26
6.
«Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
haqqında Əsasnamə»nin əsas müddəalarını şərh edin.
Ədəbiyyat siyahısı
1.
Gömrük Məcəlləsi 2011, Bakı, Hüquq ədəbiyyatı, 2015
2.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında
Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 iyun 2012, №
646
3.
A.Ş.Şəkərəliyev Gömrük işinin təşkili
4.
A.M.Məhərrəmov
Azərbaycan
beynəlxalq
gömrük
münasibətlərinin tənzimlənməsi probleminin mümkün həlli yolları.
ADPU-nin professor müəllim heyətinin 64-cü həsr olunmuş elmi
konfransın materialları. Bakı,2015-ci il, səh 152-158
5.
M.Y.Yadulla.‖Gömrük siyasəti və iqtisadi təhlükəsizlik‖.
Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi analitik və
praktiki jurnal. 2014 №4
6.
M.M.Aslanova. ―Xarici ticarətin gömrük siyasəti və qarşılıqlı
əlaqəsi‖. Hüquqi dövlət və qanun. Elmi nəzəri təcrübi
jurnal.2009.№8
27
Mövzu 2 Gömrük nəzarətinin həyata keçirilmə qaydaları
1.
Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən
keçirilməsi
2.
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə
3.
Gömrük nəzarətinin həyata keçirilməsində texniki nəzarət
vasitələrindən istifadə
4.
Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin
eyniləşdirilməsi
5.
Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün
mütəxəssislərin və ekspertlərin cəlb edilməsi
Bütün şəxslər malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş
qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən
aparmaq hüququna malikdirlər. Bu Məcəllədə nəzərdə tutulan hallar
istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və
bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu
hüququ məhdudlaşdırıla bilməz. Bu Məcəllədə nəzərdə tutulan
hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən
aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və
vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq
gömrük nəzarətindən keçməlidir. Gömrük orqanları gömrük
nəzarətini həyata keçirərkən, Gömrük Məcəlləsinin 84-cü
maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında
müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin bu
Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından
istifadə etmək hüququna malikdirlər.
Gömrük sərhəd buraxılış məntəqələrində Gömrük Məcəlləsinin
214-cü və 215-ci maddələri, «Mülki dövriyyədə olmasına yol
verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı
haqqında», «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən
(mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında»,
«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan
edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin,
28
psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının
ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına
lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının
təsdiq edilməsi haqqında», «Aviasiya haqqında» Azərbaycan
Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması
qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs
üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda
malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud
məhdudlaşdırılan qanunun və digər normativ hüquqi aktların adı,
qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.
Gömrük Məcəlləsinin 82.5-ci maddəsində göstərilən siyahılar-
dakı malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən
aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs həmin malları
gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ
hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks
etdirən protokolun surətini verməlidir. Gömrük Məcəlləsinin 82.5-ci
maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan malların
gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məh-
dudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə
cəlb edilirlər.Şəxs barəsində gömrük nəzarətinin müəyyən forma-
larının tətbiq olunmaması və ya onlardan azadetmə onu bu
Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, beynəlxalq
müqavilələrə riayət etmək vəzifəsindən azad etmir.
Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük
sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş
verənədək gömrük nəzarəti altında olurlar:
1.1. sərbəst dövriyyəyə buraxılanadək;
1.2. məhv edilənədək;
1.3. dövlətin xeyrinə imtina olunanadək;
1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəl-
lənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam
verilməsinədək;
1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki
çıxarılanadək.
Dostları ilə paylaş: |