M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 
 
23 
orqanları  və  Komitənin  tabeliyində  olan  digər  qurumlar  arasında 
bölüşdürür,  ayrılmış  vəsaitlərin  həddi  nəzərə  alınmaqla  işçilərin 
vəzifə  maaşlarına  qanunvericiliklə  müəyyən  edilmiş  əlavələrin, 
maddi yardım və mükafatların verilməsini təmin edir;  
19.  gömrük  orqanlarına  işə  qəbulun  müsabiqə  və  şəffaflıq 
əsasında həyata keçirilməsini təmin edir; 
 20. gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verir 
və ali xüsusi rütbələr verilməsi barədə Azərbaycan Respublikasının 
Prezidentinə təqdimat verir; 
 21.  Komitədə  daxili  təhlükəsizliyin  təminatı  məsələləri  ilə 
əlaqədar qərarlar qəbul edir;  
22.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
Akademiyası  rəisinin  təqdimatı  ilə  Akademiyanın  Elmi  Şurasının 
tərkibini təsdiq edir;  
23.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
Akademiyası  rəisinin  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilməsi 
barədə  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdimat  verir, 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 
rəisinin  müavinlərini  Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsinin Akademiyası rəisinin təqdimatına əsasən vəzifəyə təyin 
və vəzifədən azad edir. 
Sədr  öz  səlahiyyətlərinin  bir  hissəsinin  həyata  keçirilməsini, 
yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə 
tapşıra bilər.  
Komitədə  sədrdən  (kollegiyanın  sədri),  onun  müavinlərindən, 
Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
sədrindən  və  Komitənin  digər  rəhbər  işçilərindən  ibarət  kollegiya 
yaradılır. Komitənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər 
və alimlər də daxil edilə bilər. 
Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən təsdiq edilir. 
Kollegiyanın iclaslarında gömrük orqanlarının fəaliyyətinin əsas 
istiqamətləri,  icra  intizamının  vəziyyəti,  kadr  məsələləri,  normativ 
hüquqi aktların layihələri müzakirə olunur, digər mühüm məsələlərə 
baxılır və müvafiq qərarlar qəbul edilir.  


 
 
24 
Komitənin  kollegiyası  qərarlar  formasında  aşağıdakı  normativ 
hüquqi aktları qəbul edir:  
1.  Komitə  ilə  digər  şəxslər  (qurumlar)  arasında  münasibətləri 
tənzimləyən normativ hüquqi aktlar;  
2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Komitəyə 
tapşırılmış konkret normativ hüquqi aktlar;  
3.  bir  neçə  dövlət  orqanının  fəaliyyətini  tənzimləyən  vahid 
(birgə) normativ hüquqi aktlar;  
4.  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  müvafiq  dövlət 
orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar; 
 5.  sədrin  təşəbbüsü  ilə  Komitənin  kollegiyasının  müzakirəsinə 
çıxarılan, bu Əsasnamənin 5.6.3-cü yarımbəndində nəzərdə tutulmuş 
normativ hüquqi aktlar;  
6.  bu  Əsasnamənin  5.11.1–5.11.5-ci  yarımbəndlərinə  uyğun 
olaraq  Komitənin  kollegiyasının  qəbul  etdiyi  normativ  hüquqi 
aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi. 
 Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu 
iştirak  etdikdə  səlahiyyətlidir.  Komitənin  kollegiyasının  qərarları 
onun  üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Komitənin 
kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya 
sədrinin səsi həlledici hesab edilir.  
Kollegiyanın iclasları sədr tərəfindən mütəmadi olaraq çağırılır. 
Kollegiyanın iş qaydasını sədr müəyyənləşdirir.  
Komitənin  kollegiyasının  üzvləri  və  sədr  arasında  fikir  ayrılığı 
yarandığı  hallarda,  sədr  bu  barədə  Azərbaycan  Respublikasının 
Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir. Komitənin 
kollegiyasının  üzvləri  şəxsi  fikirlərini  Azərbaycan  Respublikasının 
Prezidentinə çatdıra bilərlər.  
 Komitənin  kollegiyasının iclaslarına, zəruri hallarda,  digər icra 
hakimiyyəti  orqanlarının  və  təşkilatların,  habelə  qeyri-hökumət 
təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər. 
 Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
strukturuna daxil olan qurumlar: 
 1. ərazi gömrük idarələri:  


 
 
25 
1.1. Bakı Baş Gömrük İdarəsi;  
1.2. Sumqayıt Baş Gömrük İdarəsi;  
1.3. digər ərazi gömrük idarələri;  
2. ixtisaslaşdırılmış gömrük idarələri:  
2.1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi;  
2.2.  Xəzər  dənizində  Azərbaycan  Respublikasının  İqtisadi 
Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi; 
 2.3. Enerji Gömrük İdarəsi;  
2.4. Aksiz Baş Gömrük İdarəsi;  
2.5. Avtonəqliyyat Baş Gömrük İdarəsi;  
Digər qurumlar: 
1. Tibbi Xidmət İdarəsi;  
2. Avtomobil Nəqliyyatı İdarəsi;  
3. Mərkəzi Gömrük Ekspertizası İdarəsi;  
4. Baş Gömrük Mühafizə Xidməti;  
5.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
Akademiyası; 
6. «Azərterminalkompleks» Birliyi;  
7. İdman-Sağlamlıq Mərkəzi;  
8. Kinoloji Mərkəz;  
9. gömrük laboratoriyaları. 
 
 
Ev tapşırığı: 
 
1.
 
Gömrük ərazisi və gömrük sərhədi nədir? 
2.
 
Gömrük qanunvericiyi hansi müddəaları özündə cəmləşdirir? 
3.
 
Gömrük  qanunvericiliyindən  başqa  hansı  digər  qanunvericilik 
aktlarına  gömrük  ödənişləri  və  gömrük  nəzarəti  məsələləri  daxil 
edilə bilər?  
4.
 
Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində 
gömrük münasibətlərinə aid hansı müddəalar təsbit olunub? 
5.
 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  gömrük 
münasibətlərinə aid hansı müddəalar təsbit olunub? 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə