8
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli,
zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların,
hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah
üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş
sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının,
kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və
Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi
qaydaları müəyyən edilmiş materialların və avadanlıqların,
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün
müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın,
mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və
ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan
etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi - üç ildən
yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq
etməklə törədildikdə - beş ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Məcəllənin 206.1 - 206.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə - yeddi
ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə,
keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan
yuxarı olan məbləğ başa düşülür.
9
2. Bu Məcəllənin 206.2-ci maddəsində "mədəni, tarixi və ya
arxeoloji sərvət olan əşyalar" dedikdə, Azərbaycan Respublikasının
milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni
sərvətlər başa düşülür.
Maddə 207. Azərbaycan Respublikasının və xarici ölkələrin
incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan
Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
qaytarılması
məcburi
olan
Azərbaycan
Respublikasının
hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və
xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların
müəyyən
edilmiş
müddətdə
Azərbaycan
Respublikasına
qaytarmama - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin
həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi
qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini
xaricdən qaytarmama - üç ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd:
Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici
valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» dedikdə,
otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən
yayınma - min manatdan iki min manatadək miqdarda cərimə və ya
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
10
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş
əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə - iki min manatdan beş min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük
ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd min
manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə
tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş
ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrlə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət
fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi
gündən 30 (otuz) gün sonra qüvvəyə mindiyi göstərilməlidir.
Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlan-
dırılması şərtilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ
hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
Gömrük Məcəlləsində qüvvəyə minənədək və ya sonra qanunla
təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri
haqqında və bu qəbildən olan digər sazişlərin və ya qanunların, o
cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və
xüsusi iqtisadi zonalar haqqında qanunların müddəaları Gömrük
Məcəlləsində və gömrük işi üzrə başqa normativ hüquqi aktlarda
nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, həmin sazişlərin və ya
qanunların müddəaları tətbiq edilir.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında
Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012 ci il 646
№li
Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-
cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Dostları ilə paylaş: |