M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   2   3   4   5   6   7   8   9   ...   43

 
 
14 
20.  Komitənin  fəaliyyəti  ilə  əlaqədar  insan  və  vətəndaş 
hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və 
onların pozulmasının qarşısını almaq;  
21.  gömrük  işini  həyata  keçirərkən  şəxslərin  hüquqlarının  və 
maraqlarının qorunması üzrə tədbirlər görmək;  
22. milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük 
sərhədindən  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  keçirilməsinə 
nəzarət  etmək,  habelə  qanunla  müəyyən  edilmiş  hallarda  valyuta 
nəzarətini həyata keçirmək; 
23.  gömrük  işi  ilə  əlaqədar  beynəlxalq  müqavilələrin  layihə-
lərinin  işlənib  hazırlanmasında  iştirak  etmək,  bu  müqavilələrdə 
nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin 
etmək;  
24. qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini 
həyata keçirmək; 
 25. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar 
üzərində  qanunvericiliyə  uyğun  olaraq  baytarlıq,  fitosanitar  və 
sanitariya nəzarətini «bir pəncərə» prinsipi əsasında mümkün qədər 
qısa vaxtda həyata keçirmək;  
26.  ərazisində  heyvanların  xüsusi  təhlükəli  xəstəliklərinin  baş 
verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının 
ərazisinə  keçən  nəqliyyat  vasitələrini  baytarlıq  qanunvericiliyində 
müəyyən  edilmiş  qaydada  və  müddətdə  məcburi  dezinfeksiya 
etmək;  
27.  başqa  ölkələrdən  gətirilən  heyvanların  sağlamlığını  müəy-
yənləşdirmək  üçün  onların  təcrid  olunmuş  halda  saxlanılmasının 
təmin  edilməsi  məqsədi  ilə  müvafiq  ərazi  dövlət  baytarlıq  müfət-
tişliyinə məlumat vermək;  
28.  beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat 
vasitələrinə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  qanunve-
riciliyə uyğun olaraq icazə blankları vermək; 
 29. gömrük işi sahəsində yeni informasiya sistemlərinin və tex-
nologiyalarının tətbiqini,  o cümlədən  gömrük prosedurlarının  elek-
tron modellərinin, gömrük orqanlarının elektron məlumat sisteminin 
yaradılmasını,  gömrük  orqanlarının  informasiya  ehtiyatlarının 


 
 
15 
formalaşdırılmasını  və  digər  elektron  xidmətlərinin  göstərilməsini 
təmin etmək;  
30.  müasir  texnologiyalardan  və  avadanlıqlardan  istifadə 
etməklə,  gömrük  işi  sahəsində  riskləri  idarəetmə  sistemi  əsasında 
gömrük nəzarətini təkmilləşdirmək;  
31. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması 
ilə əlaqədar müvafiq tədbirlər görmək;  
32.  gömrük  işi  sahəsində  elmi  tədqiqat  işləri  aparmaq  və  bu 
sahəyə aid məsləhətlər vermək; 3.1.33. qabaqcıl beynəlxalq təcrübə 
nəzərə  alınmaqla,  gömrük  işi  sahəsində  elmi-texniki  nailiyyətlərin 
tətbiqini təmin etmək;  
34.  dövlət  orqanlarına,  hüquqi  və  fiziki  şəxslərə  gömrük 
məsələləri  üzrə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məlu-
matlar vermək; 
 35.  dövlət  orqanları,  xarici  ticarətin  iştirakçıları  və  səlahiyyətli 
iqtisadi  operatorlarla  məlumatların  elektron  formada  mübadiləsini 
həyata keçirmək; 
 36.  müvafiq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  mal-
ların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük 
xidmətləri  ilə  elektron  formada  mübadiləsi,  gömrük  rəsmiləşdiril-
məsi  və  nəzarəti  müddətinin  mümkün  qədər  qısaldılması,  beynəl-
xalq  ticarət-təchizat  zəncirinin  kompleks  idarə  olunmasında  iştirak 
etmək  yolu  ilə  beynəlxalq  ticarətin  asanlaşdırılmasına  şərait 
yaratmaq;  
37. beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin 
edilməsi  məqsədi  ilə  xarici  ticarətin  iştirakçıları  və  səlahiyyətli 
iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq; 
 38.  digər  dövlət  orqanları  ilə  əməkdaşlıq  etmək,  həmçinin 
müvafiq  məqsədlərə  nail  olmaq  üçün  qanunvericilikdə  nəzərdə 
tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək; 
 39. gömrük işi sahəsində islahatlar aparılmasını təmin etmək və 
bu  sahədə  inkişafı  sürətləndirmək  məqsədi  ilə  dövlət  proqramları 
hazırlamaq  və  onların  yerinə  yetirilməsi  üçün  müvafiq  tədbirlər 
görmək;  


 
 
16 
40.  digər  dövlət  proqramlarının  və  inkişaf  konsepsiyalarının 
həyata  keçirilməsini  Komitənin  səlahiyyətinə  aid  məsələlər  üzrə 
təmin etmək;  
41.  qanunvericiliyə  uyğun  olaraq  gömrük  orqanlarının  və 
Komitənin tabeliyində olan digər qurumların fəaliyyəti üçün zəruri 
şərait  yaradılması, onların maliyyə və digər maddi-texniki təminatı 
ilə bağlı tədbirləri həyata keçirmək;  
42. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, inter-
net saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə 
müəyyən  edilmiş  açıqlanmalı  olan  ictimai  informasiyanın  həmin 
saytda  yerləşdirilməsini  və  bu  informasiyanın  daimi  yen-
iləşdirilməsini təmin etmək;  
43. informasiya və məsləhət təminatı işini təşkil etmək, fiziki və 
hüquqi  şəxslərin  müraciətləri  əsasında  müvafiq  məlumatlar 
(arayışlar) təqdim etmək;  
44.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrin  həyata  keçirilməsini  Komitənin  səlahiyyətinə  aid 
məsələlər üzrə təmin etmək; 
 45.  Komitənin  sistemində  maddi  və  maliyyə  vəsaitlərinin 
uçotunu  təşkil  etmək,  onların  istifadəsinə  nəzarət  etmək,  struktur 
bölmələrin  fəaliyyətinin  səmərəliliyini  artırmaq  üçün  müvafiq 
tədbirlər görmək;  
46.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan 
Respublikası  gömrük  sisteminin  büdcədənkənar  inkişaf  fondunu 
idarə etmək və onun üzərində sərəncam vermək; 
 47.  gömrük  işi  sahəsinə  ayrılan  büdcə  vəsaitləri,  kreditlər, 
qrantlar  və  digər  maliyyə  vəsaitlərindən  təyinatı  üzrə  səmərəli 
istifadə olunmasını təmin etmək;  
48.  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sirrinin  və  məxfilik 
rejiminin  qorunması  üçün  zəruri  tədbirlər,  habelə  fəaliyyət 
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;  
49. gömrük işi sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş 
qaydada saxlanılmasını və mühafizəsini təmin etmək;  
50. gömrük işi sahəsində kadr hazırlığını təmin etmək məqsədi 
ilə  gömrük  orqanlarının  fəaliyyətini  və  vəzifəli  şəxslərinin  peşə 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə