5
4. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında
və bu qəbildən olan digər sazişlərdə və ya qanunlarda nəzərdə
tutulan müddəalar;
5. ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar
haqqında qanunlarda nəzərdə tutulan müddəalar.
Azərbaycan Respublikasının 2015-ci il 29 yanvar tarixli 96-VQ
nömrəli Qanunu ilə təsdiq edilmiş İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulan gömrük münasibətlərinə aid inzibati xətalar
haqqında müddəalar "GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR" adlı otuz yeddinci fəsildə əks
olunmuşdur. İXM-nin 22-ci maddəsinə görə, inzibati tənbeh növləri
verilmişdir. bunlar aşağıdakılardır:
1.
xəbərdarlıq;
2.
inzibati cərimə;
3.
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
4.
fiziki şəxsə verilmiş xüsusi hüququnun məhdudlaşdırılması;
5.
ictimai işlər;
6.
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati
qaydada çıxartma;
7.
inzibati həbs.
Gömrük orqanları hüquq-mühafizə orqanları kimi xəbərdarlıq,
inzibati cərimə tətbiq edir və məhkəmənin qərarı ilə, inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsini həyata keçirirlər.
Gömrük qaydaları əleyhinə olan və ən geniş yayılmış inzibati
xətalar aşağıdakılardır:
Maddə 479. Malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar
keçirilməsi
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının
müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi
6
icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu
az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək miqdarda
cərimə edilir.
İXM-nin 479-481, 482.1 və 482.2-ci maddələrində "az
miqdarda olduqda" dedikdə dörd min manatadək olan məbləğbaşa
düşülür.
Maddə 482.Malların və nəqliyyat vasitələrinin bəyan
edilməməsi və ya düzgün bəyan edilməməsi
482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və
ya düzgün bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri
müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin
dəyərinin altmış faizindən yüz faizinədək miqdarda cərimə edilir.
482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilmə-
məsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində,
qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə,
gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq
tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respub-
likasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat
vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəy-
yənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud
gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və
nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük
dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan
məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğ-
də cərimə edilir.
7
Maddə 492. Gömrük təminatının pozulması
492.1. Gömrük təminatının, yəni mallara və ya nəqliyyat
vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb,
möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi
olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına,
zədələnməsinə və ya itirilməsinə görə -fiziki şəxslər dörd yüz manat
məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi
şəxslər min manat məbləğində cərimə edilir.
492.2. Gömrük təminatı altında olan yük yerlərinin kons-
truktiv bütövlüyünün qəsdən pozulmasına görə -fiziki şəxslər dörd
yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 508.
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların)
belə marka olmadan az miqdarda idxal edilməsinə görə -
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə
fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu maddədə ―az miqdarda‖ dedikdə, beş yüz
manatadək olan məbləğ başa düşülür.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan gömrük işi üzrə müvafiq cinayətlər haqqında müddəalar
əsasən 206-209-cu maddələrdə nəzərdə tutulmuşdur:
Maddə 206. Qaçaqmalçılıq
Qaçaqmalçılıq,
yəni Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud
sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma
yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün
bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd
edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda
keçirilməsi - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Dostları ilə paylaş: |