  olunmuş  riyazi  hesabat  modellərinin  yaradılmasıdır.  Bu  üsulların  arasında 

Çao və Siberin ysulu ən geniş təşəkkül tapmışdır. Bu üsulun nisbətən gec meydana gəlməsinə baxmayaraq 

(1961) o hazırda istifadə olunmur. Bunun əsas səbəbləri: 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



27 

1.

 



Bu  üsul  təzyiqin  qiymətinə  görə  məhduddur  və  təzyiqin  qiyməti  artdıqca  onun  buxar  meüe 

müvazinətinin  hesabatındakı  xətası  da  artır.  Bu  onunla  əlaqədardır  ki,  sistemi  maye  fazasındakı 

uçuculuğunun  hesabatında  işlənilən  Sketçard-Hildebrand  reqressiya  tənliyinin  təzyiqindən  asılılığı 

mövcuddur. 

2.

 

Böhran  zonasındakı  yüksək  şəraitdə  retroqrad  kondensləşmə  sahəsində  empirik  məlumatların 



ekstropolyasiyasının xətası artır və buna görə də bu halda Çao və Siber üsulu böyük xəta ilə səciyələnir. 

Üçüncü  istiqamət  sistemi  həm  buxar,  həm  də  maye  fazasına  vahid  hal  tənliyi  tətbiq  etməklə  maye 

buxar müvazinətini hesablamışdır. Bu üsulun tətbiqində təzyiqin qiymətinə görə bir məhdudiyyət yoxdur. Bu 

sahədə  ilk  hal  tənliyi  –  çoxkomponentli  Benelikd-Vebb-Rubin  tənliyidir.  Bu  tənlik  ancaq  təmiz, 

birkomponentli  qazlar  üçün  yararlı  olduğundan,  iki  parametrik  hal  tənlikləri  buxar-maye  tarazlığı 

parametrlərinin tapılmasında geniş istifadə olunmaqla başlandı. 



 

 

QARADAĞ ƏHƏNGDAŞI KARYERİNDƏ TULLANTILARIN TƏDQİQİ  

VƏ ONLARDAN SƏMƏRƏLİ İSTİFADƏ 

 

Hacılı S.A. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Qaradağ  əhəngdaşı  karyerində  divar  bloklarının  çıxarılmasında  çatlara,  kəsməyə  görə  tullantıların 

həcmi  30-80%  təşkil  edir.  Bu  tullantılardan  müxtəlif  sənaye  sahələrində  səmərəli  istifadə  olunur. 

Tullantılardan kompleks istifadənin tətbiqi və istifadəsi mədən elminin və sənayesinin ən başlıca və əsaslı 

problemlərindəndir.  

Karyerdə alınan tullantılar və tullantıların tərkib hissələrin aşağıdakı düsturda verilmişdir. 

V

t

=q



b

+q

qəl



+q

x

+q



qum

 

Burada q



– 100-1000 mm ölçülü iri bloklardan çıxarılan standart olmayan bloklarda but daşlarında və üzlük 

tavalar istehsalında, bina özüllərində istifadə olunur.  

q

qəl 



–  30-100  mm  ölçülü  qəlpələrdən  karyer  yollarının,  avtomobil  yollarının  salınmasında  istifadə 

olunur.   

q

x

  –  6-30  mm  ölçülü  xırdalardan  uzun  illərdir  ki,  Qaradağ  Sement  zavodunun  istehsal  prosesində  



yararsız  əhəngdaşı  əsas  xammal  kimi  istifadə  olunur  və  bu  daşyonma  prosesi  nəticəsində  yaranan 

tullantıların təmizlənməsi və təbii resursları qorumasına öz müsbət təsirini göstərir. Emal prosesi çox yüksək 

temperaturda  həyata  keçirilir,  xüsusilə  klinkerin  istehsalı  1450°  C-də  aparılır.  Təbii  ki,  bu  temperaturda 

tullantılar  tamamilə  yandırılıb  yox    olur.  Nəticədə  sement  sobasında  müxtəlif  tullantılar  utilləşdirilir,  o 

cümlədən atmosferə atılan karbon qazının faiz göstəriciləri aşağı salınır ki, bu da ətraf mühit üçün müsbət hal 

kimi qeyd edilə bilər.  

q

qum


  –  0-0,6  mm  ölçülü  qumlar  alınır  ki,  suvaq  islərinin  görülməsində  geniş  istifadə  olunur. 

Əhəngdaşının  tərkibində yapışdırıcı maddələr olduğu üçün suvaq materialında sementin sərfi az olur. 

Karyerlərdən  alınan  tullantılardan  kompleks  istifadəsinin  çıxarılan  blokların  mayadəyərinə  təsiri 

aşağıdakı düsturdan istifadə olunacaq.  

C

k

=C



T

 - 


 

C



– alınan tullantının bir hissəsindən istifadə etdikdə mayadəyəri, man/m

3



C

T

 – tullantılardan istifadə etmədən daşların mayadəyəri, man/m



3

K



h

 – hazır məhsulun kütlədən hasilat əmsalıdır; 

C

s

 – satılan tullantıların qiymətidir, man/m



3

Yataqların işlənməsində böyük həcm tullantıların alınması və yeni tullantısız texnologiyaların 



yaradılması və tətbiqini təklif edirəm:  

 Tətbiq edilən texnologiyası aşağıdakı sxemdə verilmişdir.  

 

 

 



 

                                             

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə